İqtisadçı (qəzet) Haqqında Məlumat - Axtarış

İqtisadçı (qəzet) Haqqında Məlumat - Axtarış


İqtisadçı_(qəzet) üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz İqtisadçı (qəzet) sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


İqtisadçı (qəzet) sözünə uyğun gələn mahnı axtar və yüklə


İqtisadçı (qəzet) sözünə uyğun gələn lazımlı linklərə bax


İqtisadçı (qəzet) sözünə uyğun gələn şəkillərə bax və yüklə


İqtisadçı (qəzet) sözünə uyğun gələn məqalə axtar və oxu


Wikipediadaİqtisadçı (qəzet) sözünə uyğun gələn məqaləni oxu


İqtisadçı (qəzet) sözünə uyğun gələn xəbər axtar və oxu


İqtisadçı (qəzet) sözünə uyğun gələn kinoya bax və yüklə


İqtisadçı (qəzet) sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə İqtisadçı (qəzet) sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız İqtisadçı (qəzet) tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

İqtisadçı (qəzet)

İqtisadçı qəzeti1970-ci ilin 28 yanvarından çap olunan qəzet.

İqtisadçı
Baş redaktor Anar Kürdoğlu oğlu Eyyubov
Yaranma tarixi 28 yanvar 1970
Dil Azərbaycan dili

Yaranma tarixi redaktə

«İqtisadçı» qəzeti 1970-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu rektorluğunun, Partiya Komitəsinin, Həmkarlar İttifaqı və Komsomol Təşkilatlarının orqanı kimi təsis olunmuş və ilk sayı həmin ilin yanvarın 28-də çapdan çıxmışdır. Qəzetin təsisi institutun yaranmasından xeyli sonra olsa da, qəzet nəşr edildiyi vaxtdan bu günə qədər özünün obyektivliyi və dolğun məzmunu ilə professor-müəllim və tələbə kollektivinin böyük rəğbətini qazanmışdır. Qəzet fəaliyyət göstərdiyi 30 il ərzində universitetin bütün tədbirlərində yaxından iştirak etmiş və həmin tədbirlər haqqında öz səhifələrində geniş materiallar dərc etmişdir.

İşin məzmunu redaktə

«İqtisadçı» qəzeti universitetdə tədrisin təşkili və onun müasir standartlara uyğun aparılması üçün mütərəqqi təkliflərin dərcinə xüsusi diqqət yetirir. Bununla bağlı universitet rəhbərliyinin tədrisin keyfiyyətinin qaldırılması sahəsində apardığı məqsədyönlü işlər qəzetin səhifələrində öz əksini tapır. Burada həmçinin, tədrislə əlaqədar tədrisə kömək etmək məqsədilə qəzetdə dərc edilən təsirli məqalələr xüsusi diqqət mərkəzindədir. Məsələn, zaçot və imtahan sessiyalarına hazırlığın vəziyyəti və gedişatı ilə bağlı yol verilən nöqsanlar, qeyri-obyektiv hallar, dərsə gecikən, öz mühazirəsini günün tələbləri səviyyəsində qura bilməyən, pedaqoji qaydalara riayət etməyən, tələbə-müəllim münasibətlərinə xələl gətirən əməkdaşlar haqqında ciddi yazılar dərc olunur və onlar yeri gəldikdə tənqid olunur. Bununla yanaşı, universitetdə qabaqcıl iş metodu ilə fərqlənən, tədrisin yaxşılaşdırılması istiqamətində fəallıq göstərən alimlərimiz haqqında da obyektiv, tərbiyəvi xarakterli materiallar dərc olunur.

Qəzetdə universitetin elmi fəaliyyətinə də geniş yer verilir. Universitetdə keçirilən professor-müəllim heyətinin və tələbə elmi cəmiyyətlərinin elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş konfranslar, elmi seminarlar, diskussiyalar vaxtaşırı qəzet səhifəsində işıqlandırılır. Eyni zamanda, universitetin professor-müəllim heyətinin və əlaçı tələbələrin iqtisadiyyatımızın müxtəlif problemlərinə həsr olunmuş məqalələri qəzetdə dərc edilir. Bundan başqa qəzetdə tələbə-müxbirlərimizin ölkə iqtisadiyyatı barədə yazdıqları elmi problematik yazıların da nəticəsi çox uğurlu olmuşdur. Belə ki, 1994-cü ildə «İqtisadçı» qəzeti Azərbaycan İcarədarlar və Sahibkarlar İttifaqının və Azərbaycan KİVİHİ-nin birgə keçirdikləri «Azərbaycanın iqtisadi dirçəlişi» mövzusunda yaradıcılıq müsabiqəsinin qalibi olmuşdur. Yenə həmin ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının Rəyasət Heyəti iqtisadi biliklərin təbliği və bir sıra sosial-iqtisadi problemlərin həlli sahəsində göstərilən səylərə, ölkənin iqtisadi və mədəni dirçəlişindəki xidmətlərinə və şəxsi yaradıcılıq uğurlarına görə qəzetin baş redaktoru və qəzetin kollektivini «Azərbaycan bayrağı» diplomuna layiq görmüşdür. Bütün bunlar onu göstərir ki, «İqtisadçı» qəzeti həm də ölkə iqtisadiyyatının inkişafı üçün öz elmi-nəzəri töhfəsini vermişdir.

«İqtisadçı» qəzetinin universitetdə ideya-tərbiyə işinin düzgün qurulması, tələbə məişətinin və istirahətinin təşkili sahəsində xüsusi rolu vardır. Bununla əlaqədar qəzetin rubrikalarında tələbə həyatı, tələbə həmkarlar və tələbə şuralarının fəaliyyəti, hərbi vətənpərvərlik, universitetin idman həyatı, şən və hazırcavablar klubu, bilik yarışları, mədəni-kütləvi tədbirlər və s. haqqında olan məqalələr tərbiyəvi xarakter daşıyır. Eyni zamanda, qəzetdə ölkənin siyasi nəbzi, demokratik dəyişikliklər haqqında məlumatlar verilir və ulu öndər Heydər Əliyevin demokratik cəmiyyət, hüquqi dövlət qurmaq yolundakı böyük xidmətləri tələbələrə bir daha qəzet vasitəsilə izah olunur. Tələbələrin öz hüquqlarını yaxşı bilməsi üçün «Sorğu guşəsi» rubrikasında onları maraqlandıran suallara cavablar dərc olunur. Təsadüfi deyil ki, 1991-ci ildə «İqtisadçı» qəzeti «tələbə həyatını yaxşı işıqlandırdığına görə» çoxtirajlı qəzetlər arasında keçirilən müsabiqənin qalibi olmuş və Azərbaycan Jurnalistlər İttifaqının və Azərbaycan Həmkarlar İttifaqının Fəxri Fərmanına və mükafatına layiq görülüb.

«İqtisadçı» qəzeti fəaliyyət göstərdiyi müddət ərzində daim universitetin aynası olmağa çalışmış və qismən də olsa buna nail olmuşdur. Qəzetdə bir sıra rubrikalarla yanaşı universitet rəhbərliyinin çoxşaxəli fəaliyyəti, imzalanmış əmr və sərəncamlar, proqram, dərslik və dərs vəsaitləri, kitabxana, mətbəə, laboratoriyalar, kompüter mərkəzi, kafedralar, fakültələr və s. haqqında ətraflı məlumatlar verilir. «İqtisadçı» qəzetinin qarşısında duran əsas vəzifələrdən biri isə meydana çıxan problemlərin, nöqsanların, çatışmamazlıqların aradan qaldırılmasında universitet rəhbərliyinə yaxından köməklik göstərməkdir. Qətiyyətlə demək olar ki, qəzet öz fəaliyyətində müstəqil olmaqla yanaşı, öz işini universitet rəhbərliyinin xəttinə uyğun qurur.[1]

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 138 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024