Şirəli Şirəliyev Haqqında Məlumat - Axtarış

Şirəli Şirəliyev Haqqında Məlumat - Axtarış


Şirəli_Şirəliyev üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Şirəli Şirəliyev sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Şirəli Şirəliyev sözünə uyğun gələn mahnı axtar və yüklə


Şirəli Şirəliyev sözünə uyğun gələn lazımlı linklərə bax


Şirəli Şirəliyev sözünə uyğun gələn şəkillərə bax və yüklə


Şirəli Şirəliyev sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaŞirəli Şirəliyev sözünə uyğun gələn məqaləni oxu


Şirəli Şirəliyev sözünə uyğun gələn xəbər axtar və oxu


Şirəli Şirəliyev sözünə uyğun gələn kinoya bax və yüklə


Şirəli Şirəliyev sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Şirəli Şirəliyev sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Şirəli Şirəliyev tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Şirəli Şirəliyev

Şirəli Qulam oğlu Şirəliyevsovet futbolçusu və məşqçisi. Azərbaycan SSR-nin əməkdar məşqçisi və "Əməkdar bədən tərbiyəçisi və idman xadimi".[1][2] "Neftyanik" komandasının məşqçisi (1949), baş məşqçisi (1951-1952, 1958) və rəisi (1952, 1957-1958).[2][3] Azərbaycanın ilk futbol məşqçisi.[1][4]

Şirəli Şirəliyev
Ümumi məlumatlar
Tam adı Şirəli Qulam oğlu Şirəliyev
Ləqəbi Pol Robson[1]
Doğum tarixi
Doğum yeri Salyan, Rusiya İmperiyası
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİ
Karyerası
Klub karyerası[* 1]
???? SSRİ Dinamo GOHM ? (?)
???? SSRİ Lokomotiv ? (?)
???? SSRİ Temp Bakı ? (?)
Məşqçisi olduğu klublar
1951—1952 SSRİ Neftyanik
1958 SSRİ Neftyanik
Təltif və medalları

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Həyatı redaktə

Şirəli Qulam oğlu Şirəliyev 1912-ci ildə Salyanda anadan olub. 12 yaşında ikən iş tapmaq məqsədi ilə Bakıya gəlmiş və Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində işə düzəlmişdir. Şirəli futbolu çox sevdiyi üçün fabrikdə işləməklə bərabər futbol komandası da yaratmışdı. O, fabrikdə əvvəlcə özü kimi gəncləri toplayıb, məşqlərə başlamışdır. Sonra onun komandası Bakı yarışlarında qüvvəsini sınamışdır. Onun oyunu futbol mütəxəssislərinin gözündən yayınmamışdı. Şirəlini Bakının "Dinamo GOHM", "Lokomotiv" komandalarına, sonra isə "Temp"ə dəvət etmişdilər. 30-cu illərin axırında o, “Temp”də Mirmehdi Ağayev, Vasili İkonnikov, Yevgeni Şaqarov və başqa adlı-sanlı futbolçularla oynamağa başlamışdı. 1939-cu ildə Şirəli Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olmuşdu.[1]

Şirəliyev Böyük Vətən Müharibəsi başlayanda cəbhəyə yollanıb. Müharibə başa çatdıqdan sonra o, təhsilini davam etdirməklə yanaşı ""Neftyanik" cəmiyyətinin futbol məktəbində məşqçilik fəaliyyətinə də başlamışdı.

1949-cu ildə Şirəliyevi "Neftyanik" komandasına ikinci məşqçi kimi dəvət etmişdilər. Baş məşqçi isə komandada Viktor Paseviç idi.

1951-1952 və 1958-ci illərdə "Neftyanik" futbol komandasının baş məşqçisi, 1952, 1957-1958-ci illərdə isə rəisi kimi fəaliyyət göstərmişdir.

1962-ci ildə respublikada futbolun yaranmasının 50 illiyi münasibətilə keçirilən tədbirdə Şirəli Şirəliyevə Azərbaycan SSR-nin əməkdar məşqçisi adı verilmişdir. Həmin ildə, həmçinin, "Azərbaycan SSR-nin əməkdar məşqçisi bədən tərbiyəçisi və idman xadimi" adına layiq görülüb.[1][2]

Şirəli Şirəliyev ömrünün sonunadək "Neftçi" cəmiyyətinin futbol məktəbində usta idmançılar hazırlanması işində çalışıb.[1]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 "Futbolumuzun "Robson"u, yaxud unudulmaz məşqçi". Cempion.az. 2019-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
  2. 1 2 3 "Ширалиев Ширали Куламович". Sport-strana.ru. 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
  3. "Ширалиев Ширали Г." Footballfacts.ru. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  4. "Чингиз Исмайлов: Проблемы азербайджанского футбола всегда были в центре внимания общенационального лидера". Azertag.az. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-20.



Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024