İsokiçi Komine Haqqında Məlumat - Axtarış

İsokiçi Komine Haqqında Məlumat - Axtarış


İsokiçi_Komine üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz İsokiçi Komine sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


İsokiçi Komine sözünə uyğun gələn mahnı axtar və yüklə


İsokiçi Komine sözünə uyğun gələn lazımlı linklərə bax


İsokiçi Komine sözünə uyğun gələn şəkillərə bax və yüklə


İsokiçi Komine sözünə uyğun gələn məqalə axtar və oxu


Wikipediadaİsokiçi Komine sözünə uyğun gələn məqaləni oxu


İsokiçi Komine sözünə uyğun gələn xəbər axtar və oxu


İsokiçi Komine sözünə uyğun gələn kinoya bax və yüklə


İsokiçi Komine sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə İsokiçi Komine sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız İsokiçi Komine tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

İsokiçi Komine (17 iyul 1867, Şimabara, Naqasaki prefekturası3 oktyabr 1934, Rabaul) – yapon əsilli Avstraliya fermeri, mirvari ovçusu və biznesmeni. Alman Yeni Qvineyasının ilk yapon sakini və yerli yapon icmasının lideri olmuşdur.

İsokiçi Komine
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi 3 oktyabr 1934(1934-10-03) (67 yaşında)
Vəfat yeri

Həyatı redaktə

İlk illəri redaktə

İsokiçi Komine 17 iyul 1867-ci ildə Yaponiyanın Şimabara şəhərində doğulmuşdur.[1] 1890-cı ildə Avstraliyanın Tersdi adasına miqrasiya etmişdir. O, mirvari ovu ilə məşğul olmağa başlamış və öz lugerini almışdır.[1] 1894-cü ildə qayıq tikintisinə maraq göstərmişdir.[1] O, 1895-ci ildə kənd təsərrüfatına yararlı torpaqlar tapmaq üçün Yeni Qvineyanın BinaturiFlay çayları boyunca səyahət etmiş, lakin kəşflərindən yararlanmaq üçün kapital tapa bilməmişdir.[1]

Komine 1901-ci ildə Avstraliyanın Kerns şəhəri yaxınlığında torpaq alıb şəkər yetişdirmək istəsə də, Avstraliya vətəndaşlığına qəbul edilmədiyi üçün uğursuz olmuşdur.[1] Britaniya Yeni-Qvineyasında daimi yaşama icazəsi də qəbul edilməmişdir.

Yeni Qvineyada redaktə

Komine 1901-ci ildə Alman Yeni Qvineyasına köçmüşdür.[2] Rabaulda ilk işi hökumət üçün ağac kəsmək olmuşdur.[1] Daha sonra əməliyyatlarını genişləndirərək miçarçılıq, əkinçilik, gəmiqayırma, xarici ticarət, pərakəndə satış ilə məşğul olmağa başlamışdır.[1] 1910-cu ildə Manus, Los-NeqrosRambutyo adalarındakı plantasiya ərazisini hökumətdən 30 illik icarəyə götürmüşdür.[1] 1911-ci ildə Rabaulda tərsanə və ümumi mağaza tikdirmişdir.[1] 1919-cu ildə plantasiyalarında 163 (8-i yapon), tərsanəsində isə 144 (35-i yapon) nəfər işləyirdi.[1] O, Yeni Qvineyada yapon icmasının formalaşmasında vacib rol oynamışdır.

Birinci dünya müharibəsi zamanı Komine Avstraliya hökuməti üçün işləmişdir.[1] 1914-cü ildə AdmiraltiQərb adalarını işğal etmək üçün və Talaseada "Komet" buxarlı yaxtasını ələ keçirmək üçün göndərilmiş Avstraliya ekspedisiyalarının pilotu olmuşdur.[1] O, H.R.Vahlenin düşmənə məlumat ötürməsi barədə Avstraliya hökumətini xəbərdar etmiş və buna görə də Avstraliya hökuməti Vahlenin mirvari ovu hüquqlarını Komineyə vermişdir.[1]

Yaponiya və Avstraliya ilə birbaşa ticarət etmək istəyən Kominə 1917-ci ildə "Nanyo Sangyo" adlı şirkət qurmuşdur.[1] Lakin Hyuz hökuməti əcnəbi şəxslərin Avstraliyada sıxışdırmaq istədiyi üçün Komineyə biznesini genişləndirməyə imkan verməmişdir.[1] Maliyyə problemləri yaşadığı üçün 1930-cü ildə mülklərini başqa bir şirkətə transfer etmişdir.[1] 3 oktyabr 1934-cü ildə Rabaulda qida zəhərlənməsindən ölmüş və yapon sakinlərinin məzarlarının yerləşdiyi botanika bağında dəfn olunmuşdur.[1]

İrsi redaktə

1930-cu illərdə Yaponiyanın Papua-Yeni Qvineyada siyasi marağı nəticəsində Komine nanşin-ron tərəfdarları tərəfindən milli qəhrəman kimi təqdim olunmağa başlanmışdır.[2] 1935-ci ildə "Sande mainichi" qəzeti "Alman gəmisini sadəcə bir yapon qılıncı ilə tutan şəxs, Şova dövrünün Yamada Naqamasası: Cənub dənizlərinin pioneri İsokiçi Komine" adlı məqalə yayımlanmışdır.[2] Bu məqalədə Kominenin ekspedisiya təşkil etməsi, "Komet" gəmisini tapması, yapon qılıncı ilə göyərtəyə çıxması və alman komandirini əsir götürməsi təsvir olunmuşdur.[2] Məqaləyə görə Kominə alman komandirinin Rabauldakı ailəsinə baxmış və alman komandiri ona təşəkkür etmişdir.[2] Məqalənin yazıldığı dövrdə Komine artıq ölü olduğu üçün bu faktların həqiqətə nə qədər uyğun gəldiyi bilinmir.[2]

Kamico Fukahaşi 1941-ci ilin aprelində yazdığı "On min il uzaqlıqda müharibə cəbhəsi: Cənub dənizlərinin Birinci dünya müharibəsi tarixi" kitabına bu məqaləni də daxil etmişdir.[2]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 D. C. S. Sissons. "Komine, Isokichi (1867–1934)". Australian Dictionary of Biography. 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2022.
  2. 1 2 3 4 5 6 7 Hiromitsu, Iwamoto. "Remembering the war in New Guinea" (ingiliscə). 6 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2022.

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024