Əkinçilik Haqqında Məlumat - Axtarış

Əkinçilik Haqqında Məlumat - Axtarış


Əkinçilik üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Əkinçilik sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Əkinçilik sözünə uyğun gələn mahnı axtar və yüklə


Əkinçilik sözünə uyğun gələn lazımlı linklərə bax


Əkinçilik sözünə uyğun gələn şəkillərə bax və yüklə


Əkinçilik sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaƏkinçilik sözünə uyğun gələn məqaləni oxu


Əkinçilik sözünə uyğun gələn xəbər axtar və oxu


Əkinçilik sözünə uyğun gələn kinoya bax və yüklə


Əkinçilik sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Əkinçilik sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Əkinçilik tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Əkinçilik — insanların səmərəsindən faydalandığı bitkilərin becərilməsində məhsuldarlığın yüksəldilməsi, sabit məhsul almağa istiqamətli, əhəmiyyətli bir fəaliyyət növü.

Ümumi məlumat redaktə

Azərbaycanda təxminən e.ə. IV minillikdən başlayaraq Neolit dövrünü Tunc dövrü əvəz edir. Bu dövr təxminən iki min il davam edərək e.ə. I minilliyin başlanğıcında sona çatır, həmin dövr təkcə tuncun geniş istehsalı ilə deyil, eyni zamanda ictimai münasibətlərin və kənd təsərrüfatının inkişafı ilə də səciyyələnirdi.

Tunc dövründən etibarən toxa əkinçiliyindən cüt əkinçiliyinə keçid başlanmışdı. Bununla da əkinçilik təsərrüfatında aparıcı üstün rol kişilərin əlinə keçmiş, belə ki, təsərrüfatın xarakterində baş verən dəyişiklik bu sahədə qadın əməyinin rolunun gözə çarpacaq dərəcədə azalmasına səbəb olmuşdur.

Cütün meydana gəlməsi əkin sahələrinin daha geniş istifadə edilməsinə əlverişli imkan yaratdı, bununla əlaqədar bir sıra əkinçilik sistemləri əmələ gəldi və inkişaf etdi. Əkinçilikdə işlədilən tunc alətlər xeyli təkmilləşdi və çoxaldı, lakin Fridrix Engelsin dediyi kimi, tunc daş alətləri tamamilə sıxışdırıb aradan çıxara bilmədi. Bu işi dəmir həyata keçirdi.

Azərbaycanda dəmirin meydana çıxması və geniş inkişafı təkcə iqtisadi həyatda deyil, ictimai quruluşun özündə də köklü dəyişikliklərə səbəb olmuşdu.

Əkin sahəsində məhsul artımı ucun əsas şərt torpağın nisbətən keyfiyyətli şumlanmasından asılı olmşdur. Azərbaycanda şumlamada xışların qoşqu heyvanlar vasitəsilə işlədilməsi və taxıl doyumundə vəllərin geniş istifadəsi bu baxımdan boyuk əhəmiyyət kəsb edir.

Orta əsrlərdə ağır və ya qara kotan deyilən daha təkmil şum alətinin Azərbaycanda istifadə edilməsi dövrünə görə ən mühüm ixtiralardan sayılır. XII əsrin sonu və XIII əsrin əvvəllərinə aid irihəcmli gavahının Beyləqandan tapılması qara kotanın tarixinin öyrənilməsində mühüm rol oynayır.

Azərbaycanın əkinçilik üçün yararlı olan torpaqlarında taxıl zəmilərinin becərilməsi o qədər də zəhmət tələb etmirdi. Ona elə böyük ehtiyac da duyulmurdu. Bu, hər şeydən əvvəl, torpağın məhsuldarlığı ilə əlaqədardır. Bu baxımdan böyük Nizami Gəncəvinin fikri maraqlı və daha xarakterikdir:

Biz əkin zamanı səpib zəmini, Həqqə tapşırırıq sonra əkini, Altı ay olarıq əkindən uzaq, Bir də biçin vaxtı biçirik ancaq Belə əkdiyimiz zəmilərdən düz Bol məhsul alırıq birə yeddi yüz.

XIX əsrin əvvəllərindən etibarən Azərbaycanın taxılçılıqla məşğul olan bütün rayonlarında dənli bitkilərin əkin sahəsi xeyli genişləndirilmiş və bununla da taxıl məhsulunun ümumi yığımı artmışdır. Buğdaarpa (bitki) dənli bitkilər içərisində öz əkin sahəsinə və məhsul yığımına görə yenə də əsas yeri tuturdu.

Həmin dövrdən Azərbaycanda becərilməyə başlayan qarğıdalı bitkisi ilk vaxtlar əsasən bostan bitkiləri ilə birlikdə qarışıq əkilərdi, lakin daha sonralar bu bitki geniş sahələrdə ayrılıqda becərilmişdir. Qarğıdalı bitkisi taxılçılıq təsərrüfatında öz əkin sahəsinə görə geniş yayıla bilməmişdir, lakin yerli əhali onu az və ya çox halda kiçik və ya böyük sahələrdə becərərək yüksək məhsuldarlığına görə həmişə qiymətləndirmişdir. Ona görə də bu bitki xalq arasında "peyğəmbər buğdası" adlanmışdır.

Ümumiyyətlə, XIX əsrin son onilliklərində Azərbaycanda istehsal olunan taxıl məhsulları yerli əhalinin çörəyə olan ehtiyacını tam ödəyirdi. Həmin illərdə başqa yerlərdən ölkəyə satış üçün heç vaxt taxıl gətirilməmişdir. Əksinə, həmin dövrdə ölkədə istehsal olunan taxıl satışa çıxarılaraq İrana, Gürcüstana, Rusiyaya və hətta Avropa ölkələrinə də göndərilirdi.

Zəngin və çoxəsrlik təcrübəyə malik olan Azərbaycan taxılçıları özlərinin ənənəvi əmək vərdişlərini davam etdirməklə, onu nəsillərdən-nəsillərə verirdilər. Onlar əkinçilikdə məhsuldarlığın yüksəldilməsinə səbəb olan amil və səbəbləri öyrənməklə belə, öz bilik və vərdişlərini artıraraq sabit məhsul almağa çalışırdılar. Hətta onların nümayəndələri ölkə və ümumdünya kənd təsərrüfatı sərgilərində cəsarətlə iştirak edərək mükafata layiq fəxri yerləri də tutmuşdular.

Mənbə redaktə

  • Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. I cild. səh. 65. ISBN 978-9952-34-152-2

Həmçinin bax redaktə


Saytda 151 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024