Atalar Sözləri və Məsəllər

Atalar Sözləri və Məsəllər


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Atalar Sözləri

  • • Ən düzgün işləyən saat mədədir. (Fransız atalar sözləri)
  • • Ədalət haqqında şərhlərimiz saatlarımıza bənzəyir. Çoxu başqa-başqa yerlər göstərir və hər kəs özününkünə etimad edir. (Fransız atalar sözləri)
  • • Ədalət topaldır. (Fransız atalar sözləri)
  • • Ərinə sahib olmaq istəyirsənsə, əvvəlcə onun mədəsinə sahib ol. (İspan atalar sözü)
  • • Ən pis yaxşı gün həmişə ən yaxşı pis gündən daha yaxşıdır. (İngilis atalar sözləri)
  • • Əsl dostu iki əlinizlə birdən tutun. (Afrika atalar sözü)
  • • Əsəbi ikən heç vaxt məktub yazma. (Çin atalar sözləri)
  • • Əsəbi vaxtı bir an səbirli olsan, yüz günlük peşmanlıqdan qurtararsan. (Çin atalar sözləri)
  • • Əgər Tanrı yağış yağdırmaq və anan ikinci dəfə evlənmək istəsə, buna kimsə mane ola bilməz. (Çin atalar sözləri)
  • • Əsəbi ikən əsla məktub yazma (Çin atalar sözləri)
  • • Əkiblər yemişik, əkərik yeyərlər.
  • • Əvvəl zəhmət çəkən, sonra rahat olar.
  • • Əməksiz yemək olmaz.
  • • Əvvəldən nə idi hüsnü-camalı, indi olub dəli Bayramlı.
  • • Ətə pul verməz, küftənini böyüyündən yapışar.
  • • Ədəbi kimdən öyrəndin? Ədəbsizdən.
  • • Ərlə arvadın torpağı bir yerdən götürülər.
  • • Əvvəl evin içi, sonra çölü.
  • • Əldən qalan əlli il qalar.
  • • Ən böyük biclik – düzlükdür.
  • • Əl əli yuyar, əl də üzü.
  • • Əyridə tox, doğruda ac görmədim.
  • • Əziziyəm dilim-dilim, kəs qarpızı dilim-dilim, əlçəkmərəm dilimdən, kəssən dilim, dilim-dilim.
  • • Əkəndə əkməyən xırmanda ağlar
  • • Ərsək ərə dəyməz,
    ivsək evə dəyməz,
    oynaş ərdə qalmaz,
    tələsən evə çatmaz.
  • • Ər ilə arvadın xəmiri bir yerdə yoğrulub.
  • • Ər-arvad ipəkdir, araya girən köpək.
  • • Ərkəsöyün böyüyən oğul avara olar.
  • • Əli aşından da oldu, Vəli aşından da...
  • • Əvvəl düşün, sonra danış.
  • • Əvvəl danış, sonra gül.
  • • Əhl ilə daş daşı, naəhl ilə yemə aşı.
  • • Əsli, nəcabəti olmayana qamçı neylər?
  • • Əlindən bir iş gəlməyən on danışar.
  • • Əl qatma harama.
  • • Əzizim əziz, tərbiyəsi ondan əziz.
  • • Ədəbi kimdən öyrəndin, ədəbsizsən.
  • • Əvvəldən nə idi hüsnü-camalı, indi oldu dəli Bayramalı.
  • • Əvvəl arxı tullan, sonra bərəkallah de.
  • • Ədəb bazarda satılmaz...
  • • Ət ilə dırnaq arasına girən iyiyər, çıxar.
  • • Əli ələ vurarsan, səs çıxar.
  • • Əl əlin örtüyüdü.
  • • Əl tutunca od tut: zəmanət, oddan pis yandırar.
  • • Əldən gəlməz iş olmaz, ayaq gedməz yol olmaz.
  • • Ər çöldə olar, çörəyi evdə.
  • • Ər qocalar, könül ki yox.
  • • Əringənə, əlli qarı bezdən yum olmaz: subaya əlli qarış parçadan, don çıxmaz. (subaydan ev olmaz).
  • • Əsil itməz, yağ iylənməz.
  • • Ət qanlı, iyid canlı olmalı.
  • • Ətin yeyir, sümüyünə göz tikir.
  • • Əklənən bəklənir, özlənən gözlənir, sərilən dərilir.
  • • Əl əli yumadı, əl üzü yumadı, qolu əlsiz qaldı, əli qolsuz qaldı, suyu üzsüz qaldı, üzü susuz qaldı, yaşı külsüz qaldı, külü odsuz qaldı.
  • • Əl iş görər, göz qorxar.
  • • Ər-arvadın savaşı, yaz gününün yağışı.
  • • Ərə getmək asandır, ər donu tikmək çətin.
  • • Ərə ver atın, elə ver aşın.
  • • Ətsiz olsun, atsız yox, adsız olsun, dadsız yox.
  • • Əyri ağaca yayım demə, hər görənə yarım demə (dayım demə).
  • • Əyri ağız bəy olsa, yalan sözü düz çıxar.
  • • Əcəl gəlirkən cana, baş ağrısı bəhana.
  • • Əcəl gəlməz, vax çatmasa.
  • • Əkdiyin biçən, ağlamaz.
  • • Əkin əksən, yerə bax, eli sevsən, elə bax.
  • • Əkin olsa, əkmək olar.
  • • Əkməmiş bitməz, dəlməmiş keçməz.
  • • Əl çatmayan aş, ya qarın ağrıdar, ya baş.
  • • Əldən tutulan qurtulur, dildən tutulan dürtülür.
  • • Əlli ilin eşşəyinə, dəyirman yolu göstərir.
  • • Ən böyük yalançı odurki, diri ikən ölümdən danışır.
  • • Ərinə görə bağla başını, qabına görə qaynad aşını.
  • • Əsgi düşman dost olmaz, əsgi pambığ bez olmaz.
  • • Ələyi ələnib qəlbiri göydən asılıb.
  • • Əli bağlı olanı yetən döyər, yetməyən söyər.
  • • Əli tutanın, əli qopar, od tutanın əli yanar.
  • • Əli əyrinin, dili düz olmaz.
  • • Əlifin hicəsı var, gündüzün gecəsi var.
  • • Əlinlə xəmir ovar, gözü ilə dənə qovar.
  • • Əllə ver, ayaqla izlə.
  • • Ən yaxşı dost odur ki, qarşı durmaya.
  • • Əngəl ilə tikan, biri yardan, biri güldən (olur).
  • • Ər ağacı gül ağacı, taqsırım var, vur ağacı.
  • • Ər arvad arası ipəkdir, araya girən köpəkdir.
  • • Ərincəyin işi bitməz, yaz gəlsədə qışı bitməz.
  • • Ərinməsən, usta olarsan.
  • • Ərkək quş havanı, dişi quş yuvanı güdər.
  • • Ərkəkdə söz, aşda duz gərəkdi.
  • • Ərkəyə ürək gərək, qadına dirək.
  • • Əsgi düşman, eli pozar.
  • • Əsgi yenini saxlar.
  • • Əsgi, yamaq götürməz.
  • • Ər altında at olur, qeyrət altında ər olur.
  • • Əkən bilməz, biçən bilər.
  • • Əkinçi yerdən umar. balıqçı göldən umar.
  • • Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
  • • Əcəb yadıma saldın!
  • • Əlisi dəli, Vəlisi dəli qırılmışın hamısı dəli?
  • • Əldəki sərçə, damdakı göyərçindən yaxşıdır. (Alman atalar sözləri)
  • • Əşyanın qiymətini itirincə anlarsan (Rus Atalar Sözləri)
  • • Ətin dadını bilən çoban itindən xeyr gəlməz. (Bolqar atalar sözləri)
Dostlarınla Paylaş

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024