Atalar Sözləri və Məsəllər

Atalar Sözləri və Məsəllər


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Atalar Sözləri

  • • Varlı bacı yaxında, yoxsul bacı uzaqda olmasın.
  • • Varlı olan bir ayda, yoxsul qalır on ayda.
  • • Varlı umduğun yiyər, yoxsul olduğun.
  • • Varlığın sonu ilə, yoxluğun önü birdir.
  • • Varlının əlin pıçaq kəsəndə, yoxsul köynəyin kəsər.
  • • Varlının torpağından çay keçər, yoxsulunkundan yol.
  • • Vətən daşı olmayandan, olmaz vətəndaşı.
  • • Vətən elin evidi.
  • • Vətənin tüstüsüdə şirindi.
  • • Varlılın eşəyyinədə, ağıllı diyərlər.
  • • Varlının iti yatmaz.
  • • Varlıya saxsı gərəksə, yoxsul kasasın qırar.
  • • Verdiyin bir yumurta, onuda yırta yırta.
  • • Verən əli kimsə, kəsməz.
  • • Verən gərək olaki alan da ala!.
  • • Verirəm diyə quluna, çıxarıb qoyar yoluna.
  • • Verirsən doyur, vurursan duyur.
  • • Verməzin aşı qazandan çıxmaz.
  • • Vaxt qızıldan bahadır.
  • • Vaxt gözləmir (yubanmaq olmaz).
  • • Vaxt insanı hər dərddən sağaldır.
  • • Vaxtın qiyməti yoxdur.
  • • Varlı olmaqdansa, xoşbəxt olmaq yaxşıdır.
  • • Varlığa nə darlığ?!
  • • Varlının da kasıba işi düşər.
  • • Vərdiş - ikinci xasiyyətdir.
  • • Vurağan inək buynuzsuz qalır.
  • • Vurağan qoçun qaşqaşı həmişə qanlı-xoralı olur.
  • • Vurağan öküzə Allah buynuz verməz.
  • • Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.
  • • Vardır pulun – hamı qulun, yoxdur pulun açıqdır yolun.
  • • Vardır pulun, yetən qulun.
    Yoxdur pulun, dardır yolun.
  • • Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?
  • • Varlılığa tələsən, yoxsulluğa tez düşər.
  • • Varı olan taxar,
    Varı olmayan baxar.
  • • Verən ərin əli açıq, görən ərin yolu açıq.
  • • Vaxtı itirsən hədər, görərsən böyük zərər.
  • • Vaxtı boş olanın sözü çox olar.
  • • Vaxtdan gileylənmə, vaxtın gedər.
  • • Vaxt insana hər şeyi öyrədər.
  • • Vaxt ikən oxu, aşıq, el gələr, tünlük olar.
  • • Vaxt qızıldır, bir dəqiqəsini də boş qoymaq olmaz.
  • • Vaxt qənimətdir.
  • • Vaxt vaxtı gözləyər.
  • • Vaxt atlı, biz piyada.
  • • Varını verənin kisəsi boş qalar.
  • • Varsa əgər hünərin, hara getsən var yerin.
  • • Varlının çörəyi kasıbın çənəsini yorar.
  • • Varlının xoruzu da yumurtlayar.
  • • Varlının torpağından çay keçər, kasıbınkından yol.
  • • Varlının malı, kasıbın övladı.
  • • Varlının könlü oluncaya qədər kasıbın canı çıxar.
  • • Varlının iti harın olar.
  • • Varlının əlini bıçaq kəsəndə yoxsul köynəyini parçalar.
  • • Varlının eşşəyi də yeyin gedər.
  • • Varlının varı gedər, muzdurun canı.
  • • Varlının arvadı öləndə yorğan döşəyi təzələnər,
    kasıbın arvadı öləndə yorğan-döşəksiz qalar.
  • • Varlıya toxun keç, yoxsuldan qorun, keç.
  • • Varlığın sonu ilə yoxluğun sonu birdir.
  • • Varlığa güvənməzlər.
  • • Varlı umduğunu yeyər, kasıb – olduğunu.
  • • Varlı olub qəm-qüssə ilə yaşamaqdansa,
    kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır.
  • • Varlı kisəsini döyər, kasıb dizini.
  • • Varlı yoxsullaşanda əlli il dəstgahını pozmaz.
  • • Varlı varından pay versə, varsız da varlı olar.
  • • Varlı arabasını dağdan aşırar,
    yoxsul düz yerdə yolunu çaşar.
  • • Varını itirən az şey itirər, namusunu itirən çox şey.
  • • Varını verən utanmaz.
  • • Vardan-yoxdan çıxıb.
  • • Vara var deyərlər, yoxa yox.
  • • Var günün dostu çox olar.
  • • Var evi – kərəm evi, yox evi – vərəm evi.
  • • Var var üstündən gələr.
  • • Var axar, yox baxar.
  • • Var adama oyun öyrədər.
  • • Vay ölənin halına.
  • • Vay ondadır ki, varlı evinə yoxsul girə.
  • • Vay o sürüsünün halına ki, canavardan çobanın təyin edələr.
  • • Vay o gündən ki, çörəkçi çəkmə tikə, çəkməçi çörək yapa.
  • • Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün.
  • • Vay o gündən ki, adamın öz iti özünü qapa.
  • • Vay o kişinin halına ki, yeməyə, içməyə, saxlaya arvadının sonraki ərinə.
  • • Vay bu başdan, vay o başdan.
  • • verib min köşək.
  • • Vuruşun kor vuruşuna oxşamır.
  • • Vurur daşa, çıxır başa.
  • • Vuraram ölər, "kiş" deyərəm, getməz.
  • • Vuran öküzə Allah buynuz verməz.
  • • Vuran igid dayısına baxmaz.
  • • Vuran elin dirəyidir.
  • • Vuran əlin var olsun!
  • • Vura bilməyən, daşın böyüyündən yapışar.
  • • Vur deyənlə vuran şərikdir.
  • • Vur dedim, öldür demədim ki?
  • • Vur babam, dövran sənindir.
  • • Vücudu bir qəpiyə dəyməz.
  • • Vücudu dönüb kimyaya.
  • • Vicdanla işləyən gözükölgəli olmaz.
  • • Vicdan bazarda satılmaz.
  • • Vətənə məhəbbət iman əsəridir.
  • • Vətən mülkü doğmadır, özgə diyar – ögey.
  • • Vətən elin evidir.
  • • Vətən viranə də olsa, cənnətdir.
  • • Vəsmə bol olanda qaşa da çəkərlər, gözə də.
  • • Vəsiyyət yüngüllükdür.
  • • Vələ gedən öküzün olsun, işə getməyən oğlun olmasın.
  • • Vəzndə yüngül, qiymətdə ağır.
  • • Vəzifə daimi deyil.
  • • Vəziri qarğa olanın ağzı zibillikdə olar.
  • • Vədəsi bitmiş nökərin əcəli yetən ağası gərək.
  • • Vədə xilaf olma.
  • • Verməz doqquzu, yeyər toppuzu, verər otuzu.
  • • Vermədi Məbud, neyləsin Mahmud?
  • • Vermə nisyə, girməz kisəyə.
  • • Verirlər – al , döyürlər – qaç.
  • • Verim əli hamı əldən ucadır.
  • • Verim vara baxmaz.
  • • Verilən aşı yeyərlər.
  • • Verib yaman olunca, verməyib yaman ol.
  • • Verərsən pendir, eylərəm kəndir, verərsən aş, eylərəm baş.
  • • Verərsən ətdən-mətdən, işlərəm bərkdən- bərkdən, verərsən şordan-mordan, işlərəm ordan-burdan.
  • • Verərsən adındır, yeyərsən dadındır – dala qoyulanı it yeyər.
  • • Verəndə yaxşısan, verməyəndə pis.
  • • Verəndə elə verər, alanda belə alar.
  • • Verəndə imam olur, alanda Şümür.
  • • Verən əli hər kəs öpər.
  • • Verən əli də var, vuran əli də.
  • • Verən əl ac qalmaz.
  • • Verən əl alan əlin üstündə olar.
  • • Verdin – doydur, vurdun – yıx.
  • • Verdiyin sənindir, vermədiyin özgənin.
  • • Verdiyin iki şahı, zərbaf çıxmayacaq ki!
  • • Verdiyin əl ilə al!
  • • Verdiyi anda bax, gördüyü işə.
  • • Verdiyi abbasıya bax, etdiyi tələbə.
  • • Ver abbasını, ye halvasını.
  • • Vaxtsız qonaq öz kisəsindən yeyər.
  • • Vaxtsız banlayan xoruzun başını kəsərlər.
  • • Vaxtsız açılan gül tez solar.
  • • Vaxtını itirən bəxtini itirər.
  • • Vaxtında görülməmiş iş həmişə görülməmiş qalar.
  • • Vaxtında atılan tüfəngin səsi vaxtsız atılan topun səsindən üstündür.
  • • Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.
  • • Vətənə gəldim, imana gəldim.
  • • Vətəndən ayrı ayrı düşsəm, viran ollam, talannam.
  • • Vur deyənlə, vuran yarıdır.
  • • Vur qırxı, gedər qorxu.
  • • Vuraram ölər, kiş deyərəm getməz.
  • • Vuran igid dayısına gəyişməz.
  • • Vura bilməyən, daşın böyüyünü götürər.
  • • Və'z oxumaq asan işdir, əməl eləyən gərək.
  • • Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
  • • Vicdan ləkəsi silinməz
  • • Vətən elin evi, dayağıdır.
  • • Vaxtın qiyməti puldan bahadır.
  • • Varlığa tələsən, yoxsulluğa tez düşər.
  • • Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır.
  • • Vəl gərək gözəl döyə, gözəldən buğda çıxa.
  • • Verərsən ətdən-mətdən, işlərəm bərkdən-bərkdən, verərsən şordan-mordan, işlərəm ordan-burdan.
  • • Varlının arvadı öləndə yorğan döşəyi təzələnər, kasıbın arvadı öləndə yorğan-döşəksiz qalar.
  • • Vardan - yoxdan çıxıb.
  • • Varı olan taxar, varı olmayan baxar.
  • • Varlı arabasını dağdan aşırar, yoxsul düz yerdə yolunu çaşar.
  • • Vətənin adını batırmaq – onu satmaq deməkdir.
  • • Vaxtını itirən baxtını itirər.
  • • Vaxtında görülməyən iş həmişə yarımçıq qalar.
  • • Varlıq istərsən əgər, dünyada yoxluğu qoyma,
    Bütün olmağa həvəs etmə, sınıxlığı qoyma
  • • Varlılar, su içir, bilginlər buz yalır.
  • • Varlının min əsgiyi var, yoxsulun bir toxluğu var.
  • • Vədlər məmləkətində insan aclıqdan ölər. (Danimarka atalar sözləri)
  • • Var-dövlət tükənər, elm tükənməz. (Özbək atalar sözləri)
Dostlarınla Paylaş

Saytda 101 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024