Əliniyaz Məmmədov Haqqında Məlumat - Axtarış

Əliniyaz Məmmədov Haqqında Məlumat - Axtarış


Əliniyaz_Məmmədov üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Əliniyaz Məmmədov sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Əliniyaz Məmmədov sözünə uyğun gələn mahnı axtar və yüklə


Əliniyaz Məmmədov sözünə uyğun gələn lazımlı linklərə bax


Əliniyaz Məmmədov sözünə uyğun gələn şəkillərə bax və yüklə


Əliniyaz Məmmədov sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaƏliniyaz Məmmədov sözünə uyğun gələn məqaləni oxu


Əliniyaz Məmmədov sözünə uyğun gələn xəbər axtar və oxu


Əliniyaz Məmmədov sözünə uyğun gələn kinoya bax və yüklə


Əliniyaz Məmmədov sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Əliniyaz Məmmədov sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Əliniyaz Məmmədov tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Əliniyaz Məmmədov

Əliniyaz Məmmədov (2 may 1955, Masallı rayonu) — tibb elmləri doktoru, professor.

Əliniyaz Məmmədov
Əliniyaz Əli oğlu Məmədov
Doğum tarixi (68 yaş)
Doğum yeri Tatyanoba, Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
İş yeri
  • Topçubaşov adına Elmi Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutu[d]
Təhsili

Həyatı redaktə

Məmmədov Əliniyaz Əli oğlu 1955-ci il mayın 2-də Azərbaycan Respublikası Masallı rayonunun Tatyanoba kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə Masallı şəhər 3 saylı orta məktəbini bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1975-ci ildə hələ tələbəykən, Bakı şəhər Döş qəfəsi cərrahiyyəsi klinikasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1978–1979-cu illərdə Bakı şəhər təcili və təxirəsalınmaz cərrahiyyə klinik xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keçmişdir.1979–1985-ci illərdə Səhiyyə Nazirliyinin təyinatı ilə Cəlilabad rayon mərkəzi xəstəxanasında əvvəlcə cərrahiyyə şöbəsində həkim-ordinator sonra isə şöbənin müdiri vəzifələrində çalışıb. 1981-ci ildə 6 ay müddətində Xarkov şəhərində cərrahiyyə üzrə ixtisasartırma kursunda olmuşdur. Əliniyaz Əli oğlu Məmmədov 1985–1987-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda cərrahiyyə ixtisası üzrə 2 illik klinik ordinatura keçmişdir. Kliniki ordinaturanı bitirdikdən sonra elə həmin il (1987) N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda aspiranturaya qəbul olunub.

1989-cu ildə Namizədlik dissertasiyasını tez müdafiə etdiyindən (1 il 6 ay ərzində) aspiranturanı vaxtından əvvəl bitirmişdir. 1989-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Elmi şurasının qərarı ilə İnstitutun cərrahi xəstəliklər kafedrasına assistent vəzifəsinə qəbul edilmiş, sonra həmin kafedranın dosenti vəzifəsinə qədər yüksəlmişdir. 1990–1992-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda dekan müavini vəzifəsində çalışmışdır.

1987-ci ildən 1994-cü ilə kimi dəvətlə xarici ölkələrin birində cərrah kimi çalışmışdır. 1995-ci ildən 1999-cu ilə kimi akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasında əvvəlcə həkim ordinator, sonrakı illərdə isə şöbə mü-diri vəzifəsində çalışmışdır.1999-cu ilin may ayından indiyə kimi akad. M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzinin mədə bağırsaq cərrahiyyə şöbəsində aparıcı elmi işçi, şöbə müdiri vəzifəsində işləmiş, 2012-ci ildən isə qaraciyər, öd yolları və mədəalti vəz cərrahiyyə şöbəsinin rəhbəri vəzifəsinə müsabiqə yolu ilə secilmiş və hal-hazırda o vəzifədə çalışır. O 2005-ci ildə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə edərək, Rusiya Federasiyasının tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən diplomu qəbul edilərək ona, həmçinin, Azərbaycan Respublikasının tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilmişdir.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2006–2007-ci illərdə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində baş həkim vəzifəsində işləmişdir. Əliniyaz Məmmədov 2006-cı ildə Rusiya Lazer Akademiyasının, 2017-ci ildən isə Beynəlxalq Elmlər Akademiyasının akademikidir. Professor Əliniyaz Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə ekspert şurasının üzvüdür.

Ailəsi redaktə

Evlidir,üç qızı bir oğlu, səkkiz nəvəsi var(İlham,Kənan,Murad,Mələk,Ziya,Elmir,Dilək,Mira). Xanımı Məmmədova Rəna İbrahim qızı orta məktəbdə müəllimədir.Böyük qızı Məmmədova (Mayılova) Aygün ixtisasca həkimdir ,alimlik dərəcəsi müdafiə etmişdir tibb üzrə fəlsəfə doktorudur;2-ci qızı Məmmədova Ülkər ixtisasca stomatoloqdur,özəl klinikada həkim,stomatoloq kimi fəaliyyət göstərir;3-cü qızı Məmmədova (Abdullayeva) Ülviyyə Ü.Hacıbəyov adına Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib musiqi məktəbində fortepiano müəlliməsidir;oğlu Məmmədli Əli (1997) Amerika Birləşmiş Ştatlarının qabaqcıl universitetlərindən birində təhsilini başa vurub,hal-hazırda dövlət qurumlarından birində çalışır. Böyük nəvəsi İlham,Türkiyənin ən qabaqcıl universitetlərindən birində Tibb təhsili alır. Atası Məmmədov Əli Məmmədsalah oğlu(1908–1994) rayonun sayılıb secilen ağsaqqallarından olub,müxtəlif vəzifələrdə calışıb Anası Məmmədova Ceyran Nəcəf qızı 1912-ci ildə anadan olub, 1990-cı ildə vəfat edib. Professor Əliniyaz Məmmədovun həyatda uğur qazanmasında böyük qardaşı Əlihüseyn müəllimin böyük rolu olmuşdur

Elmi –pedaqoji fəaliyyəti redaktə

Əliniyaz Məmmədov 1987-ci ildə Bakı şəhərində ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda aspiranturaya daxil olmuşdur. 1989-cu ildə aspirantura müddəti başa çatmamış "Эндолимфатическая комплексная медикаментозная терапия в коррекции нарушений микроциркуляции и детоксикации организма при распространенном перитоните" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək vaxtından əvvəl tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Əliniyaz Məmmədov aspiranturanı bitirdikdən sonraN.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun cərrahi xəstəliklər kafedrasında assistent sonra isə həmin kafedrada dosent vəzifəsində işləmişdir.

2005-ci ildə Ali Attestasiya Komissiyasının göndərişi ilə Moskva şəhərində "Использование магнито-ИК лазерного излучения в профилактике и комплексном лечении печеночной недостаточности при механической желтухе неопухолевого генеза " mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən diplomu qəbul edilərək ona, Azərbaycan Respublikasının tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir

2007-ci ildən Odlar Yurdu Universitetində cərrahi xəstəliklər kafedrasının yaranmasında və təçkilatlanmasında bilavasitə iştirak edərək uzun müddət kafedra müdiri vəzifəsidə calışmışdır. 2013-cü ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahi xəstəliklər kafedrasının professorudur.

Kitabları və əsas elmi əsərləri redaktə

Professor Əliniyaz Məmmədov 100-dən çox elmi əsərin, 4 monoqrafiyanın, 1 dərslik, 4 dərs vəsaiti və tədris-metodik vəsaitin, 4 ixtira və səmərələşdirici təklifin, 4 metodik tövsiyənin, bir necə elmi-kütləvi məqalələrin müəllifidir. Elmi işlərindən bir çoxu xarici mətbuatda çap olunmuşdur .

Praktiki fəaliyyəti redaktə

Professor Əliniyaz Məmmədov cərrahi əməliyyat zamanı.

 
Əməliyyat Zamanı

Professor Əliniyaz Məmmədov 40 ilə yaxındır ki,praktiki cərrahi fəaliyyətlə məşğuldur.İndiyə qədər onun tərəfindən 10000 -ə yaxın ən müxtəlif xarakterli əməliyyatlar icra edilmişdir. Professor Əliniyaz Məmmədov öz peşə hazırlığını artırmaq ücün köhnə SSRİ məkanında habelə Avropanın bir sıra ölkələrində ixtisasartırma kurslarında olmuşdur. Əliniyaz Məmmədov tərəfindən mədə,bağırsaq,qaraciyər,öd yolları,mədəaltı vəz və s.orqanlar üzərində ən mürəkkəb rekonstruktiv əməliyyatlar cox müvəffəqiyyətlə yerinə yetirilir.

Onun rəhbərlik etdiyi qaraciyər ,öd yolları və mədəalti vəz cərrahiyyə şöbəsində qaraciyərin ən müxtəlif cərrahi xəstəlikləri, habelə öd kisəsi və öd yollarının mürəkkəb patologiyaları zamanı ,xüsusən öd yolları zədələnmələri baş verdikdə ən mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlar cox uğurla aparılır. Professor Əliniyaz Məmmədov mədə və bağırsaqların xoş və bəd xassəli xəstıliklərinin cərrahi müalicəsində cox böyük təcrübəyə malik alimlərdən biridir.Onun bu sahədə yetişdirdiyi cox böyük həkimlər ordusu mövcuddur.

Görkəmli alim Əliniyaz Məmmədovun xidmətləri nəzərə alınaraq 2015-ci ildə onun 60 illik yubileyi rəsmi qaydada qeyd edilərək ,yubleyə həsr olunmuş Respublika miqyaslı 2 günlük elmi-praktik konfrans kecirilmişdir.

İstinadlar redaktə

Xarici keçidlər redaktə

  1. http://saglamxeber.com/articles.php?article_id=357[ölü keçid]
  2. http://www.525.az/site/?name=xeberprint&kecid=1&news_id=14210

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024