İosif Yesman Haqqında Məlumat - Axtarış

İosif Yesman Haqqında Məlumat - Axtarış


İosif_Yesman üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz İosif Yesman sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


İosif Yesman sözünə uyğun gələn mahnı axtar və yüklə


İosif Yesman sözünə uyğun gələn lazımlı linklərə bax


İosif Yesman sözünə uyğun gələn şəkillərə bax və yüklə


İosif Yesman sözünə uyğun gələn məqalə axtar və oxu


Wikipediadaİosif Yesman sözünə uyğun gələn məqaləni oxu


İosif Yesman sözünə uyğun gələn xəbər axtar və oxu


İosif Yesman sözünə uyğun gələn kinoya bax və yüklə


İosif Yesman sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə İosif Yesman sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız İosif Yesman tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

İosif Qavriloviç Yesman (1 dekabr 1868, Vileyka[d], Vilen quberniyası[d]30 iyun 1955, Bakı) — Hidravlika sahəsində görkəmli sovet alimi, Azərbaycan SSR EA-nın akademiki (1945), Əmək Qəhrəmanı (1937)[1][2], texnika elmləri doktoru (1933), professor (1933), Azərbaycan SSR Əməkdar elm xadimi (1927).[3]

İosif Yesman
Doğum tarixi 1 dekabr 1868(1868-12-01)
Doğum yeri
Vəfat tarixi 30 iyun 1955(1955-06-30) (86 yaşında)
Vəfat yeri
Elm sahəsi hidravlika
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Azərbaycan SSR əməkdar elm xadimi

Həyatı redaktə

İosif Yesman 1 dekabr 1868-ci ildə Belarusiyanın Vileyka şəhərində anadan olmuşdur. Ali təhsilini 1892-ci ildə Sant-Peterburq Texnoloji İnstitutunun Mexanika şöbəsində almışdır.[3]

Akademik fəaliyyəti redaktə

İosif Yesman adyunkt elmi dərəcəsini 1913-cü ildə, elmlər doktoru elmi dərəcəsini və professor elmi adını 1933-cü ildə almışdır. Azərbaycan EA-nın ilk 15 təsisçisindən biri olan İosif Yesman 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika-texnika elmləri və neft bölməsi üzrə həqiqi üzvü (akademik) seçilmişdir.[3][4]

Yesmanın elmi işləri, əsasən, hidravlika və hidromaşınqayırmaya, porşenli və mərkəzdənqaşma nasoslarının nəzəriyyə və hesablamalarına həsr olunmuşdur. Bir çox SES-lərin layihələndirilməsində iştirak etmişdir. Elmi kadrların hazırlanmasında xidməti olmuşdur.[3]

Əmək fəaliyyəti redaktə

İosif Yesman 1914-1917-ci ildə Peterburq Politexnik İnstitunda professor, dekan, 1919–1922-ci illərdə Vladiqafqaz Politexnik İnstitunun rektoru vəzifəsini icra etmişdir. 1922-1924-cü illərdə Azərbaycan Politexnik İnstitutunda professor, kafedra müdiri olmuşdur.[3]

1924-1953-cü illərdə "Azneft"in məsləhətçisi olan İosif Yesman 1926-1929-cu illərdə Azərbaycan SSR Dövlət Elmi Şurasının üzvü, 1928-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun rektoru kimi fəaliyyət göstərmişdir. 1928-1932-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun üzvü, 1932-1935-ci illərdə SSRİ EA Zaqaf­qaziya filialının Azər­bay­can şöbəsinin sektorunun müdiri vəzifəsini icra etmişdir.[3]

İosif Yesman 1935-1945-ci illərdə SSRİ EA Azərbaycan filialın­da Energetika sek­to­runun müdiri, 1945–1955-ci illərdə Azərbaycan SSR EA-nın Energetika İnsti­tutunun direktoru,[5] 1945-1950-ci illərdə AEA Fizika-Texnika elmləri və Neft bölmə­sinin sədri vəzi­fələrində çalışmışdır.[3]

1943-cü ildə Yesmanın 75 illiyi və elmi-texniki fəaliyyətinin 50 illiyi ilə bağlı olaraq Azərbaycan SSR EA Energetika İnstitutuna onun adı verilmişdir.[6]

Mükafatları redaktə

İosif Yesman 1953-cü ildə Lenin ordeni, 1941-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, "Qırmızı ulduz" ordeni və "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində əmək igidliyinə görə" medalları ilə təltif edilmişdir. Eyni zamanda 1927-ci ildə "Əməkdar elmi xadimi", 1937-ci ildə "Əmək qəhrəmanı" fəxri adlarına layiq görülmüşdür.[3]

İstinadlar redaktə

  1. И. Г. Есьман. Библиография, Б., 1969. səh. 32
  2. "Arxivlənmiş surət". 2014-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-08.
  3. 1 2 3 4 5 6 7 8 "Yesman Iosif Qavriloviç" (Azərbaycan). science.gov.az. 18-09-2021 tarixində arxivləşdirilib.
  4. И. Г. Есьман. Библиография, Б., 1969. səh. 13–14
  5. Azərb. Sovet Ensiklopediyası, V cild, səh. 135
  6. И. Г. Есьман. Библиография, Б., 1969. səh. 13–14

Saytda 165 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024