Atalar Sözləri və Məsəllər

Atalar Sözləri və Məsəllər


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Atalar Sözləri

  • • Qorxu məntiqdən daha qüvvətlidir. (Yunan atalar sözləri)
  • • Qadın vardır igid doğurur,
    Oymağı dövlət edər,
    Qadın vardır it doğurur,
    Məmləkətə dərd edər. (Türk atalar sözü)
  • • Qoyun can dərdində,
    Qəssab ət dərdində. (Türk atalar sözü)
  • • Qənaət edilmiş qəpik qazanılmış qəpikdir. (İngilis atalar sözləri)
  • • Qarşıdan gələn bir bəladan qorunmaq asandır lakin arxandan atılan oxdan qoruna bilməzsən (Çin atalar sözləri)
  • • Qadına inanan, özünü aldadar. İnanmayan da qadını aldadar. (Çin atalar sözləri)
  • • Qurduğumuz ən böyük həbsxana içimizdədir. (Çin atalar sözləri)
  • • Qızarmış ördəyin ağzına gələcəyini gözləyən çox gözləyər. (Çin atalar sözləri)
  • • Qonşu qonşuya baxar,
    Canını oda yaxar.
  • • Qalan işə qar yağar.
  • • Qazıya yalqız gedən razı gələr.
  • • Qonşunu iki inəkli istə, özün bir inəkli olasan.
  • • Qeyrəti olan torpağı qızıla döndərər.
  • • Qazı da bilir, quzu da
  • • Qəlb də ayna kimidir, sındısa – yapışdırmaqla düzəlməz.
  • • Qazanı başqanın, qayğısı başqa dır.
  • • Qanuna əyən eldi, qanunu əyən başçı.
  • • Qaşa baxma, gözə bax, ağızdan çıxan sözə bax.
  • • Qazanda olmasa, çömçədən küsmə.
  • • Qayğı insanı qocaldar, güvənc anı ucaldar.
  • • Qazı balası, bilirəm deyər, bəy balası, alıram deyər.
  • • Qanı qanla yumazlar.
  • • Qoyunu qoyun, keçini keçi ayağından asarlar.
  • • Qılınc yarası sağalar, söz yarası sağalmaz.
  • • Qadınsız evdə hörümçəklər tor qurar.
  • • Qızını döyməyən, dizini döyər.
  • • Qonşu qonşuya baxar, özünü oda yaxar.
  • • Qırağına bax, bezini al, anasına bax, qızını al.
  • • Qonşu muncuğunu götürən onu ancaq korda taxar.
  • • Qadın alsan balta al, ayaqların çalda al.
  • • Qadın, erkəyin əşi, evin günəşi.
  • • Qadına göz yaşı sudu.
  • • Qadının fəndi, ərkəyi yendi.
  • • Qazan qaynar, ağıl oynar.
  • • Qış olmasa yaz olmaz, qar olmasa bar olmaz.
  • • Qızıl döyəcəyi gümüşdən olur.
  • • Qonşu dövlətli olsa, kor qız ərə gedər.
  • • Qaçanı qovma, düşəni vurma.
  • • Qanmaz arvad ev pozar, yarım xoca din pozar.
  • • Qəfəsdə qalan quşun kefin, uçan quşdan sor.
  • • Qəribin əzanın, kimsə dinləməz.
  • • Qışın yorğanı, yayın ayranı.
  • • Qorxaqla qorxaq, qoxmadan görüşür.
  • • Qoşa qılınc, qına sığmaz.
  • • Qorx qorxmazdan, utan – utanmazdan.
  • • Qocadan demək,
    Cavandan əmək.
  • • Quzusuna qıymayan kabab yeyə bilməz.
  • • Qara kişmişi cibə tökərlər,
    ağ kişmişi atarlar çölə.
  • • Qadın kişini vəzir də edər, rəzil də
  • • Qara kişmişı cibə tökərlər, ağ ayranı itə.
  • • Qurd qoyunu gözdən qoymaz, könül düşünməkdən doymaz.
  • • Quş qanatla, ər atla.
  • • Qılıqlı min ev yeyər, qılıqsız bir evi də yeyə bilməz.
  • • Qorxaq qaçar hay gəlməmiş,
    Çırmanar keçməyə çay gəlməmiş.
  • • Qaydanı pozan peşiman olar.
  • • Qaz vur, qazan doldur.
  • • Qurdun qonaqlığına get, köpəyi də yanınca apar.
  • • Qorxursansa pişikdən,
    Niyə çıxırsan deşikdən.
  • • Quş var ətin yeyərlər, quş var yedirdərlər.
  • • Qazıdan qardaş olmaz.
  • • Qanı qan ilə yumazlar, qanı su ilə yuyarlar.
  • • Qovmaqda ərlikdi, qaçmaqda ərlik.
  • • Quduzğan it özünü qapar, olmasada kölgəsini.
  • • Qulağı açan dil olur, dilsiz qulağ kar olur.
  • • Qurd qının atsada, qılığın atmaz.
  • • Qursağı gen olanın, çörəyi dar olar.
  • • Qulağın birin kar tut.
  • • Qurdu qurd ilə ovlamazlar.
  • • Quş - dimdiyindən, adam isə dilindən ovlanar.
  • • Qədər olmasa, qadir olmaz.
  • • Qırx gündə doyular cəmaldan, qırx ildə doyulmaz kamaldan.
  • • Qıtlıq olsa buğda al; arvad ölsə qızın al.
  • • Qələmin dili iki olsada, yazısı birdir.
  • • Qışda ağlayar, yazın gülən.
  • • Qışı qarlı, yazı barlı.
  • • Qışın işi, yazın yemişi bol olur.
  • • Qızıl palçıqdada parıldar.
  • • Qoca qurd yolun şaşmaz.
  • • Qonaq az oturur, çox görür.
  • • Qonaq ilə qonaqçı, eşşək ilə eşşəkçi dil tapar.
  • • Qonşu payıynan doyan, öz çörəyin, irgənə irgənə yeyər.
  • • Qonşu payıynan qarın doymaz, çüçə qızından arvad olmaz.
  • • Qonşunun dul arvadı, qonşunun gözünə qız görünər.
  • • Qonşunun payına uman qarnı dolu yatar, ac oyanar.
  • • Qonşunun toyuğu, qonşuya qaz görünər.
  • • Qonşuya salan, yersiz qalar.
  • • Qonuşmaq işi, kişinin işi.
  • • Qorunmayan ziyan görər.
  • • Qorxana qoç, qorxmaza quş görünür.
  • • Qotur keçi, sürər sürünü, bəlaya salar.
  • • Qoyun güdən, qurdu görər.
  • • Qoyunun tozu qurd gözünə sürmədi.
  • • Qoz arıyan, ayı yuvasına girməz.
  • • Qoz beli qəbir düzəldər.
  • • Qoz ola, badam ola, özü də bir adam ola.
  • • Qulağa xoş gələn insan, gözədə gözəl görünər.
  • • Quranın yazısı bir, sözü birdi, yoran minbirdi.
  • • Qurbətə qız vermə, itər gedər, dənizə daş atma, batar gedər.
  • • Qurd balasın bəsləsəndə, it olmaz.
  • • Qurd öz aclığını, itə bildirməz.
  • • Qurda sordular: nədən boynun böylə yoğundu, qurd demiş: öz işimi özüm görmüşəm.
  • • Qurdla qoyun tutmaz, qılıncla oyun.
  • • Qurdun gücü boynundadır.
  • • Qurdun kim olduğun, qoyundan soruş.
  • • Qurdun qeyrəti gedsə, keçiyə "aba" diyər.
  • • Quru süfrəyə, xoca dua oxumaz.
  • • Quş qanadsız olmaz, türk - atsız.
  • • Quyunun, dibin görməyincə, ölçə bilməzsən.
  • • Quyuya düşən daşın səsi, qonşuda eşitilməz.
  • • Qaraçı köç edəndə varlı olduğunu bilər.
  • • Qürbətdə xan olunca, Vətənində dilən, gəz.
  • • Qoçun buynuzu qoça ağırliq eləməz.
  • • Qız evlərdə tanınar, ipək dəzgahda.
  • • Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin.
  • • Qocanın biliyi, cavanın biləngi.
  • • Qoca evin sütunudur.
  • • Qoca qurd kahasından çıxmaz.
  • • Qoca başqa, qocaman başqa.
  • • Qurunun oduna yaş da yanır.
  • • Quyuya su tökməklə quyu sulu olmaz.
  • • Qulağının dibini görəndə...
  • • Qoyunu qurda tapşırıb.
  • • Qarğa cəmdək üstə yığılar.
  • • Qabaqca danışma!
  • • Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.
  • • Qorxu adama yalan dedirdər.
  • • Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç.
  • • Quş var ətin yeyərlər, quş var ət yedirdərlər.
  • • Qurddan qorxan qoyun saxlamaz.
  • • Qurbansız bayram olmaz.
  • • Qoç igid qurddan çəkinməz.
  • • Qoç döyüşünə qoç dözər.
  • • Qoçdan qoç törər
  • • Qorxursansa pişikdən, Niyə çıxırsan deşikdən.
  • • Qorunan baş salamat olar.
  • • Qorxu başa bəladır.
  • • Qorxu adama yalan söylədər.
  • • Qorxan öküz cütə getməz.
  • • Qorxan gözə çöp düşər.
  • • Qorxaq öz kölgəsindən də qorxar.
  • • Qorxaq hər şeyi dörd görər.
  • • Qorxaq nə zərər eylər, nə mənfəət.
  • • Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.
  • • Qorxaq qaçar hay gəlməmiş, Çırmanar keçməyə çay gəlməmiş.
  • • Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz.
  • • Qaçanı qovmazlar.
  • • Qapan it dişin göstərməz.
  • • Quyu var, suyu yox.
  • • Qırqovul kimi başını kola soxub, elə bilir görünmür.
  • • Qurddur, qoyun dərisinə girib.
  • • Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər.
  • • Qonağa get deməzlər, altından palazı çəkərlər.
  • • Qonaq bu il burdadır, gələn il də sərasər.
  • • Qorğaya öyrənən çərəzsiz qalmaz.
  • • Qəlb odur ki, qəlbindəkin deməyə...
  • • Qarın səndən aşağıdır.
  • • Qarın qardaşdan irəlidir.
  • • Qarın başa bəladır.
  • • Qarnı tox olan, qayğısız olar.
  • • Qarğanı qırğı bilir.
  • • Qarğa özün quş bilir, xaşıl özünü aş.
  • • Qaraçı bir ələk verib, elə bil evə dirək verib.
  • • Qapıdan qovursan, bacadan gəlir.
  • • Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən.
  • • Qanı qan ilə yumazlar.
  • • Qanmaza qoşulanı qanmaz çağırarlar.
  • • Qamış ola, gomuş ola, görməmiş ola...
  • • Qayınananın gücü qızına çatar.
  • • Qaydanı pozan peşman olar.
  • • Qazancını it yeyər, yaxasını bit.
  • • Qazan qarası gedər, üz qarası getməz.
  • • Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz.
  • • Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
  • • Qələm yazanı qılınc poza bilməz.
  • • Qələmin ucu, qılıncın gücü.
  • • Qələm əyri yonulsa da düz yazar.
  • • Qələm qılıncdan itidir.
  • • Qafil yaşamaqdan ölmək yaxşıdır.
  • • Qurdun qonağlığına get, köpəyi də yanınca apar.
  • • Qaçırılan fürsət ələ düşməz.
  • • Qarğa, qarğa, məndə qoz var.
  • • Qonşu payı dolu gələr, dolu gedər.
  • • Qonşunun haqqı axirət haqqıdır.
  • • Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.
  • • Qonşum sağ olsun, ocağından od verməsin.
  • • Qonşu muncuğunu götürən, onu ancaq gorda taxar.
  • • Qonşu qonşu olsa kor qız ərə gedər.
  • • Qonşu iti qonşuya hürməz.
  • • Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar.
  • • Qonşu qonşuya baxar, Canını oda yaxar.
  • • Qoyun quzusunun ayağını basmaz.
  • • Qürbətdən vətənə qayıdanda sevinmək olmasaydı, qürbət səfəri haram olardı.
  • • Qara bulutu yel açar, urun belə il açar: rüşvət - düyün açar.
  • • Qara qazan, könül versən ağarar.
  • • Qara doğmuşa, qarqa oğluna, sabın neyləsin, çoğan neyləsin.
  • • Qara günü gözləyən qara günə qalar.
  • • Qara quşa ox, öz yələyindən dəyər.
  • • Qulluqçudan borc eləmə, ya toyda istər, ya yasda.
  • • Qıx çörək, borc olmaz.
  • • Qocadan demək, cavandan əmək.
  • • Qazıya salam verdim, rüşvət deyil deyə almadı.
  • • Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
  • • Qardaş qardaş yaranıb, cibləri ayrı.
  • • Qardaş olaq, tən bölək.
  • • Qardaş da dost olsa yaxşıdır.
  • • Qardaş qardaşın pis gününü istəsə də, ölümünü istəməz.
  • • Qardaş qardaşı bıçaqladı, sonra dönüb qucaqladı.
  • • Qan qardaş olsada, mal qardaş deyil.
  • • Qardaş qardaşın yoxluğun istər, ölümün yox.
  • • Qızım, sənə deyirəm, gəlinim, sən eşit!
  • • Qayınana bir çiçək, hər sözü bir gerçək.
  • • Qayınana ilə baldız bir doğublar.
  • • Qayınana pambıq olsa belə, yerindən qalxsa gəlinin başını əzər.
  • • Qayınana, məgər gəlin olmamısan?
  • • Quyu qazdım qum çıxdı, gəlin aldım dul çıxdı.
  • • Qana qan, cana can, duza duz, düzə düz demişlər.
  • • Qapılan qapanındı, tapılan tapanın.
  • • Qaçmaq məndən, qovmaq səndən.
  • • Qanmaz qonaq ev sahibini ağırlar.
  • • Qanuna əyən el olur, qanunu əyən nə olur.
  • • Qapı halqasız, dəniz dalğasız olmaz.
  • • Qapını girmədən döy, girdin bağla.
  • • Qara baxan göz, qamaşar.
  • • Qara bibər qaradır, dirhəmlə satılır, qar, ağ appağdır, kürəklə atılır.
  • • Qəm bağlayan yolları, gülüşlər açar.
  • • Qəriblik cənnət olsa, yenə vətən yaxşıdır.
  • • Qəriblik ağıl artırar.
  • • Qərib dərdin tək ağlar.
  • • Qərib dostu olmayandır.
  • • Qərib quşa yuvanı Allah yetirər.
  • • Qərib, kor olur.
  • • Qərib ölkədə kefə dolan, doğma yurdunda qüssədən ölər.
  • • Qəm səni yeyər, sən qəmi yeyincə.
  • • Qadına bəzəkdir paltar, ağacındır bəzəyi yapraq.
  • • Qanmaza hörmət edərsən, deyər: - "Məndən qorxur".
  • • Qocaya hörmət elə, sən də qocalacaqsan.
  • • Qeyrətsizdə iman arama.
  • • Qeyrətlinin ürəyi qaynar, qeyrətsizin ürəyi oynar.
  • • Qeyrətsizin dilin al, dilin verdi gözün al.
  • • Quru böhtandan, bəylər qəzəbindən – özünü qoru.
  • • Qartal yuvasın gəzər, at sürüsün.
  • • Quru torba ilə tutulmaz at.
  • • Qocadan demək gələr, igiddən görmək.
  • • Qəbir qazan bir olar basdıran min.
  • • Qazan deyir "dibim qızıldır",
    çömçə deyir "orda oldum, elə bir şey görmədim".
  • • Qonaq bərəkət gətirər.
  • • Qanmazla yoldaş olma, səni də qanmaz eylər.
  • • Qürbət görməyən adam vətən qədri bilməz.
  • • Quruyan ağac əyilməz, çürüyən dəri geyilməz.
  • • Quru qaşıq, ağız yırtar.
  • • Qocaya eşşək gərək, cavana arvad.
  • • Qarğa qartal olmaq istədi vurdi qanadı sındı.
  • • Qürbətdə keçən ömür – ömür sayılmaz.
  • • Qürbət cənnət olsa, yenə vətən yaxşıdır.
  • • Qürbət yerdən vətən olmaz.
  • • Qüvvət birlikdədir.
  • • Qüvvə hər şeyi sındırar, ağıl – qüvvəni.
  • • Quşa qızıl qəfəs zindandır.
  • • Qurunun oduna yaş da yanar.
  • • Qurdu evdə saxlamaqla, ev heyvanı olmaz.
  • • Qurda qoyun tapşırmaq olmaz.
  • • Qurd ürəyi yeyib!
  • • Qulağı doldurublar.
  • • Qulağı cingildəyir.
  • • Qulaq günahkarıyam.
  • • Qulaq gündə təzə söz eşitməsə kar olar.
  • • Qulaq ardına salıb.
  • • Quyruğundan ilişib.
  • • Qudurasan, ay qurbağa, gəlib bizi vurmağa!
  • • Qocalmasan qoca qədri bilməzsən.
  • • Qocalıq soruşmaz – gələr.
  • • Qocalıq gəldi getməzdir, cavanlıq getdi gəlməzdir.
  • • Qocalar uşaq təbiətli olar.
  • • Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq.
  • • Qohumun kimdir?
  • • Qohumun pisinə də, yaxşısına da qurban olum.
  • • Qohum qohumun ətini yesə, sümüyün çölə atmaz.
  • • Qohum gəlməyə-gəlməyə yad olar, yad gələ- gələ qohum olar.
  • • Qorxu olmayan yerdə nizam-intizam olmaz Qorxursan pişikdən, niyə çıxırsan deşikdən?
  • • Qonşu pisdir – köç qurtar, dişin ağrıyır çək qurtar.
  • • Qonşu qonşu olsa, kor qız ərə gedər.
  • • Qonşu aşı (payı) dadlı olar.
  • • Qonaqsız ev uğursuz olar.
  • • Qonaqsız ev – susuz dəyirman.
  • • Qonaqsan – xoş gəlmisən, niyə əliboş gəlmisən?
  • • Qonaqlıq yaxşı şeydir, bir gün bizdə, bir gün sizdə.
  • • Qonağın ruzisi özündən qabaq gələr.
  • • Qonağı olmayan evlər yıxılsa yaxşıdır.
  • • Qonağa "get" deməzlər, palazı altından çəkərlər.
  • • Qonaq süfrənin yaraşığıdır, uşaq – evin.
  • • Qonaq sevənin süfrəsi boş qalmaz.
  • • Qonaq, dur altını süpürüm.
  • • Qonaq qonağı istəməz, ev yiyəsi – heç birini.
  • • Qonaq bir gün olar.
  • • Qozbeli qəbir düzəldər.
  • • Qoz, qabığından çıxdı, qabığını bəyənmədi.
  • • Qoduq böyüyər – eşşək olar.
  • • Qızınmadıq istisindən, kor olduq tüstüsündən.
  • • Qızın oldu, qırmızı donunu çıxart.
  • • Qızın isməti – atanın dövləti.
  • • Qır-saqqız olub yapışıb yaxama.
  • • Qılıncının dalı da kəsir, qabağı da.
  • • Qılınc gücü ilə müsəlman olub.
  • • Qılınc kəsməyəni çörək kəsər.
  • • Qılınc yarası sağalar, dil yarası sağalmaz.
  • • Qızıl taxtım olunca, qızıl bəxtim olsun.
  • • Qızıl palçıqda da parıldar.
  • • Qızıl gül olmayaydı, saralıb solmayaydı, bir ayrılıq, bir ölüm, heç biri olmayaydı.
  • • Qızıl arvadın, qılınc ərindir.
  • • Qızı saldın beşiyə, cehizini çək eşiyə.
  • • Qızı öz xoşuna qoysan ya mütrübə gedər, ya zurnaçıya.
  • • Qızı otaqlıya yox, papaqlıya ver.
  • • Qızı vermirsən, özünə oğul qazanmısan.
  • • Qızdır, qızıldır, oğlan nə çoxdur, Qızı anası öyrədər.
  • • Qızdı – nazdı, min tümən azdı.
  • • Qız ürəyi – çiçək ləçəyi.
  • • Qız uşağı evin yaraşığıdır.
  • • Qız sevəndə tez sevər, vay o günə dul sevə!
  • • Qız özgə çırağını yandırar.
  • • Qız özgə əmanətidir.
  • • Qız nəvəsi şirin olar.
  • • Qız güldür, oğlan bülbül.
  • • Qız gözəl gərək, oğlan – igid.
  • • Qız gedəridir, oğlan ürək başıdır.
  • • Qız köçəri quşdur.
  • • Qız evlərdə tanınar, ipək – dəzgahda.
  • • Qız evindən oğul bucağı yaxşıdır.
  • • Qız evində toydur, oğlan evinin xəbəri yox.
  • • Qız evin qonağıdır, vaxt gələr, gedər.
  • • Qız evi – naz evi.
  • • Qız dediyin ağacdakı almadır, kim salar, o da aparar!
  • • Qız qundaqda, cehizi sandıqda.
  • • Qız qızıldır, qədrini bilsin gərək.
  • • Qız – qızıl alma, qızı gözdən salma.
  • • Qız qapısı – şah qapısı, mini gələr, biri razı gedər.
  • • Qız qaldıqca qızıla dönər.
  • • Qız badamdır, balası – badam içi.
  • • qız qapısı elçi gözlər.
  • • Qız anası elçi gözlər.
  • • Qız anadan öyüd alar.
  • • Qız anadan olanda gözünü açar, deyər: Bu bizim ev deyil!
  • • Qız alanın ya bir çuval qızılı, ya bir çuval yalanı gərək
  • • Qız alan göz ilə baxmasın, qulağı ilə eşitsin.
  • • Qız alan alana kimi, qız verən ölənə kimi.
  • • Qismətdən artıq yemək olmaz.
  • • Qismət olan qaşığa çıxar.
  • • Qismət göydən zənbil ilə enməz.
  • • Qisas qiyamətə qalmaz.
  • • Qiymətli yük yüngül olar.
  • • Qiymətdən düşmək istəmirsənsə, heç kəsin qiymətdən düşməsinə çalışma.
  • • Qiyamət o gün qopar, biri yeyər, biri baxar.
  • • Qəribin boynu uzun olar, dili qısa.
  • • Qəribi baxışından tanıyarlar.
  • • Qəribə bir salam min tüməndən yaxşıdır.
  • • Qız anadan öyrənər paltar biçməyi.
  • • Qarlı dağdan aşsaq yel bizə neylər?
  • • Qəpiyə güllə atır.
  • • Qənaət tükənməz bir dövlətdir.
  • • Qəmiş qoyma!
  • • Qəm yanına!
  • • Qəm, hara gedirsən?
  • • Qəm insanı əridər.
  • • Qəm dağı yerindən qopardar.
  • • Qələbə sevinc gətirər.
  • • Qələbə birlikdədir.
  • • Qəlb bir şüşədir, sındırsan – yamamaq olmaz.
  • • Qədir-qiymət bilən deyil.
  • • Qədəmi yüngüldür.
  • • Qəbiristandan ölü qayıtmaz.
  • • Qəbahət çox vaxt öldürəndə yox, öləndə olur.
  • • Qaşınmayan yeri qaşıma, qan çıxar.
  • • Qaşınmayan yerdən qan çıxardır.
  • • Qaşıyıram qanım çıxır, qaşımıram, canım çıxır.
  • • Qaşıqla yığdığını çömçə ilə dağıtdı.
  • • Qaşıqla verir, çömçə ilə başıma vurur.
  • • Qaşıq-qaşıq yığır, çömçə ilə paylayır.
  • • Qaşqabağından zəhrimar tökülür.
  • • Qaşqabağı yer süpürür.
  • • Qaş ilə göz arasında işini görür.
  • • Qaş düzəltdiyi yerdə vurdu gözün çıxartdı.
  • • Qaçmaq da hünərdir, qovmaq da.
  • • Qaçanı qovmazlar, yıxılanı vurmazlar.
  • • Qaçan yıxılmağa baxmaz.
  • • Qaçan da allahı çağırar, qovan da.
  • • Qarnı toxun qayğısı olmaz.
  • • Qarnı toxdur, gözü ac.
  • • Qarın tox olanda çox şey yada düşər.
  • • Qarın doyuranı göz tanıyar.
  • • Qarı düşmən dost olmaz, yedirtsən yağı, balı!
  • • Qardaşlar savaşdı, əbləhlər inandı.
  • • Qardaşın kiçiyi olunca, donuzun böyüyü ol.
  • • Qardaşıq, cibimiz ayrı.
  • • Qardaşa baxarlar, bacısını alarlar.
  • • Qarğanın qonaqlıq yeri peyinlikdir.
  • • Qarğadan gözəl quş istədilər balasını göstərdi.
  • • Qarğa, məndə qoz var.
  • • Qaranı yumaqla ağarmaz.
  • • Qaraya sabın, dəliyə öyüd neyləsin?
  • • Qara xəbər tez yayılar.
  • • Qara səni basınca, sən qaranı bas.
  • • Qara günün ömrü az olar.
  • • Qara günün ağ günü də var.
  • • Qara gün qaralıb qalmaz.
  • • Qara gözlərinə aşiq olub.
  • • Qara eşşəyin boynuna yüyən vurmaqla, ya dalına yəhər qoymaqla qatır olmaz.
  • • Qara eşşək, ağ palan?
  • • Qara qızın dərdi var.
  • • Qara qızın bəxti olsaydı, anadan ağ doğulardı.
  • • Qara qız bəzənincə, toy əldən gedər.
  • • Qara bulud yağış yağdırar.
  • • Qapını gen qoy, dəvəsini allahdan istə!
  • • Qapını gen qoy, dəvə özü gələr.
  • • Qapını döyməsən açmazlar.
  • • Qapıya gələni qovmazlar.
  • • Qanun zora tabedir.
  • • Qanmazın başmağın cütləyəndə deyər: - Qorxdu məndən!
  • • Qanmaza nə demək?
  • • Qanının arasına girdi.
  • • Qanı qaradır.
  • • Qanacaqlı adam həm qanar, həm qandırar.
  • • Qanana işarə, qanmayana kötək.
  • • Qanan düşmən qanmaz dostdan yaxşıdır.
  • • Qana qan deyiblər.
  • • Qan yol verməz.
  • • Qan-qan deyir,
  • • Qamış bizim yerdə bitir, zurnanı özgə çalır.
  • • Qalxdığın yerə bir də oturma, hər söhbətə atılma.
  • • Qayınanan səni istəyir.
  • • Qaynayan qazan qapaq saxlamaz.
  • • Qayınanalı gəlinin dilinin altında fənd gərək.
  • • Qaya uçmasa, dərə-təpə dolmaz.
  • • Qaya dağa arxalanar.
  • • Qazancını itir, malını itir, duz – çörəyi itirmə.
  • • Qazancım ata-anamın, öyrəndiyim özümün.
  • • Qazanc qudurub mayanı yeyib.
  • • Qazanmağa nə var, iş onu xərcləməkdədir.
  • • Qazanmaq çətin, xərcləmək asan.
  • • Qazanına görə qaynat aşını.
  • • Qazanı özündən, qazananı özündən.
  • • Qazanan kim, yeyən kim?
  • • Qazan olsun, dolu olsun, yeyən tapılar.
  • • Qazan oddan qızar, insan – sözdən.
  • • Qazan dedi: - Qızmışam!
  • • Qazan dibi yalayanın adaxlısı göyçək olar.
  • • Qazan qapaqsız olmaz, igid – papaqsız.
  • • Qazan qarası gedər, üz qarası yox.
  • • Qabiliyyətin məktəbi yoxdur.
  • • Qaba suyu tutduğu qədər tökərlər Qabaqda gedirəm, deyirlər: - Bicdir; dalda qalıram, deyirlər: - Gicdir.
  • • Qaba söz qaba hərəkətdən pisdir.
  • • Qab sirkəyə görədir.
  • • Qab-qaşıq qonaqlığıdır.
  • • Qədəh içində, dərədə boğulanlardan çox daha çox insan boğulmuşdur. (Alman atalar sözləri)
  • • Qorxaq olduğunu bilməyən hər kəs cəsurdur. (Alman atalar sözləri)
  • • Qarğalarla dostluq edən göyərçinin tükləri ağ qalar, amma ürəyi qaralar. (Alman atalar sözləri)
  • • Qurd qurdu qoruyar. (Özbək atalar sözləri)
  • • Qızıl yerdə qalmaz, yaxşılıq yolda. (Özbək atalar sözləri)
  • • Qazdan donuza yoldaş olmaz (Rus Atalar Sözləri)
  • • Qar yoxsa izdə yoxdur (Rus Atalar Sözləri)
  • • Qadınlarda və sərxoşlarda gözyaşı ucuzdur (Rus Atalar Sözləri)
  • • Qarşılıqı mehribançılıq nə qədər çox olsa, o qədər məhəbbət artar. (Qırğız atalar sözləri)
  • • Qadınlar gülə bildikləri zaman gülərlər, istədikləri zaman ağlarlar. (Venesuela atalar sözləri)
  • • Qala divarlarının ardında cəsur olmaq asandır. (Uels atalar sözləri)
  • • Qadının gözəlliyi uşaq əlindəki silah kimidir - həm onun özü, həm də ətrafdakılar üçün təhlükəlidir. (Ərəb atalar sözü)
  • • Qış günəşinə, qadın gülüşünə inam olmaz. (Bolqar atalar sözləri)
Dostlarınla Paylaş

Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024