Abbasəli Abbasəliyev Haqqında Məlumat - Axtarış

Abbasəli Abbasəliyev Haqqında Məlumat - Axtarış


Abbasəli_Abbasəliyev üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Abbasəli Abbasəliyev sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Abbasəli Abbasəliyev sözünə uyğun gələn mahnı axtar və yüklə


Abbasəli Abbasəliyev sözünə uyğun gələn lazımlı linklərə bax


Abbasəli Abbasəliyev sözünə uyğun gələn şəkillərə bax və yüklə


Abbasəli Abbasəliyev sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaAbbasəli Abbasəliyev sözünə uyğun gələn məqaləni oxu


Abbasəli Abbasəliyev sözünə uyğun gələn xəbər axtar və oxu


Abbasəli Abbasəliyev sözünə uyğun gələn kinoya bax və yüklə


Abbasəli Abbasəliyev sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Abbasəli Abbasəliyev sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Abbasəli Abbasəliyev tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Abbasəli Abbasəliyev

Abbasəli Abbasəliyev (22 aprel 1970, Ağbulaq, Krasnoselsk rayonu) — həkim kardioloq, Azərbaycanda angioqrafiya və stent əməliyyatlarının icrasında, başqa sözlə invaziv kardiologiya üzrə ilk yerli mütəxəssis. Respublika Müalicə Diaqnostika Mərkəzinin Kadiologiya şöbəsinin müdiri, Azərbaycan Kardiologiya Cəmiyyəti idarə heyətinin üzvü, tibb elmləri namizədi.Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 14.11.2016 tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[1]

Abbasəli Abbasəliyev
RDM-də çəkiliş
RDM-də çəkiliş
Doğum tarixi (54 yaş)
Doğum yeri Ağbulaq, Qərbi Azərbaycan, Göyçə mahalı
Vətəndaşlığı Azərbaycan
Elm sahəsi tibb
Elmi dərəcəsi tibb elmləri namizədi
İş yeri Respublika Müalicə Diaqnostika Mərkəzi
Tanınır Kardioloq, İnvaziv kardioloq
Üzvlüyü
  • Azərbaycan Kardiologiya Cəmiyyəti[d]
Mükafatları Səhiyyə əlaçısı döş nişanı, Tərəqqi medalı"Tərəqqi" medalı

Həyatı redaktə

Abbasəli Abbasəliyev 1970-ci il 22 apreldə anadan olub.

Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra qardaş ölkə olan Türkiyə ilə imzalanmış müqaviləyə əsasən Türkiyədə tibb təhsilini davam etdirmişdir.

1991–1997-ci illərdə Turkiyənin İzmir şəhərində Dokuz Eylül Unversitetinin Tibb fakültəsində təhsil alıb.

1997–2001-ci illərdə İzmir Ege Universitetinin Kardiologiya Kafedrasında ixtisaslaşma keçərək, elmi işini müdafiə edib kardiologiya mütəxəssisi adını alıb[2].

2001–2003-cü illərdə İzmirdə xüsusi Atakalb Ürək Xəstəlikləri Xəstəxanasında işləmişdir.

Əmək fəaliyyəti redaktə

2003-cü ilin aprelindən 2006-cı ilin müvafiq dövrünə qədər Bakıda Mərkəzi Klinik Xəstəxanasında kardiologiya bölməsinin müdiri vəzifəsində işləyib.

2006-cı ildən Mərkəzi Neftçilər Xəstəxanasında İntervension Kardiologiya (İnvaziv kardiologiya) bölməsinin müdiri vəzifəsində çalışır.

2003-cü ilin aprelindən 2006-cı ilin müvafiq dövrünə qədər Bakıda Mərkəzi Klinik Xəstəxanasında kardiologiya bölməsinin müdiri vəzifəsində işləyib.

Kardioloq kimi peşə fəaliyyətinin mühüm bir hissəsi İnvaziv (İntervension) Kardiologiya ilə sıx bağlıdır. Abbasəli Abbasəliyev invaziv kardiologiyada yetişmiş ilk yerli mütəxəssisdir. 2000-ci illərdə Azərbaycanda kardiologiya bütün dünyada olduğu kimi özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin illərdə ölkəmizdə Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən koronar angioqrafiyamüayinəsi və stent qoyulması yolu ilə tıxanmış damarların açılması əməliyyatları icra olunmağa başlandı. Doktor Abbasəli Abbasəliyev Azərbaycanda belə əməliyyatları icra edən ilk yerli-azərbaycanlı mütəxəssis oldu. O 2003-cü ildən etibarən artıq Mərkəzi klinika Xəstəxanada koronar angioqrafiya və stent əməliyyatlarını həyata keçirməyə başladı.

Koronar angioqrofiya bu gün dünyada ən son istifadə olunan ürək damarlarının vəziyyətini göstərən müayinə sistemidir. Koronar angioqrofiyaya göstərişlər olmalıdır. Xəstə infarkt keçirmişsə və ya hərəkət əsnasında sinə nahiyəsində göynəmə, yanma, ağrı kimi stenakardiya adlandırılan şikayətlərlə həkimə müraciət ettiyi zaman koronar angioqrofiya ilə ürək damarlarının şəklini çəkib, darlığın harada olduğu aşkara çıxarılır.

Damarlarda ciddi və ciddi olmayan darlıqlar olur. Koronar damarlarda darlıqlar insan həyatı üçün təhlükə kəsb etdikdə, infarkt riski mövcud olduqda bu tıxanmış damarları açmaq üçün stent əməliyyatı tətbiq edilir.

Stentlər dərmanlı və dərmansız olmaqla iki böyük qrupa ayrılır. Metal olaraq hər ikisi bəlli metallardan hazırlanır. Dərmanlı stendlərin üzərinə xüsusi dərmanlar hopdurulur və bu gələcəkdə restenoz riskini ciddi şəkildə azaltmış olur. Dərmansız stentlərdə isə üzərində dərman olmur. Dərmansız stendlərin dərmanlı stentlərdən tutulma riski daha çoxdur. Dərmanlı stentlərdə təkrar tutulma riski 3–5 % olduğu halda, dərmansız stentlərdə bu risk daha yüksəkdir. Burada önəmli olan damarın yeri və ölçüsüdür. Damarın ölsüsü və diametri nə qədər böyük, uzunluğu isə nə qədər qısa olarsa, dərmanlı və dərmansız stendlərin fərqi yoxdur. Damarın ölsüsü və diametri nə qədər böyük, uzunluğu isə nə qədər qısa olarsa stend dərmansız stend olsa belə tutulma riski azdır.

Arteriya damarından girərək bu əməliyyatı icra edilir. Adətən qasıq- bud arteriyası və mil arteriyasından girərək əməliyyat icra olunur. Bunların prinsipial fərqi ondan ibarətdir ki, qol damarından icra olunması xəstələrin rahatlığı üçün əlverişlidir. Yaşlı xəstələrdə isə qanaxma riskini azaldır. Qol damarı incə olduğu üçün o risk o qədər də çox deyil.

Abbasəli Abbasəliyevin invaziv kardiologiyada fəaliyyət istiqaməti təkcə angioqrafiya və stent müdaxiləsindən ibarət deyil.

Bəzi anadangəlmə ürək qüsurlarının (Ağciyər arteriyası qapağının darlığı, qulaqcıqlararası çəpərin defekti (ASD) Patent Duktus Arteriosuz (PDA), Aort koarktasiyası) cərrahiyyəsiz (qapalı) müalicəsi də bura daxildir. İnvaziv kardiologiya eyni zamanda ürək ritminin problemlərində daimi pacemaker (Ürək batereyası), İCD, CRT cihazlarının implantasiyası, Aort qapağının qapalı üsulla dəyişdirilməsini də (TAVİ) əhatə edir

Abbasəli Abbasəliyev 2006-cı ildən 2017-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasının İntervension Kardiologiya şöbəsinin müdiri işləyib.

2017-ci ilin Mart ayından etibarən kardioloq, doktor Abbasəli Abbasəliyev Respublika Müalicə-Diaqnostika Mərkəzinin nəzdində Bakı Ürək Mərkəzinin Kardiologiya şöbəsinin müdiridir.

Hal-ahzırda kardioloq, doktor Abbasəli Abbasəliyev Respublika Müalicə-Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin müdiridir.[3]

Angioqrafiya və stent müdaxilələri ilə yanaşı olaraq bir kardioloq kimi Exokardioqrafiya da daxil olmaqla bütün non invaziv müdaxilələr və ürək çatışmazlığı, hipertoniya, Ürəyin İşemik xəstəliyi, ateroskleroz və sairə bütün ürək xəstəliklərinin diaqnostikası və müalicəsi onun tibbdə əsas fəaliyyət sahələridir. O Azərbaycanda invaziv kardiologiyanın inkişafında rol oynayan aparıcı mütəxəssislərdən biri kimi yeni kadrların hazırlanmasında iştirak edir, beynəlxalq kardioloji konfranslarda fəal iştirak edir.[4]

Xarici keçidlər redaktə

Azerbaycanda invaziv kardiologiyanın tarixi ve bu günü. saglamTV. İnvaziv kardioloqlar

Stent qoyulsaydi infarkt olmazdi…..

Invaziv kardioloq Abbaseli Abbaseliyev

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-01.
  2. "Dr. Abbasəli Abbasəliyev". 2018-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-15.
  3. "Arxivlənmiş surət". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-21.
  4. "Arxivlənmiş surət". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-21.

Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024