Atalar Sözləri və Məsəllər

Atalar Sözləri və Məsəllər


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Atalar Sözləri

  • • Böyük zəkalar birlikdə düşünürlər. (Fransız atalar sözləri)
  • • Bütün sərvətini itirən insan önəmli bir şey itirmişdir, sağlığını itirən çox şey itirmişdir, qürurunu itirən lap çox itirmişdir, ümidini itirən isə hər şeyini itirmişdir. (Fransız atalar sözləri)
  • • Bir atı suya apara bilərsiniz, amma ona zorla su içirdə bilməzsiniz. (Fransız atalar sözləri)
  • • Başqalarının arzuları üçün yox, sırf özünüz üçün düşünün. (Fransız atalar sözləri)
  • • Bir yanlışı haqlı çıxarmağa çalışmaq onu ikiqat daha böyüdür. (Fransız atalar sözləri)
  • • Balıq suda ikən sövdə olmaz. (İraq-Kərkük atalar sözləri)
  • • Biz ondan, yoğurt umarız, o bizdən ayran. (Türk atalar sözü)
  • • Bütün yaxşı şeylər qurtarmalıdır. All good things must come to an end. (İngilis atalar sözləri)
  • • Biri digəri qədər zəngin olunca, qardaşlar bir-birlərini sevərlər. (Afrika atalar sözü)
  • • Bir yalan nə qədər sürətli olursa olsun, həqiqət onu çatıb keçər. (Afrika atalar sözü)
  • • Bu dünya bizə atalarımızdan qalmadı. Biz onu uşaqlarımızdan borc aldıq. (Afrika atalar sözü)
  • • Biri o biri qədər zəngin olunca, qardaşlar bir-birlərini sevərlər. (Uqanda atalar sözləri)
  • • Bir adamdan şübhələnirsinizsə onu vecinizə almayın, vecinizə alırsınızsa ondan şübhələnməyin (Çin atalar sözləri)
  • • Böyük insanların iradələri, zəiflərin ümidləri vardır (Çin atalar sözləri)
  • • Bir dəfə pələng belinə mindinsə, enmək çətindir (Çin atalar sözləri)
  • • Bir oyun oynayacaqsansa, oyunun qaydalarını, hissələrini və bitmə vaxtını əvvəlcədən təyin et (Çin atalar sözləri)
  • • Böyük insanların iradələri, zəiflərin isə ümidləri vardır. (Çin atalar sözləri)
  • • Birinin ağlından keçəni bilmək istəsən, söylədiklərini dinlə. (Çin atalar sözləri)
  • • Bir nəfərdən şübhələnirsənsə onu işə götürmə, işə götürürsənsə ondan şübhələnmə. (Çin atalar sözləri)
  • • Bir dəfə aslanın belinə mindinsə enmək çətindir. (Çin atalar sözləri)
  • • Bəla sürüsüylə gəlir (Çin atalar sözləri)
  • • Başqalarını danlayar kimi özünü danla, özünü bağışlayar kimi başqalarını bağışla. (Çin atalar sözləri)
  • • Borclunun üzü qara, aclığın gözü qara.
  • • Borc yaxşı günə gəlməz.
  • • Borc çıxıbdır xirtdəyəcən.
  • • Borc alan bicdir, borc verən gic.
  • • Borc verənin dili uzun olar.
  • • Borc əsarətdir.
  • • Borc almaq asandır, qaytarmaq çətin.
  • • Borc yaddan çıxmaz.
  • • Borclunun duaçısı borc verəndir.
  • • Borc durar, xərc durmaz.
  • • Borc verməklə tükənər, yol getməklə.
    (Borc verməklə, yol yeriməklə bitər.)
  • • Borc ki oldu yüz – kir içində üz.
  • • Borc almaq başlanan yerdə dostluq pozular.
  • • Borc ödəməklə, yol yeriməklə tükənər.
  • • Borc altında qalan deyil.
  • • Borc ilə çaxır içən, iki dəfə keflənər.
  • • Borc alan, salam da var.
  • • Borc mini aşdı, hər axşam paxlava ye.
  • • Borc qaldıqca uzanar.
  • • Borc ilə alınan köynək adamı təmiz saxlamaz.
  • • Borcunu verməyən, bir də borc ala bilməz.
  • • Borc alan ağlaya-ağlaya gələr, gülə-gülə gedər.
  • • Borc köməyə bənzər, qaldıqca böyüyər.
  • • Borc alan ağlar gələr, gülər gedər.
  • • Bəlaya səbir gərək.
  • • Bahasına pul vermişəm, gözlərim də çıxsa yeyəcəyəm.
  • • Bu çağacan qonşu qızı idim, indi oldum – ev qızı, ev gəlini.
  • • Bir gəmi bəzənər, bir gəlin bəzənməz.
  • • Biz gəldik gəlin görməyə, gəlin getdi təzək yığmağa.
  • • Bu qız yaxşı qızdır, ərə gedəndən sonra bax,
    Bu gəlin yaxşı gəlindir, birini doğandan sonra bax.
  • • Bir də gəlin olaram, oturub durmağımı bilərəm.
  • • Böyüyə hörmət vacibdir.
  • • Böyüyə hörmət elə, sən də böyüyəcəksən.
  • • Bala dadı, bal dadı,
    Bala adamı aldadır.
    Şirini şirin olur,
    Acısı da bal dadır.
  • • Başa düşəni göz görər.
  • • Başın başı var, başında başı.
  • • Başsız gələn mal batsın, vaxtsız deyən dil batsın.
  • • Bir böhtan min ziyana bərabərdir.
  • • Bir ziyandan min böhtan doğar.
  • • Bostan əkənin yiyəsi mərd olar.
  • • Bir dəfə görmək iki dəfə eşitməkdən yaxşıdır.
  • • Bir görmək, min eşidi basar.
  • • Balam mənə əzizdir, tərbiyyəsi özündən də əzizdir.
  • • Bir işi başlamağa çalış, özü qurtarar.
  • • Bəylə bostan əkənin tağı çiynində bitər.
  • • Bu əlin rənci, o ələ haramdır.
  • • Başını keçəl eləmə,
    Hər keçəlin taleyi bir olmaz.
  • • Bülbülü saldılar qəfəsə dedi:
    "Ay vətən, ay vətən",
    buraxdılar, qondu tikan koluna, dedi:
    "Can vətən, can vətən"
  • • Bağ alma bağlanarsan,
    dağ alma dağlanarsan,
    qoyun al, yağlanarsan.
  • • Bitmiş işdən gül iyi gələr.
  • • Bağ bağbansız olmaz,
    dəvə sarbansız.
  • • Bir işi qurtarmamış, o biri işdən yapışma.
  • • Bablı baba ilə,
    su qullabı ilə.
  • • Bablı babın tapmasa,
    işi ah-vayla keçər.
  • • Bikarlıq korluq (aclıq) gətirər.
  • • Bir əldə iki qarpız tutmaq olmaz.
  • • Bir ac qudurar, bir yavalac.
  • • Baba olmadı, vəba oldu.
  • • Bənnasız divar hörülməz.
  • • Bu günün işini sabaha qoymazlar.
  • • Bitməyincə, çıxmaz.
  • • Boğaz gecə, açar səhər. (boğaz: hamilə).
  • • Boş boşuna yel olmaz, bəsləmədsən el olmaz.
  • • Boş çuval, ayaqda durmaz.
  • • Boş kəllənin yükün, ayağlar çəkər.
  • • Boş qaşıq ağız yırtar, boş söz qulaq.
  • • Bu il izi, gələnil, özü.
  • • Budala qadının nallar, ağıllı atın.
  • • Buğda qatında, sarqaç sulanır.
  • • Buğda yanında otda sulanır.
  • • Bulut ağlar, çimən gülər.
  • • Buynuzlu olmaqdansa, başqalarına buynuz qoy.
  • • Buz üstə bina salsan, günə gedər,
    Dağ üstə bina salsan, yelə gedər.
  • • Buz üstə bina tutmaz.
  • • Buz üstə yaz, yazı yazar.
  • • Buza inanma, ona dayanma.
  • • Buzdan su damlar.
  • • Bağ alırsan qışda al, bağ satırsan yazda sat.
  • • Bağban qocalır tikən uzanır.
  • • Balaban çalanındı, at minənin.
  • • Balasız qadın, gəlincik, parasız igid, ərincik.
  • • Barmağından bal damır, çanağından yağ.
  • • Basqısız taxtanı, yel alır, yel almazsa, sel alır.
  • • Baş baş olsa, səhvidə başa düşər.
  • • Baş daşa aşlandı, aşda qaldı, yaşlandı.
  • • Baş gedməyincə, ayaq gəlməz.
  • • Baş hara, ayağda ora.
  • • Baş sağlığı, dünya varlığı.
  • • Baba paltarı geyərsən,
    baba olarsan.
  • • Bir daş altda, bir daş üstə.
  • • Baqqal daşdan kəsər,
    siçan baqqaldan.
  • • Baş-başa verməyincə, daş yerindən qalxmaz.
  • • Boş çəllək danqıldayar.
  • • Boş oturmaqdansa, boşuna işləmək yaxşıdır.
  • • Balıq vermə, balıq tutmağı öyrət.
  • • Balıq olmayan yerdə xərçəng də balıqdır.
  • • Bir dana naxırın adını korlayır.
  • • Bir versən bir də istər,
    Yatmağa yer də istər.
  • • Böyük dağa qar yağmadıqca, kiçik dağa sıra gəlməz.
  • • Baş, dil ilə asılar.
  • • Bir vurmaqla ağac yıxılmaz.
  • • Böyüklə böyü, başın göyə dəysin, kiçiklə kiçil, başın yerə dəysin.
  • • Bu beşikdən nə başlar çıxdı.
  • • Başqasına quyu qazan özü düşər.
  • • Bulmadığın, olmadığın nəyə sevinmə.
  • • Baş yazısın, əl yazısı pozamaz.
  • • Baş yoldaşı yoxdur, aş yoldaşı çoxdur.
  • • Bax bu qaşa, bax bu közə, ciyər kabab oldu közə.
  • • Bilən olda, birindən sor.
  • • Bilən söyləmir, söyləyən bilmir.
  • • Bilərək yanan, ağlamasın.
  • • Biləyi zor, birini yıxar, bilimi olan, minini.
  • • Biləyin on olunca, biliyin bir olsun.
  • • Bilirəm dedin, dilləndin, bilməm dedin, dinləndin.
  • • Bilməsədə, çox danışır, tox kimi.
  • • Bir çörək, doqquz ac, orda durma, ordan qaç.
  • • Bir it hürməgilən, bir kərvan geri dönməz.
  • • Bir yalıncağı, min kişi soyamaz.
  • • Boyunduruğu görüncə, öküz canlanır.
  • • Böyük arzular kiçik şeylərə insanı həsrət qoyar.
  • • Böyük dağa çıx, yekə yerlər gör.
  • • Bu dünya başsız bir dünyadı, buna baş qoymaq isdəsən, ayaqların yerdən üzülər.
  • • Bu günlərin qızları, kəbin kəsən özləri.
  • • Başında çatışmayan şeyləri bilmək üçün, bilənlərin biliklərin öyrən.
  • • Başlar beşikdən çıxar.
  • • Başsız baş, ha vur, başdan başa vur.
  • • Başsıza baş olunca, başlı, başın olsun.
  • • Baxma qayasına, baxma daşına, yerisən, çıxarsan dağın başına.
  • • Baxt olmasa başda, nə quruda bitər, nə yaşda.
  • • Baxtsızın ağzı aşa, başı daşa.
  • • Bayram aşı, qara, qarşı.
  • • Behişdən ummur, cəhənnəmdən qorxmur.
  • • Behişdin ləzzətin cəhənnəmdəkindən sor.
  • • Bəla, gəlirəm-gəldim deməz.
  • • Bəlası balına dəyməz.
  • • Bəy olub sevinmə, yoxsul olub yerinmə.
  • • Bəy, istəyin geyər, yoxsul, tapdığın.
  • • Beş barmağın biri kəsilər, beşi ağrıyar.
  • • Beşikdə qalan başın, əli aşa çatmaz.
  • • Beşiksiz, baş olmaz, bəslənmədən aş olmaz.
  • • Bəy dövlətsiz olmaz, dövlət çomaqsız olmaz.
  • • Beşin başı olunca, altının ayağı ol.
  • • Bəyi atdan endir, bəy qalır, gədəni ata mindir, özün bəy sanır.
  • • Bəy, toxluğundan acıyar, yoxsul, aclığından (acıyar).
  • • Bəy, tanışa - qohuma, al - ver, dostluğa baxmaz.
  • • Biçilmiş taxıl, oraq pasladar, qurtulmuş döyüş, igid xamladar.
  • • Bildiyin bir doqquz, bilmədiyin doqsan doqquz.
  • • Bildiyin sığsa çanağa, bilmədiyin sığmaz qazana.
  • • Biləkdəndə var, ürəkdəndə.
  • • Biləkli olduğundan, bilikli ol.
  • • Bəyin atın al, yoxsulun qızın.
  • • Bəylər çomaqla gəzər, qulların yazığın keçər.
  • • Bir ağac kölgəsində, yüz qoyun yatar.
  • • Bir ağızdan çıxar, min dilə yayılar.
  • • Bir almanın qurdu, bir anbar alma çürüdür.
  • • Bir bilənin bildiyi, min qanmazın, bildiyindən çoxdu.
  • • Bir çıraq ışığına yüzlər oturur.
  • • Bir daşdan duvar olmaz, bir qoyundan sürü.
  • • Bir əlində od olsa, bir əlində su olsun.
  • • Bir əllə vurur, bir əllə tutur.
  • • Bir görüş, bir kor biliş.
  • • Bir kündəyə dözən, qalanına dözər.
  • • Bir olmadan, yoxdu millət. iş olmazsa, hər şey zillət.
  • • Bir mıx, bir nalı, bir nal, bir atı, bir at, bir əri, bir ər, bir eli qutarar.
  • • Bir sürüyə, bir qurd yetər (bəsdi).
  • • Bir qadının hiyləsi, qırx eşşəyə yük olar.
  • • Bir qarış yaxşılığı, bir çimdik yamanlıq pozar.
  • • Bir qorxaq, bir ordunu pozar.
  • • Bir salı yetər bilənə, çomaq nədir kürkü geyənə.
  • • Boyu hündür, boynu kürtül, donu qalba, əli balta, gövdə salta.
  • • Boy çatmayan yer olar, fikir çatmaz yer olmaz.
  • • Bitikdə yazılan, qazılar bir gün.
  • • Birisi toxmaq, birisi çüy, birisin alda birisin döğ.
  • • Biri ortadı, sağda kəsir, solda.
  • • Biri gəzir, biri yazır.
  • • Biri itdi, biri bitdi.
  • • Biri boşuna çənə çalar, biri söyləmədən işin yapar.
  • • Birəyə acıqlanıb, donun yaxma.
  • • Biri var qılıncdan qan silir, biri var qılıncla qan selir (tökür)
  • • Biri yiyər, biri baxar, qiyamət onda qopar.
  • • Birinin adı var, birinin dadı.
  • • Bitə bitə bitən bitər: yaza - yaza yazıçı yazar olur.
  • • Birisi köprü salar, min biri keçər.
  • • Bir il oğurluq edən, min il qazılıq edər.
  • • Bərəkət hərəkətdədir.
  • • Bərəkət ondur, onu da düzlük.
  • • Bacar dost qazan, düşmən qapısında.
  • • Bir dəfə gəldin – yoldaş, iki dəfə gəldin – qardaş.
  • • Buzdan dayağ olmaz.
  • • Bu bir diyardıki – quş gəlir qanad tökür, qatır gəlir, dırnaq tökür.
  • • Beşiklər başsız, başlar beşiksiz qalmasın.
  • • Beş barmaq, biləyə bağlı, biləkdə, ürəyə bağlı.
  • • Bəslə qarğanı, oysun gözünü.
  • • Bazarda badam tapmayanlar, qoz alarlar.
  • • Baş - başa gəlməyincə, iş - iş olmaz.
  • • Bağdan dağ olmaz, dağdan bağ olmaz.
  • • Bir parça çörək olub, itib.
  • • Bir papaqlı bir evi bəslər.
  • • Bir ölkədə iki hökmdar olmaz.
  • • Bir özündən böyüyə, bir özündən kiçiyə qulaq as.
  • • Bir nəfər işlər, on biri dişlər.
  • • Bir naxırın adını bir dana batırar.
  • • Bir nəğd yüz nisyəyə dəyər.
  • • Bir müştəri üçün dükan açılmaz.
  • • Bir mıx bir nalı, bir nal bir atı, bir at bir əri, bir ər bir eli qurtarır.
  • • Bir misqal ət yüz eybi örtər.
  • • Bir meşəyə od düşsə, quru da yanar, yaş da.
  • • Bir meşədə ki, əsir alanı tülkü ola, azad edəni çaqqal, orada şir, pələng dolana bilməz.
  • • Bir manatlıq eşşəyin yarım manatlıq da qoduğu olar.
  • • Bir loğma bir dağ aşırar.
  • • Bir günlük yola çıxsan, bir həftəlik tədarük gör.
  • • Bir günlük bəylik də bəylikdir.
  • • Bir gün yaranan bir gün öləcək.
  • • Bir gün duz yediyin yerə, qırx gün salam ver.
  • • Bir gül ilə bahar olmaz.
  • • Bir görür, iki istəyir.
  • • Bir gördün namərdi, bir də görsən namərdsən.
  • • Bir gözünü ağladır, bir gözünü güldürür.
  • • Bir gözü yatır, bir gözü baxır.
  • • Bir gözü alça dərir, biri səbətə tökür.
  • • Bir gözə bir dünya sığışar.
  • • Bir göz iki gözün gördüyünü görə bilməz.
  • • Bir kişinin payını iki kişi yesə, ikisi də ac qalar.
  • • Bir kənddə iki darğa olmaz.
  • • Bir gəmini iki rəis batırar.
  • • Bir gəmidə iki pişgah olmaz.
  • • Bir gəmi dolanar, bir qız dolanmaz.
  • • Bir gələn bir də gələr.
  • • Bir gecəlik söhbətin doqquz ay mabədi var.
  • • Bir gecənin oğrusu on illik molladan çox bilər.
  • • Bir "yeyirəm" deyəndən qorx, bir "yemirəm" deyəndən.
  • • Bir ye, bir Allah yolunda ver.
  • • Bir yastıqda iki baş, il başında üç baş.
  • • Bir yara vur, karlı vur.
  • • Bir yandan bağlayan, bir yandan acar.
  • • Bir yanda ağlaşma, bir yanda çalğı.
  • • Bir yanda ağlayır, bir yanda gözünün yaşını silir.
  • • Bir işin əvvəlinə bax, bir də axırına.
  • • Bir iş bitməyincə, o biri işə başlama.
  • • Bir işi başlayandan əvvəl axırını fikir eylə.
  • • Bir işdə özünə on mənfəət varsa, xalqa bir zərər, o işi başlama.
  • • Bir iş tut ki, aqibəti xeyir olsun.
  • • Bir iş var, iki əməl.
  • • Bir iş başlamayınca qurtarmaz.
  • • Bir iti iki daşla vurur.
  • • Bir it hürməklə karvan qayıtmaz.
  • • Bir inad, bir murad.
  • • Bir ilana, bir də xana bel bağlama.
  • • Bir idi oldu iki, ovhala qurbanın olum, ovhala.
  • • Bir ziyan min öyüddən artıqdır.
  • • Bir ziyan, min böhtana səbəb olar.
  • • Bir ət ki girdi qazana, oldu yeməli.
  • • Bir əllə düyün düyünlənməz.
  • • Bir əlində od, bir əlində su.
  • • Bir əlin nəyi var?
  • • Bir əlimdə canım, bir əlimdə cananım.
  • • Bir əli yağda, bir əli balda.
  • • Bir əli imanında, bir əli tumanında.
  • • Bir əli ilə verir, bir əli ilə alır.
  • • Bir əli bağda, bir əli dağda.
  • • Bir əldən səs çıxmaz.
  • • Bir əl ilə iki qarpız tutmaq olmaz.
  • • Bir əl əkər, iki əl biçər.
  • • Bir eşitmisən, bir də eşit.
  • • Bir evdə şadlıq, bir evdə - şivən.
  • • Bir evdə iki qız – biri biz, biri çuvalduz.
  • • Bir dostum var, bir postum.
  • • Bir dost min ildə qazanılar.
  • • Bir dirhəm min eybi örtər.
  • • Bir dəridir, bir sümük.
  • • Bir dəmirdən nal da olar, nizə də.
  • • Bir dəlidən yeddi məhəlləyə zərər dəyər.
  • • Bir dəli bir quyuya daş atdı, yüz ağıllı çıxarda bilmədi.
  • • Bir də cavan olsaydım sahibi-təcrübə olardım.
  • • Bir də uşaqlığa qayıtsaydım qırx il iməkləməyə razı olardım.
  • • Bir deyərsən, beş deyərəm.
  • • Bir de, beş eşit.
  • • Bir daşla iki sərçə vurmaq olmaz.
  • • Bir daşla divar olmaz.
  • • Bir dadan peşman, bir – dadmayan.
  • • Bir dana iki dana olsa bəslərəm.
  • • Bir dana bir naxırın adını batırar.
  • • Bir dağarcıq unum var, yeddi qara günüm var.
  • • Bir dağarcıq dəni var, boş dəyirman axtarır.
  • • Bir qulağından girər, o biri qulağından çıxar.
  • • Bir qulağın dar eylə, bir qulağın darvaza.
  • • Bir qoca yeddi oğula əvəzdir.
  • • Bir qorxan bir ordunu pozar.
  • • Bir qoyundan sürü olmaz.
  • • Bir qoyundan iki dəri çıxmaz.
  • • Bir qoz üçün daş atmazlar.
  • • Bir qıza qurban olsun – doqquz qoca, min qarı.
  • • Bir qız bir oğlanındır.
  • • Bir qəpik xəsisin bir dişidir.
  • • Bir qəpik verin – canını alın.
  • • Bir qəlbi ki, tikə bilməyəcəksən, niyə sındırırsan?
  • • Bir qaşıq ilə doqquz abdal keçinər.
  • • Bir qaşıq ilə doqquz abdal yemiş, birini ağzı boş qalmamış.
  • • Bir qatı nazik, min qatı yoğun, qatyarımı haradan tapım?
  • • Bir qarnı ac, bir qarını tox.
  • • Bir qarı ilə bir qoca dığ-dığ edər hər gecə.
  • • Bir dedilər, on eylə.
  • • Bir qapıda iki dilənçi olmaz.
  • • Bir qazanda iki kəllə qaynamaz.
  • • Bir vuran min "vur" deyəndən yaxşıdır.
  • • Bir vermə, bir də istər, yatmağa yer də istər.
  • • Bir var Koroğlu, bir də var kor kişinin oğlu.
  • • Bir bu gün iki sabahdan yaxşıdır.
  • • Bir buğda əkməsən, min buğda biçməzsən.
  • • Bir-birinin bəhsinə, qılınc yolur tərsinə.
  • • Bir birədən ötrü yorğanı yandırmazlar.
  • • Bir-bir dənlə, həmişə dənlə.
  • • Bir başımdır – min bir xəyalım.
  • • Bir bulud ilə qış olmaz.
  • • Bir başa iki qapaz cəfadır.
  • • Bir başa bir qoz yetər.
  • • Bir baş haraya olsa sığışar.
  • • Bir baş bir dəriyə sığmaz.
  • • Bir barmaq qatıqdan ötrü tuluğu yırtma.
  • • Bir acıyanda özünü saxla, bir giciyəndə.
  • • Bir axurdan at da yeyər, eşşək də.
  • • Bir arşın quyunun dibinə düşüb.
  • • Bir arxa ki, su gəlib, güman var yenə gəlsin.
  • • Bir atım barıtı var imiş.
  • • Bir atıb iki vurur.
  • • Bir ata doqquz oğul bəslər, doqquz oğul bir atanı bəsləyə bilməz.
  • • Bir at, beş götür.
  • • Bir anaya bir qız, bir kəlləyə iki göz.
  • • Bir almağın bir də qaytarmağı var.
  • • Bir al, iki ver, hardadır bu bolluq?
  • • Bir ayağı burda, bir ayağı gorda.
  • • Bir arxdan min at su içər.
  • • Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax.
  • • Bacarırsan aslan ol, tülkü olmaq asandır.
  • • Bir adamın payın özgəsi yeyə bilməz.
  • • Bir adamın payı iki adamı ac qoyar.
  • • Bir adamı tanımaq istəsən, ya ortaq ol, ya yola çıx.
  • • Bir adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar.
  • • Bir ağıllı baş min başı saxlar.
  • • Bir ağacdan bel də olur, kürək də.
  • • Bir ağaca çıxanda hamı budaqları silkələmə.
  • • Bir abbası verdik dindirdik, bir manat verib susdura bilmədik.
  • • Bir abam var ataram, harda olsa yataram.
  • • Bilsəydim, dərdim olmazdı.
  • • Bilsəydim atımın ölümünü, qulağı dolusu darıya satardım.
  • • Bilməsən bir biləndən sor.
  • • Bilmək olmaz – kəsilməmiş qarpızdır.
  • • Bilmədiyin işə başını soxma.
  • • Bilirəm nə yuvanın quşusan!
  • • Bilik insanın bəzəyidir.
  • • Bilik daşı ülgüc altda bilinər.
  • • Bilik ağlın aynasıdır.
  • • Biliyini atasına verməz.
  • • Bilərək yanan ağlamaz.
  • • Bilənə bir tikə, bilməyənə iki tikə?
  • • Bilənə bilməyən tay deyil.
  • • Bilən söyləməz, söyləyən bilməz.
  • • Bilən ilə bilməyən bir deyil.
  • • Bildirçinin bəyliyi darı sovrulanacandır.
  • • Bildir yedim bir əncir indi də qarnım incir.
  • • Bildir ölüb boz eşşək, bu il gəlin ağlayaq.
  • • Bildir gedən bildirçin, hanı sənin bir qıçın?
  • • Bildiyinlə çəkəsən.
  • • Bildiyini soruşma.
  • • Bildiyini əlindən vermə.
  • • Basılanı kəsməyin!
  • • Bitib hər yarağı, qalıb saqqal darağı
  • • Bütünü kəsmə, paraya dəymə, doğra, doyunca ye.
  • • Bülbülə qızıl qəfəsdən kol dibi xoş olar.
  • • Bülbülün çəkdiyi dil bəlasıdır.
  • • Bülbülü qızıl qəfəsə salmışlar, "Vay Vətən!
  • • Bülbül gülü sevər, insan – Vətənini.
  • • Bülbül viranədən ötməz, bayquş viranədən getməz.
  • • Buxarının əyriliyinə baxma, tüstüsünün düz çıxmasına bax.
  • • Burun çirkli olanda kəsib atmazlar.
  • • Burun-qulaq başa sadağadır.
  • • Burnunu sıxsalar – canı çıxar.
  • • Burnunu hər deşiyə soxar.
  • • Burnu çirk quzu buynuzu burma qoç olar.
  • • Burada üləma diz yerə qoyub.
  • • Burada oturma, orada otur, cəhənnəmdə, gorda otur!
  • • Burada oturma – his olar, orada oturma – pis olar.
  • • Burada oturma – atamındır, orada oturma – anamındır.
  • • Burada dəvə yükü ilə itər.
  • • Burada vurur, qılıncı, fələkdə oynar ucu.
  • • Burada ala qarğa balalamaz.
  • • Bundan Fatıya tuman olmaz.
  • • Bundan sonra əlini öz cibinə sal.
  • • Bulutdan nəm çəkir.
  • • Buludu külək oynadır, ağlı kəm olanı fışdırıq.
  • • Bulud altından çıxan gün, yaşmaq altından çıxan üz.
  • • Bulanlıq suda balıq tutulmaz.
  • • Bulamanı bulama, buladıqca yalama.
  • • Bulamac dəliyə qaldı.
  • • Bulağa susuz aparar, susuz gətirər.
  • • Bulaq özü tərpənməz, el-obanı ayağına gətirər.
  • • Bulaq öz gözünü kor istəməz.
  • • Bulaq gərək yerindən bulaq ola.
  • • Bugünün sabahı da var.
  • • Bugünkü ye, sabaha ya qismət.
  • • Bugünkü uşaq – sabahkı qoçaq.
  • • Bugünkü toyuq sabahkı qazdan yaxşıdır.
  • • Bugünkü söz dünənki sözün körpüsüdür.
  • • Bugünkü yumurta sabahkı toyuqdan yaxşıdır.
  • • Bugünkü qız, sabah anadır.
  • • Bu günkü qazma sabahkı neftdir.
  • • Bu gündən sabahı gör.
  • • Bu gün sən deyərsən, sabah sənə deyərlər.
  • • Bu gün nəğd, sabah nisyə.
  • • Bu gün mənədirsə, sabah sənədir.
  • • Bu gün gəlib keçdi, sən sabaha bax.
  • • Bu gün ye, sabaha qismət nə olsa.
  • • Bu gün düşənbədir, meylinə düşən nədir?
  • • Bu gün dünyadır, sabah axirət.
  • • Bu gün qızını döyməyən sabah dizini döyər.
  • • Bu gün var, sabah yox.
  • • Bu gün belədir, sabah elə.
  • • Bu gün ala dağda, sabah qara dağda.
  • • Buyurduğu qulluğa bax, verdiyi haqqa.
  • • Buyuran bilməz, hazırlayan bilər.
  • • Buyur-buyurla iş keçməz.
  • • Buyruq sizinkidir, adil hökmdar!
  • • Buyruq sənin, qulluq mənim!
  • • Buyruq allahdandır.
  • • Buynuzlu bir quzu kəlləsilə canavara meydan qurar.
  • • Buynuz sonra çıxar, amma qulağı keçər.
  • • Buzu gün əridər, insanı xəcalət.
  • • Buz üstə çıxan danaya dönüb.
  • • Budaqdan qopan alma ağacın dibinə düşər.
  • • Buğdasını sütül yeyən xırmanda ac qalar.
  • • Buğdanın ucbatından acı otlar da su içər.
  • • Buğdam var demə – anbara tökməyincə, övladım var demə – evlənməyincə.
  • • Buğdadan əlim üzüldü, gümanım sənə gəlir, ay arpa çörəyi!
  • • Buğda çörəyin yoxdur, buğda dilində nə gəlib?
  • • Buğda olmayan yerdə, darını gözə təpərlər.
  • • Bu cibindən çıxarıb o cibinə qoyur.
  • • Bu can sənindir, əzizim, mənə nə minnəti.
  • • Bu hələ hərbəsidir, zərbəsi daldadır.
  • • Bu fərə o fərələrə bənzəməz!
  • • Bu uşaqlıq deyil – dəcəllikdir.
  • • Bu təpiyə at dözər.
  • • Bu səsi bir daxmaya yerləşdirmək olmaz.
  • • Bu sənə dərs olsun.
  • • Bu necə bostançıdır, dəymişini qoyar, kalın dərər?
  • • Bu pəhriz nə, bu lahıc turşusu nə?
  • • Bu mənim üzüm, o sənin üzün.
  • • Bu meydan bədoy meydanıdır, burda yabılar quyruq bular.
  • • Bu mey meyxanasıdır, zurna-qavalı hələ
  • • Bu köhnə sözdür, təzəsini də gəlsin.
  • • Bu yerişlə hara çatarsan?
  • • Bu ilki sərçə bildirki sərçəyə cik-cik öyrədir.
  • • Bu zaman bax – öyrən zamanıdır.
  • • Bu əli verəni o əli bilməz.
  • • Bu əl o ələ köməkdir.
  • • Bu dünyanın adamı deyil.
  • • Bu dünyada maldan, mülkdən bir ağıllı baş yaxşıdır, anlamayan bir əllədən bir qara daş yaxşıdır.
  • • Bu dünyaya etibar yoxdur.
  • • Bu dünyadan xəbəri yox, o dünyadan danışır.
  • • Bu dünyada keyf çəkim, o dünyada işim yox.
  • • Bu dünya fanidir, fani!
  • • Bu dünya genişdir, sənə də yer var, mənə də.
  • • Bu dünya vəfasız dünyadır.
  • • Bu dünya bir dəyirmandır, udar bir gün bizi.
  • • Bu dünya arsızla qəmsizindir.
  • • Bu dərə mənim, o dərə sənin.
  • • Bu dərdi gora aparmaq olmaz.
  • • Bu qılınc, bu meydan.
  • • Bu boynum, bu da qılınc.
  • • Bu arşına bez verməzlər.
  • • Bu ağıl məndə, o dua səndə.
  • • Böhtana düşən odsuz yanar.
  • • Börkçünün börkü olmaz.
  • • Börkünü qoy qabağına – fikir elə.
  • • Böyüyünü tanımayanı heç kim tanımaz.
  • • Böyüyün üzünə ağ olanı torpaq götürməz.
  • • Böyüyün sözünə baxmayan gəzə-gəzə qalar.
  • • Böyüyün böyük dərdi var, kiçiyin kiçik.
  • • Böyüyü – axmaq, kiçiyi – toxmaq.
  • • Böyüksüz evdə xeyir-bərəkət olmaz.
  • • Böyüklərlə böyük ol, kiçiklərə göstər yol.
  • • Böyükdən də böyük var.
  • • Böyüyə böyük deyiblər, kiçiyə kiçik.
  • • Böyük hər nə çalsa kiçik gərək oynasın.
  • • Böyük tikə boğaz yırtar.
  • • Böyük tənqid – böyük ədəbiyyat yaradır.
  • • Böyük sənətkarlar yaranar az-az hər yerdə, hər zaman inci tapılmaz.
  • • Böyük sözünə baxmayan, böyürə-böyürə qalar.
  • • Böyük olarsan – bilərsən.
  • • Böyük olanın qursağı gen gərək.
  • • Böyük olan yerdə kiçik danışmaz.
  • • Böyük gözün nuru olmaz.
  • • Böyük insan işindən tanınar.
  • • Böyük – evin qibləsidir.
  • • Böyük dərd böyüyün yoldan azmasıdır.
  • • Böyük daş götürmək vurmamaq əlamətidir.
  • • Böyük dağın dumanı da böyük olar.
  • • Böyük qapının böyük də halqası olar.
  • • Böyük böyüklüyün bilməsə, kiçik kiçikliyin bilməz.
  • • Böyüklə – böyük, kiçiklə – kiçik.
  • • Böyük-böyük danışma, başına gələr.
  • • Böyük başını kiçik işə qatma.
  • • Böyük başın böyük də ağrısı olar.
  • • Böyük ağacın kölgəsində min qoyun yatar.
  • • Böyük ağacın kölgəsi böyük olar.
  • • Böylə qəm, böylə kədər, böylə gələr, böylə gedər.
  • • Boş çuval, boş anbar, ha doldur, doldur!
  • • Boş çanağı dolu çanağa vurmaq istəyir.
  • • Boş tüfəngdən iki adam qorxar.
  • • Boş torba ilə at tutulmaz.
  • • Boş torbaya at gəlməz.
  • • Boş süfrəyə nə bismillah?
  • • Boş sözdən fayda yoxdur.
  • • Boş sözlə qarın doymaz.
  • • Boş eşşək dəyirmana getməz.
  • • Boş evə qız verməzlər.
  • • Boş durunca düşməninə daş daşı.
  • • Boş durana şeytan gülər.
  • • Boş damardan qan çıxmaz.
  • • Boş qazan qaynamaz.
  • • Boş qab cingildər.
  • • Boş boşuna danışır.
  • • Boş anbar, boş dağarcıq, ha ölç – doldur!
  • • Bostançının sovqatı əyri xiyar olar.
  • • Bostançının kar vaxtıdır.
  • • Bostançıya kəlik satmazlar.
  • • Bostana girən porsuq yabanı qəbul elər.
  • • Bostana girən qoduğun qulağı, quyruğu olmaz.
  • • Bostan peyini kimi şişmə.
  • • Borcu həmişə kəm ver, qaytarmasa peşman olmazsan.
  • • Borcu almaq asandır, qaytarmaq çətin.
  • • Borcsuz adam yoxsul bəydən yaxşıdır.
  • • Borcsuz adam – bəyzadədir.
  • • Borclunu çox darıxdırma, danar.
  • • Borcunu verən varlanar.
  • • Borcludan bir lax yumurta da olsa al, vur divara.
  • • Borcludan bir güvəc al, vur yerə sınsın.
  • • Borclu ölməz, bənizi saralar.
  • • Borclu borclunun sağlığın istər.
  • • Borcdan qorxan qapısını gen açmaz.
  • • Borca elə giriş ki, tez qaytara biləsən.
  • • Bol-bol yeyən, bəl-bəl baxar.
  • • Böyük nə eyləsə, kiçik onu götürər.
  • • Boyunu böyütdükcə, ağlını böyüt.
  • • Boynunu bitlər yeyir, çörəyini itlər.
  • • Boynun qıldan nazikdir.
  • • Boyunduruqdan qaçan öküzü kəsərlər.
  • • Boyuna baxma, bacarığına bax.
  • • Boyun olsun, boyunduruq qapılar.
  • • Başı daşdan-daşa dəyməyincə ağlı başına gəlməz.
  • • Başı böyükdür, beyni yox.
  • • Başı bədəninə ağırlıq eləyir.
  • • Başı başına, başmağı da ayağına.
  • • Başı baş edən – ayaq, ayağı ayaq edən – dayaq.
  • • Başı ağ, ürəyi qara!
  • • Başlı başın saxlasın, mən başımdan bezaram.
  • • Başdan papaq apardır.
  • • Başda tük olsun, daramağa nə var?
  • • Başda oturan baş olmaz.
  • • Başbilənsiz iş olmaz.
  • • Başaçığın qaçan yeri – papaqçı dükanı.
  • • Başa düşənə can qurban.
  • • Başa düşənə milçək səsi düşməyənə zurna- qaval.
  • • Başa düş, başımı yar.
  • • Baş ürəkdən su içər.
  • • Baş hara gedərsə, ayaq da ora gedər.
  • • Baş sınar bel içində, qol sınar kürk içində.
  • • Baş olsun, börk tapılar.
  • • Baş olmayan gövdə leşdir.
  • • Baş ol, istərsən lap soğan başı ol.
  • • Baş namərd əlindədir, nə kəsir, nə bağışlayır.
  • • Baş yoldaşı azdır, aş yoldaşı çox.
  • • Baş əyməklə baş ağrımaz.
  • • Baş vermək olar, sirr vermək olmaz.
  • • Baş bostanda bitməz.
  • • Baş bədənin tacıdır, gözlər onun qaş-daşı.
  • • Baş ağrıyanda Allah yada düşər.
  • • Baş ağır, papaq yüngül gərək.
  • • Bacı oğlunu dayısı tanıdar bacı qızını xalası.
  • • Bacı ki, evdən çıxdı, ixtiyarı səndən çıxdı.
  • • Bacı bacı deyil, qız qardaşdır.
  • • Bacasının əyriliyinə baxma, tüstüsünün düz çıxmasına bax.
  • • Bacarsan hamının yükünü sən daşı.
  • • Bacarıq ağlın nişanəsidir.
  • • Bacarmadığın bir işi "bacararam" demə.
  • • Bacarana can qurban!
  • • Bacaran bal yeyər.
  • • Bahalıqda çörəyin əsirgəyən ucuzluqda yalqız qalar.
  • • Bahalıqda aldığımı,ucuzluqda sataram.
  • • Baxmaqla qarın doymaz.
  • • Baxmaq kirayə istəməz.
  • • Baxma deyənə, bax dediyinə.
  • • Bax mənə bir gözlə, baxım sənə iki gözlə.
  • • Bax mənə, baxım sənə.
  • • Batman qara daşdan, yaxşılıq iki başdan.
  • • Batırmayan ocaq başı qoymayıb.
  • • Basılanı əzməzlər.
  • • Barıtı qurtarıb.
  • • Barıt ilə odun dostluğu olmaz.
  • • Barmağımın onunu da şam eləyib gözünə soxsam, deyər: - Görmürəm!
  • • Barmağımın beşini də bal eləyib ağzına soxsam, deyər: - Zəhərdir.
  • • Barmağın hansını kəssən, ağrısı birdir.
  • • Barmağı işin içindədir.
  • • Barmaq hesabı verir.
  • • Barlı ağacın başına dolanarlar.
  • • Barsız ağaca daş atmazlar.
  • • Bar verən ağaca daş atarlar.
  • • Bar vaxtı bağbana salam verən çox olar.
  • • Banlayan toyuq mollaya düşər.
  • • Balta öz sapını kəsməz.
  • • Balta görməyən bağ meşə olar.
  • • Balta ağac kəsməzdi, sapı ağac olmasaydı.
  • • Balığın böyüyü tabaq altındadır.
  • • Balığı nə vaxt tutsan təzədir.
  • • Balığı ya öldür, ya sudan çıxart.
  • • Balıq tutan suyu bulanıq istər.
  • • Balıq tutan islanmaqdan qorxmaz.
  • • Balıq tora düşəndən sonra ağlı başına gələr.
  • • Balıq sudan çıxdı – öldü.
  • • Balıq suda ikən bazarlıq olmaz.
  • • Balıq kimi qulağı şır-şırdadır.
  • • Balıq istəyənin quyruğu buzda gərək.
  • • Balıq istəyən – özünü suya vurar.
  • • Balıq başından iylənər, camış ayağından.
  • • Balıq balığı udmasa – dəryanı balıq tutar.
  • • Balıq balasını da ovlar.
  • • Baldız – çuvalduz hərdən gələr sancar, gedər.
  • • Baldız elə baldızdır, bacısı sağ olsun.
  • • Baldızıma Quran qənim olaydı, qaynanamı bağda ilan çalaydı, qaynatama Məkkə qismət olaydı.
  • • Balacanın dərdi də balacadır.
  • • Balaca ağaca çıxıb, böyük budaq silkələyir.
  • • Bala baldan şirindir.
  • • Bala bağır ətidir.
  • • Balağa girdi bağa, bir quş tutdu, o da qurbağa.
  • • Balçının var bal tası, odunçunun baltası.
  • • Balçı qızı – daha şirin.
  • • Balsız şanda arı durmaz.
  • • Balını ye, arısını soruşma.
  • • Balın yoxdur, bal kimi dilin olsun.
  • • Balı olana doşab satmazlar.
  • • Balı əli uzun olan yeməz, qismət olan yeyər.
  • • Balı dibindən, yağı üzündən.
  • • Balı da sənin, bəlası da.
  • • Bala quşun ağzı böyük olar.
  • • Bal tutanın arısı Şamdan gələr.
  • • Bal dedim, bəlaya düşdüm.
  • • Bal verən çiçəyi arı tanıyar.
  • • Bakılı cüt danışar, şəkili – qaş-gözlə, dərbəndli – kəllə ilə.
  • • Bakıda işlə – Gəncədə dişlə.
  • • Bakıda qazan – Tiflisdə xərclə.
  • • Bakı Şərqin qapısıdır.
  • • Bakı yetim-yesir məskənidir.
  • • Bayırı kaşi-çini, içərisi toyuq hini.
  • • Bayraməlisiz toy olmaz.
  • • Bayram sümüyü ilə köpək kökəlməz.
  • • Bayram bəyi olub.
  • • Bayquşun ruzisi ayağında gedər.
  • • Bayquşun da dar olmasın qəfəsi.
  • • Bayquş xarabalığı gülüstana deyişməz.
  • • Bayquş gündə üç sərçə yeyər.
  • • Bazarın gözün çıxarıb.
  • • Bazara gəldi qul alan kül başına dul alan,yerin cənnətdə olsun, qız əlindən gül alan.
  • • Bazarın əvvəl!
  • • Bazarın bazar, qadam sənə, mərdimazar.
  • • Bazarı kasad olan mərdanə gərək olsun.
  • • Bazarda bez ucuz olanda adam özünü öldürməz.
  • • Bazara gedər yağış yağar, dəyirmana gedər qırğın olar.
  • • Bazar şeytan yuvasıdır.
  • • Bazar çörəyi çox olsun, bazarda olsun.
  • • Bazar olsun bazarın!
  • • Bazar yansın, amma, mənə bir manat qazanc olsun.
  • • Bazar içində it qulağı kəsməzlər.
  • • Bazar quruldu, hesab duruldu.
  • • Bazar baqqalsız, meşə çaqqalsız olmaz.
  • • Bazar ata-ana tanımaz.
  • • Bədnan gələn, bədnan gedər.
  • • Bağçalar sarı, heyvası narı, hamı dinsə də, sən dinmə barı.
  • • Bağça məndə, bar məndə, heyva məndə, nar məndə, könlüm əttar dükanı, nə istəsən var məndə!
  • • Bağlı qapıya xəta dəyməz.
  • • Bağça bağın qıydı, bağban salxım da qıymadı.
  • • Bağında gül var ikən gül üzünə, bağında gül qurtardı kül üzünə.
  • • Bağım var, bağım var, - tuman bağı!
  • • Bağda gülə baxarlar.
  • • Bağda ərik var idi, salam-əleyk var idi,
    bağdan ərik qurtardı, salam-əleyk qurtardı.
  • • Bağda əlləşənin qurşağı qığ olar.
  • • Bağbanın bar vaxtı, qulağı ağır eşidər.
  • • Bağban tələsər, armud vaxtında yetişər.
  • • Bağa yol gedə bilməz, evini dalında gəzdirər.
  • • Bağban bir gül üçün, min xara xidmətkar olar.
  • • Bağanı ya öldür, ya dalısı üstə qoy.
  • • Bağa çanağından çıxdı, çanağını bəyənmədi.
  • • Bağa bax üzüm olsun, yeməyə üzün olsun.
  • • Bağa bax, barını gör.
  • • Bağa bağban lazımdır, qoyuna çoban.
  • • Badə ki, bir şərabdır hər kəs ondan içməlidir, ölmək ki, bir körpüdür, hər kim ordan keçməlidir.
  • • Bağa bağ deməyiblər, bax deyiblər.
  • • Bağ satıb, dağ alıb.
  • • Bağ salan barın yeyər.
  • • Bağ kəsmək eşşəkdən qalıb.
  • • Bağ belə, bostan belə, tənəkləri şələ-şələ!
  • • Bağ bağbansız olmaz, dəvə sarbansız.
  • • Bağ alma bağlanarsan, dağ alma dağlanarsan, qoyun al, yağlanarsan.
  • • Baqqal ölülərin borcun dirilərə yüklər.
  • • Baqqal daşdan kəsər, siçan baqqaldan.
  • • Baqqal, qəssab – hər ikisi bir hesab.
  • • Bablı babın tapmasa, işi ah-vayla keçər.
  • • Bablı baba ilə, su qullabı ilə.
  • • Babanın üzünü ağardan nəvəsi olar.
  • • Babanın əlindən nəvə tutar.
  • • Babadan hümmət – nəvədən xidmət.
  • • Baba paltarı geyərsən, baba olarsan.
  • • Boynu uzun – beyni boş.
  • • Boyaqçı küpü deyil ki, salıb çıxardasan.
  • • Boz tula gedər, boynuyoğun gələr.
  • • Boz üzüm var, doğru sözüm.
  • • Boz at da öldü, Murtuzalı bəy də.
  • • Boğuşan köpəyin yarası əksik olmaz.
  • • Boğazında qalar, asta ye!
  • • Boğazında başmaq tayı qalıb?
  • • Boğazı böyük olanın dostu olmaz.
  • • Boğaz yediyini istəməz, göz gördüyünü istər.
  • • Bişmiş aşına soyuq su qatma.
  • • Bişirdik qoyduq dəmə, yeyənə nuş olsun.
  • • Bıçaq sümüyə dayanıb.
  • • Bıçaq öz dəstəsin kəsməz.
  • • Bıçaq vursan qanı çıxmaz.
  • • Bıçaq yarası sağalar, söz yarası sağalmaz.
  • • Bığın yağlayıblar.
  • • Bığının altından keçiblər.
  • • Bığı buraxmısan, saqqala salam vermirsən?
  • • Bığ saqqaldan qabaq çıxıb.
  • • Bişmiş aşın darğası.
  • • Biçməmiş tikmək olmaz.
  • • Biçinçi haqqını yerdən götürər.
  • • Biçimsiz bir libası biçimli geymək hünərdir.
  • • Bihudə hərəkət bel sındırar.
  • • Bitdi hər yarağımız, qaldı saqqal darağımız.
  • • Birlikdən qüvvət doğar.
  • • Birlik olmayan yerdə dirilik olmaz.
  • • Birisi mənə bağlıdır, mini də birisinə.
  • • Birisi atlas geyinmiş damaqlı, birisi tapmayır tuman yamaqlı.
  • • Birinci addımda lovğalanan ikinci addımda yıxılar.
  • • Birinin əli, o birinin dili işləyir.
  • • Birini minir, birini yedəyə çəkir.
  • • Birini gör fikir eylə, birini gör şükür eylə.
  • • Birini yeyir, birini də başı altında qoyur.
  • • Birini ye, birini yemə, birini de, birini demə.
  • • Birini evə qoyan yox idi, soruşdu: - Çuxamı hardan asım?
  • • Birini bilirsən, birinə bilmirsən.
  • • Birini yandırır, birin qandırır.
  • • Biri çalır, biri züy tutur.
  • • Biri ölməyincə, biri dirilməz.
  • • Biri od olanda o biri su olar.
  • • Birə min demiş, bir-bir vermiş yenə bazar pozulmamış.
  • • Biri mənim, biri bəndənin, birini də nazlı yara göndərim.
  • • Biri yıxıldı, biri dikəldi.
  • • Biri yeyər, on biri baxar, qiyamət onda qopar.
  • • Biri yanır, biri batır, biri yatır.
  • • Biri yazar, biri pozar.
  • • Biri işlər, on biri dişlər.
  • • Biri itər, yüz biri bitər.
  • • Biri ərə gedər, biri gora.
  • • Biri əkər, biri biçər.
  • • Biri dörd görür.
  • • Biri acından şalvarını satırdı, dedilər: - Nisyə verərsənmi?
  • • Birəsinin beş batman yağı var.
  • • Birənin qanını aldın – canını aldın.
  • • Birə şıllaq atdı, dəvənin gözünü çıxartdı.
  • • Birə dözən, minə yetər.
  • • Bir şeyi verib pis olunca, verməyib pis ol.
  • • Bir şeyin qiyməti, o şey əldən gedəndən sonra bilinər.
  • • Bir həsirdir, bir də Məmmədnəsir.
  • • Bir çustumdur, bir postum, hamı da mənim dostum.
  • • Bir çuval qızıl borcun olsun, bir çuval buğda borcun olmasın.
  • • Bir çetvər dilini qoyub, bir batman başı ilə danışır.
  • • Bir çörək özün ye, birin də Allah yolunda ver.
  • • Bir çörək bir çörəyə borcludur.
  • • Bir çırağın işığına qırx adam əyləşər.
  • • Bir çılpağı yüz cəbbəli soya bilməz.
  • • Bir çiçəkdir, iynəyənin burnu düşər.
  • • Bir çeynəm saqqızın var, çeynə yapışdır alnına.
  • • Bir həsir, bir yesir.
  • • Bir fikir nə qədər qarşılıq görsə, o qədər tərəqqi edər.
  • • Bir uşağın ağlı gördüyü işlərdən məlum olmaz.
  • • Bir ürəkdə iki məhəbbət olmaz.
  • • Bir utanma, bir inanma.
  • • Bir tövlədə at da olar, eşşək də.
  • • Bir torba dəni var, beş dəyirmana üyütməyə gedir.
  • • Bir toyuq ki, yumurta üstündə oturdu, ona bıçaq yoxdur.
  • • Bir toyuq bir yumurta qoyunca, yeddi məhəlləyə eşitdirər.
  • • Bir tikənin qırx il haqqı var.
  • • Bir tikə çörək on il yadda qalar.
  • • Bir tikə çörək daşdan çıxır.
  • • Bir taxtda iki padşah divan etməz.
  • • Bir tək arı bir yığın çibindən yaxşıdır.
  • • Bir tay düyünü dalında gəzdirir.
  • • Bir sürüyə bir qurd yetər.
  • • Bir su ki, səni aparır, deynən Arazdır.
  • • Bir subay oğlan, bir mitil yorğan!
  • • Bir söylə, iki dinlə.
  • • Bir sərəncam, qırx nəsihətdən yaxşıdır.
  • • Bir səbət yumurtaya, bir qəpik bəsdir.
  • • Bir saman çöpü dəvənin belini əzər.
  • • Bayquş yaranandan bəri viranə üçündür.
  • • Bir şəm ki, haqdan yana, heç bad ilə sönməz.
  • • Bir saat yarı görməsəm, yandırram dağı Şeydalı.
  • • Bac istərəm bacımdan, bacım ölür acından.
  • • Bikardan hamı bezar olar.
  • • Bikar oturmaqdan, bikara işləmək yaxşıdır.
  • • Bikar sözü ilə arvad alma.
  • • Biyara get, bekar qalma.
  • • Bizim eşşək əvvəldən quyruqsuz idi.
  • • Bizə gələn keçəlin saçı dabanından olar.
  • • Biz çörək vermədik çörək istəyək, biz çörək verdik ki, çörəkli olaq.
  • • Biz ümid olduq daza, daz özün qoydu naza.
  • • Biz ondan yoğurt umuruq, o bizdən ayran istəyir.
  • • Biz gülünü dərdik, siz gülabını çəkərsiz.
  • • Biz evləndik – gülüşü dərdik, sən evləndin – barmağın bala batdı.
  • • Biz də adəm övladıyıq.
  • • Biz qane olduq qaza, qaz özün qoydu naza.
  • • Biz bu saqqalı dəyirmanda ağartmışıq.
  • • Bəşər şeytansız olmaz.
  • • Bəhslə Həccə gedən yollarda sərgərdan olar.
  • • Bəhanəçiyə bəhanə əskik olmaz.
  • • Bəxşiş var xalvarla, hesab var dinarla.
  • • Bəxşiş atın dişinə baxmazlar.
  • • Bəxtini buzda sına oğulda, qızda sına!
  • • Bəxtin gətirəndə bədbəxtliyini yadan çıxartma.
  • • Bəxtin yatdı, sən də yat.
  • • Bəxtim olsaydı anadan qız doğulardım.
  • • Bəxtim bəxtindən küsüb.
  • • Bəxti yox idi, bədbəxtliyi kömək elədi.
  • • Bəxti yar olanın yar sarar yarasını.
  • • Bəxt dönəndə burunun suyu gözə damar.
  • • Bəsləsən atlas olar tut yarpağından.
  • • Bəslə qarğanı – ovsun gözünü.
  • • Bərkdən-boşdan çıxmış adamdır.
  • • Bərkdən bir çıxar, boşdan iki.
  • • Bərkdə-boşda əli yoxdur.
  • • Bərəkətin bir yanı xırmandır, bir yanı nənənin ətəyi.
  • • Bərdə Qarabağın darvazasıdır.
  • • Bəndə bəndəyə neylər, tanrı gözdən salmasa?
  • • Bəlkəni əkiblər – bitməyib.
  • • Bəlkəyə heç nə vermirlər.
  • • Bəlkə getdin gəlmədin?
  • • Bəlkə də qaytardılar.
  • • Bəlin şəkər, nazın kim çəkər?
  • • Bəlin də yandırdı məni, hərin də yandırdı məni.
  • • Bələdçiliyə gedən yorulmaz.
  • • Bələdçiyə yol göstərməzlər.
  • • Bələdsiz yola çıxan yolun azar.
  • • Bəlasını mən çəkdim, səfasını ellər.
  • • Bəladan qaçmaq olmaz.
  • • Bəladan qaçan bəlaya düşər.
  • • Bəla cana gələcəksə, mala gəlsin.
  • • Bəla həmişə yaxşı adamı tapar.
  • • Bəla gələndə "gəlirəm" deməz.
  • • Bəla bəla üstündən gələr.
  • • Bəla bəla gətirər.
  • • Bəla başının üstünü alıb.
  • • Bəkməz satana da lənət, bəhməz alana da!
  • • Bəy evindən küt gəldi, dalınca da it gəldi.
  • • Bəyin çeşməsindən su içmə.
  • • Bəyin kölgəsindən it kölgəsi yaxşıdır.
  • • Bəyin əli cibindən çıxınca, kasıbın canı çıxar.
  • • Bəyə inanma, suya dayanma.
  • • Bəyə bel bağlayanın heybəsi çiynində gərək.
  • • Bəydən gəlmiş nökərəm, dişlərini tökərəm!
  • • Bəy ilə dost olanın tövləsi dolu olar, samanlığı boş.
  • • Bəy ilə bəy dalaşdı, nökərin başı yarıldı.
  • • Bəy ilə dalaşmaq dirəklə güləşməyə bənzər.
  • • Bəy ilə bostan əkənin tağı belində bitər.
  • • Bəy dediyin nədir, bəyənmədiyin nədir?
  • • Bəy verən atın dişinə baxmazlar.
  • • Bəzənmisən bu kündəsən, bəzənməsən nə gündəsən?
  • • Bəzənirəm ağadan qorxuram, bəzənmirəm – xanımdan.
  • • Bəzən tanrıya da ağ olur insan.
  • • Bəzən düz yerdə də insan büdrəyir.
  • • Bəzən dirilər ölülərə həsəd aparır.
  • • Bəzən dəli də ağıllı söz deyir.
  • • Bəzən az tamah çox ziyan verər.
  • • Bədəsildən əsil olmaz, qaçan qızdan – xanım!
  • • Bədəsildən əsil olmaz, doyunca qızıl qala.
  • • Bədəsili başa çəkərsən, sürüşər ayağa düşər.
  • • Bədrəng özü də bir rəngdir.
  • • Bədənini təmiz saxla, qəfil əcəl gələr.
  • • Bədən başa deyir: - Saxla məni, saxlayım səni.
  • • Bədbəxtin atı çox getməz.
  • • Bədbəxt ova çıxdı, dağları duman aldı.
  • • Bəd at özün gözlər, yaxşı at igidi.
  • • Bəd övlad xətaya ürcah olar.
  • • Beşdə alacağım yox, üçdə verəcəyim.
  • • Beş gün yaraq, bir gün gərək.
  • • Beş ilin öküzü, qırx ilin qazısın aldadır.
  • • Beş barmağım kimi bilirəm.
  • • Belə malın var, apar Cəfərabad bazarına.
  • • Belə yatan öküz Yük götürməz.
  • • Belə də qalmaz, belə də getməz, bir gün olar bəxt oyanar.
  • • Belə ağzın var, çoxlu saqqız çeynə.
  • • Bez istəyirsən – Zəncana get, ölüm istəyirsən - Gilana.
  • • Başqasının əli ilə aş yeyənin qarnı doymaz.
  • • Başqasına pislik edən özünə etmiş olar.
  • • Başqasına köynək oldun, mənə barı xiştək ol.
  • • Başmaqçının başmağı olmaz.
  • • Başmaqçının başmağı yırtıq olar.
  • • Başmağından xeyir görən, patavasından çəkər.
  • • Başmağını cütlədilər.
  • • Başmağını geyə bilərsən, yerişimi yeriyə bilməzsən.
  • • Başmaq cütlənəndə məlum olar.
  • • Başmaq palçıqsız olmaz.
  • • Başlı başın saxlasın.
  • • Başlanmış iş yarı olmaq deməkdir.
  • • Başını yarıb ətəyinə qoz tökür.
  • • Başını itirən tükü üçün ağlamaz.
  • • Başını divara vurur.
  • • Başını daz eyləmə, hər daz bir taledə olmaz.
  • • Başını qatlayıb it qabağına qoyma.
  • • Başında köhnə hava qalıb.
  • • Başına tənbəki oyunu açıb!
  • • Başına gələn bilər.
  • • Başına dəyirman daşı qoysalar xəbəri olmaz.
  • • Başın tükü ayağına salama gəlib.
  • • Başın böyüklüyü dövlətdir, ayağın böyüklüyü möhnət.
  • • Başın bədəninə ağırlıq eləyir?
  • • Başımı sındır, məzənnəmi sındırma.
  • • Başımı kəs, xatirimə dəymə.
  • • Başımı yarır, ətəyimə qoz tökür.
  • • Başımı qaşımağa vaxtım yoxdur.
  • • Başına quş qonmayıb ki?
  • • Başın keçəl, gözün kor, bəs sənin haran yaxşıdır?
  • • Bir ata doqquz oğul saxlar, doqquz oğul bir atanı saxlamaz.
  • • Bir-birini sevən ər-arvad komada da xoşbəxt olar.
  • • Bu dünyada şirin şey, bir anadır, bir Vətən.
  • • Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
  • • Böyüyün sözündən çıxmazlar.
  • • Böyük tökəni kiçik yığar.
  • • Böyük sözünə baxmayan, baxımsız qalar.
  • • Böyük danışanı kiçik götürər.
  • • Böyük danışanda kiçik danışmaz.
  • • Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.
  • • Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
  • • Bu arxa bir su gəlib, ümid var bir də gələ.
  • • Boyunduruq bilir, öküz nə çəkir.
  • • Boş çanağı vurur dolu çanağa.
  • • Bizim evdə də bir gün bayram olar.
  • • Başını keçəl eləmə, Hər keçəlin taleyi bir olmaz.
  • • Başına gələn başmaqçı olar.
  • • Balıq istəyən özünü suya vurar.
  • • Bal tutan barmaq yalar.
  • • Bağbanın könlü olsa, nə gəlib bağda bara.
  • • Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
  • • Bir misqal dilini qoyub, bir batman başı ilə danışır.
  • • Bir doğru ki, yalana oxşadı, onu deməzlər.
  • • Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi.
  • • Bir qəlbi ki, tikə bilmirsən, niyə yıxırsan?
  • • Bildiyindən danış, bilmədiyin səni güdaza verər.
  • • Başa dil gətirəni, el gətirə bilməz.
  • • Bir qorxaq bir ordunu bada verər.
  • • Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.
  • • Bir igid qırx ildə meydana gələr.
  • • Beş günün yarağı, bir günün gərəyi.
  • • Bığdan götürüb, saqqala qoyur.
  • • Burnun girməyən yerə başını soxma.
  • • Burda mənəm, Bağdadda kor xəlifə.
  • • Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz.
  • • Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib...
  • • Buğda göstərir, arpa satır.
  • • Bu uşaqlıq deyil, şıltaqlıqdır.
  • • Boyaqxana küpünü azdırma.
  • • Boşdan bir çıxar, bərkdən iki.
  • • Birə bir deyiblər, birə iki deməyiblər.
  • • Bir tikəni bilməyən, min tikəni də bilməz.
  • • Bir napakdan qorun, bir də köpəkdən.
  • • Bir gözü alça dərir, bir gözü gavalı.
  • • Bir yeyərəmdən qorx, bir də yemərəm deyəndən.
  • • Bir qəpiklik qutab kimi özünü ortaya soxma.
  • • Bir versən bir də istər, Yatmağa yer də istər.
  • • Bir dadanandan qorx, bir qudurandan.
  • • Bir ac qudurar, bir yalavac.
  • • Bildiyini babasına da verməz...
  • • Bədəsili başa çəkərsən, sürüşüb ayağa düşər.
  • • Bədəsil əsil olmaz, boyunca qızıl qala.
  • • Beşdə alacağın yox, üçdə verəcəyin.
  • • Belə otlayan idin, niyə arıq düşdün?
  • • Başı daşa dəyməyincə ağlı başına gəlməz.
  • • Başından böyük danışma.
  • • Başını yarıb, ətəyinə qoz tökür.
  • • Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.
  • • Bazarın bazar, qadam sənə mərdumazar!
  • • Bağa qınından çıxdı, qının bəyənmədi.
  • • Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
  • • Bilmədiyini biləndən sor.
  • • Baxmaqla öyrənmək olsa, it də qəssab olar.
  • • Bacarıq ağılın nişanəsidir.
  • • Bir daş altda, bir daş üstdə.
  • • Bir ağızdan çıxan min ağıza yayılar.
  • • Bir su ki, girdi qaba, oldu içməli.
  • • Birlik harada, dirilik orada.
  • • Bir gün düz yediyin yerə, qırx gün salam ver.
  • • Birisi minə bağlıdır, mini də birə.
  • • Baş-başa verməyincə daş yerindən qalxmaz.
  • • Bir adam, ən çox sevgilisini, ən yaxşı şəkildə ailəsini, ən uzun da anasını sevər. (İrland atalar sözləri)
  • • Bütün adamların qanı qırmızı, bacarıqları fərqlidir. (Alman atalar sözləri)
  • • Borc alan, azadlığını satar. (Alman atalar sözləri)
  • • Balıqlar qarmaqla, insanlar şirin dillə ovlanar. (Alman atalar sözləri)
  • • Balıq başdan iy verər. (Alman atalar sözləri)
  • • Bütün bəlaların mənbəyi tamahkarlıq, bütün cəfaların səbəbi hərislikdir. (Türkmən atalar sözləri)
  • • Başqasından üstün olmağımız əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan şey, dünənki halımızdan üstün olmağımızdır. (Hind atalar sözləri)
  • • Bəxtin ömrü sobanın üstündəki qar topunun ömrü qədərdir. (İsveç atalar sözləri)
  • • Bir adam körpü qurar, min adam keçər. (Özbək atalar sözləri)
  • • Biləyi güclü birini yıxar, biliyi güclü minini. (Özbək atalar sözləri)
  • • Bağa bülbül, adama ağıl yaraşar. (Özbək atalar sözləri)
  • • Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir. (Amerika atalar sözü)
  • • Bir adam hər şeyi öyrənə bilməz (Rus Atalar Sözləri)
  • • Bir ürək acı çəkər, digərinin xəbəri olmaz (Rus Atalar Sözləri)
  • • Bu gün mənə, sabah sənə (Rus Atalar Sözləri)
  • • Bilən danışmır, danışan bilmir. (知る者言わず、言う者知らず shiru mono iwazu, iu mono shirazu) (Yapon atalar sözləri)
  • • Bir dostunuz yemiş baxçasında gəzirsə, dalğın görünməyiniz ən böyük nəzakətdir. (Yapon atalar sözləri)
Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023