İnsan övladı (rəsm əsəri) Haqqında Məlumat - Axtarış

İnsan övladı (rəsm əsəri) Haqqında Məlumat - Axtarış


İnsan_övladı_(rəsm_əsəri) üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz İnsan övladı (rəsm əsəri) sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


İnsan övladı (rəsm əsəri) sözünə uyğun gələn mahnı axtar və yüklə


İnsan övladı (rəsm əsəri) sözünə uyğun gələn lazımlı linklərə bax


İnsan övladı (rəsm əsəri) sözünə uyğun gələn şəkillərə bax və yüklə


İnsan övladı (rəsm əsəri) sözünə uyğun gələn məqalə axtar və oxu


Wikipediadaİnsan övladı (rəsm əsəri) sözünə uyğun gələn məqaləni oxu


İnsan övladı (rəsm əsəri) sözünə uyğun gələn xəbər axtar və oxu


İnsan övladı (rəsm əsəri) sözünə uyğun gələn kinoya bax və yüklə


İnsan övladı (rəsm əsəri) sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə İnsan övladı (rəsm əsəri) sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız İnsan övladı (rəsm əsəri) tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

İnsan övladı (rəsm əsəri)

İnsan övladı (fr. Le fils de l'homme) — Belçika sürrealist rəssamı Rene Maqritin 1946-cı ildə çəkdiyi rəsm əsəri.

İnsan övladı
fr. Le fils de l'homme
Rəsm əsərinin təsviri.
Rəsm əsərinin təsviri.
Rəssam Rene Maqrit
Tarixi 1946
Texnikası kətan üzərində yağlı boya
Ölçüləri 116 sm × 89 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Şəxsi kolleksiya

Rene əsəri avtoportreti kimi çəkmişdir. Rəsmdə kotelok və palto geyinmiş kişi təsvir olunmuşdur. O, alçaq divarın qabağında dayanır, arxasında dəniz və buludlu səma görünür. Kişinin qabağında levistasiya vəziyyətində olan yaşıl alma dayanır və alma onun üzünün böyük hissəsini gizlədir, lakin almanın kənarlarından çətin də olsa, adamın gözlərini görmək mümkündür. Başqa hiss edilməyən detal şəkildə təsvir olunmuş şəxsin sol qolunun dirsəkdən geriyə çevrilmiş vəziyyətdə təsvir olunmasıdır. Şəkil haqqında Maqrit deyir:

" Ən azından o, insanın sifətini qismən yaxşı gizlədir. Bu, daim baş verən bir şeydir. Gördüyümüz hər şey bir digərini gizlədir. Biz həmişə istəyirik ki, nəyin nə tərəfindən gizlədildiyini görək. Bu bir maraqdır ki, bizdən nə gizlədilibdir və həmin şey nədir.[1] "

Oxşar əsərlər redaktə

"İnsan övladı" əsəri bədiilik baxımından Maqritin digər əsəri olan "Fasadlarda Böyük müharibə" əsərinə bənzəyir. Hər iki əsərdə ayaq üstə dayanan adam və dəniz təsvir olunmuşdur, amma ikinci əsərdə əlində çətir tutan qadın təsvir olunmuşdu və üzü çiçəklə örtülmüşdü. Başqa bənzər əsər "Koteloklu adam" əsəridir, amma bu əsərdə alma əvəzinə təsvir olunmuş şəxsin sifətini quş gizlədir.

Populyar mədəniyyətdə redaktə

Qeri Braunbekin 2005-ci ildə yazdığı "Mühafizəçilər" romanında əsas mənfi personajlar səliqəli geyimli və koteloklu təsvir olunmuş və bu əsərdə personaja bənzədilmişdir. Kitabın açılış səhnəsində bu əlaqə açıq aydın şəkildə büruzə verir.

Lev Qrossmanın 2009-cu ildə yazdığı "Sehirbazlar" romanında əsas mənfi personaj qara kostyum geyinir və üzü qismən yarpaqlı budaq ilə örtülür.

Cimmi Liaonun şəkilli kitabı olan "Ulduzlu ulduzlu gecə" kitabında müsbət personaj olan qızın arxasında bu rəsm əsəri ilə təsvir olunmuşdur. Qız rəsmi valideynlərinin uzunmüddətli mübahisəsinə etiraz etmək üçün istifadə edir.[2]

1970-ci ildə Norman Rokvel "İnsan övladı" rəsm əsərinə olan əyləncəli hörmətini nümayiş etdirmişdir. O, 13" x 17.5" ölçülərində "Mr. Alma" adlı yağlı tablo çəkmiş, almanın insan sifəti ilə gizlədildiyini təsvir etmişdir.[3]

Yes musiqi qrupunun "Astral Travelle" albomu üçün hazırladığı musiqili videoda video ərzində rəsm əsərindəki şəxs kimi insanın kameradan uzaqda gəzdiyini görmək mümkündür.

Rəsm əsəri Alexandro Xodorovskinin "Müqəddəs dağ" filmində Yupiterin evinin divarında görünmüşdür.[4]

"Simpsonlar" cizgi serialının 5-ci mövsümü olan "Treehouse of Horror IV"-da rəsm əsərinin parodiyasına yer verilmişdir. Belə ki, mövsümün əvvəlində personaj Bartın önündə uçan almanın təsvir olunmuş rəsm əsərini görmək mümkündür.[5]

1992-ci ilin "Oyuncaqlar" filminin kostyumları, posteri və dizaynı rəsm əsərinin stilini əks etdirir.

Rəsm əsəri Maykl CeksonCanet Ceksonun "Scream/Childhood" mahnısının videosunda qısa müddətdə görünmüşdür.[6]

1999-cu ildə çəkilmiş "Tomas Kraun fırıldağı" filmində rəsm əsəri bir neçə dəfə görünmüşdür (xüsusilə axırıncı oğurluq səhnəsində).[7]

2006-cı ilin "Uydurmadan kənar adam" filmində əsərə istinad edilmişdir.

2007-ci ildə "Mr. Maqoriumun möcüzəli ticarət mərkəzi" filmində rəsm əsəri divardan tamamlanmamış vəziyyətdə asılmışdır. Filmin sonunda Mister Moqariumun əsərin qalan hissəsini tamamladığı göstərilmişdir.

Əsər "Bronson" (2008) filminin sonunda da göstərilmişdir. Britaniyalı girov götürdüyü şəxsi bu əsərə döndərir.

"Meyvə bağında yaqutlar: Biznesində gizlənmiş qiymətli daşları necə tapmalı" (2009) kitabının üz qabığında rəsm əsərinin versiyasını (alma əvəzinə nar) görmək olar.

"Yayın 500 günü" filmində Sammerin yaşadığı binada kotelok və yaşıl alma görünmüşdür.

Şəklin parodiyası "Terraria" video oyununun yeraltı kabinlərində tapıla bilər.

İstinadlar redaktə

  1. In a radio interview with Jean Neyens (1965), cited in Torczyner, Magritte: Ideas and Images, trans. Richard Millen (New York: Harry N. Abrams), p.172.
  2. "Arxivlənmiş surət" (PDF). 2014-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-12-25.
  3. "Mr Apple by Norman Rockwell brings $33,722 in online auction". 2015-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-25.
  4. "Holy Mountain Screen Capture". Holy Mountain. Twitter. 2018-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-25.
  5. El Arte la Vida Cotidiana Simpsons y Clases Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine. Lacoctelerera.net. may 2, 2011.
  6. "Arxivlənmiş surət". 2015-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-25.
  7. IMDb: The Thomas Crown Affair (1999): Trivia

Həmçinin bax redaktə


Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024