Atalar Sözləri və Məsəllər

Atalar Sözləri və Məsəllər


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Atalar Sözləri

  • • Kötü olur duran kötü yanında, ki yaş dahi yanar quru yanında. (Türk atalar sözü)
  • • Korlar ölkəsində tək gözlü adam kraldır. (İngilis atalar sözləri)
  • • Kiçik qazanclar sərvət gətirər. (Yamayka atalar sözləri)
  • • Küncə qısılanda dovşan da sizi dişləyər. (Çin atalar sözləri)
  • • Küncə sıxışınca dovşan belə dişləyər (Çin atalar sözləri)
  • • Kimsə boğulma ehtimalından ötəri yemək yeməyi buraxmaz (Çin atalar sözləri)
  • • Kişinin ağılından keçəni öyrənmək istəsən, söylədiklərini dinlə (Çin atalar sözləri)
  • • Keçmiş və gələcək yoxdur; yalnız və yalnız bir sonsuz indi var. (Çin atalar sözləri)
  • • Külək yoxsa dalğa da yoxdur (Çin atalar sözləri)
  • • Kor at, gecədə otlar. (kor atlar, gecədə otlar).
  • • Kor deyir ki öz gözümlə görmüşəm.
  • • Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan
  • • Kar eşiddiyin, kor tutduğun buraxmaz.
  • • Keçəl baxar güzgüyə, aybın qoyar özgüyə.
  • • Kiçikdən xəta,
    Böyükdən əta.
  • • Kor nə istər, iki göz, biri əyri, biri düz.
  • • Kasıb çıxarını bilsə, geydiyi atlas olar.
  • • Kölgədə bitən ağacın kölgəsi olmaz.
  • • Köhnə bazara təzə nırx qoymaq olmaz.
  • • Kar könlündəkini anlayar.
  • • Könül sevən gözəl olar.
  • • Kişi ayaqdansa, başdan böyüsün.
  • • Kişi doslarından azar.
  • • Kosa geddi saqqal gətirməyə, bığında qoydu gəldi.
  • • Kişinin bir özü, birdə sözü.
  • • Kor atı minib, şahlıq iddiası var.
  • • Kor balta sümük qırar.
  • • Kor dedi: görürəm, kar dedi eşidirəm, çolaq dedi: durun qaçaq.
  • • Kor gözünə, var sürmə çəkənlər.
  • • Kor koru tapar, su çoxuru.
  • • Kor koru, görməz.
  • • Köhnə eşşək, təzə palan. (köhnə eşşək, yeni çul).
  • • Köksüz ot yelə gedər.
  • • Köhnəyə e'tibar olsaydı, bit bazarına, nur yağardı.
  • • Kədəri bölüşəndə azalır, sevinci bölüşəndə – artır.
  • • Kinli adam xoşbəxt ola bilməz.
  • • Kora nə lazimdir? İki göz.
  • • Korun gözü görməz, könlü duyar.
  • • Korun gözündən qıl çəkməzlər.
  • • Kosanın qocaldığı bilinməz.
  • • Kölgədə yatanın, kölgəsi olmaz.
  • • Kölgəli yayın, qarlı qışı var.
  • • Kölgəlik nə olduğun, gündən gələndən soruş.
  • • Könül gördüyündən su içər.
  • • Könlü ayaz, başı daz.
  • • Könül sevən gözəlin, nə ağı nə qarası.
  • • Könül könüldən su içər.
  • • Könül yaylasın yaylar.
  • • Körpü, çaydan oyanadır.
  • • Küldən ot qalxar, oddan kül.
  • • Küpə, küpə küp diyər.
  • • Küpün zoru deşikdən çıxar.
  • • Kürədən çıxdın, korluğa düşdün.
  • • Küşən dəniz, qalın qalıq: coşan dərya, bulqan hava.
  • • Keçini Allah vursa, çobanın çubuğu dəyər.
  • • Kar ağzına baxar, kor səsinə.
  • • Keçəl qız daraq bəyənməz.
  • • Keçinin də saqqalı var.
  • • Kəsilsə çörək, yapışdır görək.
  • • Kişi var yaşlandıqca aşılanır, kişidə var aşlandıqca yaşlanır.
  • • Kişinin dili başqa, özü başqa.
  • • Kişidə səbir olmalıdır.
  • • Kasıb pul tapdı, qoymağa yer tapmadı.
  • • Küsülü qardaş, gəl yükü çataq, küsümüz küsülülükdə.
  • • Köhnə getdi, sən təzədən danış.
  • • Köhnə tap təzəsində, yaman tap yaxşısında.
  • • Küzə gündə sınmaz, günündə sınar.
  • • Karvan keçər yol qalar, eşşək ölər çul qalar.
  • • Karvan ötər, izi qalar.
  • • Keflinin kağızı, meyxanada oxunur.
  • • Kəkliyin dimdiyi qan, dili qan dimdiyi qan, ağa dinsə söz olmaz, nökər dindiyi qan.
  • • Kiri kir açar, sirri sir açar.
  • • Kəl ölür, sırma saçlı olur,
    Kor ölür, badam gözlü olur.
  • • Kəsilən əkmək, yenidən bitməz.
  • • Kim gizləsə dərdini, axır yıxar dərd onu.
  • • Karvansız yol quruyar, ağ saqqalsız el quruyar.
  • • Kişiyə hörmət, artırar minnət.
  • • Kiçiklərə hörmət elə, böyüklərdən hörmət qazan.
  • • Kişidə qeyrət olsa, torpağı qızıla döndərər.
  • • Kasıb cavan mərd olar.
  • • Kasıblıq eyib deyil, oğurluq eyibdir.
  • • Kitab bilik mənbəyidir.
  • • Kəfil ölər, kəfənsiz qalar.
  • • Keçmişinə güllə atan, gələcəyin topuna düşər.
  • • Keçmiş çox uzaq olar, gələcək yaxın.
  • • Keçiyə araq versən, qurdun evin axtarar.
  • • Küçələri ölçür.
  • • Küçük hürə-hürə köpək olar.
  • • Küsənin payını yeyərlər.
  • • Küsənə pay düşməz.
  • • Kürkünə birə düşüb.
  • • Kürkü əvvəl il özün gey, ikinci il ver düşməninə.
  • • Kürən toyuq hindən bayıra çıxmaz.
  • • Kürən adamla, kürən ata yaxın düşmə.
  • • Kürən adam xətakar olar.
  • • Kürəkən imam kimi gələr, sonra yezidə dönər.
  • • Kürəyə düşməyən dəmir yumşalmaz.
  • • Kürd kürdü tanımasa, məkri məkrəni tanıyar.
  • • Kürd kürdü dəyirmanda axtarar.
  • • Küpün günahı nədir ki, içinə çaxır tökülür.
  • • Küpü sındıran da bir , suyu gətirən də bir.
  • • Küp yanında küpçələr.
  • • Kündəsi küt düşüb.
  • • Külün altında göz olar.
  • • Külü ocaqdan götürərlər.
  • • Külü küllükdən götür, külü təpəyəcən olsun.
  • • Küləş tez yanar, tez də kül olar.
  • • Küləkli gündə xırman sovurmazlar.
  • • Küləkli gündə pambıq atır.
  • • Küləkdə yatanın cin atı olar.
  • • Külək kimi hərdən bir yana əsmə.
  • • Külək əsər, gül bükülər, könül yanar, can sökülər, gecə gündüz yaş tökülər, gözlərimin qarasından.
  • • Külahın sat xirac eylə, tüfeyli olma namərdə, cahanda kəllə sağ olsun, külah əskik deyil mərdə.
  • • Kül başına gözəl fərə, beçə də səni bəyənmir.
  • • Kuzəçi sınıq qabda su içər.
  • • Köçün yaraşığı dananın soncuqlamasıdır.
  • • Köçün dönməsi axsaq itə xoş gələr.
  • • Köçdən azan qarıya bu da azdır.
  • • Köç köçər, it hürər, ikisi də mənzilə birgə yetər.
  • • Köç qayıdanda axsaq keçi qabağa düşər.
  • • Köhlən at yeriyəndə toz qopar.
  • • Köhnə hamam, köhnə tas.
  • • Köhnə un çuvalıdır, vurduqca toz qopar.
  • • Köhnə təqvim pula getməz.
  • • Köhnə pambıq bez olmaz, dul arvaddan qız olmaz.
  • • Köhnə paltar yamağından bəllidir.
  • • Köhnə palan, içi zər-zivər.
  • • Köhnə kəndə təzə nırx qoyma.
  • • Köhnə kəndə təzə darğa gəlib.
  • • Köhnə düşmən dost olmaz.
  • • Köhnə dərdi təzələmə.
  • • Köhnə qurd yolunu azmaz.
  • • Köhnə adət başında qalıb.
  • • Kötək yeyənin kisəsindən gedər.
  • • Kötək aradakına çox dəyər.
  • • Körpüdən keçəndə yan-yana deyiblər.
  • • Körpü qaldı çayın o tayında.
  • • Körpə südsüz böyüməz, pambıq – susuz.
  • • Köpəksiz sürüyə qurd dadanar.
  • • Köpək taya dibində yatar, elə bilər öz hünəridir.
  • • Köpək qocalanda, qurda gülünc olar.
  • • Köpəyin iyə düşəni tuladan bərk qaçar.
  • • Köpəyin qarnı tox olsa, gecə ulduza hürməz.
  • • Köpəyə ümid olduq, özümüz də hürmədik.
  • • Köpəyə səlbə dəyən kimi dəydi.
  • • Könülsüz hürən köpək, sürüyə qurd gətirər.
  • • Könülsüz tula ilə ova çıxmazlar.
  • • Könülsüz namazı Allah qəbul eləməz.
  • • Könülsüz köpəyin sürüyə xeyri olmaz.
  • • Könülsüz (pulsuz) bazara gedən, gördüyünü almamış qayıdar.
  • • Könülxoşluğu maldan əfzəldir.
  • • Könül umduğu yerdən küsər.
  • • Könül sevən göyçək olar.
  • • Könül sevən ağanın nə ağı, nə qarası!
  • • Könül nə mey istər, nə meyxanə, könül dost istər, mey bəhanə.
  • • Könül gözdən su içər.
  • • Könül quşu uçar, bir budaqdan o birinə qonar.
  • • Könül qocalmaz.
  • • Könül bir uşağa bənzər, nə verərsən istər.
  • • Könül bir böyük saraydır, tikilməsi çətin, yıxılması asan.
  • • Könül arzunun mənbəyidir.
  • • Könlü yemiş istəyən dolanar tağ başına.
  • • Könlü bədöy at istəyən vaxtında alar.
  • • Könlü balıq istəyən quyruğunu suya vurar.
  • • Köndələn çəpərə söykənmək olmaz.
  • • Kömürçünün evinə girən üzü qara çıxar.
  • • Kömürçünün qaralmaqdan nə arı?
  • • Köməyi igidə – sözlə, zəifə – əllə et.
  • • Kölgəsini qılınclayır.
  • • Kölgəsindən qorxur!
  • • Köynək olanın kölgəsi olmaz.
  • • Kölgədə bitən ağacın meyvəsi olmaz.
  • • Köynək dondan irəlidir.
  • • Kövək kolunun kölgəsi olmaz.
  • • Kotan nə bilir qayış nə çəkir?
  • • Kosanı gün batandan sonra aldatmaq olar.
  • • Kosaya rişxənd edənin, top qara saqqalı gərək.
  • • Kosa getdi saqqal gətirməyə, bığı da qoydu gəldi.
  • • Kosa kəndə girməmiş gəraylısını başladı.
  • • Korun nə borcu ki, şam bahalanıb!
  • • Korun istədiyi bir göz, iki göz olsa – nə söz!
  • • Korun ağacı özündən qabaq gedər.
  • • Koru kor yanında həyan üçün qoyarlar.
  • • Koru dar yerdə qısnamazlar.
  • • Koroğlunu tutmağa bir keçəl Həmzə gərək.
  • • Koroğlu üçəcən deyib.
  • • Koroğlu deyib:
  • • Korlar şəhərində ayna satmazlar.
  • • Kora gecə-gündüz birdir.
  • • Kor tutduğundan kəsər.
  • • Kor olsun o iki göz ki, dostunu, düşmənini tanımır.
  • • Kor nə istər?
  • • Kor leyləyin yuvasını Allah tikər.
  • • Kor gözündən qorxar, keçəl başından.
  • • Kor gözün sahibinə nə faydası!
  • • Kor gözdən əski asır.
  • • Kor koru tapar, su çuxuru.
  • • Kor kora kor deməsə, bağrı çatlar.
  • • Kor kora deyər:
  • • Kor-kor, gör-gör!
  • • Kor kimdir?
  • • Kor it kölgəsindən qorxar.
  • • Kor ilə çörək yeyəndə insafı arada gör.
  • • Kor əsasını bir itirər.
  • • Kor əlifə bəy deməyib.
  • • Kor qurdun ruzisini yetirən özü yetirər.
  • • Kor burada, ya Bağdadda.
  • • Kor bulaqdan su gəlməz.
  • • Kor atı minən şahlıq iddiası edər.
  • • Kor at gecə də otlar.
  • • Kolxoz ambarı el süfrəsidir.
  • • Kovxası gülüm olanın başına külüm olar.
  • • Kovxanın bacısı oğlusan?
  • • Kovxa ilə hesaba oturan borclu olar.
  • • Kovxa atlanar, öz kəndini çapar.
  • • Kişisi olmayan evin ruzisi olmaz.
  • • Kişinin cibi iki olsa, arvad almaq fikrinə düşər.
  • • Kişini cavan saxlar, yaxşı arvad, yaxşı at.
  • • Kişinin hörməti öz əlindədir.
  • • Kişinin sözü ilə işi bir olar.
  • • Kişinin malı göz qabağında.
  • • Keçəlin adı – Zülfəli!
  • • Keçəli papağının yanından tanımaq olar.
  • • Keçəli gün Zülfəli çağırarlar.
  • • Keçəli gün çıxmamış gör.
  • • Keçələ kosa qənim olsun.
  • • Keçələ baxma, bəxtinə bax.
  • • Keçəl çarə bilsə, öz başına eylər.
  • • Keçəl Həsən, Həsən keçəl, nə fərqi?
  • • Keçəl halva yeyər, puluna minnət.
  • • Keçəl suya getməz.
  • • Keçəl yaradı, öz başını daradı.
  • • Keçəl qızı saçlı dəyə ağlama.
  • • Keçəl qız bəzənincə toy əldən getdi.
  • • Keçəl qız çeşmənin gözündən su içər.
  • • Keçəl qız bacısının saçı ilə öyünər.
  • • Keçəl var – zığıdı keçəl, keçəl var – noxudu keçəl.
  • • Keçəl başını yudu da, daradı da.
  • • Keçəl başından qorxar, kor gözlərindən.
  • • Keçəl başa taxta daraq?
  • • Keçəl baxar güzgüyə – adın qoyar özgəyə.
  • • Keçdi gül, uçdu bülbül, istər ağla, istər gül.
  • • Keyf sənin, kənd kovxanın.
  • • Keyf qılığa baxmaz.
  • • Kaş mal zərəri olsun, insan zərəri olmasın.
  • • Kasıbın toyunda gecə qısa olar.
  • • Kasıbın sacı axırda qızar, Kasıbın sözü, yorğunun gözü.
  • • Kasıbın pulu cəhənnəmdə olar.
  • • Kasıbın günü – itin günü.
  • • Kasıbın gözü tox olar.
  • • Kasıbın halını kasıbdan sor.
  • • Kasıbın dürməyi yavan olsa, dili yağlıdır.
  • • Kasıbın dörd düşməni var – it, bit, yasavul, molla.
  • • Kasıbın dövləti saqqalda olar.
  • • Kasıbın bir oğlu oldu, o da boynu əyri.
  • • Kasıbın ağzı aşa dəyəndə başı daşa dəyər.
  • • Kasıbı dəvə üstündə böv vurar.
  • • Kasıba qul ol, varlıya oğul olma
    (Kasıba oğul olunca, dövlətliyə qul ol).
  • • Kasıba bazarın tulası da hürər.
  • • Kasıb xərcini bilsə, məxmər geyər.
  • • Kasıb çıraq yandırar, dövlətlinin pulunu sayar.
  • • Kasıb ölüsünə yas saxlamaz.
  • • Kasıb öləndə molla xəstə olar.
  • • Kasıb geyəndə soruşarlar: Haradandır?
    Varlı geyəndə deyərlər: Mübarəkdir!
  • • Kasıb, itinin adını gümüş qoyar.
  • • Kasıb bacını varlı qardaş istəməz.
  • • Kasanı mənim başımda sındırır.
  • • Kasa sındı, ya cingildədi.
  • • Karın qulağına taxta tıxadılar, dedi: - Bu taqqıltı
  • • Kar üçün iki dəfə azan verilməz.
  • • Kar özünə sərf eləyəni eşidər.
  • • Kar könlündəkini anlar.
  • • Kar iki dəfə gülər.
  • • Kar eşitməz, yaraşdırar, kor görməz, quraşdırar.
  • • Kar eşitdiyini, kor tutduğunu buraxmaz.
  • • Kar dedi: - Səs gəlir!
  • • Kankanın vəsiyyəti – qızıl öküzdür.
  • • Kamil ovçu boşuna güllə atmaz.
  • • Kamil insan kəlamından bəlli olar.
  • • Kamil bağban çəkər bağın səfasını.
  • • Kamil adam az danışar.
  • • Kamal ata kürki deyil ki, irs ilə övlada keçə.
  • • Kababı köz öldürər, igidi söz.
  • • Kabab qanlı, igid canlı.
  • • Köşəyi satan, eşşək ala bilməz.
  • • Kişinin alnı açıq gərək.
  • • Kişi fəhlədir, arvad – bənna.
  • • Kişi, sözü üzə deyər.
  • • Kişi seldir, arvad göl.
  • • Kişi sevdiyinin nazını çəkər.
  • • Kişi öz tayı ilə gəzər.
  • • Kişi öz sözünün ağası olar.
  • • Kişi kişidən qorxmaz, amma utanar.
  • • Kişi qızı olma, kişi arvadı ol!
  • • Kişi bilmədiyini ayağı altına yığsa, başı ərşə dəyər.
  • • Kiçiyin kiçik yeri var, böyüyün - böyük.
  • • Kiçiyin kiçik dərdi var, böyüyün – böyük.
  • • Kiçik daş da baş yarar.
  • • Kiçik açar böyük qıfılı açar.
  • • Kiçiyi böyüyün üzünə qalxızmazlar.
  • • Kitabın köhnəsi, libasın təzəsi.
  • • Kitabı satıb, gəncəfə alıb.
  • • Kitab verənin bir əlini kəsərlər, qaytaranın iki əlini.
  • • Kirpik gözün çəpəridir.
  • • Kirayənişin olduğu bəs deyil, toyuq-cücə də saxlayır.
  • • Kiri kir açar, sirri – sir.
  • • Kimsənin nəsibin kimsə yeməz.
  • • Kimsənin tikəsi kimsənin qarnında qalmaz.
  • • Kimsənin ahı kimsəyə qalmaz.
  • • Kimsə namərdə möhtac olmasın.
  • • Kimsə kimsənin qismətini yeməz.
  • • Kiminin sacı olar, kiminin ələyi.
  • • Kiminin başında tac, kimi ac-yalavac.
  • • Kimini qaldırır, kimini endirir.
  • • Kiminə qat-qat, kiminə – ac yat.
  • • Kimin arabasında gedirsən, onun mahnısını oxu.
  • • Kimi gülür, kimi ağlayır, hərənin bir dərdi var.
  • • Kimi əkər, kimi biçər, kimi qazanar, kimi yeyər.
  • • Kimə yaxşılıq elədin, özünü ondan qoru.
  • • Kim güclüdür – haqq onundur.
  • • Kim eşşək olar, biz ona palan olarıq.
  • • Kilid dost üçündür.
  • • Kəfgir qazanın dibini deşib.
  • • Kəfəni var idi, goru da olsun?
  • • Kəfən havayı olanda adam özünü öldürməz.
  • • Kəsilsin o iki əl ki, bir başı saxlamaz.
  • • Kəsilən başın zülfü üçün ağlamazlar.
  • • Kəsik baş bitməz, bitsə də yiyəsinə xeyir verməz.
  • • Kəsənin üzün tikən ağardar.
  • • Kəsək oturub daş üçün ağlayır.
  • • Kasad bazarın gəliri olmaz.
  • • Kəs barmağını çıx bazara, əlac tapan çox olar.
  • • Kərə yeyən də çıxar yaza, tərə yeyən də.
  • • Kərə yağından qıl çəkir.
  • • Kərbalayi Kazım, sənə demək nə lazım?
  • • Kəpək altında unları var.
  • • Kənkanın vəsiyyəti qızıl öküzdür.
  • • Kəndi köpəksiz gördü, əli ağacsız girdi.
  • • Kəndə təzə dəllək gəlib, kəkili yandan qoyur.
  • • Kəndə molla gəlib, kim ölür, ölsün.
  • • Kənd nədir, qənd nədir!
  • • Kənd köpəksiz olmaz.
  • • Kənd kovxasız olmaz.
  • • Kənd girovun naxırdan tutarlar.
  • • Kənd kalafasından bilinər.
  • • Kənd aşırı it hürməz.
  • • Kənardan baxana hər şey asan görünər.
  • • Kənardan baxan yaxşı görər.
  • • Kəllə-paça suyu üçün Hövsana gedir.
  • • Kəllə-paça, qoyma qaça.
  • • Kələ kələlər neylədi ki, kərtənkələlər neyləsin?
  • • Kəl qoşub cüt sürməyən çörək qədrini bilməz.
  • • Kəkliyin dimdiyi qan, dili qan, dimdiyi qan, ağa dinsə söz olmaz, nökərin dindiyi - qan.
  • • Kəklik qaqqıldamasa qaraquş onu tapmaz.
  • • Kəklik başını soxar kola, quyruğundan xəbəri olmaz.
  • • Kəbinim halal, canım azad.
  • • Keçmişi unutma, gələcəyin müəllimidir.
  • • Keçmişin qazancı bu günün rahatlığıdır.
  • • Keçmişin arabası ilə uzaq gedə bilməzsən.
  • • Keçinin şeytanla qohumluğu var.
  • • Keçinin başı gicişəndə, buynuzunu çobanın çomağına sürtər.
  • • Keçini dəvə adına satır.
  • • Keçinin qoturu sərçeşmədən su içər.
  • • Keçilər yer əkə bilsəydilər, öküzlər işsiz qalardı.
  • • Keçiyə qurd dəyməsə gedib Həccə çıxar.
  • • Keçiyə bir sürü qoyundan, bir keçi yaxşıdır.
  • • Keçidə saqqal var, amma şeyx deyil.
  • • Keçib gəlib Arazı, bəyənməyir Gülnazı.
  • • Keçi şərab içsə, dəvəyə meydan oxuyar.
  • • Keçi can hayında, qəssab piy axtarır.
  • • Keçi suyu bulandırdı.
  • • Keçi suyu bağıra-bağıra keçər.
  • • Keçi öləndə quyruğunu dik tutar.
  • • Keçi öldü, qoturu qurtardı.
  • • Keçi keçim olsun, oturduğum yer samanlıq.
  • • Keçi kasıbın inəyidir.
  • • Keçənə güzəşt deyiblər.
  • • Keçən günə gün çatmaz, calasan günü günə.
  • • Keçən gün ömürdəndir.
  • • Keçən keçib, sən gələcəkdən danış.
  • • Keçən keçib, gələn günün xeyir olsun.
  • • Keçən keçdi, vay gələcək dərdidir!
  • • Keçən (köçən) yurdun qədrini, düşən yurdda bilərlər.
  • • Keçən zaman qayıtmaz.
  • • Keçəlin hindi başı, eşşəyə mindi başı, o tayda dava düşdü, bu tayda sındı başı.
  • • Keçəlin tükdən acığı gələr.
  • • Keçəlin papağı düşənəcəndir.
  • • Keçəlin dırnağı olsa, öz başını qaşıyar.
  • • Keçəlin dərdi-başı, bir qazan ayran aşı.
  • • Keçəlin qazandığı başının ziftinə (qartmağına) gedər.
  • • Köçən yurdun qədrini, düşən yurdda bilərlər.
  • • Kiçikdən xəta, Böyükdən əta.
  • • Kötük üstündə çox budaqlar doğranıb.
  • • Köpəyin qarnı tox gərək.
  • • Könülsüz işin axırı olmaz.
  • • Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdir.
  • • Keçənə güzəşt deyərlər.
  • • Kişinin sözü bir olar.
  • • Kələk ilə gələn, külək ilə gedər.
  • • Keçmə namərd körpüsündən qoy aparsın sel səni,
    Yatma tülkü daldasında qoy yesin aslan səni.
  • • Külək kimi hərdən bir tərəfə əsmə.
  • • Köhnə kəndə təzə nırx qoyur.
  • • Kamil bağban çəkər bağın səfasın.
  • • Köpək araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.
  • • Kor tutduğun buraxmaz.
  • • Kor kor, gör gör.
  • • Kişiüzlü arvaddan, arvadüzlü kişidən həzər.
  • • Kişinin özünə baxma, sözünə bax.
  • • Kişini tez qocaldar axşamdan yatan arvad.
  • • Kişi tüpürdüyünü yalamaz.
  • • Kişi sözü üzə deyər.
  • • Kiminin əvvəli, kiminin axırı.
  • • Keçi can hayında, qəssab piy hayında.
  • • Kifirə sabun, dəliyə öyüd neyləyər.
  • • Kiçik oğrular asılar, böyük oğrular sərbəst buraxılar. (Alman atalar sözləri)
  • • Kar bir ərlə, kor bir qadın xoşbəxt bir cütdür. (Danimarka atalar sözləri)
  • • Kor toyuğa hər şey darıdır. (Özbək atalar sözləri)
  • • Kim çox səbəb söyləyirsə, o çox yalan danışır (Rus Atalar Sözləri)
  • • Keşişdən at, duldan qız alma (Rus Atalar Sözləri)
  • • Kimin harası ağrıyırsa o barədə danışar (Rus Atalar Sözləri)
  • • Köhnə dost iki yeni dostdan yaxşıdır (Rus Atalar Sözləri)
  • • Kor dilənçi də heç olmasa çiçəklərin ətrini duyur. (Yapon atalar sözləri)
  • • Kitablar ruhun qidasıdır. (Yapon atalar sözləri)
  • • Kim nə etsə özünə edər. (Bolqar atalar sözləri)
Dostlarınla Paylaş

Saytda 138 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024