Atalar Sözləri və Məsəllər

Atalar Sözləri və Məsəllər


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Atalar Sözləri

  • • Fürsətlər çıxmaqıdca qabiliyyətlər çox az işə yarar. (Fransız atalar sözləri)
  • • Fürsət ağıllı adamlar üçün pilləkəndir. (Yunan atalar sözləri)
  • • Fəzilətə gedən qapını açmaq çətindir. (Çin atalar sözləri)
  • • Fələyin qaydasıdır, dağı çəkər dağ üstdən.
  • • Fələyin çərxi dönər.
  • • Faydalı yerə qaça - qaça get, zərərli yerdən qopa - qopa qaç.
  • • Fikir dili basar, dildə gücü.
  • • Fala inanma, suya dayanma.
  • • Fürsəti fot eyləyən aqil deyil, divanədir.
  • • Fürsət hər zaman ələ düşməz.
  • • Fürsət əldə ikən yaxşılıq eylə.
  • • Füzulu atdılar cəhənnəmə, dedi: - Odunu yaşdır!
  • • Fırtdayıb burnundan düşüb.
  • • Filin gücü xortumundadır, dəvənin gücü dizində.
  • • Fikri nəysə, zikri də odur.
  • • Fərsiz övlad altıncı barmaq kimidir, kəsərsən ağrıdar, saxlarsan – eybəcər göstərər.
  • • Fərsiz oğuldan bir qara daş əfzəldir.
  • • Fərə çıxdığı qabığı tanıyar.
  • • Fənd nə bilir fel ilə fənddə nə var?
  • • Fələk güclü – mən gücsüz.
  • • Fələk birin qurar, birini dağıdar.
  • • Fələyin işinə bax, ayıya qaval çaldırır.
  • • Fələyin zoruna heç nə kar etməz.
  • • Fələyin qaydasıdır, dağı dağ üstündən çəkər.
  • • Fələkə bel bağlamaq olmaz.
  • • Fəqirin cibi – boş, qəlbi doludur.
  • • Fəqirin təsəllisi – ölümdür.
  • • Fəqirə həmdən gəlməz.
  • • Fəqirə axmaq deyərlər, kasıba gic.
  • • Fəqir əlinə baxırsa, sən cibinə bax.
  • • Farsın – qəzəli, türkün məsəli.
  • • Falın faldır, fərmanın Allah.
  • • Fal yox, yumurta da yox.
  • • Faydasız qohumdan faydalı yad yaxşıdır.
  • • Fayda zərərin qardaşıdır.
  • • Fayda – zərər hesab başında məlum olar.
  • • Fikirdən iti gedən şey yoxdur.
  • • Fəthin, zəfərin, qələbənin, xoşbəxtliyin, səadətin açarı ehtiyatlı olmaqdır. Ehtiyatlılığın birinci şərti isə məşvərətdir. (Qırğız atalar sözləri)
Dostlarınla Paylaş

Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023