Abbas Qasımov (mayor) Haqqında Məlumat - Axtarış

Abbas Qasımov (mayor) Haqqında Məlumat - Axtarış


Abbas_Qasımov_(mayor) üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Abbas Qasımov (mayor) sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Abbas Qasımov (mayor) sözünə uyğun gələn mahnı axtar və yüklə


Abbas Qasımov (mayor) sözünə uyğun gələn lazımlı linklərə bax


Abbas Qasımov (mayor) sözünə uyğun gələn şəkillərə bax və yüklə


Abbas Qasımov (mayor) sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaAbbas Qasımov (mayor) sözünə uyğun gələn məqaləni oxu


Abbas Qasımov (mayor) sözünə uyğun gələn xəbər axtar və oxu


Abbas Qasımov (mayor) sözünə uyğun gələn kinoya bax və yüklə


Abbas Qasımov (mayor) sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Abbas Qasımov (mayor) sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Abbas Qasımov (mayor) tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Abbas Qasımov (mayor)

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru və hərbi pilot, Vətən müharibəsinin şəhidi

Abbas Rza oğlu Qasımov (17 mart 1986, Rəhimabad, Zəngibasar rayonu27 sentyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru və hərbi pilot, İkinci Qarabağ müharibəsi şəhidi.

Abbas Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 17 mart 1986(1986-03-17)
Doğum yeri
Vəfat tarixi 27 sentyabr 2020(2020-09-27) (34 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Xidmət illəri 2004–2020
Rütbəsi Mayor
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı "Qubadlının azad olunmasına görə" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Həyatı redaktə

Abbas Qasımov 1986-cı il martın 17-də Masis rayonunun (Zəngibasar rayonu) Rəhimabad kəndində anadan olub.[1] 6 yaşı olanda atasını itirən Abbas Qasımov, ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonunda deportasiya edilir və Qasımovlar ailəsi Binəqədi rayonunda yaşamağa başlayır. 1993–2003-cü illərdə Binəqədi rayonunda F. İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə təhsil alıb. 2003–2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.[2][3][4]

Hərbi xidməti redaktə

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Qasımov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı baş leytenant Xalid Gözəlov ilə birgə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.[5][6][7]

İkinci Qarabağ müharibəsinin başladığı birinci dəqiqələrdə şəhid olan Abbas Qasımov və baş leytenant Xalid Gözəlov müharibənin birinci şəhidləri oldular.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[9]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[10]

Təltifləri redaktə

İrsi və xatirəsi redaktə

  • 2021-ci ildə yaşadığı binanın divarında xatirəsini əbədiləşdirmək üçün xatirə lövhəsi vurulmuşdur.
  • Binəqədi rayonu 6-cı mikrorayonda küçələrin birinə Abbas Qasımovun adı verilmişdir.[14]

İstinadlar redaktə

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. "Abbas Qasımov: Vətən müharibəmizin ilk şəhidlərindən biri". 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
  3. "Unudulmazlar — Abbas Qasımov". 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
  4. "Binəqədi şəhidləri". 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
  5. "İkinci Qarabağ müharibəsinin ilk Şəhidi - mayor Abbas Qasımov". 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
  6. "Onun arzusu döyüş təyyarəsi ilə Qarabağ səmasında uçmaq idi - Abbas Qasımov İkinci Qarabağ müharibəsinin ilk şəhid pilotudur". 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
  7. "Zəfər Yolunu açmaq üçün Şəhid olan qəhrəman - Abbas Qasımov". 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
  8. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  9. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  10. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  11. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  12. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  13. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". e-qanun.az. 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  14. "Qasımov Abbas Rza oğlu". 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.

Xarici keçidlər redaktə


Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024