Əmrah Aslanov Haqqında Məlumat - Axtarış

Əmrah Aslanov Haqqında Məlumat - Axtarış


Əmrah_Aslanov üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Əmrah Aslanov sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Əmrah Aslanov sözünə uyğun gələn mahnı axtar və yüklə


Əmrah Aslanov sözünə uyğun gələn lazımlı linklərə bax


Əmrah Aslanov sözünə uyğun gələn şəkillərə bax və yüklə


Əmrah Aslanov sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaƏmrah Aslanov sözünə uyğun gələn məqaləni oxu


Əmrah Aslanov sözünə uyğun gələn xəbər axtar və oxu


Əmrah Aslanov sözünə uyğun gələn kinoya bax və yüklə


Əmrah Aslanov sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Əmrah Aslanov sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Əmrah Aslanov tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Əmrah Aslanov (1 iyun 192019 aprel 1982) — "Qızıl Ordu"nun baş serjantı, 28-ci qvardiya süvari alayının istehkamçısı (mina təmizləyən). Döyüş yolu Moskvadan Berlinədək davam etmişdir.[1] Şöhrət Ordeninin hər üç dərəcəsinin kavaleri olub.[1]

Əmrah Aslanov
Əmrah Qara oğlu Aslanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Təzəkənd, Marneuli rayonu, Gürcüstan Demokratik Respublikası
Vəfat tarixi (61 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Mühəndis qoşunları
Xidmət illəri 19391946
Rütbəsi Baş serjant
Döyüşlər
Təltifləri Tam Şöhrət Ordeni kavaleri

Bioqrafiya redaktə

Əmrah Aslanov 1 iyun 1920-ci ildə Gürcüstanın Marneuli rayonunun Təzəkənd kəndində kəndli ailəsində anadan olmuşdur. O, 3 sinif bitirmişdi və kolxozda briqadir işləyirdi.[1]

1939-cu ildə "Qızıl Ordu"nun sıralarına qoşulub. 102-ci atıcı alayda xidmət edib. 1941-ci ilin iyun ayından Böyük Vətən müharibəsində iştirak edib. Döyüş yolu Moskvadan Berlinədək davam etmişdir.[1]

20 mart 1944-cü ildə Vitebsk şəhərindən cənubda 18 ədəd minanı təmizləmiş və tankları minalanmış sahədən keçirtmişdir. Sonradan, Hitlerçilərin mövqeləri ələ keçirildikdən sonra isə 40 ədəd mina quraşdırmış və bununla da düşmənlərin ləngiməsinə səbəb olmuşdur.[1]

20 may 1944-cü ildə, döyüş zamanı göstərdiyi igidliyə görə 199-cu atıcı diviziya komandirinin əmri ilə "3-cü Dərəcəli Şöhrət Ordeni"ilə təltif edilmişdir.[1]

1945-ci il yanvarın 22-də 28-ci qvardiya süvari alayının istehkamçısı Əmrah Aslanov Allenştayn şəhəri (indiki Olştın, Polşa) yaxınlığında gedən döyüşlərdə düşmənin 4 əsgərini məhv edir və üç nəfərini əsir götürür. Yolun minalardan təmizlənməsi zamanı isə 8 ədəd tank əleyhinə olan minanı zərərsizləşdirir.[1]

Əmrah Aslanov 6 mart 1945-ci ildə "2-ci Dərəcəli Şöhrət Ordeni" ilə təltif edilmişdir.[1]

27 aprel 1945-ci ildə Angermyunde yaşayış məntəqəsinin şimal qərbində döyüşən Əmrah Aslanov öz döyüş yoldaşları ilə birlikdə düşmənin 3 ədəd tank əleyhinə olan qurğusunu və 6 ədəd meşə pusqusunu sıradan çıxarır, şəxsən 33 mərmini zərərsizləşdirir.[1]

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 1945-ci il 29 iyun tarixli qərarına əsasən Əmrah Qara oğlu Aslanov göstərdiyi igidliklərə görə "1-ci Dərəcəli Şöhrət Ordeni"nə layiq görülür.[1]

Baş serjant Əmrah Aslanov 1946-cı ildə ordu sıralarından ayrılaraq vətəninə dönmüşdur. Burada o, südçülük və tərəvəzçilik kolxozunda mühafizə rəisi vəzifəsində çalışmışdır.[1]

Əmrah Aslanov 19 aprel 1982-ci ildə vəfat etmişdir. Təzəkənd orta məktəbinə onun adı verilmişdir.[1]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Асланов Амрах Кара оглы". Warheroes.ru. 11 may 2017 tarixində arxivləşdirilib.

Ədəbiyyat redaktə

  • Loboda V.F. Солдатская слава. 2. Moskva. 1967. səh. 27-28.
  • Кавалеры ордена Славы трёх степеней. Moskva: Воениздат. 2000.
  • A.A. Hüseynov. (2000 nüs.). Bakı. 2014. səh. 8-11.

Xarici keçidlər redaktə


Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024