Atalar Sözləri və Məsəllər

Atalar Sözləri və Məsəllər


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Atalar Sözləri

  • • Romadasansa, Romalılar kimi davran. (İngilis atalar sözləri)
  • • Rüşvətxorluqda böyük-kiçik, haram-halal olmaz.
  • • Rüşvətxorun amalı da, imanı da puldur.
  • • Rüşvət haramdır.
  • • Rüşvət cəhənnəmin açarıdır.
  • • Rüşvət qapıdan girəndə, iman bacadan çıxar.
  • • Rüşvətxorun aqibəti yoxdur.
  • • Ruzi ki, dedin, qazıya məlum.
  • • Ruzimiz düşüb kor Məliyin əlinə.
  • • Ruzi həllacbazarda gəzir.
  • • Ruzi (yemək) olsun, ocaqda olsun.
  • • Rişxəndlik ağlın zəifliyindən doğar.
  • • Rişxənd etmə qonşuna gələr bir gün başına.
  • • Rəncbərin ümidi əkinədir.
  • • Rəndə görməyib.
  • • Rəmmaldır, peyğəmbərlik iddiası eləyir.
  • • Rahatlıq istəyən adam: - kar, kor, lal gərək.
  • • Rahat oturana nə vali gələr, nə hakim.
  • • Rahat durmayan, narahat olar.
  • • Rast gəlməyən işə peşiman olma.
  • • Rüşvət cəhənnəmi işıqlandırır.
  • • Ruzinin gələn vaxtı köpəyi yuxu tutar.
  • • Rəngimə bax, əhvalımı xəbər al!
  • • Rüşvət qapıdan girərsə, iman bacadan çıxar.
  • • Rəhmət düzənə, lənət pozana!
Dostlarınla Paylaş

Saytda 46 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024