Şibukava Şunkay Haqqında Məlumat - Axtarış

Şibukava Şunkay Haqqında Məlumat - Axtarış


Şibukava_Şunkay üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Şibukava Şunkay sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Şibukava Şunkay sözünə uyğun gələn mahnı axtar və yüklə


Şibukava Şunkay sözünə uyğun gələn lazımlı linklərə bax


Şibukava Şunkay sözünə uyğun gələn şəkillərə bax və yüklə


Şibukava Şunkay sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaŞibukava Şunkay sözünə uyğun gələn məqaləni oxu


Şibukava Şunkay sözünə uyğun gələn xəbər axtar və oxu


Şibukava Şunkay sözünə uyğun gələn kinoya bax və yüklə


Şibukava Şunkay sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Şibukava Şunkay sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Şibukava Şunkay tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Şibukava Şunkay

Şibukava Şunkay və ya Şibukava Harumi (渋川 春海?, 27 dekabr 1639, Kioto[d]1 noyabr 1715 və ya 6 oktyabr 1715[1], Edo[d])Yaponiya astronomu, təqvim alimi, qo oyunçusu və samurayı. Atasının adı olan Yasui Santetsu (安井 算哲?) ilə tanınmış,[2] lakin özünə Şibukava Sakuzaemon adını da götürmüşdür.[3] O, təqvim hazırlayan ilk yapon alimdir.[4]

Şibukava Şunkay
yap. 渋川春海
Doğum tarixi 27 dekabr 1639(1639-12-27)
Doğum yeri
Vəfat tarixi 1 noyabr 1715(1715-11-01) (75 yaşında) və ya 6 oktyabr 1715(1715-10-06)[1] (75 yaşında)
Vəfat yeri
Fəaliyyəti astronom
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk illəri və karyerası redaktə

Şibukava 1639-cu ildə Yaponiyanın Kioto şəhərində yaşayan Yasui ailəsində doğulmuşdur.[4] Atası peşəkar qo oyunçusu idi.[4] Uşaq olanda Rokuzo adı ilə çağırılmışdır.[4] Atasının 1652-ci ildəki ölümündən sonra qo oyununu peşəsi kimi qəbul etmiş və atasının Santestu adını götürmüşdür.[4]

O, gənc yaşlarından etibarən astronomiya və təqvim elmi sahəsində bacarıqlarını nümayiş etdirməyə başlamışdır.[4] Ansay Yamazakidən konfusiçilikşintozim dərsləri, Cyunşo Matsuda, Tayfuku AbeQentey Okanoydan təqvim elmi dərsləri almışdır.[3][4]

Şibukava həyatının böyük hissəsini Edo şəhərində keçirsə də, qo oynamadığı vaxtlar Kiotoda olmuşdur.[4] Mito əyalətinin daymyosu Mitsukuni TokuqavaAyzu əyalətindən Masayuki Hoşina onu mühazirə verməyə dəvət etmişdirlər.[4] Hoşina Şibukavanı şoquna təqvim islahatı üçün ən münasib şəxs kimi göstərmişdir.[4] Şibukava 1864-cü ildə Astronomiya bürosuna qəbul edilmişdir.[4] 1686-cı ildə iqamətgahını Edo şəhərinə köçürmüş, 1692-ci ildə samuray olmuşdur.[4] 1702-ci ildə Yasui ailəsinin orijinal soyadı olan Şibukava soyadını qəbul etmişdir.[4]

Şibukava 1715-ci ildə Edo şəhərində ölmüşdür.[4] Qəbri Tokionun Şinaqava xüsusi rayonundakı Tokay Zen məbədində yerləşir.[4]

Elmi töhfələri redaktə

Şibukava bir neçə illik müşahidələrindən sonra Yaponiyada 800 ildən çox istifadə olunmuş Çin təqvimi olan Süanmin təqvimində Ay tutulması tarixlərinin səhv olduğunu və digər xətaları kəşf etmişdir.[3][2] O, müəllimi Tayfuku Abe ilə birlikdə Yuan sülaləsinin təqvimi əsasında Cokyo təqvimini hazırlamış[3] və Yaponiyada təqvim islahatını dəstəkləmişdir.[4] Bu təqvim 1685-ci ildə Tokuqava şoqunluğu tərəfindən rəsmi olaraq qəbul edilmiş və 1755-ci ilə qədər istifadə edilmişdir.[4]

Şibukava "Nihon Çoreki" adlı işini (azərb. "Yaponiyanın uzun təqvimi"‎) tərtib etmiş,[3] Mitsukuni Tokuqava üçün qlobus hazırlamışdır.[3] O, "Tenşo Retsuci no Zu" (1670), "Tenmon Bunya no Zu" (1677) və "Tenşo Seyşo Zu" (1699) kimi ulduz xəritələrinin müəllifi olmuşdur.[4] Oğlu Hisatadanın adı ilə nəşr olunmuş "Tenşo Seyşo Zu" əsərində ənənəvi Çin ulduz xəritəsində olmayan yeni bürcləri göstərmişdir.[2][4]

Populyar mədəniyyətdə redaktə

2012-ci ildə rejissor Yociro Takita tərəfindən çəkilmiş "Yerdə və göydə dərindüşüncəlilik" filmi Şibukava Şunkayın həyatından bəhs edir. Filmdə astronomu Cuniçi Okada canlandırmışdır.[5]

İstinadlar redaktə

  1. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. 1 2 3 Kodansha Encyclopedia of Japan
  3. 1 2 3 4 5 6 The Japan Biographical Encyclopedia & Who's Who
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Biographical Encyclopedia of Astronomers
  5. Schilling, Mark. "Tenchi Meisatsu (Tenchi: The Samurai Astronomer)". The Japan Times. 14 sentyabr 2012. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.

Ədəbiyyat redaktə


Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024