Atalar Sözləri və Məsəllər


Atalar Sözləri və Məsəllər
Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb
  • "Halva-halva" deməklə ağız şirin olmaz.
  • "Öz gözündə kərəni görmür, özgə gözündə tük axtarır".
  • "Ho" var, dağa qaldırar,
    "ho" var, dağdan endirər.
  • "gördüm" dedin tutuldun, "görmədim" dedin qurtuldun.
  • "Mən kimdən?" demə,
    "Məndən kim!" de.
  • "Uzunqulaq" eşşəyə deyərlər.
  • "Torpağa bax" deyiblər!
  • "Bilmirəm" baş ağrıtmaz.
  • "Pəncşənbənin" nöqtələrini düzürdüm.
  • "Öldürrəm" deyəndən qorxma, "ölləm"
  • "Özün bil"lə qal olmaz.
  • (Özgənin sarayından, öz daxmam yaxşıdır) Özgənin sözünü özgəyə deməyə nə var?
  • (Nağdı qoyub nisyənin dalınca düşmə) Nağıl dili yüyrək olar.
  • "Mən ölüm", "sən öləsən"lə iş getməz.
  • "Mən ölüm" deyəndə, axar sular dayanar.
  • "İstəmirəm" deyəndən qorx.
  • "Bunu eləmişəm" de.
  • "Bunu edəcəyəm" demə.
  • "Yaxşı oğlan" kənd yerində yaxşı adama deməzlər.
  • "Mən" demək şeytana yaraşar.
  • "Kiş" deyirsən getmir, "hoş" deyirsən dayanmır.
  • "Al ver" deyiblər, "al vermə" deməyiblər.
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

İstədiyiniz Atalar Sözlərini tapa bilərsiniz. Saytımızda yerləşən Atalar Sözləri hərflərə görə qruplaşdırılıb


atalar sözləri, məsəllər, inşa, kitablar, dərsliklər, fənn, bədii, bayatı, abdulla, meseller, atalar sozleri, molla, edebiyyat, layla, meqaleler, melumatlar, haqqinda, abbas sehet, qoşma, şeir, azerbaycan, android, axtar, yeni, Atalar Sözləri və Məsəllər, yukle

Saytda 99 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021