İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv 3 Haqqında Məlumat - Axtarış

İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv 3 Haqqında Məlumat - Axtarış


İstifadəçi_müzakirəsi:Araz_Yaquboglu/Arxiv_3 üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv 3 sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv 3 sözünə uyğun gələn mahnı axtar və yüklə


İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv 3 sözünə uyğun gələn lazımlı linklərə bax


İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv 3 sözünə uyğun gələn şəkillərə bax və yüklə


İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv 3 sözünə uyğun gələn məqalə axtar və oxu


Wikipediadaİstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv 3 sözünə uyğun gələn məqaləni oxu


İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv 3 sözünə uyğun gələn xəbər axtar və oxu


İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv 3 sözünə uyğun gələn kinoya bax və yüklə


İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv 3 sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv 3 sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv 3 tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv 3

Ən son rəy:11 il öncə, Sortilegus tərəfindən "Dəqiqləşdirmə" mövzusunda

"Kral ləyaqəti nişanı"nız mübarək redaktə

Dostumuz Araz Yaquboglu. Siz Azərbaycanca Vikipediyanın inkişafına verdiyiniz böyük töhvəyə və ensiklopediyaçılığın inkişafındakı xidmətlərinizə görə "Kral ləyaqəti nişanı" ilə təltif edilirsiniz. Bildirim ki, Siz bu mükafata layiq görülən ilk laureatsınız. Təbrik edir və gələcək fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm. Hörmətlə --Acategory 13:55, 2 yanvar 2012 (UTC)Cavabla

Mənbə haradandır redaktə

Salam. Siz Yuvelian Sumbatov-Topuridze məqaləsində onun ölüm tarixini vermisiniz. Mənim üçün maraqlıdır, bu informasiya haradandır ? --Acategory 19:13, 3 yanvar 2012 (UTC)Cavabla

Mənə dəyər verən əzizim Acategory. Mən qeyri millətlərdən olan şəxslərin məqaləsində həmişə o millətə məxsus Vikiyə keçirəm. orda baxıb Az Vikidə qeyd edirəm. bunu da elə etmişəm. səhvim varsa deyin öyrənim. Artıq mən bu ru:Сумбатов, Ювельян Давидович keçidi həmin məqaləyə Yuvelian Sumbatov-Topuridze qoymuşam. Hörmətlə --Araz Yaquboglu Araz Yaquboglu 14:50, 4 yanvar 2012 (UTC)Cavabla

Düzəlişiniz düzgündür. Yaradıcı və mənbəyə əsaslanan işinizə görə Sizə təşəkkür edirəm. Hörmətlə --Acategory 17:44, 4 yanvar 2012 (UTC)Cavabla

Tərəfimdən yaradılan məqalələrə, əlavələr etdiyinizə görə təşəkkür edirəm--Baskervill 19:34, 5 yanvar 2012 (UTC)Cavabla

Belə redaktələr etməyin redaktə

İşlədiyim Tatyana Lioznova səhifəsindən nəyə görə "Redaktə etməyin" şablonunu silmisiniz? Şablonu mən qoymuşam, işimi bitirəndə özüm siləcəyəm.--Babək Akifoğlu 07:17, 7 yanvar 2012 (UTC)Cavabla

Üzürxahlıq redaktə

Salam Babək Akifoğlu. sizin dediyiniz Tatyana Lioznova səhifəsindən ona görə "Redaktə etməyin" şablonunu çıxartdım ki, artıq o məqalə əla və Viki şərtlərinə tam uyğun idi. Hesab etdim ki, işinizi qurtarmısız. Müdaxiləmə görə üzr istəyirəm. Bağışlayın. Araz Yaquboglu 16:07, 7 yanvar 2012 (UTC)Cavabla

Bir-iki vacib qeyddən sonra səhifə üzərində işimi bitirəcəyəm. Səhifəni bəyəndiyiniz üçün təşəkkürlər. --Babək Akifoğlu 16:28, 7 yanvar 2011 (UTC)Cavabla


Müraciət redaktə

Salam Acategory . Daxili qaydalara görə axı belə İstifadəçi:EYYUB MƏMMƏDOV səhifə yaratmaq düzgün deyil. Xahiş edirəm bu məqaləyə baxın və lazımsa redaktə edin. Araz Yaquboglu 17:02, 6 yanvar 2012 (UTC)Cavabla

Hörmətli Araz Yaquboglu. Bu qaydalara görə [1] adıçəkilən istifadəçi qaydaları pozmayıb. --Acategory 19:44, 7 yanvar 2012 (UTC)Cavabla

Rica redaktə

Sizdən xaiş edirəm ki, mənə bir köməklik edin. Çapay adlı istifadəçinin yaratdığı Aşıq Məhəmməd Rzayev məqaləsi Aşıq Məhəmməd və ya Çoban Məhəmməd haqqındadır. Aşıq Məhəmməd Rzayev Aşıq Əsədin qardaşıdır. Çoban Məhəmməd isə Aşıq Ələsgərin. Mən Aşıq Məhəmməd Rzayev məqaləsini yaza bilərəm və yazmaq istəyirəm lakin o adı silib yeni məqalə yazmağı nəsə bacarmadım. Aşıq Məhəmməd Rzayev adını silin mən o məqaləni yazım. öncədən minnətdaram. Araz Yaquboglu 17:02, 10 yanvar 2012 (UTC)Cavabla

Hörmətli Araz Yaquboglu məqalələri yalnız, idarəcilər silə bilər. Mən isə idarəci deyiləm. Bu səbəbdən idarəcilərdən birinə, müraciət edəcəm ki, sizin məsələnizi həll etsin. Hörmətlə--Baskervill 17:06, 10 yanvar 2012 (UTC)Cavabla

Rica redaktə

Sizin digər dil bölmələrini məqaləyə əlavə etdiyiniz üçün, indi digər vikilərdə azvikiyə olan keçid görünmür. Lütfən bir az səbrli olun, mən özüm elə etmişdim ki, botlar 10 dəqiqəyə özləri bütün vikilərə əlavə etsin. İndi necə olacaq?--Baskervill 16:48, 12 yanvar 2012 (UTC)Cavabla

Təşəkkür redaktə

Əzəl gündən xoş niyyətlə çəkdiyin əməyə görə təşəkkürlər. Əllərin var olsun! Hörmətlə:--Enver62 17:08, 18 yanvar 2012 (UTC)Cavabla

Cənubi Azərbaycan redaktə

Cənubi Azərbaycan—Araz çayından tutmuş Həmədanadək olan ərazidir. Bütöv Azərbaycanın yarısıdır. Əllərin var olsun! Hörmətlə:--Enver62 17:21, 18 yanvar 2012 (UTC)Cavabla

Dəvət redaktə

Salamlar, toplantı olanda hamıya xəbər verilir. Hörmətlə:--Enver62 15:20, 20 yanvar 2012 (UTC)Cavabla

Təşəkkür redaktə

Məlumatınıza görə təşəkkür edirəm. Bir-iki dəfə baş çəkmişəm. Hörmətlə:--Enver62 17:32, 22 yanvar 2012 (UTC)Cavabla

Alpay Özalan redaktə

Salam! Bilmirsiniz, nəyə görə qollar və oyunlar görsənmir?..--Hüseynli Zeynalabdin Cavanşir oğlu 14:53, 31 yanvar 2012 (UTC)Cavabla

Salam Araz bəy. Mən (Rikkardo Driqo) bu məqaləyə digər dil keçidi əlavə etmişəm. Gərək bir az gözləyərdiniz. --Baskervill 13:01, 8 fevral 2012 (UTC)Cavabla

Salam redaktə

Araz bəy, dil keçidinə dəymək lazım deyil. Əgər məqaləyə bir dil keçidi əlavə olunubsa, təxminən 10 dəqiqə gözləmək lazımdır ki, digərlərini botlar əlavə etsin. Belə olanda bütün vikilərədə bizim keçid əlavə olunur. Əgər siz məqaləyə nəsə hətta kiçik bir nöqtə belə əlavə etsəniz, proses dayanır))--Baskervill 13:11, 8 fevral 2012 (UTC)Cavabla

Sizin dəyərli fəaliyyətiniz əvəzolunmazdır. Bağışlayan yalnız Allahdır. Ümüd edirəm ki, incimədiz. Hörmətlə--Baskervill 13:16, 8 fevral 2012 (UTC)Cavabla
Buna sevindim:)--Baskervill 13:27, 8 fevral 2012 (UTC)Cavabla

Bəxtiyar Məmmədzadə redaktə

salam.

səhifədən şəkilin silinməsi məni çaşdırdı, odur ki, redaktələrinizə lazımi diqqəti göstərməyib geri qaytarmışdım.lakin sonra wikimedia-nın münasib səhifəsinə daxil olub, mərhələləri keçib şəkili yüklədim və qeydlərinizi bərpa etdim. təşəkkür.

--Erebce 17:38, 12 fevral 2012 (UTC)Cavabla

Sorğu redaktə

Salam. Mənim üçün maraqlıdır ki siz mən yaradan Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu məqaləsini niyə silmisiz. Bu sadəcə öyrənməm üçün lazımdır. Çox fikirləşdim tapa bilmədim. Hörmətlə Araz Yaquboglu 14:18, 10 fevral 2012 (UTC)Cavabla

Hörmətli Araz müəllim. Təəssüf ki, aşağıdakı məqalələrin heç biri vikipediya kriteriyalarına uyğun yaradılmamışdır:
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu
Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu
Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu
Həmin məqalələrin hamısında müəllif hüququ pozuntusu vardır. Həmçinin məqalələrin hamısı Bakıda, "Elm və təhsil" nəşriyyatında çap olunmuş, müəllifi İsmət Abasov olan "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri" kitabından kopi-past edilmişdir. Bunu həmin məqalələrdəki "¬" işarəsi də sübut edir. Vikipediyada kopi-past edilməsi və müəllif hüquqlarının pozulması yolverilməzdir. Nümunə olaraq məqalələrdən birini vikipediya kriteriyalarına uyğunlaşdırdım. İnanıram ki, gələcək fəaliyyətinizdə bunu mütləq nəzərə alacaqsınız. Dərin hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 05:41, 13 fevral 2012 (UTC)Cavabla

Bilgi redaktə

Salam Sultan11 adlı idarəçi. Eşitdiyimə görə Vikini Amerikadan bağlamaq istəyirlər. Bu barədə sizin məlumatınız varmı. Araz Yaquboglu 14:25, 15 fevral 2012 (UTC)Cavabla

Salam, Araz Yaquboglu.Yanvar ayının 18-ində belə bir aksiya keçirilmişdir. Bu zaman yalnız bir günlük ([2], [3], [4]) İngilicə vikipediya öz işini dayandırdı. Yerdə qalan vikilər öz işini davam etdirdi. Ancaq bir dəfəlik bağlanmaq haqqında elə bir bilgim yoxdur. Sizə uğurlar arzusu ilə: -- ■ Sultan mesaj 15:14, 15 fevral 2012 (UTC)Cavabla

Salam. Bu bir aksiya idi - ABŞ-da müəlliflik hüququ ilə bağlı qanun senata təqdim olunmuşdu, həmin qanun senatdan keçsə bu birbaşa vikipediyanın fəaliyyətinə təsir edə bilər. Yanvar ayında ingilisdilli vikipediya buna etiraz əlaməti olaraq 1 günlük fəaliyyətini dayandırmışdı. Hörmətlə:--Sortilegus 15:21, 15 fevral 2012 (UTC)Cavabla

Sorğu redaktə

Salam əzizim Sortilegus adlı idarəçi. Mən Drastamat Kanayan məqaləsində İrəvanda doğulanlar katoqoriyası yazsam düz olar ya yox. orda azərilərdir. Araz Yaquboglu 15:26, 15 fevral 2012 (UTC)Cavabla

Salam həmkar. İrəvanda doğulubsa, bəli, o kateqoriya daxil edilməlidir məqaləyə. Sadəcə bizim vikidə erməni millətindən olan şəxslər haqqında məqalələr azdır, ona görə həmin kateqoriyada əsasən İrəvanda doğulan azərbaycanlıların məqalələridir. Hörmətlə:--Sortilegus 15:33, 15 fevral 2012 (UTC)Cavabla

cavablandırdığınız üçün sağ olun. Mənim fikrimcə ermənilər üçün ayrıca İrəvanda doğulanlar yox Yeravanda doğulanlar kateqoriyası açmaq olar. Araz Yaquboglu 15:40, 15 fevral 2012 (UTC)Cavabla

Bizim vikidə "Yerevan" adlandırılması işlənmir. Mən bilən rəsmi saytlarımızın da heç birində bu adlandırma yoxdur. Amma ermənilər üçün "Yerevan", azərbaycanlılar üçün "İrəvan" adlandırması tətbiq etməyimiz nonsens olardı. Məqalələr eyni kateqoriyada toplanmalıdır. Hörmətlə:--Sortilegus 15:47, 15 fevral 2012 (UTC)Cavabla

Xaiş edirəm mən yaradan Şablon:AşıqŞablon:Şəhid şablonlarını redaktə edəsiniz. Mən nəsə yaxşı bacarmadım. mümkünsə Şablon:Milli Qəhrəman şablonunu da redaktə edin mən bu üç şablondan geniş istifadə etmək istəyirəm. Araz Yaquboglu 16:26, 21 fevral 2012 (UTC)Cavabla

Salam. Oldu. Hörmətlə:--Sortilegus 16:32, 21 fevral 2012 (UTC)Cavabla

Salam Sortilegus. Məncə (Xocalı soyqırımı qurbanlarının siyahısı) adlı məqalə yaratmaq lazımdır. necə fikirləşirsiz. Araz Yaquboglu 15:39, 28 fevral 2012 (UTC)Cavabla

Salam. Əvvəlki təklifinizə gec cavab verdiyimə görə üzr istəyirəm. Mən dediyiniz hər üç şablona baxdım. Bir "Aşıq" şablonunda 2 fərqli xana var - "Ustadı" və "Şəyirdi". Bu xanalar olmasaydı məsələn, "Yazıçı" şablonu həmin məqalələrdə problemsiz işlənə bilərdi. Orda "Musiqiçi" şablonunda olan "Musiqi aləti", "Səs tembri" kimi xanalar da var. Amma bunlar məncə, lazımsız xanalardır. Aşıqlar aydın məsələdir ki, gitara, skripka, fortepiano və s. bu kimi musiqi alətləri istifadə etmirlər. Səs tembri də mən bilən aşıq yaradıcılığında o qədər əhəmiyyətli deyil. Hər halda "Aşıq" şablonunun yaradılmasının lazımlığını mən hələ təftiş edəcəm. "Şəhid" və "Milli Qəhrəman" şablonlarını əsasən təkmil "Hərbçi" ("Hərbi xadim") şablonu (bizdə hər iki adda şablon var - amma təəssüf ki, heç biri təkmil deyil) əvəz edə bilər - əgər söhbət hərbçilərdən gedirsə. Şəhidlik mücərrəd anlayışdır - bu şablonu yaratsaq hansı şəxslərin məqalələrinə əlavə etməliyik? Ona görə məncə, bu iki şablona ehtiyac yoxdur. Xocalı soyqırımının qurbanlarının adı olan siyahı səhifəsinin yaradılması yaxşı olardı. Digər vikiləri araşdırmaq lazımdır – bu format siyahılar necə yerləşdirilir və kateqoriyalaşdırılması necə aparılır. Hörmətlə:--Sortilegus 15:51, 28 fevral 2012 (UTC)Cavabla

Xocalı soyqırımı qurbanlarının siyahısı redaktə

Salam Araz müəllim. Xocalı soyqırımı qurbanlarının siyahısının ilkin formasını hazırladım. Ardını vaxtım olduqca davam edəcəyəm. Amma istəsəniz bu özünüz daha tez edə bilərsiniz. Hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 06:40, 29 fevral 2012 (UTC)Cavabla

Məsləhət redaktə

Əzizim salam. Mən Aşıq Musa (II) məqaləsinə Sil şablonu əlavə edib izah da yazmışdım. Lakin Cekli829 adlı idarəçi onu oradan götürdü və "Müzakirə:Aşıq Musa (II)" səhifəsində izahını yazdı. Mən öncədən yazdığım şərhi bir daha mənbələri göstərməklə geniş şəkildə yazdım. Xaiş edirəm siz də baxın və məslətdirsə Aşıq Musa (II) adlı məqaləni silin. əlavə olaraq Aşıq Musa məqaləsinə də baxın. Mən daha geniş izah da yaza bilərəm. Araz Yaquboglu (talk) 15:16, 8 mart 2012 (UTC)Cavabla

Salam Araz Yaquboglu. Eyni adam haqqında 2 məqalədir. 1 məqaləni digərinə istiqamətləndirirəm. Amma mənbə (yanlış olsa da) göstərildiyinə görə 2-ci məqalədəki məlumatlar da əsas məqalədə qeyd olunsun hələlik. Hörmətlə:--Sortilegus (talk) 15:29, 8 mart 2012 (UTC)Cavabla

Salam necəsiz. Siz mənə daha yaxşı yardımçı olduğunuzdan sizə müraciət edirəm. Mənim əlimə Əkrəm Zeynalov haqqında material düşmüşdü. Vikidə Əkrəm Zeynalov məqaləsi ancaq şəkildən ibarət olmaqla mətnsiz bir məqalə idi. mən əldə etdiyim Təbib qəzetində şəkil yox idi. ona görə ehtiyat edirəm ki, o şəkil onun olmaz birdən. amma şəklin tarixçəsində alim olduğu görünür. bəlkə də elə odur. nə məsləhət görürsüz. Araz Yaquboglu (talk) 16:36, 10 mart 2012 (UTC)Cavabla

Salam. Təşəkkür edirəm, yaxşıyam. Ümid edirəm siz də yaxşısınız. Bacardığım qədər nə kömək lazımdırsa etməyə hazıram. Bu, idarəçinin vəzifəsidir:) Mən siz dediyiniz məqaləyə baxdım. Bizim vikidə həmin şəxs haqqında olan məqaləyə cəmi 1 keçid var - Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007). Həmin məqalədə "Filmdə iştirak edənlər" bölməsində Əkrəm Zeynalovun tarix elmləri doktoru olduğu yazılıb. Siz əlavə etdiyiniz məlumatlarla bu məlumat üst-üstə düşür. İnanmıram ki, bizdə Əkrəm Zeynalov adında 2 fərqli tarix elmləri doktoru olsun (2 Aşıq Musa olması ehtimalı bundan daha böyükdür:))). Hörmətlə:--Sortilegus (talk) 16:51, 10 mart 2012 (UTC)Cavabla

Çox sag olun əla araşdırdız. Elə 100 faiz odur. Aşıq Musa məqaləsinə görə narahat olmayın o mənlikdi, yəni düzdür. o dövrlərdə folklorçular əsasən yaşlılardan şifahi şəkildə toplama aparıblar ona görə də belə problemlər olub. Məsələn heç vədə əlinə saz almayan Hüseyn Mayıl haqqında 1983-cü ildə çap olunan kitabda Aşıq Hüseyn Mayıl yazıblar. Araz Yaquboglu (talk) 16:58, 10 mart 2012 (UTC)Cavabla

Məncə də Hüseyn İsmayılovun araşdırmaları daha düzgün olar. Hüseyn müəllim folklorun, xüsusilə aşıq yaradıcılığının bizdə ən yaxşı tədqiqatçılarındandır. Həm də mənbə kimi daha yeni mənbədir (yazdığınız kimi onun kitabı 2006-cı ildə nəşr olunub). Hümmət Əlizadənin kitabı 1937-ci ildə işıq üzü görüb - tədqiqatçının əsəri ilkin mənbələrdən biri kimi dəyərlidir, amma səhvlərin olması ehtimalı da daha böyükdür. Hörmətlə:--Sortilegus (talk) 17:08, 10 mart 2012 (UTC)Cavabla

Azərbaycanın telefon kodları dəyişib. Bakı Və Gəncədən başqa bunları düzəliş etmək lazımdımı. Məsələn Bərdə (0110 5-XX-XX) yığılan nömrə indi belə yığılır (020 205-XX-XX) yəni ki 5 rəqəmlidən 7 rəqəmliyə keçiblər. məndə siyahı var. Araz Yaquboglu (talk) 18:06, 10 mart 2012 (UTC)Cavabla

Sözün düzü bununla bağlı mən məlumatsızam. Amma dəqiqdirsə, təbii ki, dəyişikliklər etmək lazımdır. Hörmətlə:--Sortilegus (talk) 18:11, 10 mart 2012 (UTC)Cavabla

Milli Qəhrəman redaktə

Salam kolleqam. mən Şablon:Milli Qəhrəman şablonundan Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevin məqaləsində istifadə etdim. amma orada şəkil görüntüsü ilə bağlı problem var xaiş edirəm onu həll edərdiz. mən istəyirəm o şablonu bütün milli qəhrəmanlara şamil edim. siz Maşallah Abdullayev məqaləsində düzəldin mən ora baxaram. bir də ki, şablonda məlumatlar sentrdə görünür onu mümkünsə soldan edin. Araz Yaquboglu (talk) 15:44, 15 mart 2012 (UTC)Cavabla

Salam həmkar. Şəkil problemini həll etdim. Bəlkə şablonu bir qədər təkmilləşdirib sonra məqalələrə əlavə edək? Bir vaxt mən yaratmışdım bu şablonu - amma məncə, təkmil şablon deyil. Mən 1-2 günə şablon üçün "sənəd" (istifadə qaydası olan) səhifəsi düzəldərəm, sonra müzakirə edib lazımlı bəndləri şablona əlavə edərik, daha sonra məqalələrə yerləşdirərik. Hörmətlə:--Sortilegus (talk) 17:28, 15 mart 2012 (UTC)Cavabla

Silinəcək redaktə

Salam, Araz Yaquboglu. Yüklədiyiniz bu şəkil üzərində sayt ünvanı olduğu üçün müəllif hüquqları ilə qorunur. Eyni zamanda reklam xarakteri daşıyır. Ona görə də şəkil silinəcəkdir. Başqa şəkil yükləmənizi xahiş edirəm. Sizə uğurlar arzulayıram. Hörmətlə: -- ■ Sultan mesaj 16:04, 24 mart 2012 (UTC)Cavabla

Əzizim Sultan. Qiyabi də olsa tanışıq. Mənim də elə xoşuma gəlmədi o şəkil. çalışıb başqasını tapacam. Araz Yaquboglu (talk) 16:10, 24 mart 2012 (UTC)Cavabla

İnşallah, daha yaxından tanış olarıq. Təşəkkür edirəm. -- ■ Sultan mesaj 16:16, 24 mart 2012 (UTC)Cavabla

Sultan bəy şəkillərin şablonunda olan izah, mənbə, tarix, müəllif deyəndə nə başa düşülməlidir. Məsələn mən izahda kimin şəklidirsə onun şəxsin adını və soyadını daha dəqiq desək məqalənin adını, mənbədə haradan götürdüyümü yəni sayt, kitab, qəzet, və digər. tarix və müəllif haqqında tərəddüd edirəm. Belə ki tarix hansı tarix nəzərdə tutulur. müəllif kim olmalıdır. öncədən minnətdaram. Araz Yaquboglu (talk) 14:34, 1 aprel 2012 (UTC)Cavabla

 
İmzanı bu düyməni çıqqıldatmaqla atmaq olar.

Araz müəllim necə deyərlər, deyəsən "qəlbimiz düzdür". Söylədiyiniz məsələ barədə sizinlə fikrimi bölüşməyi düşünmüşdüm. Müəllif bölməsinə öz istifadəçi adınızı yerləşdirməiniz düzgün deyil. Ümumiyyətlə isə qeyd edim ki, şəkillərin şablonunda olan izah bölməsinə şəklin özü haqqında (kim, nə, hara olduğu) izah verilir. Mənbə bölməsinə isə şəkil əldə edilən yer (sayt, qəzet, kitab, film və s.), yox əgər şəkil sizin özünüz tərəfindən və yaxud sizin sifarişinizlə çəkilmişsə, eyni zamanda bundan əvvəl heç bir yerdə nəşr edilməmişsə "Yükləyənin öz işi" ("İlk iş") yazılır. Tarix bölməsinə isə fotonun çəkildiyi tarix əlavə edilir. Müəllif bölməsinə isə fotonun müəllifi qeyd edilir (yuxarıda qeyd edildiyi kimi şəkil sizin özünüz tərəfindən və yaxud sizin sifarişinizlə çəkilmişsə müəllif bölməsinə sizin adınız yazıla bilər). Digər versiyala bölməsinə isə fotonun digər variantları əlavə edilir (əgər varsa).

P.S.Əgər səhv etmirəmsə müzakirə səhifələrində yazınızın sonuna adınızı yazırsınız. Bunun asan yolu imza atmaqdır. Bunun üçün redaktə etdiyiniz səhifənin yuxarısına diqqət etsəniz orada yan tərəfdə ki, şəkildə ğöstərildiyi qaydada imza atmaq olar. Hörmətlə: -- ■ Sultan mesaj 18:01, 1 aprel 2012 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam sizi (Vikipediya:Səsvermə/Seçilmiş portal nədir?) bölməsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Hörmətlə--Baskervill 19:25, 6 aprel 2012 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Hyustonda ən yüksək binaların siyahısı seçilmiş siyahı statusu alması ilə əlaqədar burada (Vikipediya:Məqalə laboratoriyası/Hyustonda ən yüksək binaların siyahısı) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

--Hüseynli Zeynalabdin Cavanşir oğlu (talk) 06:27, 20 aprel 2012 (UTC)Cavabla

+ 10 000 redaktə

Salam. Siz AzVikidə 10 min redaktə həddini aşmışsınız. Sizə bu ulduzu təqdim edir, bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayıram. Təbrik edirəm! --N KOzi FORVM 05:12, 23 aprel 2012 (UTC)Cavabla

Salam. Mən də sizi 10 000-ci redaktəniz münasibətilə təbrik edirəm və sizə gələcək fəaliyyətlərinizdə uğurlar arzulayıram. Hörmətlə:--Sortilegus (talk) 08:54, 23 aprel 2012 (UTC)Cavabla

Mən də təbriklərə qoşuluram. -- ■ Sultan mesaj 12:53, 25 aprel 2012 (UTC)Cavabla

Salam. Zəhmət olmasa burada keçirilən ("Vikipediya:Seçilmiş şəkil namizədləri") səsvermədə iştirak edin. Hörmətlə:--Baskervill 18:33, 24 aprel 2012 (UTC)Cavabla

Minnətdarlıq redaktə

Əziz həmkarım salam. Sizin məni təltif etdiyiniz QIZIL QƏLƏM NİŞANI mükafat üçün sizə çox-çox minnətdaram. siz məni təltif edən gün mən Bərdədə Molla Əmirxanın üç mərasimində idim. Ona görə də gec sizə minnətdarlıq etdim. bunu diqqətsizlik kimi qəbul etməyin. Araz Yaquboglu (talk) 14:38, 22 aprel 2012 (UTC)Cavabla

Sizin dəyərli fəaliyyətləriniz müqabilində bu çox kiçik bir hədiyyədir. Allah cəmi ölənlərə rəhmət etsin. Sizə yeni-yeni uğurlar arzu edirəm. Hörmətlə: -- ■ Sultan mesaj 12:53, 25 aprel 2012 (UTC)Cavabla

Sorğu redaktə

Salam Sultan bəy. Mən Murtaza Rəhimov məqaləsində başqa botlardan şəkili necə burda qoya bilərəm. Araz Yaquboglu (talk) 15:05, 3 may 2012 (UTC)Cavabla

Xoş gördük Araz müəllim. Bu cür şəkillər Viki anbarda olur. Murtaza Rəhimovla əlaqəli fayllar buradadır. Həmin şəkilləri AzVikiyə yükləməyə ehtiyac yoxdur. Sadəcə şəkil adını müvafiq sətrə əlavə etmək kifayət edər.

Sual edə bilərsiniz, bəs şəkilləri necə axtarım? Bunu müxtəlif yollarla axtarmaq olar. Məncə ən sadə üsul diğər vikilərdə olan məqalələrdə ki, şəkillər üzərindən keçib, oradan Wikimedia Commonsa keçməklə həmin şəkilin kateqoriyasına baxın. Bununla orada olan digər şəkilləri görə bilərsiniz. Onuda qeyd edim ki, Orada olan şəkillərin istifadəsi azaddır. İstədiyiniz qədər şəkili bir səhifəyə yerləşdirə bilərsiniz. Ancaq AzVikiyə yüklədiyimiz şəkillərin istifadəsi azad olmadığından hər səhifədə müstəsna hallar istisna olmaqla yalnız bir, məcburi hallarda iki şəkil yükləmək olar.

P.S.Əgər hər hansı şəkilin müəllifi sizsinizsə, həmin şəkili Vikianbara yükləyə bilərsiniz. Bunun üçün şəkili buradan yükləməyə başlayın. Yüklədikdən sonra orada uyğun kateqoriyalar əlavə etməlisiniz. Sizlərə hörmətlə: -- ■ Sultan mesaj 15:35, 3 may 2012 (UTC)Cavabla

Cavabınız və ətraflı izahınız üçün çox sağ olun. Araz Yaquboglu (talk) 15:47, 3 may 2012 (UTC)Cavabla

Dəyməz, Sizə uğurlar. -- ■ Sultan mesaj 15:50, 3 may 2012 (UTC)Cavabla

Rica redaktə

Salam Həmkarım. Mən bizim birgə məsləhətimizlə yaradılan Xocalı soyqırımı qurbanlarının siyahısı məqaləsinə əlavələr etmişəm. Siz hərdən o məqaləyə baxın. Orda bəlkə uşaqları da ayrıca seçib yazaq. Ya da nə məsləhətdi. Araz Yaquboglu (talk) 13:16, 7 may 2012 (UTC)Cavabla

Hazırda vikiyə daxil olmaq imkanım çox məhduddur. Zamanım olmadığı üçün məqalənin tam hazırlanması işində təəssüf ki, yaxından iştirak edə bilmirəm. Siyahını tam yekunlaşdırıb, dəqiqləşdirmələr apardıqdan sonra bu haqda müzakirə aparmağın daha faydalı olacağına inanıram. Hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 09:38, 8 may 2012 (UTC)Cavabla

Dəvət redaktə

Salam. Zəhmət olmasa burada keçirilən səsvermədə iştirak edəsiniz. Hörmətlə: --Şahzadə (talk) 07:31, 20 may 2012 (UTC)Cavabla

Viki Qızıl Mükafatı redaktə

Salam. Məni Orartu adlı istifadəçi "Viki Qızıl Mükafatı" ilə təltif edib. Amma o mənim müzakirə səhifəmə düşüb. onu xaiş edirəm İstifadəçi səhifəmə qoyasız.Araz Yaquboglu (talk) 17:47, 8 iyun 2012 (UTC)Cavabla

Hə Y Salam. Yerinə yetirildi. -- ■ Sultan mesaj 19:11, 10 iyun 2012 (UTC)Cavabla


Silinəcək redaktə

Salam Araz müəllim. Bu şəkilə diqqəıt yetirin. Müəllif hüquqları ilə qorunduğundan tezliklə silinəcək. Mümkünsə müəllif hüquqları ilə qorunmayan şəkillə əvəz edin. Hörmətlə: -- ■ Sultan mesaj 17:20, 20 iyun 2012 (UTC)Cavabla

Salam. Nemət Qasımlının şəklini nəzərdə tutursuz. Mən necə bilim ki o şəkil qorunur. Araz Yaquboglu (talk) 17:32, 20 iyun 2012 (UTC)Cavabla

Oh, bağışlayın keçid verməyi unutmuşam. Səhv aradan qaldırıldı. Şəkilin üzərində sayt ünvanı yerləşdirilmişdir. -- ■ Sultan mesaj 17:40, 20 iyun 2012 (UTC)Cavabla

Anladım. Fotoşopum formatdan sonra işləmir ona görə təmizləyə bilmədim. Araz Yaquboglu (talk) 17:45, 20 iyun 2012 (UTC)Cavabla

  • Salam. Zəhmət olmasa ("Vikipediya:Seçilmiş şəkil namizədləri") bölməsində keçirilən səsvermədə iştirak edin. Bu bölmədə namizəd kimi irəli sürülən şəkillərin status alması sizlərin fikirlərindən aslıdır.
Qeyd: Bu yazı bir çox istifadəçilərə göndərildiyindən cavab yazmağınız mütləq deyil. Hörmətlə:--Baskervill (talk) 18:12, 21 iyun 2012 (UTC)Cavabla

"Basseterre.jpeg" xaiş edirəm bu şəkli seçilmiş şəkil namizədləri siyahısına salın. Yaxşı şəkildir. Araz Yaquboglu (talk) 18:22, 22 iyun 2012 (UTC)Cavabla

Hə Y "Vikipediya:Seçilmiş şəkil namizədləri/Basseterre.jpeg" - Yerinə yetirildi. Hörmətlə: -- ■ Sultan mesaj 02:52, 23 iyun 2012 (UTC)Cavabla

sorğu redaktə

Salam İdarəçim. Necəsiz çoxdandı sizdən məsləhət almıram. Əgər azərbaycanlı alim Pərviz Abdullayev Rusiyada müdafiə edibsə biz ona Rusiya alimləri deməliyik yoxsa necə. Araz Yaquboglu (talk) 15:53, 24 iyun 2012 (UTC)Cavabla

Salam həmkar. Baxdım həmin şəxs haqqında məqaləyə. Alim kimi Rusiyada fəaliyyəti yoxdur. Belə şəxsləri "Azərbaycan alimləri" kateqoriyasına daxil etmək daha münasibdir. Sovet vaxtı bizim alimlər Rusiyada daha çox dissertasiya müdafiə ediblər. Onları da "Azərbaycan alimləri" kateqoriyasına daxil edirik. Amma Rusiyada müdafiə edib orda elmlər akademiyalarında çalışan, təhsil ocaqlarında tədris edən azərbaycanlı alimləri "Rusiya alimləri" kateqoriyasına daxil edə bilərik. Təbii ki, yanına bir "Azərbaycanlı alimlər" kateqoriyasını əlavə etməyi unutmamaq şərtilə:). Hörmətlə:--Sortilegus (talk) 16:04, 24 iyun 2012 (UTC)Cavabla

Sorğu redaktə

Salam. mən bir şey öyrənmək istəyirəm. politexnik institutunun tərkibində 1975-ci ilə kimi olan İnşaat fakültəsini (sonradan ayrıca institut olub) 1975-ə qədər bitirən məzun üçün (Kateqoriya:Azərbaycan Texniki Universitetinin məzunları) əlavə etmək olarmı? yoxsa (Kateqoriya:Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları) əlavə etmək lazımdır. Araz Yaquboglu (talk) 18:04, 2 iyul 2012 (UTC)Cavabla

Məzunluq fakültəyə görə deyil, ali məktəbə görə götürülür. Ancaq məzunlar fakültələrinin olduqları ali məktəbi alma-mater hesab edirlər. Bu səbəbdən hər iki ali məktəbi göstərmək düzgün olardı.--Acategory (talk) 18:14, 2 iyul 2012 (UTC)Cavabla

Hər iki ali məktəbin göstərilməsi düzgün ola bilməz. Çünki Azərbaycan Memarlıq və İnşaat Universitetinin universitet kimi tarixi 1975-ci ildən başlayır. Məhz elə həmin ildən sonra həmin universiteti bitirmiş məzunlar müvafiq kateqoriyaya daxil edilməlidir. --►CEKde gəlsin 04:02, 3 iyul 2012 (UTC)Cavabla

Şablona diqqət yetirin redaktə

Mikloş Roja məqaləsinə "İş gedir" şablonu qoymuşam. Müdaxilə etməyə tələsməyin. Səhifə üzərində iş bitəndə istədiyiniz redaktəni edərsiniz. --Babək Akifoğlu 18:43, 7 iyul 2012 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
sizi Naxçıvan Muxtar RespublikasıÇəmənlikdə səhər yeməyi (tablo) məqalələri üçün keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə:--Baskervill (talk) 18:56, 16 iyul 2012 (UTC)Cavabla

Xaiş redaktə

Salam Həmkar. Vaxtınız olsa ( Şəkil:ADR-xəritə.TIF ) bu fayla baxın. Araz Yaquboglu (talk) 21:01, 7 iyul 2012 (UTC)Cavabla

Salam xaiş edirəm mənim yüklədiyim son 2-3 şəkilə bax gör bir problem yoxdusa o qaydada yükləmələr edim. Araz Yaquboglu (talk) 16:57, 18 iyul 2012 (UTC)Cavabla

Salam Araz bəy. Xoş gördük. Xəritəyə baxdım. Məncə onu "tif" formatında deyil, "jpg" formatında yükləsəniz daha yaxşı olar. Bunun üçün fayılın kompyuterdə adını (ADR-xəritə.TIF => ADR-xəritə.jpg) dəyişib yenidən yükləyin. düşünürəm ki, daha effektiv olacaq.

Yüklədiyiniz digər şəkillərədə diqqət yetirdim və kiçicik redaktələr etdim. Hər şey qaydasındadır. Sizə uğurlar arzulayıram. -- ■ Sultan mesaj 17:48, 18 iyul 2012 (UTC)Cavabla

Şablona diqqət yetirin redaktə

Yenə də həmişəki kimi "İş gedir" şablonuna fikir vermirsiniz. Bu dəfə Keri Qrant məqaləsində. Məqaləyə nə kateqoriya lazımdırsa, mən yazacağam. Yetər ki, gözləyin, məqalə üzərində işimi bitirim. Bitirəndən sonra əlavəniz olsa edərsiniz. --Babək Akifoğlu 17:51, 19 iyul 2012 (UTC)Cavabla

Salam redaktə

Salam hörmətli Araz bəy. Sizinlə qismən də olsa tanış deyilik. Ancaq Göyçəli olmanızdan dolayı daha çox məlumata sahib olacağınızı düşünüb sizdən bir məsələdə yardım istəyirəm. Hətta əgər alınmasa belə sizə indiyədək Azərbaycan dilli vikidə göstərdiyiniz xidmətlərdən dolayı təşəkkür edirəm və digər istifadəçilər kimi mənim üçün də sizin zənginləşdirmə sahəsində gördüyünüz işlər olduqca dəyərlidir. İndi nə barədə köməklik istədiyimdən yazım: bilirk ki Ermənistanda Sovet hakimiyyəti zamanı etnik türk əhalinin sayı həmişə olduğundan dəfələrlə az göstərilib, rəsmən de-yuri ermənistan əhalisi və azərbaycanlılar: 1926-da: 880463-83181 (6311 qarapapaq+76870 türk), 1939-da: 1282338-130896, 1959-da: 1763048-107748, 1970-də: 2491873-148189, 1979-da: 3037259-160841----12 yanvar 1989-da isə siyahıyaalınma anınadək Ermənistanın öz dediyinə görə 160 mindən artıq isnsan artıq ölkədən qovulubmuş bununla belə azərbaycanlı sayı: 84,860 nəfər olub. Sadə məntiqlə tutaqki 1939-da həqiqətəndə E.-da 131 min a.-lı varıydı onun 100 mini (rəsmi) deportasiya olunub (1948-1954), onda 108 min nəfər 1959-da necə qala bilərdi. Yaxud dekabr 1988-yanvar 1989 azərbaycanlıların ən kütləvi qovulması dövrüdür və 1989-un fevralın əvvəli yalnız Nüvədi kəndində a-lı əhali qalmışdı o da kəndin uzağı yarısı (əksəriyyəti kişilər). Nüvədidə 1989-un yanvarında 1384 nəfər (hər iki cinsdən) qeydə alınıb.----sizdən ricam yazdıqlarımı gözdən keçirərək onlarda yalnışları tapmaq və əgər daha geniş məlumata sahibsəniz mənimlə bölüşmənizdir (xüsusiylə 1959-1970-1979-1989-cu illər siyahıyaalınmaları zamanı rayonlar üzrə azərbaycanlıların sayı və ya kəndlər üzrə azərbaycanlıların sayı). Hörmətlə !--Asparux Xan Bulqar (talk) 10:02, 20 iyul 2012 (UTC)Cavabla

Qaçqınlara aid məlumatlar burada var---Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi: Ermənistanda aparılan etnik təmizləmə və ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011 ci illər)---ancaq mənə onlar lazım deyil, mənə siyahıyaalınmlar lazımdır, kəndlər - adı əhalisi - a.lı sayı və sairə --- beləki indi verdiyim keçiddə hazırki vəziyyət barəsindədir mənə isə o yox o dövrkü məlumatlar lazımdır (yalnış da olsa rəsmi olmalıdır).--Asparux Xan Bulqar (talk) 18:47, 20 iyul 2012 (UTC)Cavabla
Azvikidə seçilmiş şəkil namizədləri bölməsində səsvermə keçirilir. ("Vikipediya:Seçilmiş şəkil namizədləri") bu bölməyə daxil olmaqla heyvanlar həftəsinə aid olan 10 ədəd şəkil barədə öz fikirlərinizi bildirin. Zəhmət olmasa səsvermədə iştirak edin, bu şəkillərin seçilmiş şəkil olması sizlərin əlindədir. Dərin Hörmətlə:--Baskervill (talk) 22:13, 23 iyul 2012 (UTC)Cavabla

Keçid redaktə

Salam Sultan bəy. mənə istifadəçilərin fəaliyyət statiskası keçidini qoy baxım tapa bilmirəm. Araz Yaquboglu (talk) 18:42, 24 iyul 2012 (UTC)Cavabla

Salam Araz müəllim. Yəqin ki, istifadəçilərin fəaliyyət statiskası dedikdə Azərbaycan Vikipediyasının istifadəçilərini nəzərdə tutursunuz. İlk yüzlüyə daxil olan istifadəçilərin statiskasını buradan, aktiv istifadəçilərin siyahısını buradan, ümumi istifadəçi siyahısını isə buradan izləyə bilərsiniz. Sizə uğurlar arzulayıram. Hörmətlə: -- ■ Sultan mesaj 19:12, 24 iyul 2012 (UTC)Cavabla

Təşəkkür redaktə

Hörmətli Araz Yaquboglu. Mənim üçün istifadəçi səhifəsini hazırladığınıza görə sizə təşəkkür edirəm. --Orxan Zakir (talk) 18:10, 25 iyul 2012 (UTC)Cavabla

Material redaktə

Salam Sultan bəy. Sizə lazım ola biləcək material göndərirəm baxın lazım olsa istifadə edin. hansı şəkil lazım olsa de originalını göndərim. Araz Yaquboglu (talk) 16:24, 30 iyul 2012 (UTC)Cavabla

Salam, Araz müəllim. Çox sağolun. Təşəkkür edirəm. -- ■ Sultan mesaj 16:41, 30 iyul 2012 (UTC)Cavabla

Salam Araz Yaquboglu. Məsləhətinizə görə çox sağ olun.--Orxan Zakir (talk) 17:13, 1 avqust 2012 (UTC)Cavabla

Salam redaktə

Salam Sultan bəy. Vaxtın olsa Azad Əsgərov adlı məqalənin şəkilindəki adı dəyişmək lazımdır. Araz Yaquboglu (talk) 18:22, 15 avqust 2012 (UTC)Cavabla

Hə YSalam Araz müəllim. Yerinə yetirildi. -- ■ Sultan mesaj 18:35, 15 avqust 2012 (UTC)Cavabla

Xaiş edirəm Şəkil:Saleh Balay oğlu Qocayev.jpg adlı məqaləyə baxasız.Araz Yaquboglu (talk) 18:05, 20 avqust 2012 (UTC)Cavabla

Salam, Araz müəllim. Lazımi dəyişikliklər etdim. Məlumat üçün təşəkkür edirəm. -- ■ Sultan mesaj 18:16, 20 avqust 2012 (UTC)Cavabla

Daha bir əziyyət. Mən Sadıq Murtuzayev məqaləsini ziyarət edərkən gördüm ki, Saleh Qocayev adlı məqalənin şəkili orada da qoyulub. Xais edirəm bunu araşdırasız. Araz Yaquboglu (talk) 18:41, 20 avqust 2012 (UTC)Cavabla

Hə YBu şəkil Sadıq Murtuzayevindir. İstifadəçimiz Leysan082 nədənsə yanlışlıq etmişdir. Məsələnin həlli üçün ilk addım atılmışdır. -- ■ Sultan mesaj 19:28, 20 avqust 2012 (UTC)Cavabla

Niyə silək ? redaktə

Salam, Araz Yaquboglu.Siz Saleh Balayev məqaləsinə "sil" şablonu qoymusunuz. Bu insan vaxtı ilə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Neft İnstitutunun rektoru olub. Ensiklopedik şəxsdir. Onu silməyə dəyərmi ? Hörmətlə --Acategory (talk) 17:35, 20 avqust 2012 (UTC)Cavabla

Əzizim, dəyərli Vikipediyaçımız Acategory. Mən ona görə Saleh Balay oğlu Qocayev məqaləsinə sil şablonu qoydum ki, Saleh Qocayev adlı məqalə var.Araz Yaquboglu (talk) 17:44, 20 avqust 2012 (UTC)Cavabla

Aydın oldu.--Acategory (talk) 18:02, 20 avqust 2012 (UTC)Cavabla

Həmçinin bax redaktə

Salam Sultan. Mənim İstifadəçi:Araz Yaquboglu səhifəmdə düzəliş etdim amma qaydaya sala bilmədim. sağ tərəfdə olan aşağıdakı şablonlar cədvəlini bir az sağa çəkmək lazımdı. Zəhmət olmasa bir bax. Araz Yaquboglu (talk) 17:33, 7 sentyabr 2012 (UTC)Cavabla

Hə YSalam Araz müəllim. Məncə artıq hər şey qaydasındadır. -- ■ Sultan mesaj 05:54, 8 sentyabr 2012 (UTC)Cavabla

Xahiş redaktə

Salam Araz Yaquboğlu.Sizburada iştirak edən komandaların loqolarını yükləyə bilərsinizmi?Hörmətlə-- ❽⑤❶Sohaha. 18:39, 11 sentyabr 2012 (UTC)Cavabla

Təəssüf redaktə

Salam Sultan müəllim. Təəsüf ki keçən istifadəçilərin görüşündə iştirak edə bilmədim. Mən Bərdədə Yasif Kərimovun büstünün açılışnda idim o üzdən. Gələn görüşlərdə mənə xəbər verməyinizi xaiş edirəm. Araz Yaquboglu (talk) 16:46, 24 sentyabr 2012 (UTC)Cavabla

Salam, Araz müəllim. Növbəti görüşlərdə iştirak edərsiniz. Sağlıq olsun. -- ■ Sultan mesaj 17:10, 24 sentyabr 2012 (UTC)Cavabla

Salam əzizim. Bir zəhmət sənə Akif Musayev (professor) adlı məqalənin şəkilinin adını dəyişmək lazımdı. Araz Yaquboglu (talk) 18:13, 26 sentyabr 2012 (UTC)Cavabla

Hə YSalam, yerinə yetirildi. Hörmətlə: -- ■ Sultan mesaj 18:03, 28 sentyabr 2012 (UTC)Cavabla

Sual redaktə

As salamu Aleykum və rahmatullahi və barakatuhu.

Adi istifadəçilər orden və mükafat hazırlayıb kimlərisə mükafatlandıra bilərlər??? Hörmətlə Elchin Ali (talk) 15:58, 28 sentyabr 2012 (UTC)Elchin AliCavabla

Şablona diqqət yetirin redaktə

Yenə də həmişəki kimi "İş gedir" şablonuna fikir vermirsiniz. Bu dəfə Famil Fərhadoğlu məqaləsində. Məqaləyə nə kateqoriya lazımdırsa, mən yazacağam. Yetər ki, gözləyin, məqalə üzərində işimi bitirim. Bitirəndən sonra əlavəniz olsa edərsiniz. --Babək Akifoğlu 11:40, 4 oktyabr 2012 (UTC)Cavabla

Mümkündürsə, mənimlə facebook vasitəsi ilə əlaqə saxlayın. Hörmətlə--Baskervill (talk) 11:13, 11 noyabr 2012 (UTC)Cavabla

ADR-xəritə redaktə

"Rusiyanın Qafqaz Canişinliyi tərəfindən Tiflisdə çap olunub (1918-1920)" yazılan bu xəritə [5] mənbə baxımından saxtadır, ən azı yazılar rus əlifbasının o dövrdə olmayan versiyası ilə verilib. Görünür bu xəritə ADR xəritəsi əsasında günümüzdə hazırlanıb. Bu mənada mənbə göstərmək və ya daha düzgün şəhr yazmaq da yaxşı olardı. Şəkili köhnə göstərmək üçün istifadə olunan sarı rəng də tam saxtadır, bu şəkil heç skaner də olunmayıb. --Melikov Memmedemail 07:54, 24 noyabr 2012 (UTC)Cavabla

Salam. Məlumat üçün sağ olun, olduqca əla xəritədir, həm də xəritə özü ADR xəritəsinə uyğundur, sadəcə mənbə, "Rusiyanın Qafqaz Canişinliyi tərəfindən Tiflisdə çap olunub (1918-1920)" kimi verilməsi düz deyil. Düzü mən Sizdən ən azı meylimə xəritənin 2-ci hissəsini də göndərmənizi xahiş edəcəkdim, yaşayış məntəqələri çox ətraflı göstərilib, tərtib edən sağ olsun, təəssüf ki, məlum oldu ki, bu Sizdə yoxdur. Bir də xəritənin izah hissəsində də məlumatları dəqiqləşdirmək lazım idi, ancaq yazınızdan görünür ki, bu barədə də əlavə məlumatınız yoxdur, əgər əldə edə bilsəniz (bəlkə Daşkənd və daşkəndlilər (kitab) yazılardında nə isə var və s...) bunu da etsəniz yaxşı olardı. Çox maraqlı xəritədir. --Melikov Memmedemail 05:17, 26 noyabr 2012 (UTC)Cavabla

Yeni namizəd şəkillər redaktə

Salam. Sizi "Vikipediya:Seçilmiş şəkil namizədləri" bölməsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Həmin şəkillərin status alıb - almaması, sizlərin verəcəyi səslərdən aslıdır. Hörmətlə:--Baskervill (talk) 13:02, 25 noyabr 2012 (UTC)Cavabla

Eyni məqalə redaktə

Salam əzizim. Üç müxtəlif lakin eyni məqalə var (Yusif Ziya Talibzadə, Axund Yusif Talıbzadə, Yusif Ziya). Mən özüm redaktə edə bilərdim. lakin fikirləşdim ki, siz məndən yaxşı edərsiz və lazımsız olanı silərsiz. Xaiş edirəm bu məqalələrə baxın. Araz Yaquboglu (talk) 17:40, 26 noyabr 2012 (UTC)Cavabla

Salam həmkar. Mən redaktə edib birləşdirərəm. Əsas ad kimi hansı məqalənin adını saxlasaq daha düzgün olar? Hörmətlə:--Sortilegus (talk) 17:42, 26 noyabr 2012 (UTC)Cavabla

Salam. Etimadınıza görə təşəkkür edirəm. 1-ci məqaləni zənginləşdirərək saxladım, qalanlarını sildim. Məncə 1-ci ad daha düzgündür. Hörmətlə, --Irada (talk) 20:37, 28 noyabr 2012 (UTC)Cavabla

Kitablar redaktə

Salam. Hörmətli Araz müəllim, Vikipediyadakı zəhmətinizi yüksək qiymətləndirirəm. Amma Coğrafiyadan məsələlər (kitab) məqaləsi və bu kimi digər məqalələr qeyri-ensiklopedik məqalələrdir. Bu məqalənin adının dəyişib, "Rəna Həsənova" etmək və onun kitabları haqqında da həmin məqalədə alt bölmədə məlumat vermək daha məqsədəuyğundur. Ümumiyyətlə Vikipediyadakı "Kitablar" kateqoriyasında xeyli sayda məqalə var ki, onların böyük əksəriyyəti qeyri-ensiklopedik, silinməli və yaxud da birləşdirilməli məqalələrdir. Əməyinizin hədər olmaması üçün belə məqalələrin yaradılması istiqamətində fəaliyyətinizi məhdudlaşdırmağınızı xahiş edirəm. Sizə böyük hörmətlə, --►Şahdağlı Cekli 06:12, 30 noyabr 2012 (UTC)Cavabla

Salam əzizim redaktə

Siz necə baxırsız. Kitablar haqqında məqalələr bəyəm gərəksizdir. Məsələn Ömrümün payızı (kitab) və ya mən yaratdığım kitab məqalələri. Araz Yaquboglu (talk) 17:49, 30 noyabr 2012 (UTC)Cavabla

Əleyküm salam. Məncə olması elədə bir problem deyil. Sizə, kimsə deyib ki, gərəksizdirmi? --Baskervill (talk) 17:52, 30 noyabr 2012 (UTC)Cavabla

Hörmətli Araz Yaquboglu, məncə həmin məsələdə Cekli haqlıdır. Çünki, həmin kitablar barədə məlumatları müəllifin səhifəsində verilməsi daha düzgündür. Azərbaycan tarixində və ədəbiyyatında öz yeri olan, başqa bir sözlə geniş şəkildə tanınmış kitablar barədə, (məsələn: Dumanlı Təbriz) məqalələrin yaradılmasına şəxsən mən qarşı deyiləm. Amma, bu tip kitablar barədə kütləvi şəkildə məqalələrin yaradılmasınıda uğurlu tendensiya hesab etmirəm. Sizə təklif edərdim ki, həmin kitablar barədə, icmal şəkilində məlumatları müəllifin ensiklopedik səhifəsində verərdiniz. Hörmətlə:--Baskervill (talk) 18:00, 30 noyabr 2012 (UTC)Cavabla

Nizaməddin Şami redaktə

Araz bəy, nə vaxtsa Nizaməddin Şaminin təvəllüd və vəfat ilini öyrənməyə cəhd etmişəm, bu nəticəyə gəlmişəm ki, onlar "qeyri-müəyyən"dir. RuVikidə çox şey yazıla bilər, vikipedia məqaləsi mötəbər hesab olunmur, siz mötəbər mənbə göstərin ki, orada Nizaməddin Şaminin ölüm tarixi göstərilir. Hörmətlə. --Aydın Məmmədov (talk) 22:25, 6 dekabr 2012 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Səlim xan məqaləsinin "Seçilmiş məqalə", yaxud "Yaxşı məqalə" statusu alması ilə əlaqədar burada (Vikipediya:Məqalə laboratoriyası/Səlim xan) keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

--Aydın Məmmədov (talk) 20:30, 12 dekabr 2012 (UTC)Cavabla


Salam Araz. Vaxtım olduğu zaman əlavələr edəcəyəm.--Orxan Zakir (talk) 18:09, 15 dekabr 2012 (UTC)Cavabla

Salam redaktə

Sizi Şihabəddin Yəhya Sührəvərdi, Bəhmənyar AzərbaycaniQafqaz Albaniyasında xristianlıq məqalələrində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə:--Baskervill (talk) 10:58, 16 dekabr 2012 (UTC)Cavabla

Sorğu redaktə

Salam qardaş. bir məsləhət edim sizinlə. məqalənin sonunda olan kateqoriyalarında icra başçıları ilə əlaqədar olaraq məncə təkcə məsələn Ağdaş icra başçıları kateqoriyası bəs edir. əlavə İcra başçıları kateqoriyasına ehtiyac yoxdu onsuz da axı o tip kateqoriyalar onsuz da İcra başçıları kateqoriyasında cəmlənir. əlavə olaraq baxa bilərsiz Rafiq Niftəliyev. əvvəlcədən minnətdaram. Araz Yaquboglu (talk) 20:14, 16 dekabr 2012 (UTC)Cavabla

Əleylüm salam. Maraqlı bir məsələdi. Burada bir neçə seçim təklif oluna bilər və əslində hər bir seçim doğrudur. Şəxsən mənim subyektiv fikrim belədir ki, həmin məqalələrdə İcra başçıları kateqoriyasının olmasının heç bir problemi yoxdur. Daha da bunun müəyyən qədər müsbət təsiri var. Belə ki, vikipediyaya daxil olanların çoxunun viki qaydalardan xəbəri yoxdur və böyük bir qism bu saytdan yalnız məlumat almaq üçün istifadə edir. Həmin şəxslər məqalənin aşağı tərəfində olan İcra başçıları kateqoriyasına diqqət edib Azərbaycanda olan bütün mövcud icra başçılarının adların vahid bir məkanda görə bilərlər. Mən inanmıram ki, başqa hansısa bir sayt oxuculara belə bir imkan yaratsın. Bu məsələdə son fikrim ondan ibarətdir ki, İcra başçıları kateqoriyasının məqalələrdə qalmasının tərafdarıyam. Hörmətlə:--Baskervill (talk) 11:49, 17 dekabr 2012 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Seyid Əli Orlat məqaləsinin "Seçilmiş məqalə", yaxud "Yaxşı məqalə" statusu alması ilə əlaqədar burada (Vikipediya:Məqalə laboratoriyası/Seyid Əli Orlat) keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

--Aydın Məmmədov (talk) 23:41, 22 dekabr 2012 (UTC)Cavabla

Sorğu redaktə

Salam qardaş. Bir şey soruşum. Məsələn Laçın (qəzet) məqaləsində Laçın qəzetləri kateqoriyası düzgündür, yoxsa Laçında mətbuat. Araz Yaquboglu (talk) 20:10, 23 dekabr 2012 (UTC)Cavabla

Salam, Araz müəllim. Burada Laçın qəzetləri kateqoriyası daha məqsədə uyğundur. Mətbuat bir az geniş mövzu olduğundan uyğun hesab etməzdim. Yeri gəlmişkən "Kateqoriyalar"la bağlı apardığınız redaktələrə görə sizə təşəkkür edirəm. Bu vacib və lazımlı redaktələrdir. Bəzən kateqoriya axtarışı zamanı digər dillərdə olan ümumi kateqoriyalara Azvikidə rast gəlmək olmur. Sizə uğurlar. Hörmətlə: -- ■ Sultan mesaj 21:10, 23 dekabr 2012 (UTC)Cavabla

Hörmətli ■ Sultan Mənə verdiyiniz mükafat üçün çox sağ olun. Araz Yaquboglu (talk) 18:24, 24 dekabr 2012 (UTC)Cavabla

Dəyməz. Bu sizin haqqınızdır. -- ■ Sultan mesaj 04:35, 26 dekabr 2012 (UTC)Cavabla

Xaiş edirəm Əli Əliyev (II).jpg faylının adını dəyişib Əli Əliyev (aktyor) edəsiz.Araz Yaquboglu (talk) 17:24, 25 dekabr 2012 (UTC)Cavabla

Dəyişdirildi. -- ■ Sultan mesaj 04:35, 26 dekabr 2012 (UTC)Cavabla

Dəqiqləşdirmə redaktə

Salam mən Abbas Abbasov (dəqiqləşdirmə) məqaləsini Abbas Abbasov kimi düzəltdim çünki belə daha yaxşıdır. Və düzgündür (bu haqda müzakirələrlə tanış olmuşdum). Mən bunu edərkən öncədən olan adını dəyişdiyim Abbas Abbasov (I) məqaləsinin bütün keçidlərinə baxıb düzəltmişəm. Mənim bu işim zəhmətimə dəyər yoxsa mənasız bir işdir. Araz Yaquboglu (talk) 19:18, 23 dekabr 2012 (UTC)Cavabla

Salam Hörmətli Araz Yaquboglu. Bu mühüm məsələyə bir az gec fikir bildirdiyim üçün üzürlü hesab edin. Məncə siz düzgün etmisiz belə etməklə. Əgər hansısa bir adda, həm şəxs, həm şəhər və ya hansısa başqa bir anlayış varsa, o zaman bu həmin adın sağ tərəfində olan mötərizədə göstərilməlidir. O zaman isə əsas olan adın özü dəqiqləşdirmə rolunu oynamalıdır. Belə ki, həmin adda daxil olduqda, istifadəçi ona hansı Abbas Abbasovun lazım olduğunu tapacaq. Bu mənim subyektiv fikirimdir. Mən sizə təklif edirəm ki, digər fəal istifadəçi və ya idarəçilərində bu barədə olan fikirlərini öyrənəsiniz. Hörmətlə:--Baskervill (talk) 08:30, 25 dekabr 2012 (UTC)Cavabla
Salam həmkar. Hörmətli Baskervillin fikirləri ilə tam razıyam. Çox az istisnalar ola bilər ki, biz onlar üçün adında "(dəqiqləşdirmə)" yazılan formadan istifadə edək. Məsələn, tutaq ki, "Azərbaycan" adında haradasa kənd olarsa təbii ki, biz bu ölkə haqqında məqalənin adını dəyişib "Azərbaycan (ölkə)", kənd haqqında olanı isə "Azərbaycan (kənd)" qoymayacağıq. "Azərbaycan" adı olduğu kimi ölkənin məqalə adı qalacaq, "Azərbaycan (kənd)" kənd haqqında məqalə olacaq, "Azərbaycan (dəqiqləşdirmə)" səhifəsində isə hər iki məqaləyə keçid veriləcək. Eləcə də şəxslərin məşhurluq kriteriyaları əsas götürüləcək. Tutaq ki, Heydər Əliyev adında rəssam, kino xadimi, pedaqoq və s. olarsa, təbii ki, biz indiki məqalənin adını dəyişib "Heydər Əliyev (siyasətçi)", o biri məqalələri "Heydər Əliyev (rəssam)" və s. qoymayacağıq. "Heydər Əliyev" adı elə siyasətçi haqqında olan məqalənin adı olaraq qalacaq (indiki kimi). Çünki aydın məsələdir ki, əgər vikidə bu şəxs adı ilə məqaləyə 100 daxili keçid veriləcəksə onun 90-nı siyasətçi haqqında olan məqaləyə olacaq. Ona görə də "Heydər Əliyev (dəqiqləşdirmə)" səhifəsi yaradılacaq, orda bu və o biri adlar qeyd ediləcək. Amma belə istisnalar çox az olur. Əsasən elə şəxs adı və soyadı səhifəsi özü dəqiqləşdirmə olacaq. Məsələn, Yaşar Əliyev kimi. Hörmətlə:--Sortilegus (talk) 13:08, 27 dekabr 2012 (UTC)Cavabla
"Araz Yaquboglu/Arxiv 3" istifadəçi səhifəsinə qayıt.

Saytda 38 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024