Atalar Sözləri və Məsəllər

Atalar Sözləri və Məsəllər


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Atalar Sözləri

  • • Şərti şumda kəsərlər ki, xırmanda dava düşməsin.
  • • Şeytanla qabaq əkənin, qabaq başında partlayar.
  • • Şeh keçirməz, səs ötürməz.
  • • Şərrin azıda, çoxdur.
  • • Şirin dişə dostdur, acı - qarına.
  • • Şahin qıynaqsız olmaz.
  • • Şeytan ilə buğda əkən, samanın alır.
  • • Şir öz dişini heç kəsə borc verməz.
  • • Şamaxıda danışılan, Bakıda eşidilir.
  • • Şeytan əməlinə uyma.
  • • Şəhərdə onuncu olmaqdansa, kənddə birinci ol.
  • • Şən arvad həyatın şənliyidir.
  • • Şirin söz daşdan keçər.
  • • Şübhə doqquz gün çəkər.
  • • Şər həmişə xeyrin dalınca gəzər.
  • • Şər zahirə hökm eylər.
  • • Şər kəsən barmaq ağrımaz.
  • • Şər deməsən, xeyir gəlməz.
  • • Şahın, başı vəzirdi, vəzirin əli - şah.
  • • Şəri şeytandan, kələyi arvaddan, quru böhtandan, bəylər qəzəbindən – özünü qoru.
  • • Şeytanın yoldaşlığıp, dar ağacınacandır.
  • • Şahında qaraçıya işi düşər.
  • • Şirin dilin olsun, qoruyan sözün olsun.
  • • Şücaətini Kərbəlaya saxlayıbsan?
  • • Şirin söz baldan şirindir.
  • • Şirin dil ilanı yuvasından çıxardar.
  • • Şirin dil adama dost qazandırar.
  • • Şirin aşına zəhər qatma.
  • • Şiri şiranə tutarlar.
  • • Şir gərək pəncə vura şir ilə.
  • • Şir qocalanda özünə gülməyi gələr.
  • • Şillə ilə üz qızardar.
  • • Şillə yeməmiş yanaq qızarmaz.
  • • Şilə ilə yıxılan ev, plov bişir qoy dağılsın.
  • • Şikayət acizlik əlamətidir.
  • • Şəhər bürclü – qalalı gərək.
  • • Şəfa haqdandır, həkim – səbəbdir.
  • • Şəfa piyalənin dibində olar.
  • • Şəfa verən ağudan da verə bilər.
  • • Şərti şumda kəs, xırmanda yabalaşmayasan.
  • • Şərikli əti it yeməz.
  • • Şərikli qazan gec qaynar.
  • • Şərik yaxşı olsaydı Allah özünə yaradardı.
  • • Şəriət avamlar üçündür.
  • • Şəri-şeytandan, məkri-zənandan, quru böhtandan, bəylər qəzəbindən özünü qoru.
  • • Şərabın kədəri nəşəsindən artıqdır.
  • • Şərab, kabab – hay, hay!
  • • Şər sevən - yalan, şər gətirən – gerçək.
  • • Şələni elə bağla ki, gücün çatsın.
  • • Şələ aşırmışlar kimi gözünü nə döyürsən?
  • • Şəkəri suya düşüb.
  • • Şəbpərə gecə gəzər, gündüz gəzməz, elə bilər – özü bilər, özgə ilməz.
  • • Şeytanın dostluğu dar günlərə qədərdir.
  • • Şah çiçək çıxardıb.
  • • Şah, şah dediyim, öz canım üçündür.
  • • Şah da bilir Şirman çuxurdadır.
  • • Şah qapısı şaxtalı olar.
  • • Şah vəzir ağlı ilə oturub durar.
  • • Şah bilər, şahivən bilər.
  • • Şah Abbasın tənbəlidir.
  • • Şah Abbasa yaradı, Keçəl Abbasa yaramadı?
  • • Şaftalı-tabaq olub girmə ortalığa.
  • • Şaftalı gəlməmiş, tabağı gəldi.
  • • Şapalaqnan üz qızardar.
  • • Şap elə bilir şupdayam, şup elə bilir şapdayam, Nə şapdayam, nə şupda, hələ şarap-şurupda.
  • • Şeytanın qulağına qurğuşun!
  • • Şeytanın acığı yaxşı adamdan gələr.
  • • Şeytanın ayağını sındırır.
  • • Şeytanı tutmağa noxtasız gedir.
  • • Şeytanla ortaq olan buğda əkər – saman biçər.
  • • Şeytan olmasa, qurd qoyunla gəzər.
  • • Şeytan karxanası boş qalmaz.
  • • Şeytan əzabda gərək.
  • • Şey qurd salanda duz səpərlər, duz qurd salanda nə səpərlər?
  • • Şahın da dəvələri ayaqyalın gəzir.
  • • Şahın da qaraçıya işi düşər.
  • • Şahin ilə dəvə ovlamazlar.
  • • Şahsənəm oğlan doğub!
  • • Şahla plov yemirəm ki, bığım yağa batar.
  • • Şamaxıda danışır, Bakıda eşidilir.
  • • Şamın harada sönüb?
  • • Şam kimi əriyib.
  • • Şam yanmasa, başına pərvanə dolanmaz.
  • • Şam dibinə işıq salmaz.
  • • Şam başından yanar.
  • • Şalbanın bir ucu sənin çiynindədir.
  • • Şayiə hər yanı gəzər.
  • • Şair sözsüz olmaz.
  • • Şair gördüyünü yazar.
  • • Şadlığına şitlik eləyir.
  • • Şabaşını vermişik.
  • • Şabalıtdan yağ çıxmaz.
  • • Şirin dil ilanı yuvadan çıxardar.
  • • Şaftalı tabağı kimi ortada durma.
  • • Şadlığına şitlik eləmə.
  • • Şərti şumda kəs, xırmanda şana-kürək sınmasın.
Dostlarınla Paylaş

Saytda 123 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024