İssey Miyake Haqqında Məlumat - Axtarış

İssey Miyake Haqqında Məlumat - Axtarış


İssey_Miyake üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz İssey Miyake sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


İssey Miyake sözünə uyğun gələn mahnı axtar və yüklə


İssey Miyake sözünə uyğun gələn lazımlı linklərə bax


İssey Miyake sözünə uyğun gələn şəkillərə bax və yüklə


İssey Miyake sözünə uyğun gələn məqalə axtar və oxu


Wikipediadaİssey Miyake sözünə uyğun gələn məqaləni oxu


İssey Miyake sözünə uyğun gələn xəbər axtar və oxu


İssey Miyake sözünə uyğun gələn kinoya bax və yüklə


İssey Miyake sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə İssey Miyake sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız İssey Miyake tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

İssey Miyake (三宅 一生, Miyake İssey?, 22 aprel 1938, Hiroşima5 avqust 2022, Tokio)Yaponiya dəb dizayneri. Hazırladığı büzməli geyimlərə görə "Büzmələrin kralı" ləqəbi ilə tanınmışdır. 1980-ci illərdə Yaponiyanın moda gücünün simvollarından biri olmuşdur.[2]

İssey Miyake
三宅 一生
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Tokio, Yaponiya Yaponiya
Vəfat səbəbi Hepatosellular xərçəng[1]
Vətəndaşlığı Yaponiya Yaponiya
Fəaliyyəti dəb dizayneri, dizayner, iş adamı, Əttarlıq
Mükafatları "Fəxri Legion" ordeni komandoru "Mədəniyyət" ordeni
isseymiyake.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

İssey Miyake 22 avqust 1938-ci ildə Yaponiyanın Hiroşima şəhərində doğulmuşdur.[2] 1945-ci ildə Hiroşimaya atom bombasının atıldığı an sinifdə idi, lakin bu hadisədən sağ qurtula bilmişdir.[2]

Miyake rəqqas və ya atlet olmaq istəsə də, bacısının dəb jurnallarını oxuduqdan sonra dəb dizayneri olmaq qərarına gəlmişdir.[2] Tokio şəhərində yerləşən Tama İncəsənət Universitetində qrafik dizaynerlik təhsili aldıqdan sonra paltar dizaynını öyrənmək üçün 1965-ci ildə Parisə getmişdir.[3]

5 avqust 2022-ci ildə qaraciyər xərçəngindən ölmüşdür.[2]

Karyerası redaktə

Miyake moda karyerasına 1966-cı ildə başlamışdır.[3] O, Parisdə Qi Laroş, Ceffri BiinYuber de Jivenşi kimi dəb dizaynerləri ilə işləmişdir.[3] 1970-ci ildə Tokioya qayıdaraq Miyake dizayn studiyasını qurmuşdur.[2] 1973-cü ildə Paris dəb şousunda ilk kolleksiyasını nümayiş etdirmişdir.[3] Tezliklə Nyu-Yorkun Bloomingdale alış-veriş mərkəzində Miyakenin yapon tatuları ilə dizayn edilmiş köynəkləri və saşiko texnikası ilə işlənmiş paltoları satılmağa başlanmışdır.[3]

1980-ci illərdə parçanı kağız təbəqələrinin arasında bükərək və isidərək qat-qat geyim hazırlamağın yeni metodunu hazırlamış və "Pleats, Please" adlı geyim xəttini başlatmışdır.[2] O, qadın və kişilər üçün onlarla çanta, saat və ətir xətti yaratmışdır.[2] 1992-ci ildə yaratdığı "L’Eau d’Issey" onun ən məşhur ətir xətti hesab olunur.[3] Bu ətir xətti okean qoxulu ətirlərin populyarlaşmasına səbəb olmuşdur.[3] 1997-ci ildə təqaüdə çıxaraq özünü tədqiqata həsr etmək qərarına gəlmişdir.[2]

Miyake Stiv Cobsla dostluq etmiş, onun üçün qara rəngli vadalaska geyimini dizayn etmişdir.[4] Stiv Cobs ondan Apple işçiləri üçün vahid geyim yaratmasını istəmişdir.[4]

Miyake işlərində Qərb və Şərq elementlərini birləşdirmişdir.[3] Onun işləri tez-tez oriqami ilə müqayisə olunmuş, büzməli geyimlərinə görə "Büzmələr kralı" ləqəbi ilə tanınmışdır.[3]

Mükafatları redaktə

Miyake 2005-ci ildə Yaponiya İncəsənət Assosiasiyası tərəfindən təqdim olunan İmperiya mükafatına layiq görülmüşdür.[3] 2006-cı ildə İnamori Fondu tərəfindən təqdim olunan Kioto mükafatına layiq görülən ilk dəb dizayneri olmuşdur.[3] Mükafata diplom, 20 karatlıq qızıl medal və 50 milyon yen daxil idi.[3]

İstinadlar redaktə

  1. Lies E. Issey Miyake, Japan's prince of pleats, dies of cancer aged 84 (ing.). Reuters, 2022.
  2. 1 2 3 4 5 6 7 8 9 Lies, Elaine. "Issey Miyake, Japan's prince of pleats, dies of cancer aged 84". Reuters. 9 avqust 2022. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 İssey Miyake Encyclopædia Britannica Online ensiklopediyasında
  4. 1 2 Davis, Wynne. "The story of Steve Jobs and Issey Miyake's friendship (and a nixed Apple uniform)". NPR. 2022-08-10. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024