Atalar Sözləri və Məsəllər

Atalar Sözləri və Məsəllər


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Atalar Sözləri

  • • Tənbəllik çox zaman səbirlə qarışdırılır. (Fransız atalar sözləri)
  • • Təmiz bir vicdan qədər yumşaq yastıq yoxdur. (Fransız atalar sözləri)
  • • Təzə bardağın suyu sərin olar. (Türk atalar sözü)
  • • Təhsil, hər zaman sahibini arxasından təqib edən bir sərvətdir (Çin atalar sözləri)
  • • Toyun əvvəlində getmə, axırına da qalma.
  • • Torpaq deyər: "Öldür məni,dirildim səni!"
  • • Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram."
    Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram."
  • • Torpaqda itki olmaz,
    Kötüksüz bitki olmaz.
  • • Tamarzıdan al, dadanmışa ver.
  • • Tələsən tərsə düşər.
  • • Torpaq becərənin, iş bacaranındır.
  • • Toyuq ölür, bir cəngə tükdür.
    Dəvə ölür, dərisi iki ulağa yükdür.
  • • Türk - türkü vurar, arada 'tat' aparar.
  • • Tələsən ayaq büdrər.
  • • Tələsən təndirə düşər.
  • • Tutduğun qoyur, qaçanı qovur.
  • • Tutuqlu qılınc, baş kəsməz.
  • • Tündə bəslənər, danda səslənər.
  • • Tüstüsüz od yandırır, sağı sola calıyır.
  • • Tülkünün gəzib gəldiyi yer, kürkçü tükanıdır.
  • • Toxdalı gəl iş olsun, əyri otur düz olsun (əyri otur düz danış).
  • • Taxıl atsan siçan ölməz, sümük atsan - it.
  • • Tarlada izin, süfrədə üzün olsun.
  • • Tarlayı düz al, qarını qız al.
  • • Tək qanatlı quş, uçamaz.
  • • Təmiz su axar, kirlisi qoxar.
  • • Tik çıxsın, dilə gəlsin.
  • • Tikən acısı gedərmiş, dil acısı qalarmış.
  • • Tikməsən çıxmaz, diləməzsən gəlməz.
  • • Tin diləni, dil deyər, göz sezəni, qol edər.
  • • Topal ilə gəzən, axsamaq öyrənir.
  • • Topraq diyər: tərlə mənə, zər töküm sənə.
  • • Tülkü yatağın bilir.
  • • Türk demə tək de. fars demə tərs de.
  • • Türk dili, bağa bənzər.
  • • Türkə bir səlam ver, yeməyi özü verər.
  • • Türkəm, qaçanı qovmaram, qovandan qaçmaram.
  • • Tüstüsüz od olar, odsuz tüstü yox.
  • • Türkün gücü türkə çatar.
  • • Tənbəl həmişə "xəstəyəm" deyər.
  • • Tərləməmiş heç nə qazanmaq olmaz.
  • • Tez gələn şöhrət baş gicəlləndirər.
  • • Tazıya tut deyir, dovşana qaç.
  • • Təzə ağa, təzə ağacan.
  • • Toxun acdan xəbəri olmaz.
  • • Toz bucağım, öz bucağım.
  • • Taxta qaşıq ağız yırtar.
  • • Taledən qaçmaq olmaz.
  • • Tanrı verəni, qurd yeməz.
  • • Taylı tayın tapmasa, günü ah-vayla keçər.
  • • Tez ayrılan, az göz yaşı tökər.
  • • Tez duran, tez evlənən peşman olmaz.
  • • Tez qızan, tez soyuyar.
  • • Tez yatan və tez duran insanda – can sağlığı, dövlət və ağıl olar.
  • • Təbiət boşluğu sevmir.
  • • Təcrübə müdrikliyin anasıdır.
  • • Təkamül həyatın anasıdır.
  • • Tələ yeminə baxarsan, tilova düşərsən.
  • • Təmiz ad hər şeydən üstündür.
  • • Təmiz adama zaval yoxdur.
  • • Təmiz ad var-dövlətdən yaxşıdır
  • • Təmiz adı itirmək asandır, nəinki onu qoru­maq.
  • • Təmiz əlin yuyunmağa ehtiyacı yoxdur.
  • • Tabutun özgə çiynində görməyən, ölümünə inanmaz.
  • • Tamahkarlıq, baş yarar.
  • • Tapılan dilək, tikilən dirək, biri çatılır, biri yapılır.
  • • Tək səbir yaxşıdır, cüt səbir xoşdur.
  • • Tora düşən səbir eyləməsə özünü fələkətə salar.
  • • Tək gəldi səbir eylə, cüt gəldi xeyirdir.
  • • Tərləməmiş pul qazanmağ olmaz.
  • • Təzə ay çıxanda, köhnə ayı doğrayıb ulduz qayırarlar.
  • • Təzə bəydən köhnə bəyə bir xələt.
  • • Tanrım, böyüklərdən ululuğu, qocalardan hörməti, cocuqlardan utancı qoparma.
  • • Tələsən gecəyə düşər.
  • • Tələsən bir yerinə iki verər.
  • • Tələsən evə yetişməz.
  • • Tələsən, tələyə düşər.
  • • Tələsən yolda qalar.
  • • Tas ki girdi başa, bil ki hamam vaxtıdır.
  • • Tökülmüş süd, göz suyuyla yığılmaz.
  • • Tutar qatıq, tutmaz ayran.
  • • Taxtadan maşa, səfehdən paşa olmaz.
  • • Tülkü ölümü, aslan ağlatmaz.
  • • Tülkü ətə gələr, dovşan ota.
  • • Tökmə su ilə, dəyirman dönməz.
  • • Toyuq ölsə bir tükdü, dəvə ölsə dərisi bir yükdü.
  • • Toyuq həm toyda kəsilir, həm yasda.
  • • Toyda qız bəyənməzlər.
  • • Toy oynaqsız, ev qonaqsız olmaz.
  • • Təzə evə köçəndə, əsgi evdən kül götür.
  • • Taxıl, kəpəksiz olmaz.
  • • Tat olsun türk olsun, söz gərək onqat (doğru) olsun.
  • • Tutmusan ucundan, gedirsən ucuzluğuna.
  • • Tutmadı bostan, olmadı qarpız.
  • • Tutu quşu danışar, amma insan olmaz.
  • • Tutivarı əzbərləyəndir.
  • • Tutu, çiyələyi birdən dəyib.
  • • Tutdu göv, tutmadı – kələm başı!
  • • Tutdu qatıq, tutmadı ayran!
  • • Tut ağacı əkən ipək dərər.
  • • Turş alçadır – görənin ağzı sulanar, yeyənin dişi qamaşar.
  • • Turp əkdim, şəlqəm çıxdı.
  • • Tumanı cırıq kəndxuda, istəyir bizi qorxuda.
  • • Tulanın quyruğunu kəsməklə köpək olmaz.
  • • Tula itdən murdardır.
  • • Traktora qulluq elə, atı yadından çıxartma.
  • • Tövbəsin sındıran kişi deyil
  • • Tövbəsini sındıran məl№undur.
  • • Tövbəsi tövləyəcəndir.
  • • Topuğundan vursan yıxılmaz.
  • • Topuğuna su çıxmır.
  • • Toxum at, toxum götür.
  • • Tox toyuğu ilə, ac soyuğu ilə.
  • • Tox nə bilir, ac nə çəkir?
  • • Tox gedər, ac qayıdar.
  • • Tox it ac bəydən yaxşıdır.
  • • Tox ikən yeyən, dişi ilə özünə qəbir qazıyar.
  • • Tox evin ac pişiyidir.
  • • Tox elə bilər ki, heç acmaz,
  • • Torpağın sirrini əli torpaqda olandan sor.
  • • Torpağın qarası üz ağardar.
  • • Torpağı sanı yaşayasan!
  • • Torpağı bir yerdən götürülüb.
  • • Torpaqnan oynayan ac qalmaz.
  • • Torpaq ovuclayan – qızıl ovuclar.
  • • Torpaq kimi bərəkətli ol ki, hamının sevimlisi olasan.
  • • Torpaq deyər: - Sən mənə tər ver mən sənə zər verim!
  • • Torpaq deyər: - Öldür məni, dirildim səni!
  • • Torpaq deyər: - Döy məni, doyurum səni!
  • • Torpaq qızıl quşdur əldən buraxdın – uçar gedər.
  • • Torbada pişik var.
  • • Topal ilə gəzən axsamaq öyrənər.
  • • Topal eşşəklə karvana qoşulma.
  • • Toyuğun cəriməsi bir yumurtadır.
  • • Toyuğun başı kəsiləndə də gözü eşənəkdə olar.
  • • Toyuq banlamasının düşər-düşməzi var.
  • • Toyuq ki, yumurta üstə oturdu, ona bıçaq yoxdur.
  • • Toyuq yumurtasına görə qaqqıldar.
  • • Toyuq qaz yerişi yerisə, öz yerişini də itirər.
  • • Toyuq bir içər, bir göyə baxar.
  • • Toyuq bir yumurtlasa xəbəri yüz evə çatar, camış doğsa – səsi çıxmaz.
  • • Toyuq anasından süd görməyib.
  • • Tövləyə buraxmırlar ki, quşqun oğrayar.
  • • Toysuz ev tapılar, vaysız ev tapılmaz.
  • • Toyunda xəlbir ilə su daşıyım!
  • • Toyunda oynayım!
  • • Toyun yaraşığı oynamaqdır.
  • • Toyumda oynamasan, yasımda ağlamasan, daha nəyimə lazımsan?
  • • Toydan sonra xınanı tazıya yaxarlar.
  • • Toyda oynamaz, vayda ağlamaz.
  • • Toya toy deyiblər, yasa – yas.
  • • Toya getməsən eyb etməz, yasa getmək vacibdir.
  • • Toya getmə, yasa get.
  • • Toy tulasıdır, arada gəzir.
  • • Toy gününü qoyub vay gününü oynayır.
  • • Toy da olsa toyuğun vayıdır, vay da olsa toyuğun vayıdır.
  • • Toy borcu ilə ev almaq olmaz.
  • • Toy bəzəyi – gəlindir.
  • • Toy-bayram bizim küçədə də olar.
  • • Tozdan-torpaqdan dərman tapılmış.
  • • Toz ayrı – duman ayrı.
  • • Tovus quşunu tükünə görə kəsərlər.
  • • Tövbə – toxluqdan, qovqa – aclıqdan.
  • • Tiflisin üstü bostan, abad olsun Gürcüstan.
  • • Ticarətin əsası – insaf, sonrası da insafdır.
  • • Ticarət dostluq körpüsüdür.
  • • Ticarət al-verdədir.
  • • Tısbağaya – balası, hər kəsə öz balası.
  • • Tikmək güc aparır, yıxmaq asandır.
  • • Tikili don gen olar.
  • • Tikəni qaytarmazlar.
  • • Tikəsi tarıya çatmır.
  • • Tikə tikəyə borcdur.
  • • Tikə ilə dost olan, illər ilə küsülü qalar.
  • • Tikə dostu olma.
  • • Tikan əkən, gül dərməz.
  • • Tikan (iynə) üstəyəm.
  • • Teşti damdan düşüb.
  • • Tərlan sar yerin verməz.
  • • Tərlan oylağında sar ola bilməz.
  • • Tərlan yerində çəçələ-çərkəz əyləşib.
  • • Tərək halva xörəkdən sonra.
  • • Tərəzi gözü kimi iki tərəyə əyilmə.
  • • Tərə yeyən də yaza çıxar, tərə yeməyən də.
  • • Təpəsini gün yandırdı, ayağını çarıq dağıtdı.
  • • Təpəsini gün yandırdı.
  • • Təpəri var, hünəri yox.
  • • Təpik döyüşündə oynar, təpik altında ölər.
  • • Təpik atma, qısır qalarsan.
  • • Tənbəldən cəmiyyətə xeyir olmaz.
  • • Tənbəllikdən müsəlman olub.
  • • Tənbələ həftənin hər günü cümədir.
  • • Tənbələ iş buyur, o sənə ağıl öyrətsin.
  • • Tanrı verən dövləti, bəndə ala bilməz.
  • • Tavus hər yana baxar fərəhlənər, ayaqlarına baxanda qüssələnər).
  • • Tavus bəzənər qaqqıldar, əyilib ayaqlarına baxanda sustalar, oturar.
  • • Tava dəlik, tas dəlik, boş da qoyduq üstəlik.
  • • Tava dəlik – yağ tutmaz, taxta çürük – mıx tutmaz.
  • • Ta yeməsən bilməzsən.
  • • Tənbəl deyər: - Ver yeyim, ört yatım, gözlə canım çıxmasın!
  • • Tənbəl dağda qar gördü, yorğanına büründü.
  • • Tənbəl arvad suyu dağıdar, deyər: - Aydınlıqdır!
  • • Tənbəl yatağan olar.
  • • Tənbəl badam istər, sındırmağının zəhmətindən qaçar.
  • • Təmizlik sağlamlığın rəhnidir.
  • • Təmiz hava girməyən evə həkim girər.
  • • Təkrar biliyin anasıdır.
  • • Tələsik işə şeytan qarışar.
  • • Tələsənin kündəsi küt gedər.
  • • Tələsənə mənzil alınmaz.
  • • Təklik allaha yaraşar.
  • • Təkləməsən – döyməzsən.
  • • Təki çalan olsun, oynayan tapılar.
  • • Təkərin başı ayağı yoxdur.
  • • Təkədən pendir tutmaq olmaz.
  • • Təkə sürüyə böyük olmazdı, qoyunlar qoyun olsaydı.
  • • Tək xoruzdur, əlli yerdə hini var.
  • • Tək otur, təknə qaşı.
  • • Tək gəzən dananı qurd yeyər.
  • • Tək əl ilə düyün düyünlənməz.
  • • Tək duran təknəsilə qalar.
  • • Tək daşdan divar olmaz.
  • • Tək qoyundan sürü olmaz.
  • • Tək atdım, cüt vurdum.
  • • Tək ağacdan bağ olmaz.
  • • Təzəcə çıxıb təndirdən, minnəti yox pendirdən.
  • • Təzək yığan əllər, ipək gördü dolaşdı.
  • • Təzə çıxan daylaqlar çuluna görə oynaqlar.
  • • Təzə süpürgə təmiz süpürər.
  • • Təzə süpürgə gələndə, köhnə süpürgəni dama atarlar.
  • • Təzə kuzə suyu sərin saxlar.
  • • Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən.
  • • Təzə evə köçəndə, köhnə evin ocağından kül götürərlər.
  • • Təzə bardaq, təzə su.
  • • Təqsirim olsa, boynum tükdən nazikdir.
  • • Təqsiri bağışlamaq qüdrətin bəzəyidir.
  • • Təqsir taledə deyil, insanın özündədir.
  • • Təqsir öldürəndə yox, öləndə olar.
  • • Təqsir oldu lələdə, saqqalı verdi ələ.
  • • Təqdir-qəza qüvvəti bazu ilə dönməz,
  • • Təqdir ilə yazılan tədbir ilə pozulmaz.
  • • Təbil döysən eşitməz.
  • • Tez tündləşən, tez də yumşalar.
  • • Tez-tez getmə, dodaq büzərlər.
  • • Tez parıldayan tez də sönər.
  • • Tez ələ gələn tez də ayağa düşər.
  • • Tez duran, tez evlənən peşiman olmaz.
  • • Tez qaçan, tez yorular.
  • • Tez bitər, tez yetər.
  • • Taxça mənə qaldı Şeydalı, boxça mənə qaldı Şeydalı,
  • • Taxçadakı qarnımda, boxçadakı əynimdə.
  • • Taxtanı rəndə hamarlar, bəndəni – bəndə.
  • • Taxtına nə baxırsan, baxına bax.
  • • Taxt mənimdir, özüm bilərəm, altında yataram, üstündə yataram, özüm bilərəm.
  • • Taxt yaratmaq olar, bəxt yaratmaq olmaz.
  • • Tatos kovxa, Matos kovxa on beş evə otuz kovxa!
  • • Tarixi-nadiri əzbər bilir.
  • • Tarlasında darısı yox damında qarı.
  • • Tarlada izi olmayanın, süfrədə üzü olmaz.
  • • Tar çalan simi gözlər.
  • • Tapanda ye, tapmayanda ac qal.
  • • Tapılan tapanın olsa, qoyun çobanın olar.
  • • Tanımadığın adamı evinə buraxma.
  • • Tanrısın tanımayandan nə umursan?
  • • Tanrısız yerdə otur, həkimsiz yerdə durma.
  • • Tanrının təndirini bəndə poza bilməz.
  • • Tanrının sabahı qurtarmaz.
  • • Tanrıya tabaq aparıb.
  • • Tanrıdan gəlməsə, bəndədən nə gələr.
  • • Tanrı eşşəyi tanıyıb, buynuz verməyib.
  • • Tanrı dadına çatsın!
  • • Tanrı qoruyanı qurd yeməz.
  • • Tanrı vuran ağacın səsi çıxmaz.
  • • Tanrı verib Zeyniyə, dişləri yox çeynəyə.
  • • Tanrı verən dövlətin zavalı olmaz.
  • • Tanrı bir yandan bağlasa, bir yandan açar.
  • • Tanrı bilir günahkar kimdir.
  • • Tanrı böyük – altı gen.
  • • Tamahkarın gözünü torpaq doldurar.
  • • Tamahkarın gözü kor olar.
  • • Tamahkarı yalançı aldadır.
  • • Tamahkarlıq başa bəladır.
  • • Tamahkar öz nəfsinin quludur.
  • • Tamahkar olma!
  • • Tamah yüzdür – doxsan doqquzu mollada, biri camaatda, ona da molla deyər: - Şərikəm!
  • • Tamarzıdan al, dadanana ver.
  • • Taleyi yar olanın yar sarar yarasını.
  • • Tale insanla oynayır.
  • • Tayını bil, tuşunu tanı.
  • • Taylı tayını tapmasa günü ah-vayla keçər.
  • • Tay-tuşuna bab elə, görən desin ha belə!
  • • Tazısız ova gedən evə dovşansız qayıdar.
  • • Tazının topal olduğu dovşanın qulağına yetişib.
  • • Tazının yiyəsi varsa, dovşanın da yaradanı var).
  • • Tazının ağası varsa, dovşanın da tanrısı var.
  • • Tox deyər: - Acmaram!
  • • Tula itdən də murdar.
  • • Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi.
  • • Toyunda qəlbirlə su daşıyım.
  • • Toyun əvvəlinə getmə, axırına da qalma.
  • • Toydan sonra nağara, xoş gəldin, bayram ağa.
  • • Toyun axırında zurna belə səslənər.
  • • Tez duranla tez evlənən uduzmaz.
  • • Təkədə qoç hünəri olmaz.
  • • Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoyalar.
  • • Tutub ucundan, gedir ucuzluğuna.
  • • Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl.
  • • Tazıya deyir tut, dovşana deyir qaç.
  • • Torpaq deyər: "Öldür məni, dirildim səni!"
  • • Tənbəllik azar artırar, işləmək canı saf eylər.
  • • Tənbələ iş buyur, o sənə nağıl danışsın.
  • • Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.
  • • Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram".
  • • Tək əldən səs çıxmaz.
  • • Təhsil azadlığa aparar. (Alman atalar sözləri)
  • • Tanrı qarışqanı yox etmək istəyincə, ona qanad taxar. (Alman atalar sözləri)
  • • Təhsilsiz insan, cilasız aynaya bənzər. (Alman atalar sözləri)
  • • Tək gözlü olmaq kor olmaqdan yaxşıdır. (Alman atalar sözləri)
  • • Təvazökarlıq bəzəkdir, lakin onsuz daha müvəffəqiyyətli olunar. (Alman atalar sözləri)
  • • Toyuq xoruz ola bilməz, qadın isə - kişi (Rus Atalar Sözləri)
  • • Torbada nə varsa, şorbada da o vardır. (Bolqar atalar sözləri)
Dostlarınla Paylaş

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023