Atalar Sözləri və Məsəllər

Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb
  • Ən düzgün işləyən saat mədədir. (Fransız atalar sözləri)
  • Ədalət haqqında şərhlərimiz saatlarımıza bənzəyir. Çoxu başqa-başqa yerlər göstərir və hər kəs özününkünə etimad edir. (Fransız atalar sözləri)
  • Ədalət topaldır. (Fransız atalar sözləri)
  • Ərinə sahib olmaq istəyirsənsə, əvvəlcə onun mədəsinə sahib ol. (İspan atalar sözü)
  • Ən pis yaxşı gün həmişə ən yaxşı pis gündən daha yaxşıdır. (İngilis atalar sözləri)
  • Əsl dostu iki əlinizlə birdən tutun. (Afrika atalar sözü)
  • Əsəbi ikən heç vaxt məktub yazma. (Çin atalar sözləri)
  • Əsəbi vaxtı bir an səbirli olsan, yüz günlük peşmanlıqdan qurtararsan. (Çin atalar sözləri)
  • Əgər Tanrı yağış yağdırmaq və anan ikinci dəfə evlənmək istəsə, buna kimsə mane ola bilməz. (Çin atalar sözləri)
  • Əsəbi ikən əsla məktub yazma (Çin atalar sözləri)
  • Əkiblər yemişik, əkərik yeyərlər.
  • Əvvəl zəhmət çəkən, sonra rahat olar.
  • Əməksiz yemək olmaz.
  • Əvvəldən nə idi hüsnü-camalı, indi olub dəli Bayramlı.
  • Ətə pul verməz, küftənini böyüyündən yapışar.
  • Ədəbi kimdən öyrəndin? Ədəbsizdən.
  • Ərlə arvadın torpağı bir yerdən götürülər.
  • Əvvəl evin içi, sonra çölü.
  • Əldən qalan əlli il qalar.
  • Ən böyük biclik – düzlükdür.
  • Əl əli yuyar, əl də üzü.
  • Əyridə tox, doğruda ac görmədim.
  • Əziziyəm dilim-dilim, kəs qarpızı dilim-dilim, əlçəkmərəm dilimdən, kəssən dilim, dilim-dilim.
  • Əkəndə əkməyən xırmanda ağlar
  • Ərsək ərə dəyməz,
    ivsək evə dəyməz,
    oynaş ərdə qalmaz,
    tələsən evə çatmaz.
  • Ər ilə arvadın xəmiri bir yerdə yoğrulub.
  • Ər-arvad ipəkdir, araya girən köpək.
  • Ərkəsöyün böyüyən oğul avara olar.
  • Əli aşından da oldu, Vəli aşından da...
  • Əvvəl düşün, sonra danış.
  • Əvvəl danış, sonra gül.
  • Əhl ilə daş daşı, naəhl ilə yemə aşı.
  • Əsli, nəcabəti olmayana qamçı neylər?
  • Əlindən bir iş gəlməyən on danışar.
  • Əl qatma harama.
  • Əzizim əziz, tərbiyəsi ondan əziz.
  • Ədəbi kimdən öyrəndin, ədəbsizsən.
  • Əvvəldən nə idi hüsnü-camalı, indi oldu dəli Bayramalı.
  • Əvvəl arxı tullan, sonra bərəkallah de.
  • Ədəb bazarda satılmaz...
  • Ət ilə dırnaq arasına girən iyiyər, çıxar.
  • Əli ələ vurarsan, səs çıxar.
  • Əl əlin örtüyüdü.
  • Əl tutunca od tut: zəmanət, oddan pis yandırar.
  • Əldən gəlməz iş olmaz, ayaq gedməz yol olmaz.
  • Ər çöldə olar, çörəyi evdə.
  • Ər qocalar, könül ki yox.
  • Əringənə, əlli qarı bezdən yum olmaz: subaya əlli qarış parçadan, don çıxmaz. (subaydan ev olmaz).
  • Əsil itməz, yağ iylənməz.
  • Ət qanlı, iyid canlı olmalı.
  • Ətin yeyir, sümüyünə göz tikir.
  • Əklənən bəklənir, özlənən gözlənir, sərilən dərilir.
  • Əl əli yumadı, əl üzü yumadı, qolu əlsiz qaldı, əli qolsuz qaldı, suyu üzsüz qaldı, üzü susuz qaldı, yaşı külsüz qaldı, külü odsuz qaldı.
  • Əl iş görər, göz qorxar.
  • Ər-arvadın savaşı, yaz gününün yağışı.
  • Ərə getmək asandır, ər donu tikmək çətin.
  • Ərə ver atın, elə ver aşın.
  • Ətsiz olsun, atsız yox, adsız olsun, dadsız yox.
  • Əyri ağaca yayım demə, hər görənə yarım demə (dayım demə).
  • Əyri ağız bəy olsa, yalan sözü düz çıxar.
  • Əcəl gəlirkən cana, baş ağrısı bəhana.
  • Əcəl gəlməz, vax çatmasa.
  • Əkdiyin biçən, ağlamaz.
  • Əkin əksən, yerə bax, eli sevsən, elə bax.
  • Əkin olsa, əkmək olar.
  • Əkməmiş bitməz, dəlməmiş keçməz.
  • Əl çatmayan aş, ya qarın ağrıdar, ya baş.
  • Əldən tutulan qurtulur, dildən tutulan dürtülür.
  • Əlli ilin eşşəyinə, dəyirman yolu göstərir.
  • Ən böyük yalançı odurki, diri ikən ölümdən danışır.
  • Ərinə görə bağla başını, qabına görə qaynad aşını.
  • Əsgi düşman dost olmaz, əsgi pambığ bez olmaz.
  • Ələyi ələnib qəlbiri göydən asılıb.
  • Əli bağlı olanı yetən döyər, yetməyən söyər.
  • Əli tutanın, əli qopar, od tutanın əli yanar.
  • Əli əyrinin, dili düz olmaz.
  • Əlifin hicəsı var, gündüzün gecəsi var.
  • Əlinlə xəmir ovar, gözü ilə dənə qovar.
  • Əllə ver, ayaqla izlə.
  • Ən yaxşı dost odur ki, qarşı durmaya.
  • Əngəl ilə tikan, biri yardan, biri güldən (olur).
  • Ər ağacı gül ağacı, taqsırım var, vur ağacı.
  • Ər arvad arası ipəkdir, araya girən köpəkdir.
  • Ərincəyin işi bitməz, yaz gəlsədə qışı bitməz.
  • Ərinməsən, usta olarsan.
  • Ərkək quş havanı, dişi quş yuvanı güdər.
  • Ərkəkdə söz, aşda duz gərəkdi.
  • Ərkəyə ürək gərək, qadına dirək.
  • Əsgi düşman, eli pozar.
  • Əsgi yenini saxlar.
  • Əsgi, yamaq götürməz.
  • Ər altında at olur, qeyrət altında ər olur.
  • Əkən bilməz, biçən bilər.
  • Əkinçi yerdən umar. balıqçı göldən umar.
  • Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
  • Əcəb yadıma saldın!
  • Əlisi dəli, Vəlisi dəli qırılmışın hamısı dəli?
  • Əldəki sərçə, damdakı göyərçindən yaxşıdır. (Alman atalar sözləri)
  • Əşyanın qiymətini itirincə anlarsan (Rus Atalar Sözləri)
  • Ətin dadını bilən çoban itindən xeyr gəlməz. (Bolqar atalar sözləri)
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Saytda 87 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021