İnuyama qəsri Haqqında Məlumat - Axtarış

İnuyama qəsri Haqqında Məlumat - Axtarış


İnuyama_qəsri üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz İnuyama qəsri sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


İnuyama qəsri sözünə uyğun gələn mahnı axtar və yüklə


İnuyama qəsri sözünə uyğun gələn lazımlı linklərə bax


İnuyama qəsri sözünə uyğun gələn şəkillərə bax və yüklə


İnuyama qəsri sözünə uyğun gələn məqalə axtar və oxu


Wikipediadaİnuyama qəsri sözünə uyğun gələn məqaləni oxu


İnuyama qəsri sözünə uyğun gələn xəbər axtar və oxu


İnuyama qəsri sözünə uyğun gələn kinoya bax və yüklə


İnuyama qəsri sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə İnuyama qəsri sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız İnuyama qəsri tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

İnuyama qəsri (犬山城, İnuyama-co?)Yaponiyanın Ayçi prefekturasının İnuyama şəhərində yerləşən qəsr. Kiso çayının yaxınlığında, AiçiGifu prefekturalarının sərhədində yerləşir. İnuyama qəsrinin 1580-ci illərdə tikilmiş tenşusu Yaponiyadakı orijinal 12 tenşudan biridir və Yaponiyada salamat qalmış ən qədim tenşu hesab olunur. Qəsr 2018-ci ildə Milli tarixi yer statusu almışdır.[1]

İnuyama qəsri
犬山城
İnuyama, Aiçi prefekturası  (Yaponiya Yaponiya)
İnuyama qəsri (Yaponiya)
İnuyama qəsri
Hündürlüyü19 metr
Tikinti yerinin tarixi
Tikilib1537
İnşaatçıOda Hiroçika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix redaktə

Qəsr tikilməzdən qabaq ərazisində Haritsuna məbədi yerləşirdi. Struktur Muromaçi dövründə bir çox dəfə yenidən tikilsə də, hazırkı quruluşunun böyük qismi Oda Nobunaqanın oğlu Oda Nobukatsunun işidir. Tenşuda istifadə olunmuş qədim stil və tikinti materiallarındakı ağac halqaları tenşunun 1580-ci illərdə tikildiyini və Yaponiyada ən qədim tenşu olduğunu göstərir.[2] Qəsrin tikintisi və bərpa işləri 1620-ci ilə kimi davam etmişdir.[3]

İnuyama qəsri Oda Nobunaqanın Ovari əyalətini birləşdirmək hərəkatı zamanı qarşısındakı sonuncu əngəl idi. 1560-cı ildə Nobunaqa İmaqava klanını Okehazama döyüşündə məğlub etdikdən sonra qohumu Oda Nobukiyo Sayto Yoşitatsunun dəstəyi ilə qəsri ələ keçirmişdir. 1564-cü ildə Nobunaqa qəsri yenidən tutmuşdur. Nobunaqanın ölümündən sonra Toyotomi Hideyoşi İşikava Sadakiyonu qəsrin hakimi təyin etmişdir. İşikava dövrün dizaynından istifadə edərək qəsrin müdafiə qurğularını yenidən tikdirmişdir. Donjonun hazırkı forması onun rekonstruksiyasının məhsuludur. Sekiqahara döyüşündə sonra Tokuqava İeyasu İşikava klanını qovmuş və qəsri Ovari hanına vermişdir.

Tokuqava dövründə qəsr Naruse klanı tərəfindən idarə olunmuşdur. 1871-ci ildə Meyci hökuməti qəsri ələ keçirmiş və tenşusu istisna olmaqla bütün strukturlarını məhv etmidir. Lakin Böyük Nobi zəlzələsi qəsrə böyük zərər vurmuş və 1895-ci ildə qəsr Naruse ailəsinə qaytarılmışdır. Müqaviləyə əsasən Naruse ailəsinə qəsri bərpa etmək və baxmaq öhdəliyi verilmişdir. Qəsr Yaponiyada hökumət tərəfindən nəzarət olunmayan yeganə qəsr olmuşdur. 1961-1965-ci illərdə qəsrdə araşdırma və bərpa işləri aparılmışdır.[4]

2004-cü ildə Naruse ailəsi qəsrin sahibliyini bir qeyri-kommersiya təşkilatına vermişdir.

Struktur redaktə

İnuyama qəsri Kiso çayına baxan təpənin üzərində yerləşir. Qəsrin tenşusu kompleks quruluşu səbəbindən kiçikdir və bucaqdan asılı olaraq müxtəlif siluetlərdən nümayiş etdirir. İnuyama qəsrinin tenşusu Yaponiyada milli xəzinə statusu almışdır.[5]

Qalereya redaktə

İstinadlar redaktə

  1. "新情報". National Treasure Inuyama Castle (yapon). Inuyama Castle. 16 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2019.
  2. "Inuyama Castle keep confirmed to be oldest in Japan". Washington Post (ingilis). 2021-03-30. 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-31 – New Hampshire Union Leader vasitəsilə.
  3. Young, David and Michiko. Introduction to Japanese Architecture. Hong Kong: Periplus Editions, 2004. p100.
  4. Nanjō, Norio; Tatsuya Naramoto. Nihon no meijō kojō jiten (yapon). Hankyū Communications. 1989. 240. ISBN 9784484892085. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-17.
  5. "犬山城天守". Cultural Heritage Online (yapon). Agency for Cultural Affairs. 19 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2018.

Xarici keçidlər redaktə


Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024