1957 UEFA Çempionlar Kuboku finalı Haqqında Məlumat - Axtarış

1957 UEFA Çempionlar Kuboku finalı Haqqında Məlumat - Axtarış


1957_UEFA_Çempionlar_Kuboku_finalı üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz 1957 UEFA Çempionlar Kuboku finalı sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


1957 UEFA Çempionlar Kuboku finalı sözünə uyğun gələn mahnı axtar və yüklə


1957 UEFA Çempionlar Kuboku finalı sözünə uyğun gələn lazımlı linklərə bax


1957 UEFA Çempionlar Kuboku finalı sözünə uyğun gələn şəkillərə bax və yüklə


1957 UEFA Çempionlar Kuboku finalı sözünə uyğun gələn məqalə axtar və oxu


Wikipediada1957 UEFA Çempionlar Kuboku finalı sözünə uyğun gələn məqaləni oxu


1957 UEFA Çempionlar Kuboku finalı sözünə uyğun gələn xəbər axtar və oxu


1957 UEFA Çempionlar Kuboku finalı sözünə uyğun gələn kinoya bax və yüklə


1957 UEFA Çempionlar Kuboku finalı sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə 1957 UEFA Çempionlar Kuboku finalı sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız 1957 UEFA Çempionlar Kuboku finalı tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

1957 UEFA Çempionlar Kuboku finalı

1957 UEFA Çempionlar Kuboku finalı ― 30 may 1957-ci ildə Çempionlar Kuboku 1956/1957 mövsümünün qalibini müəyyən etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinin Santyaqo Bernabeu stadionunda keçirilən futbol oyunu. Matçda İspaniyanın "Real Madrid" və İtaliyanın "Fiorentina" klubları qarşılaşmışdılar. "Real Madrid" 2-ci hissədə Alfredo Di StefanoFransisko Xentonun vurduğu qolları sayəsində oyunda 2–0 hesabı ilə qalib gəldi.[1] Komandalardan birinin ev stadionunda oynadığı dörd finaldan (Çempionlar Liqası dövrünü nəzərə almaqla, 1965, 1984 və 2012 finalları) birincisi idi və həmçinin qalib gələn komandanın ev stadionunda oynadığı ilk final idi.

1957 UEFA Çempionlar Kuboku finalı
Turnir Çempionlar Kuboku 1956/1957
Tarix 30 may 1957
Yer Santyaqo Bernabeu, Madrid
Hakim Leo Horn (Niderland)
Tamaşaçı 124,000
1956
1958

"Real Madrid"in ilk qolu mübahisələrə səbəb oldu ki, Niderlandlı hakim Leo Horn yan xətt hakimin penalti təyin olunmazdan öncə işarə etdiyi ofsayd siqnalına əhəmiyyət vermədi və bundan başqa Mateosa qarşı edilən qayda pozuntusu cərimə meydançasından kənarda edilmişdir.[2]

Finala gedən yol redaktə

İspaniya  Real Madrid Mərhələ İtaliya  Fiorentina
Rəqib Ümumi hesab 1-ci oyun 2-ci oyun Rəqib Ümumi hesab 1-ci oyun 2-ci oyun
Avstriya  Rapid Vyana 5–5

(Təkrar: 2–0)

4–2 (Ev) 1–3 (Səfər) Birinci raynd İsveç  Norrçöpinq 2–1 1–1 (Ev) 1–0 (Səfər)
Fransa  Nitsa 6–2 3–0 (Ev) 3–2 (Səfər) 1/4 final İsveçrə  Qrasshopper 5–3 3–1 (Ev) 2–2 (Səfər)
İngiltərə  Mançester Yunayted 5–3 3–1 (Ev) 2–2 (Səfər) Yarımfinal Yuqoslaviya  Srvena Zvezda 1–0 1–0 (Səfər) 0–0 (Ev)

Real Madrid redaktə

"Real Madrid" turnirə son qalib kimi qatıldı, klub son mövsümün final oyununda Paris şəhərinin Park de Prens stadionunda 4–3 heabı ilə "Reyms" klubuna qalib gəldi.[3] O, son çempion olduğu üçün onlar birbaşa birinci raunda keçdilər ki, bu mərhələdə Avstriya çempionu "Rapid Vyana" ilə heç-heçə etdilər. Santyaqo Bernabeu stadionunda keçirilən ilk oyunda Alfredo Di StefanoRamon Marsal iki qol vuraraq, klublarına 4–2 hesablı qalibiyyət gətirdilər.[4] İkinci oyunda Ernst Happel het-trik edərək "Rapid"i 3 qol qabağa saldı, lakin Di Stefanonun qolu hesabı 3–1 etdi.[5] Oyunun ümumi hesabı 5–5 oldu. Səfərdə vurulan qol qaydası 1965-ci ilə qədər tətbiq olunmadığı üçün Bernabeuda təkrar oyun keçirildi, hansında ki XoseitoRaymon Kopanın qolları sayəsində "Real Madrid" 2–0 hesablı qələbə qazandı.[6]

1/4 finalda madridlilər Fransa çempionu "Nitsa" ilə qarşılaşdılar. Xoseito və Enrike Mateosun iki qolu Madrid klubuna 3–0 hesablı qələbə bəxş etdi. Səfərdə keçirilən oyunda Jak Fua Fransa təmsilçisinə ümid versə də, Xoseitonun daha bir qolu və Di Stefanonun iki qolu cütlüyn taleyini həll etdi; oyunun sonunda "Nitsa" oyunçusu Ferents Koçurun penalti zərbəsindən vurduğu qol yekun 6–2 hesabını təyin etdi.[7]

Yarımfinal mərhələsində "Real Madrid"in növbəti rəqibi "Mançester Yunayted" oldu. Ektor Rial və Di Stefanonun səyləri nəticəsində oyunun başlamasından bir saat sonra hesab artıq 2–0 idi; cavabında Tommi Teylor bir qolun əvəzini çıxsa da, bir dəqiqədən sonra Mateos fərqləndi. Old Traffordun qəbul etdiyi cavab oyunda Kopa və Rial fərqlənərək "Real Madrid"ə finala vəsiqə qazandıracaq önəmli qolların müəllifləri oldular; Teylor və Bobbi Çarltonun qolları yekun 5–3 hesabını təyin etdilər. Bu nəticə "Real Madrid"i ard-arda ikinci Avropa kuboku finalına çıxartdı.[8]

Fiorentina redaktə

"Fiorentina" turnirə Seria A-nın 1955/1956 mövsümünün son qalib kimi qatıldı. Klub ilkin mərhələ püşkatmasında Cənubi Mərkəzi Avropa qrupuna düşdü, lakin püşkatmadan çıxan ilk dörd komanda sırasına daxil edilmədi və birinci raunda vəsiqə qazandı. Onun rəqibi, birinci raunda avtomatik vəsiqə qazanan digər klub İsveçin "Norrçöpinq" komandası oldu. Artemio Françi stadionunda keçirilən ilk oyunda qonaq komanda Hari Bildin sayəsində hesabı açdı, lakin çox keçməmiş Klaudio Bizzarinin qolu oyunun yekun 1–1 hesabını təyin etdi. İkinci oyunda Cuzepe Vircilinin yeganə qolu ümumi 2–1 hesabı ilə İtaliya təmsilçisini növbətə mərhələyə keçirtdi.[9]

İsveçrənin "Qrasshopper" klubuna qarşı keçirilən yarımfinal oyununda "Fiorentina" Armando SeqatoRomano Takkola (2) səyləri nəticəsində tez bir vaxt ərzində hesabı 3–0 etdi, lakin Rober Ballaman səfərdə oynayan komandanın xeyrinə bir qol vurmağı bacardı. İkinci oyunda Julinyo fərqi bir qədər də artırsa da, Ballaman yenidən İsveçrə klubu üçün fərqi azaltdı; buna baxmayaraq Migel Montuori "Fiorentina"nın ümumlikdə beşinci qolun müəllifi oldu və beləcə hesabı 5–3 edən Branislav Vukosavleviçin qolu daha çox təsəlli rolu aldı.[10]

Fiorentinaın yarımfinalda rəqibi Yuqoslaviyanın "Srvena Zvezda" klubu oldu. Belqradda keçirilən oyunda yeganə qol oyunun başa çatmasına 2 dəqiqə qalmış italiyalıların xeyrinə Maurilio Prini tərəfindən vuruldu.[11] Cavab oyunu qolsuz keçdi və cütlüyün qalibi Fiorentina olaraq Çempionlar Kuboku finalına çıxan ilk İtaliya təmsilçisi oldu.

Oyun redaktə

Final 30 may 1957-ci ildə Santyaqo Bernabeu stadionunda keçirildi. Oyunun baş hakimi Niderlandlı Leo Horn oldu. Di Stefanonun penaltisi və Xentonun bir qolu Madrid klubuna 2-0 hesablı qələbə yaşatdı və çempion titulunu qorudu. Bu klubun Çempionlar Kubokunda ikinci çempionluğu oldu.[12]

Detallar redaktə

 Real Madrid İspaniya 2–0 İtaliya  Fiorentina
Di Stefano Qol  69' (pen.)
Xento Qol  75'
Hesabat
 
 
 
 
 
Real Madrid
 
 
 
 
 
 
Fiorentina
GK 1 İspaniya  Xuan Alonso
RB 2 İspaniya  Manuel Torres
LB 3 İspaniya  Rafael Lesmes
RH 4 İspaniya  Migel Munyos (k)
CH 5 İspaniya  Markitos
LH 6 İspaniya  Xose Mariya Sarraqa
OR 7 Fransa  Raymon Kopa
IR 8 İspaniya  Enrike Mateos
CF 9 İspaniya [b] Alfredo Di Stefano
IL 10 İspaniya  Ektor Rial
OL 11 İspaniya  Fransisko Xento
Məşqçi:
İspaniya  Xose Vilyalonqa
 
GK 1 İtaliya  Culiano Sarti
RB 2 İtaliya  Ardiko Manyini
LB 3 İtaliya  Alberto Orzan
RH 4 İtaliya  Serco Çervato (k)
CH 5 İtaliya  Aldo Skaramuççi
LH 6 İtaliya  Armando Seqato
OR 7 Braziliya  Julinyo
IR 8 İtaliya  Qvido Qratton
CF 9 İtaliya  Cuzeppe Virсili
IL 10 İtaliya  Migel Montuori
OL 11 İtaliya  Klaudio Bitsarri
Məşqçi:
İtaliya  Fulvio Bernardini


Həmçinin bax redaktə

Qeydlər redaktə

  1. Oyun əvvəlcə saat 20:00-də planlaşdırılsa da, Fiorentina süni işıqlar altında oynamağa vərdiş etmədikləri üçün başlanğıc saatının irəli çəkilməsini istədi.
  2. Argentina mənşəli Di Stefano milli karyerası ərzində həm Argentinanı, həm də Kolumbiyanı təmsil etmişdir; lakin 1956-cı ildə vətəndaşlıq almış İspaniya vətəndaşı oldu və 1957-ci ildə İspaniya milli komandasında oynamağa başladı..[13][14]

İstinadlar redaktə

  1. "European Cup 1956/57 from UEFA". 2013-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-31.
  2. Simpson, Paul; Hesse-Lichtenberger, Uli. Sleight, Hugh (redaktor). "50 Things You Never Knew About... The European Cup". FourFourTwo. Teddington: Haymarket Consumer (134). October 2005: 101. ISSN 1355-0276.
  3. "1955/56: Madrid claim first crown". UEFA.com. Union of European Football Associations. 20 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  4. "1956/57, First round, 1st leg". UEFA.com. Union of European Football Associations. 4 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  5. "1956/57, First round, 2nd leg". UEFA.com. Union of European Football Associations. 3 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  6. "1956/57, First round". UEFA.com. Union of European Football Associations. 5 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  7. "1956/57, Quarter-finals, 2nd leg". UEFA.com. Union of European Football Associations. 10 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  8. "1956/57, Semi-finals, 2nd leg". UEFA.com. Union of European Football Associations. 25 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  9. "1956/57, First round, 2nd leg". UEFA.com. Union of European Football Associations. 2 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  10. "1956/57, Quarter-finals, 2nd leg". UEFA.com. Union of European Football Associations. 10 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  11. "1956/57, Semi-finals, 1st leg". UEFA.com. Union of European Football Associations. 20 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  12. "Home comforts bring second title for Madrid". UEFA.com. Union of European Football Associations. 2 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  13. "Arxivlənmiş surət". 2018-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-31.
  14. "Arxivlənmiş surət". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-31.

Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024