Atalar Sözləri və Məsəllər

Atalar Sözləri və Məsəllər


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Atalar Sözləri

  • • Üzü şeyx, astarı kafir. (Türk atalar sözü)
  • • Üzümüzün və gözlərimizin rəngi nə olursa olsun, göz yaşlarımızın rəngi eynidir. (Afrika atalar sözü)
  • • Üzüm oğrusu, güzdə bəllənir.
  • • Üzüm üzümə, baxa-baxa qaralar.
  • • Üzüm, çöpsüz olmaz.
  • • Üzümünü yedə, bağın sorma.
  • • Üzüntü bir dəniz, batdın geddin. ümüd bir qayıq, mindin, keçdin.
  • • Üstümdən ağır bir daş götürüldü.
  • • Ümid olmasaydı, ürək partlardı.
  • • Ürək daş deyil.
  • • Ürəkdə kin olanda dalaşmaq asan olur.
  • • Ürəkdə gizlənən üzdə görsənər.
  • • Ürəkdə nisgil olanda, deməyə söz çox olar.
  • • Ürəkdən ürəyə yollar görünür.
  • • Ürəyi dolu olanın dili uzun olar.
  • • Üstümü (üst-başımı) unlu görüb, adımı dəyirmançı çağırma.
  • • Üz ürəyin aynasıdır.
  • • Üzdə gülür, dalda hürür.
    (Üzdə gülür, ayaqdan çəkir.)
  • • Üzdən bir şey deyil, amma bədəndən yaxşıdır.
  • • Ümid üzülməsə, hər iş çözülər.
  • • Ürəyə hökm etmək olmaz.
  • • Üzə gülür, ayaqdan çəkir.
  • • Üzdəki göz, içəri baxır.
  • • Üzə baxma özə bax.
  • • Üzü pırıldır, içi qırıldır.
  • • Üz, ətəklə gizlənməz.
  • • Ümid ilə keçinən, aclıqda ölər.
  • • Ürək ağrısından kef olmaz.
  • • Ürək sevənin ağıda olar, qarasıda.
  • • Ürəyi əlində saxla.
  • • Üstə bax düşün, alta bax öyün.
  • • Üşüdüm üşüdüm, yerimə düşdüm (tərpəşdim yığışdım, yerimə düşdüm).
  • • Üzü bəzək, içi təzək.
  • • Üşüyən üşüyənə baxıb, qızışar.
  • • Üzülmə yox olduğuna, sevin tapıldığına.
  • • Üzük qaşı ilə tanınar.
  • • Üz verəndə, astar istəməzlər.
    (Üz verdikcə astar da istəyir.)
  • • Üzü qərənin üzü yox, paxıl adamın gözü yox.
  • • Üç tümənlik eşşəyin on beş qranlıq qoduğu olar.
  • • Üç eşşək bir axurdan arpa yeməz.
  • • Üstümü unlu görüb, adımı dəyirmançı çağırma.
  • • Üstü bəzək, altı təzək.
  • • Ürəkdən ürəyə yol var.
  • • Ürəyimin daşqınını ağız dəyər.
  • • Ürəyimin dərdini təzələmə.
  • • Ürəyim qana dönüb.
  • • Ürək öz dostunu tanıyar.
  • • Ürək ki var – şüşədir, sındırarsan kim yamar?
  • • Ürək yanmasa gözdən yaş çıxmaz.
  • • Ürək yanar, göz yaşarar.
  • • Ürək dənizdən dərindir.
  • • Ürək qulaq deyil ki, barmaqla qurdalayasan.
  • • Ümidsiz yaşamazlar.
  • • Ümid həyatın sərmayəsidir.
  • • Ümid ilədir cahanda hər iş.
  • • Üzü üstə gələni arxası üstə çevirməzlər.
  • • Üzünü xalqa çevirənin arxası möhkəm olar.
  • • Üzün qaralığı yaman deyil, qəlbin qaralığı yamandır.
  • • Üzümü əldə gör, çöpünü – yerdə.
  • • Üzümə bax, halımı sor.
  • • Üzüm üzümə baxar qaralar.
  • • Üzüm qaradırsa, alnım açıqdır.
  • • Üzüm ayağın altında!
  • • Üzük-üzük oynayan gecələr yatmaz.
  • • Üzük tanınar qaşı ilə, qız – qardaşı ilə.
  • • Üzü şeyx, astarı kafər.
  • • Üzü necədir, ürəyi də elədir.
  • • Üzü ağ, qəlbi qara, mən belə dostu neylərəm?
  • • Üzrü günahından artıq.
  • • Üzdə gülür, dalda hürür.
  • • Üz ürəyin güzgüsüdür.
  • • Üz üzdən utanar.
  • • Üz götürüb gedəni zəncir ilə saxlamaq olmaz.
  • • Üz ki var – ətdəndir.
  • • Üz döndü, göz döndü.
  • • Üz göstərsən qohumluq iddiası eylər.
  • • Üz vermə, astar da istər.
  • • Üz verilən yerdən ərinmə, üz verilməyən yerdə görünmə.
  • • Üz verən, astar da verər.
  • • Üz verdik dəliyə, palçıqlı çıxdı xalıya.
  • • Ürək götürməyəni, əl götürməz.
  • • Üstü bəzək - altı təzək.
  • • Üç daşınma, bir yanğına əvəzdir. (Yapon atalar sözləri)
Dostlarınla Paylaş

Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024