Atalar Sözləri və Məsəllər

Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb
  • Səs çıxarmayan və gurultu etməyənlər təhlükəlidir. (Fransız atalar sözləri)
  • Sevən ürək, daim gəncdir. (Yunan atalar sözləri)
  • Subaykən iki gözünü aç, evləndikdən sonra birini bağla. (Yamayka atalar sözləri)
  • Soruşan insan 5 dəqiqə; soruşmayan ömür boyu axmaqdır (Çin atalar sözləri)
  • Sağlığında kor fatma, öldü isə badamlı göz olur.
  • Saqqal ağarsada, könül qaralığı ağarmaz.
  • Sayqı sayana görədir, düzgü alana görədir.
  • Samanı yiyən, torbasın tikər.
  • Savaş bilməyən, atasın yerə vurar.
  • Sağlıq istərsən, çox yemə. sayqı istərsən çox demə.
  • Sağsağan kəkliyə baxar, öz yerişin itirər.
  • Sağ göz görür, sol göz yumur.
  • Sürünüb qalmaqdansa, diz üsdə yaşamaqdansa, ayaq üsdə ölmək yaxşıdır.
  • Suyun imanın, odda gör.
  • Sən kimin üçün ağladığını de, mən
    sənin kim olduğunu deyim
  • Sirrini dosta demə, dostun da bir dostu var.
  • Sən vurmadın, mən yıxmadım, bəs nə oldu?
  • Saxsı qab yamaq (ulaş) götürməz.
  • Səhər durdun, günü görməsəndə, olduğuna inan.
  • Sevən adam kordu, sevilən korsaq(özün korluğa vuran).
  • Sevgi qarnı doydurmaz.
  • Sevmədiyin yarpız, burnunun dibində qoxur.
  • Siçan balası, torba deşər.
  • Siçan keçər, yol salar.
  • Siçan kimi, bir gözü var dəlikdə.
  • Sözü ağzında bişir, sonra çıxar.
  • Sən saydığın say, gör fələk nə sayır.
  • Söhbət ki var, bulağdır, kəsilməsə axacaq.
  • Sənə vur dedilər, öldür demədilər.
  • Sözü yaxşı anla,
    Sonra qızıb banla.
  • Sonrakı peşimançılıq fayda verməz.
  • Sözdən söz götürər.
  • Su bardağı suda sınar.
  • Söz vermək asandır, yerinə yetirmək çətin.
  • Sözün düzünü zarafatda deyərlər.
  • Söz sözə söykənir.
  • Sürüdən ayrı düşən qoyunu qurd yeyər.
  • Su bir dəfə axan yerdən bir də axar.
  • Soruşurlar: "qardaşını tanıyırsanmı", deyir, "yoldaşlıq etməmişəm".
  • Su axar, çuxurunu tapar.
  • Su hər şeyi təmizləyər, üz qaralığından başqa.
  • Söz verir, bez vermir.
  • Siçan sığmaz ininə, qəlbir bağlar belinə.
  • Sinəklə, sınaq olmaz.
  • Söz var kəsər savaşı,
    Söz var kəsdirər başı
  • Sən çomağını qaldır, suçlu suçunu bildirəcək.
  • Sınıq qapda su qalmaz.
  • Sözü olana dil ver, söz eşidənə qulaq ver.
  • Susuz ağac bar verməz.
  • Süpürgənin qiyməti az olsada, evin asdanasın kəsər.
  • Soruşan dağları aşar,
    Soruşmayan düzdə çaşar.
  • Siz daş qoyan yerə, mən baş qoyaram.
  • Söz var, söz var, birini - dinləmək çətin, birini - demək çətin.
  • Sözsüz ev olmaz,
    çalqısız toy olmaz.
  • Söz var desən qatar, söz var deməsən yatar.
  • Su ayağında atılan, su başında yığılar.
  • Su görməyən, üzmək nə bilir.
  • Susmaq dinməmək deyil,
    çabalamaq ilərləmək deyil,
    oturmaq ölmək deyil.
  • Susmaq, tanımaq deməkdir.
  • Səfeh susanda, ağıllı görünür.
  • Saçarsan, biçərsən.
  • Sağ tutur, sol vurur.
  • Sapsız balta suya batar, saplı balta buzu qırar.
  • Satmadan verən, sandığın almaz.
  • Savaşanda barışığa üz saxla, varlanıbsan yoxsulluğa var saxla, gənclikdən qocalığa, güc saxla.
  • Savaşmağa üz tap, barışmağa dil tap.
  • Səfeyin, böyük kiçiyi olmaz.
  • Səfeyə ağıl oyrətməkdənsə, ondan ağıl öyrən.
  • Sel gücü, damcıdandır.
  • Suleymanı taxtda, Nuhu gəmidə görüb
  • Saçı borc almaq mümkün olsaydı, keçəlin nə dərdi vardı?
  • Söz vermə, verdin - üstündə dur.
  • Sözlə yox, işlə göstər.
  • Sözləşmə puldan bahadır.
  • Sözü bal təki şirin, könlü buz təki sərin.
  • Sözün düzünü zarafata salıb deyərlər.
  • Sözün varsa söz danış, lakin mənə mane olma.
  • Sözünün ağası ol!
  • Sözündə hörmət, qəlbində lənət.
  • Sudan xeyir olsa, qurbağa əjdahaya dönər.
  • Səbirin axırı xeyir olar.
  • Susmaq razılıq əlamətidir.
  • Söz gümüş olsa, sükut qızıldır.
  • Səhvsiz insan olmaz.
  • Sənə qeybət edən, səndəndə qeybət edər.
  • Səni göydə axtarırdım, yerdə tapdım.
  • Səs-küy ilə iş aşmaz.
  • Sirkə tünd olanda, öz küpünü (qabını) çatladar.
  • Sirrini dostuna demə, dostunun da dostu var.
  • Soruşmaq pulnan deyil ki.
  • Söyüş boyundan asılıb qalmır.
  • Söhbət (söz) danışıqdan keçər.
  • Suyu dənizdən içən, bulağ tanımaz.
  • Sevgini və kasıblığı gizlətmək çətindir.
  • Səbir eylə işinə, xeyir gələr başına.
  • Səbir eylərəm, səbir daşı, çatladı ürəyimin başı.
  • Səbir edən salamat olar.
  • Səbir kasam dolubdur.
  • Səbir acıdır, meyvəsi şirin.
  • Səbir eyləyən çox yaşar.
  • Səbir edən muradına yetişər.
  • Səbir cənnət açarıdır.
  • Səbir ağacı hər bağda göyərməz.
  • Səbir eyləyən fərəc tapar.
  • Səbir təkamülün babasıdır.
  • Səbir ilə halva bişər ey qora səndən, bəsləsən atlas olar tut yarpağından.
  • Səbr (səbir) ilə halva bişər, ey qora, səndən, bəsləsən atlas olar tut yarpağından.
  • Sadəlik gözəlliyi daha da artırır, daha yüksəklərə qaldırır.
  • Sadəlövhlük oğurluqdan pisdir.
  • Sakit axan su dərin olar.
  • Saqqalım yoxdur, sözüm ötmür.
  • Saqqal ağarıb, başda ağıl yox.
  • Sanılı pul durumsuz olar.
  • Söz məndə, pul ingilisdə.
  • Sevdanı pul kəsər.
  • Sayılı gün, sayılı pul, ötər tez, bitər tez.
  • Su çuxurda durar, pul qıtmırda.
  • Su axar-axar, yolun tapar.
  • Sərçə, yağış yağsa - balasını, dolu yağsa - öz başını qoruyur.
  • Sahibinin yanında pişik də it basar.
  • Siçan görəndə pələngə dönən pişik, pələng görəndə siçana dönər.
  • Söz var – xalq içində, söz var – xülq içində.
  • Sərt olma, mərd ol.
  • Səndən hərəkət, məndən bərəkət.
  • Soğan yeməmisən, için niyə göynəyir?
  • Su kiçiyin söz böyüyün.
  • Subayın malın it yeyər, canın - bit.
  • Su yatar, düşmən yatmaz.
  • Suda batan, ilanada sarılar.
  • Sevgi olmasaydı, kini tanıyan olmazdı.
  • Sevənin quluyam, sevməyənin sultanı.
  • Sel gedər, qum qalar.
  • Söz vermə, verdin – yerinə yetir.
  • Söz qılıncdan kəskindir.
  • Söz var – şəkər-şirin bal kimi, söz var ki, zəhərdən də betərdir.
  • Söz var – gələr keçər, söz var – dələr keçər.
  • Söz var qulaqardına salarlar (vurarlar).
  • Söz var xəstəni sağaldar, söz var adamı yaralar.
  • Söz böyüyün, su kiçiyin.
  • Söz altında qalan deyil.
  • Söz var adamı məst eylər, söz var məsti ayıldar.
  • Söz ağızdan çıxar.
  • Sevdanın əvvəli!
  • Sevda arasında nırx qoymazlar.
  • Sofi soğan yeməz, tapsa qabığını da qoymaz.
  • Sona qalan dala qalar, dala qalan dana qovar.
  • Solaxay bərk vurur.
  • Soyuq dəmir döyülməz.
  • Soyub-soyub quyruğunda bıçağı sındırdı.
  • Soğan olsun, nağd olsun!
  • Soğan eyib açandır.
  • Soğan acı olsa da süfrədə öz yeri var.
  • Sovqatın adı birdir.
  • Sıxıla-sıxıla behiştə getməkdənsə, oynaya- oynaya cəhənnəmə get.
  • Sıxıb suyunu çıxardarlar.
  • Sıradan çıxan qotur olar.
  • Sınsın o baş ki, dost yolunda gərək olmaz.
  • Sınıq qabda su qalmaz.
  • Sınanmamış atın dal-qabağına keçməzlər.
  • Sınan qol sağalar, sınan qəlb sağalmaz.
  • Sıyıq ilə yıxılan ev, aş bişir, viran olsun.
  • Sızağanı qaşıma, çiban edərsən.
  • Siçanın anbara girməsinə yanmıram, başqasına yol göstərməsi məni yandırır.
  • Siçanı öldürmək pişiyə oyundur.
  • Siçandan olan torba kəsər.
  • Siçandan olan kəsəyən olar.
  • Siçana araq versən, pişikdən pasport istər.
  • Siçan sidiyinin də dəryaya xeyri var.
  • Siçan olmamış dağarcıq dəlir.
  • Siçan olmamış qovurğa yeyir.
  • Siçan kimi hər deşikdən baş göstərir.
  • Siçan kimi bir gözü deşikdədir.
  • Siçan deşiyini satın alır.
  • Siçan qarasından minarə tikir.
  • Sifariş ilə həcc qəbul olmaz.
  • Sirri sirr açar, kiri – kir.
  • Sirr saxlamaq mərdlikdir.
  • Sirr vermə dostuna, o da deyər dostuna.
  • Siması boş, quşqunu boş.
  • Sildim süpürdüm, silkindim çıxdım.
  • Silahla oynamaq olmaz.
  • Silah sahibinə də düşməndir.
  • Sirkənin öz qabına zərəri var.
  • Sirkə tünd olanda öz küpünü partladar.
  • Sizin evdə yeyək, bizim evdə oynayaq.
  • Sizin qazanınız var, biz vuraq öz güvəcimizi sındıraq?
  • Sizin aranızda ala qarğa balalamaz.
  • Siyasət nənə-bacı bilməz.
  • Sidr-kafuru müftə görsə uzanıb ölər.
  • Sidqnən qaradaşdan mətləb almaq olmaz.
  • Səhrada gül bitməz, cahilə söz yetməz.
  • Səhərin işini səhər gör.
  • Səhər gününə qızmayan axşam gününə heç qızmaz.
  • Səhər gedər naxıra, axşam gələr axura.
  • Səhər yeməyini özün ye, günorta yeməyini yoldaşına, axşam yeməyini düşməninə ver.
  • Səhvi dəyirmançı eylər, buğda aparar, un gətirər.
  • Səxavət dövlətdən deyil, təbiətdəndir.
  • Səfərə gedən su götürər.
  • Səfər məhək daşıdır.
  • Səfalət çalışqan adamın qapısından baxar.
  • Sərçənin cib-cibindən, toyuğu qaqqıldaması yaxşıdır.
  • Sərçənin nəğməsi yox, cib-cibi yox!
  • Sərçəni bülbül adına satır.
  • Sərçəyə cib-cib öyrətməzlər.
  • Sərçədən qorxan darı əkməz.
  • Sərçə olsun, əlimdə olsun, göydə uçan qazı neylərəm?
  • Sərçə nədir ki, bozbaşı nə ola?
  • Sərçə qazan deyil budunu verim, bir dəvənin nəyini verim?
  • Sərçə qazan doldurmaz, qaz vur, qazan dolsun.
  • Sərxoşun nə vecinə, aləmi su aparsın.
  • Sərxoşun məktubu meyxanada oxunar.
  • Sərxoşun dəniz topuğundandır.
  • Sərxoşu meyxanada, mollanı məsciddə, dərvişi təkyədə tapmaq olar.
  • Sərxoşu it də tutmaz.
  • Sərxoşdan dəli də qorxar.
  • Sərxoşa məktub yazma ya oxuyar, ya oxumaz.
  • Sərxoş sərxoşu meyxanada görər.
  • Sərxoş biri iki görər.
  • Sərnic gətir, süd axtar.
  • Sərv ağacı nə qədər uca olsa, əsli yoxdur, budağında bar olmaz.
  • Səpilməyən buğda göyərməz.
  • Sənsiz bir günümüz olmasın.
  • Səninki səndə, mənimki məndə.
  • Səninki nəğddir, sən apardın.
  • Sənin üzün – dəvənin dizi.
  • Sənin yumurtanın sarısı olmaz.
  • Sənin ipin ilə şələ bağlamaq olmaz.
  • Sənin vaxtın keçib, Allah övladına ağıl versin.
  • Sənin atın mənim arpamın gücünə yorğa gedir.
  • Səni öküz vursun!
  • Səni mənim qəbrimə qoymayacaqlar!
  • Səni istərəm, çox istərəm, bir gözümü yox istərəm!
  • Səni istəyirəm, özümü səndən artıq istəyirəm.
  • Səni nə tapan deyər: - Yaşa!
  • Səni alar da, satar da, xəbər tutmazsan!
  • Sənətkarın oğurluğun tutmaq olmaz.
  • Sənətin pisi olmaz.
  • Sənət insanın xəzinəsidir.
  • Sənət, qolda qızıl bilərzikdir.
  • Sənət ayrı, vərdiş ayrı.
  • Sənə hər kim daş atsa, sən ona çörək at.
  • Sənə, mənə nə şəriət?
  • Sənə məndən öyüd, dənini özün üyüd.
  • Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış?
  • Sənə bir toy tutaram ki, əlindən it əppəyini alar!
  • Sənə bir kəlmə söz, mənə bir illik yol.
  • Səndən mənə yar olmaz.
  • Səndən kor it xeyir görməyib!
  • Səndən ehtiyacı olanı, başqasına möhtac eləmə.
  • Sən çaldın!
  • Sən haqq ol, haqq da səninlə olar.
  • Sən tərpənincə qırğı Şirvanı aşar.
  • Sən sözü at, yiyəsi özü götürər.
  • Sən sevdanı et, quyruq heybədədir.
  • Sən sapda durmaz baltasan.
  • Sən saydığını say, gör fələk nə sayır.
  • Sən razı, mən razı, nə qələt eləyir qazı?
  • Sən öldün – borcdan qurtardın.
  • Sən öl, mən Ağcaqabulda sənin üçün dəvə kəsim.
  • Sən orda, yaz, mən burda, kor olsun düşmənimiz!
  • Sən nə hayda, mən nə hayda?
  • Sən nə bilirsən ayı harada yumurtlar?
  • Sən mollaya gedəndə, mən molladan gəlirdim.
  • Sən mənim bir üzümü ağart, mən sənin iki üzünü ağardım.
  • Sən məndən can istə, mən deyim gözüm üstə!
  • Sən meyxanaya gedirsən, mən məscidə, bəs bir- birimizi harada görək?
  • Sən gündüz gedən yolları mən gecə ikən keçmişəm.
  • Sən güllə atan ol, barıtını mən verrəm!
  • Sən görən ağacları dibindən kəsiblər.
  • Sən özünə gün axtar.
  • Sən get aşıq-aşıq oynamağa.
  • Sən kim, mən kim?
  • Sən yerindən tərpənincə, dağ-daşa dilə gələr.
  • Sən yediyini bilmirsən, mən doğradığımı bilirəm.
  • Sən işi buraxmasan, iş səni buraxmaz.
  • Sən içini ye, mən qabığını gəmirərəm.
  • Sən eləsən, mən belə.
  • Sən duza gedəndə, mən duzdan gəlirdim.
  • Sən doğru ol, əyri bəlasını tapar.
  • Sən dədəli, mən yetim.
  • Sən də bir saqqal tərpət.
  • Sən deyən olsun, qal yatsın.
  • Sən deyən olsun, ancaq bazar pozulmasın!
  • Süfrənin başı-ayağı olmaz.
  • Süfrəni yuxarı başdan düzərlər aşağı başdan yığarlar.
  • Süfrədən qalanı itə atarlar.
  • Süfrədə əlini saxla, məclisdə – dilini.
  • Sürüvü hürküt, sonra say.
  • Sürüyə ki, düşdün, qapmasan da, gərək hürəsən.
  • Sürüyə qurd gələndə, köpəyi yuxu tutar.
  • Sürüyə qurd düşəndə, vay bir qoyunlunun halına!
  • Sürüdən ayrılan qoyunu qurd yeyər.
  • Sürü çobansız olmaz.
  • Sürü sənə qurbandır, amma çəpişin biri bir tümənə.
  • Sürü qotursuz olmaz.
  • Sürü qoyun bizdə, satdıq yağ sizdə.
  • Sürməni gözə çəkərlər.
  • Sürməni Allah aparıb paxlanın gözünə çəkib.
  • Süpürgə gəldi, qonağa cavab eylədi.
  • Sümükləri sürmə olub.
  • Sümüyünü it sümüyünə qatma.
  • Süleymana qalmayan dünya heç kəsə qalmaz.
  • Sükutla görülən iş, qışqırıqla başa gəlməz.
  • Sükut ixtiyardadır.
  • Sükut edən salamat olar.
  • Südün dadını qısır əmən dana bilər.
  • Südlünü sürüdən ayırmazlar.
  • Südlü inək ol, vur dolu sərnici dağıt.
  • Südlü qoyun sürüdən ayrılmaz.
  • Südlü aş dadlı olar, bir gün sizdə, bir gün bizdə.
  • Süddə ağzı yanan, qatığı üfləyə-üfləyə içər.
  • Süd gölündə üzür.
  • Südlə gələn, sümüklə çıxar.
  • Süd igidə halaldır.
  • Süd verən inəyi kəsməzlər.
  • Sür get deməmişlər, gör get demişlər.
  • Subaylıq soltanlıqdır.
  • Subay adamın yaxasını bit yeyər çörəyini – it.
  • Susuz aparıb, susuz gətirər.
  • Susuz ağac meyvə verməz.
  • Susamış it kəhrizə baxar.
  • Sulu-sulu yudum, çamurlu-çamurlu sərdim.
  • Sularınız axar-baxarlı olsun.
  • Suları bir arxa getmir.
  • Suyun şırıltısından, arvadın zırıltısından qorxmaq gərək.
  • Suyun üstə gəmi var, hər bir işin cəmi var.
  • Suyun lal axanı, adamın yerə baxanı.
  • Suyun əvvəli bulantı gələr.
  • Suyun quyuda olsun.
  • Suyu püfləyə-püfləyə içir.
  • Suyu ver suzuyana.
  • Susuz yerdə ördək olmaz, qaz olmaz.
  • Suya düşsə quru çıxar.
  • Sudan çıxmış toyuğa oxşayır.
  • Sudan çıxmış balıq kimi çapalayır.
  • Sudan qaymaq yığır.
  • Sudan ayrılan balığı oddan qorxusu olmaz.
  • Suda batmaz, odda yanmaz.
  • Suda batan ilana da sarılar.
  • Su çəkən də mən oldum, bərə gəzdirən də?
  • Su hər şeyi pak eylər, üz qarasından qeyri.
  • Su harada – dirilik orada.
  • Su suyu tapar, su da çuxuru.
  • Su suya qarışanda güclü olar.
  • Su sənin dalınca gəlməsə, sən suyun dalınca get.
  • Su səmtinə axar.
  • Su olan yerdə abadlıq olar.
  • Su murdarı pak eylər.
  • Su götürməklə dəryadan su əskik olmaz.
  • Su görməyincə ətək çəkmə.
  • Su görəndə balıqdır, qaya görəndə – keçi.
  • Sadağa – bəlanı rəf eylər.
  • Sağsağan kəkliyə baxar öz yerişini itirər.
  • Sağlığında kor Fatma, öləndə badam gözlü.
  • Sağlıq soltanlıqdır.
  • Sağlıq olsun, görərik!
  • Sağlıq ən böyük nemətdir, demə babam, yoxsulam.
  • Sağlıq böyük nemətdir, qədrini bilmək gərək.
  • Sağlıq ən böyük varlıqdır.
  • Sağlamlığın qədrini xəstələr bilər.
  • Sağlam ruh sağlam bədəndə olar.
  • Soldan vurur, sağdan biçir.
  • Sağa da vurur, sola da!
  • Sağ ol, var ol, gül ol, bülbül ol, qəfəsdə olma!
  • Sağ gözün sol gözə etibarı yoxdur.
  • Sağ yeri qarnı altındadır, onu da örkən kəsib.
  • Sağ əlin sol ələ ehtiyacı var.
  • Sağ əlin rənci sol ələ haramdır.
  • Sağ əlin başımıza!
  • Sağ əli ilə haraylayır, sol əl ilə qovur məni.
  • Sağ əl verəni sol əl gərək bilməsin.
  • Sağ başına saqqız yapışdırma.
  • Sağ baş yastığa gəlməz.
  • Saqqızını oğurlayıblar.
  • Saqqız çeynədikcə çürüyər.
  • Saqqız çeynəməklə qarın doymaz.
  • Saqqalını uşaq-muşaq əlinə vermə.
  • Saqqalıma soğan doğrayır.
  • Saqqalın çıxmamış, kosaya rişxənd eləmə.
  • Saqqalımı hələ ələ verməmişəm.
  • Saqqalımı dəyirmanda ağartmışam.
  • Saqqalım yoxdur, sözüm keçmir.
  • Saqqalı hər dəlləyin əlinə verməzlər.
  • Saqqalı ağarıb, ağlı ağarmayıb.
  • Saqqalda feyz olsaydı, keçiyə Kəraməddin ağa deyərdilər.
  • Saqqala xal düşdü – ürəyə xal düşdü.
  • Saqqal yox ikən bığ var idi.
  • Saqqal adama qazılığ verməz.
  • Saqqal başa qurban olsun.
  • Saqqal ağarıb, bel bükülüb, başda ağıl yox.
  • Savab adamı dilli eylər.
  • Savab gör, hər zaman yaxşılıq eylə.
  • Savab tökülüb, yığan yoxdur.
  • Sabun ilə üz yuyan, bir gün göyçək olar.
  • Sabun qara palazı ağartmaz.
  • Sabah-sabaha salma.
  • Sabahın şirin yuxusu yolçunun yoldan eylər.
  • Sabahın şəri axşamın xeyrindən yaxşıdır.
  • Sabahın naharı bədənin mismarıdır.
  • Sabahın da sabahı var.
  • Sabaha kim ölə, kim qala.
  • Su gələr ləyləndirər, bağçanı gülləndirər.
  • Su gələr, axar gedər, bəndləri yıxar gedər, dünya bir pəncərədir, hər gələn baxar gedər.
  • Su kiçiyindir, yol böyüyün.
  • Su kimi əziz ol.
  • Su ki, girdi qaba – oldu içməli.
  • Su ki, başdan aşdı, istər bir qarış olsun, istər min arşın.
  • Su yaranıb axmağa, göz yaranıb baxmağa.
  • Su ilə odun imanı yoxdur.
  • Su ilə, od ilə zarafat olmaz.
  • Su dirilikdir.
  • Su daşı quma döndərər; arvad kişini – muma.
  • Su dayanar, düşmən dayanmaz.
  • Su qabını su tanıyar.
  • Su qabı suda sınar.
  • Su başından aşıb.
  • Su başdan bulanar.
  • Su aşağı axıdır, su yuxarı axtarır.
  • Su axdığı yerdən bir də axar.
  • Su axdığı yerə tökülər.
  • Su axar, çuxuru tapar.
  • Su axar, dəli durub baxar.
  • Su axar, arxa gələr.
  • Su aydınlıqdır – cala öz bağına.
  • Su aydınlıqdır.
  • Söhbət üçün çənə, çaqqal üçün həna.
  • Söhbət ilə qarıyan, qəmdən qüssədən azad olar.
  • Söhbət darı torbasıdır, deşildi – dağılacaq.
  • Söndü bizim çırağımız, yandı sizin çırağınız.
  • Söyüş qəlp puldur, yiyəsinə qayıdar.
  • Söyüddən səndəl iyi gəlməz.
  • Söymə nökər atamı, söyməyim bəy atanı.
  • Söyləmək məndən, dinləmək səndən.
  • Söyləyənə baxma, söyləyəninə bax.
  • Sözünü toylarda kəsim!
  • Sözünü bilməyəni bayıra atarlar.
  • Sözün balla kəsim!
  • Sözün cavabı söz olar.
  • Sözün öz yeri var.
  • Sözün düzünü uşaqdan xəbər al.
  • Sözün düzünü de, atı min çap.
  • Sözün düzü daşdan keçər.
  • Sözün qısası hörüyün uzunu.
  • Sözün qısası dəyərli olar.
  • Sözünü qədəmi yeyin olar.
  • Sözünü bilməyən ağız başa toxmaq vurdurar.
  • Sözün acısı zəhərdən də betərdir.
  • Sözü xiridarı olana deyərlər.
  • Sözü məndən qabaq gedər.
  • Sözü məqamında de.
  • Sözü at yerə, gedər yerini tapar.
  • Sözü ağzında bişir, sonra de.
  • Sözlər bir-birinə calanıb gedər.
  • Sözlə plov bişsə, dağ qədər yağ məndən.
  • Sözdür, danışır.
  • Söz üçün – usta, iş üçün – xəstə.
  • Söz çox olan yerdə yalan da çox olar.
  • Söz üçün əlini cibinə salmır.
  • Söz torbaya girməz.
  • Söz tez yayılar.
  • Söz sözü gətirər.
  • Söz söylədiyin adamı tanı, sonra ona söz söylə.
  • Söz – sahibinin dustağıdır, sahibi – sözün dustağı.
  • Söz sahibi ölsə də söz qalar.
  • Söz sandığa girməz.
  • Söz pəhləvanı olma.
  • Söz odur ki, haqqa varam.
  • Söz gəzdirmə.
  • Söz gəzdirən adamdan qorx.
  • Söz gəldi, məqamında de gəlsin.
  • Söz gəldi – deyərlər.
  • Söz yaş dəridir, haraya çəksən oraya gedər.
  • Söz deyən azdır, söz çeynəyən çox.
  • Söz dediyin dəmirdir, döydükcə uzanar.
  • Söz danış söz eşit.
  • Söz danış, söz olsun.
  • Sən deyən qarpızdır, fal-fal yeyərlər.
  • Sən dalını daşa ver, o qədər daş yığan olar ki.
  • Sən qoçaq oğlan ol, qaranlıq gecələr çoxdur.
  • Sən vurmadın, mən yıxılmadım, bəs buna nə oldu?
  • Sən vuranda su çıxar, mən vuranda – qan?
  • Sən bir kişisən, mən bir kişi!
  • Sən bir yeyib içmisən, mən dünyanı gəzmişəm.
  • Sən atlı, mən piyada.
  • Sən adını çək, mən nişan verim.
  • Sən ağacı götür, suçlu özünü bildirər.
  • Sən ağacı əlinə al, oğrunu it qapacaq.
  • Sən ağa, mən ağa, inəkləri kim sağa?
  • Sənə it saxlayanın, bir tikə artıq çörəyi gərək.
  • Səlbəni meyvəli ağaca vurarlar.
  • Səkkiz mıxa doqquz at bağlamazlar.
  • Səksənində yaşayır, indi belin qurşayır.
  • Səksən, doxsan, bir gün varsan, bir gün yox!
  • Səkkiz gün ömürə, doqquz gün çalışmaq lazımdır.
  • Səbəbkarın evi abad.
  • Seçə-seçə düşdü seçməliyə.
  • Sel yüz gündə ovanı, dərd bir gündə ovar.
  • Seyid cəddinə arxalanar.
  • Sevgilimə çataydım, rahat-rahat yataydım.
  • Sevgi adamı selə verər.
  • Sevgi adamı yandırar.
  • Sevgi od deyil, amma oddan yamandır.
  • Sevinc sevinc gətirər.
  • Sevindim – quşum var, quşum var, aralığa çıxdı sərçə balası.
  • Sevərəm məni sevəni, keçəl ola, daz ola,
    Sevmərəm məni sevməyəni, şah ola, şahbaz ola.
  • Sevənin gözündə pərdə olar.
  • Sevəni sevilən incidər.
  • Sevəni sevənə ver.
  • Sevdanı sevda ilə yuyarlar.
  • Sev səni sevəni.
  • Səkkiz yumurta verib, doqquz yumurta istəyir.
  • Sədaqət qəhrəmanın zinətidir.
  • Sacı soyuq olanın kündəsi küt gedər.
  • Saç ürəkdən su içər.
  • Saç səfadan uzanar dırnaq cəfadan.
  • Sahibsiz mal yetimdir.
  • Sahibsiz ev xarabdır.
  • Sahibsiz qoyunu qurd yeyər.
  • Sahibindən qabaq bostana girmə.
  • Saxsıya verə-verə, çıxar misin bahası.
  • Saxla samanı, gələr zamanı.
  • Saxla gönü, gələr günü.
  • Saf armud sapdan düşməz.
  • Satınalma qulunam!
  • Sarsaqlar olmasaydı, yaltaqlar acından ölərdi.
  • Sarsaq yaşamaq ömrə yamaqdır.
  • Sarı yağla yağlayır, sarımsaqla dağlayır.
  • Sarı yağdan tük çəkir.
  • Sarı it çaqqalın dayısıdır.
  • Sarbanla qonaq olanın darvazası gen gərək.
  • Sarala-sarala yaşamaqdansa, mərd-mərdanə
  • Sar çalağanın dayısıdır.
  • Sapın ucunu tapandan sonra iş yaxşı gedər.
  • Sapdan asılıb.
  • Sap üzülən yerdən qırılar.
  • Sancmayanı sancmazlar.
  • Sandıq tulasıdır.
  • Samanın tüstüsü göz çıxardar.
  • Saman qala-qala qızıla dönər, qızıl qala-qala samana dönər.
  • Saman yeyən eşşək torbasını özü daşıyar.
  • Saman altından su yeridir.
  • Sallaqxana köməyi arsız olar.
  • Salyan arabası kimi cırıldayır.
  • Salatçının səsi mollaya toy-bayramdır.
  • Salam-əlek, sağsağan, isti çörək, göy soğan!
  • Salam verdim, borclu çıxdım.
  • Salam var baş kəsdirər, söyüş var ənam alar.
  • Salavata işləyir.
  • Salavat gücə bağlıdır.
  • Sakit olan salamat olar.
  • Sakit başın ağrısı olmaz.
  • Saymaz it adam qapar.
  • Saymadığın deşikdən tülkü çıxar.
  • Sayılan gün tez keçər.
  • Say, yerinə qoz qoy.
  • Sazlı ev – sözlü ev.
  • Sazına bülbül qonar.
  • Saz şadlıq gətirər.
  • Saz olan yerdə sözü saza verərlər.
  • Sadəlik də abadlığın bir növüdür.
  • Sadə yaşasan – yüz yaşaya bilərsən.
  • Susadım su istədim, suyun da yandırdı məni.
  • Sular hərəkətlidir, Torpaq bərəkətlidir.
  • Suda boğulan saman çöpündən yapışar.
  • Sınan gəmiyə nə külək.
  • Samanlıqda iynə axtarır.
  • Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq.
  • Söyləyən olma, dinləyən ol.
  • Söyləyəndən dinləyən arif gərək.
  • Söz çeynəyən çox, söz deyən az.
  • Söz həyatın bəzəyidir.
  • Sözü sözdən alarlar.
  • Sözünü bilməyənə aşağı başda da yer yoxdur.
  • Sözün yaxşısı baldan şirin olar.
  • Sözün yalanı olmaz, yanlışı olar.
  • Sözün zahiri zərif, batini lətif olmalıdır.
  • Sözün doğrusunu zarafatla deyərlər.
  • Sözün doğrusun de, min atını çap.
  • Sözün də qanadı var.
  • Sözün damarı olar, çəkdikcə uzanar.
  • Sözün başı axırından bilinər.
  • Sözü yaxşı anla, Sonra qızıb banla.
  • Sözü at, yiyəsi götürər.
  • Sözü asta, ürəyi tasvasda.
  • Sözü ağzında bişir, sonra çıxart.
  • Söz sözü çəkər, arşın bezi.
  • Söz sözün dayağıdır.
  • Söz odur ki, haqqa vara.
  • Sözü məqamında deyərlər.
  • Sözlə plov olmaz, yağ ilə düyü gərək.
  • Söz götürənin, yer oturanındır.
  • Söz ki var, dəmirdir, vurduqca uzanar.
  • Söz insanın vuran əlidir.
  • Söz doğar.
  • Sözdən söz çıxar.
  • Sözdən söz götürür.
  • Söz danışıqdan keçər.
  • Söz qılıncdan kəsərlidir.
  • Söz verər, bez verməz.
  • Söz vaxtına çəkər.
  • Söz var el içində, söz var ev içində.
  • Söz bir olsa, dağ oynayar yerindən.
  • Sözü söz kəsər.
  • Su bir yerdə qalanda iylənər.
  • Siçandan törəyən kəsəyən olar.
  • Sirkə nə qədər tünd olsa, öz qabını sındırar.
  • Səhər gedər naxıra, axşam gələr axıra.
  • Sənin ipinlə quyuya girmək olmaz.
  • Sənə vur dedilər, öldür ki, demədilər.
  • Sən vurmadın, mən yıxmadım, bəs buna nə oldu?
  • Sən ağa, mən ağa, inəkləri kim sağa.
  • Saman sənin deyil, samanlıq ki, sənindir.
  • Sözün ilə işin bir olsun.
  • Səhər gününə qızınmayan, axşam gününə qızınmaz.
  • Sənət insan üçün xəzinədir.
  • Savadsız adam kor kimidir.
  • Sonrakı peşmançılıq fayda verməz.
  • Sirrini demə dostuna, dostunun da bir dostu var.
  • Sirr açandan el qaçar.
  • Sidq ilə dost olan ürəkdən də bir gərək.
  • Səni bəsləyən əli dişləmə. (Alman atalar sözləri)
  • Sülh zamanında bir yumurta, döyüş zamanında bir öküzdən daha yaxşıdır. (Alman atalar sözləri)
  • Sirr saxlayana bəla, sirr saxlamayana dəva yox. (Özbək atalar sözləri)
  • Səbir və əmək hər şeyi silər. (Rus Atalar Sözləri)
  • Sürətli gedən maşın yana yuvarlanar. (Yapon atalar sözləri)
  • Səmimiyyət ən yaxşı siyasətdir. (Yapon atalar sözləri)
  • Səbrini basa bilməyəndən müdrik olmaz. (Yapon atalar sözləri)
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Bedava mp3 indir, Mobil mp3 indir, Cep mp3 indir, Mp3 dinle yükle, Şarkı indir, Albüm indir, Cepten müzik indir, Wap mp3 indir, Yeni mp3 indir, Müzik dinle, En yeni mp3ler, video indir, video yukle, mp3 yukle, mp3 axtar, video downloader, video search, video down, mp3 search, songs, yuklemeler, kinolar, seriallar, wikipedia, Yeni cixan mahnilar, Turk mahnilar, zor mahnilar 2021, xarici mahnilar 2021 bass, metbex

Saytda 234 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021