Abdulla Vəliyev Haqqında Məlumat - Axtarış

Abdulla Vəliyev Haqqında Məlumat - Axtarış


Abdulla_Vəliyev üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Abdulla Vəliyev sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Abdulla Vəliyev sözünə uyğun gələn mahnı axtar və yüklə


Abdulla Vəliyev sözünə uyğun gələn lazımlı linklərə bax


Abdulla Vəliyev sözünə uyğun gələn şəkillərə bax və yüklə


Abdulla Vəliyev sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaAbdulla Vəliyev sözünə uyğun gələn məqaləni oxu


Abdulla Vəliyev sözünə uyğun gələn xəbər axtar və oxu


Abdulla Vəliyev sözünə uyğun gələn kinoya bax və yüklə


Abdulla Vəliyev sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Abdulla Vəliyev sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Abdulla Vəliyev tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Vəliyev Abdulla Hüseyn oğlu (13 fevral 19108 iyun 1986) — Azərbaycanın tanınmış görkəmli dialektoloqu, filologiya elmləri doktoru, professor.

Vəliyev Abdulla
Vəliyev Abdulla Hüseyn oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Elm sahəsi dilçilik
Elmi dərəcəsi filologiya elmləri doktoru
İş yeri Bakı Dövlət Universiteti

Həyatı redaktə

Vəliyev Abdulla Hüseyn oğlu 13 fevral 1910-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1941-ci ildə xarici Dillər İnstitutunda Azərbaycan və rus dili kafedrasının müdiri olmuş, 1954–1960-cı illərdə Azərbaycan Dövlət Universitetində Azərbaycan dili kafedrasının müdiri vəzifəsidnə çalışmışdır.

Vəliyev Abdulla Nizami adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi, "Türk dilləri dialektologiyası məsələləri" adlı ümumittifaq jurnalının məsul katibi, Azərbaycan EA dil üzrə əlaqələndirmə şurasının katibi, ADU-nun filologiya fakültəsinin Müdafiə Elmi Şurasının elmi katibi vəzifələrini icra etmişdir.

O, Moskva türkologiya məktəbinin yetirməsidir.

Elmi yaradıcılığı redaktə

A.Vəliyevin elmi fəaliyyəti zəngin və çəxşaxəli olmuşdur. Uzun müddətli ekspedisiyalarda topladığı materiallar əsasında yazılmış "Azərbaycan dilinin Muğan qrupu şivələri" (1955), "Naxçıvan MSSR-in dialekt və şivələri" (1962), "Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri" (1967) monoqrafiyalarının və "Azərbaycan dilinin dialektoloji lüğətin"nin (1964) müəlliflərindən biri olmuşdur.

A.Vəliyev 1952-ci ildə "Говоры западных районов Апшеронского полуострова" adlı mövzuda namizədlik dissertasiyasını müdafiə etmişdir, 1975-ci ildə "Переходные говоры азербайджанского языка" adlı mövzu üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Cəbhədəki xidmətlərinə və səmərəli əmək fəaliyyətinə görə o, bir çox orden və medallarla, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

Kitablar redaktə

  • 1. Azərbaycan dialektologiyası proqramı. Tərtib edəni R.Rüstəmov Bakı: ADU nəşriyyatı, 1953.
  • 2. Azərbaycan dilinin Muğan qrupu şivələri. Bakı, 1955.
  • 3. Azərbaycan dialektologiyasına aid materiallar. Bakı, 1960
  • 4. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Azərb. EA nəşriyyatı, 1964.
  • 5. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. C.1, Bakı: Azərb. EA nəşriyyatı, 1967.
  • 6. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Azərb. EA nəşriyyatı, 1964.
  • 7. Azərbaycan dialektologiyası. Bakı, 1975.
  • 8. Azərbaycan dialektologiyasında praktikum. Bakı, 1978.
  • 9. Türk dillərinin dialektologiyasına giriş. Bakı, 1978.
  • 10. Azərbaycan dilinin keçid şivələri. Bakı, 2005[1].

Məqalələr redaktə

  • 1. О диалектологической работе в Азгосуниверситете //Вопросы диалектологии тюркских языков Баку Изд-во АН Азерб.,1958.
  • 2. Некоторые фонетические особенности переходных говоров азербайджанского языка// Вопросы диалектологии тюркских языков, т. 2, Баку Изд-во АН Азерб.,1960.
  • 3. Вопросы методики проведения наблюдений над говорами тюркских языков // Вопросы диалектологии тюркских языков. Казань,1960.
  • 4. О некоторых особенностях переходных говорах азербайджанского языка// Вопросы диалектологии тюркских языков. Т. 3 Баку: Изд-во АН Азерб.,1963.
  • 5. К проблеме переходного говора в азербайджанском языке // Вопросы диалектологии тюркских языков. Т.4 Баку: Изд-во АН Азерб.,1966.
  • 6. Ağdaş şivələrinin lekcikasına dair // Ədəbiyyat və Dil İnstitutunun əsərləri.C.8, Bakı Azərb.EA nəşriyyatı, 1957.
  • 7. Azərbaycan dialektologiyasına aid materiallar.Göyçay keçid şivələrinin leksikası Bakı: Azərb. Universiteti nəşriyyatı, 1960.
  • 8. Ağdaş keçid şivələrində sait fonemlər sistemi haqqında bəzi qeydlər// ADU-nun elmi əsərləri, dil və ədəbiyyat ser.,1967,3.
  • 9. Azərbaycan dialektologiyası: Keçid şivələrin morfologiyası və sintaksisi. Bakı: ADU-nun nəşri, 1975.
  • 10. Dialekt xüsusiyyətlərinin mühafizə edilməsində coğrafi amillərin rolu //Dilçilik coğrafiyası, tarixi dialektologiya və türk dillərinin tarixi problemləri. Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri,1982.

Onun haqqında yazılmış məqalələr redaktə

  • 1. Əzizov E. Xalq şivələri öyrənilir // Azərbaycan müəllimi 1976, 13 fevral.
  • 2. Əzizov E. Görkəmli alim, gözəl müəllim// Lenin tərbiyəsi uğrunda. 1977, 12 dekabr.
  • 3. Əzizov E.Örnək olan ömür // Azərbaycan müəllimi. 1990, 5 dekabr.
  • 4. Зейналов Ф.Г. , Азизов Э.И. Абдулла Гусейн оглы Велиев : К семидесятилетию со дня рождения // Сов. Тюркология. 1980, 1.
  • 5. Naxçıvan MSSR-in dialekt və şivələri. Bakı: Azərb. EA nəşriyyatı,1962.
  • 6. Багиров А.А., Азизов Э.И. Абдулла Гусейн оглы Велиев. Советская тюркология. 1986, 3.
  • 7. Budaqov R.A. Dilçiliyə aid oçerklər. Bakı: Azərb. Dövlət nəşriyyatı,1956.

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-15.

Saytda 162 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024