Abuzər bəy Rzayev Haqqında Məlumat - Axtarış

Abuzər bəy Rzayev Haqqında Məlumat - Axtarış


Abuzər_bəy_Rzayev üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Abuzər bəy Rzayev sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Abuzər bəy Rzayev sözünə uyğun gələn mahnı axtar və yüklə


Abuzər bəy Rzayev sözünə uyğun gələn lazımlı linklərə bax


Abuzər bəy Rzayev sözünə uyğun gələn şəkillərə bax və yüklə


Abuzər bəy Rzayev sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaAbuzər bəy Rzayev sözünə uyğun gələn məqaləni oxu


Abuzər bəy Rzayev sözünə uyğun gələn xəbər axtar və oxu


Abuzər bəy Rzayev sözünə uyğun gələn kinoya bax və yüklə


Abuzər bəy Rzayev sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Abuzər bəy Rzayev sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Abuzər bəy Rzayev tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Abuzər bəy Rzayev

Rzayev (İrzayev) Abuzər bəy Əsgər bəy oğlu (17 oktyabr 1876, Yelizavetpol15 iyun 1920, Bakı) — Gəncənin ilk ixtisaslı memar-mühəndisi, Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Rəfibəylilər nəslindəndir.[1][2]

Abuzər bəy Rzayev
Şəxsi məlumatlar
Doğum tarixi 17 oktyabr 1876(1876-10-17)
Doğum yeri
Vəfat tarixi 15 iyun 1920(1920-06-15) (43 yaşında)
Vəfat yeri

Həyatı redaktə

Təhsili redaktə

Orta təhsilini əvvəllər mollaxanada, sonra isə Şah Abbas məscidindəki mədrəsədə alıb. Tiflis realnı məktəbini (1894) və Moskva texniki məktəbini (1899) bitirmişdir.[3]

Ailəsi redaktə

Abuzər bəyin 3 övladı olub. Almaniyada ali təhsilli mühəndislik ixtisasına yiyələnən oğlanlarından Səməd 1922-ci ildə Türkiyəyə, Əskər isə 1925-ci ildə İrana getməyə məcbur olub. Səməd ailə qursa da, Əskər ömrünün sonuna kimi evlənməyib. Abuzər bəyin 1915-ci il təvəllüdlü yeganə qız övladı olan Züleyxa xanım Tibb İnstituna daxil olsa da, IV kursdan təhsilini yarımçıq qoymağa məcbur olub.[2]

Fəaliyyəti redaktə

Çar dövrü redaktə

1899-cu ildən Musa NağıyevMurtuza Muxtarovun Bibiheybətdəki neft mədənlərində mühəndis, sonra mədən müdiri işləmişdir. Neft sənayesində böhranla əlaqədar olaraq 1909-cu ildə Gəncəyə köçmüş, bir müddətdən sonra Gəncə şəhər idarəsi başçısının (şəhər qlavası) müavini seçilmiş, şəhərin içməli su ilə təchizatı sahəsində səmərəli fəaliyyət göstərmişdir. Fevral inqilabından (1917) sonra təşkil edilmiş Gəncə Quberniya İcraiyyə Komitəsinin üzvü olmuşdur.[2]

AXC dövrü redaktə

Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918-ci il 19 noyabr) əsasən, Gəncə şəhərindən Cümhuriyyət Parlamentinin tərkibinə seçilmişdi. Parlamentdə "Bitərəflər" fraksiyasını, 1919-cu ilin oktyabrında bu fraksiyanın parçalanmasından və böyük əksəriyyətin Müsavat fraksiyası ilə birləşməsindən sonra "Müsavat" və bitərəflər fraksiyasını təmsil etmişdir. Eyni zamanda, maliyyə-büdcə komissiyasının üzvü, sonralar sədri olmuşdur. Aprel işğalından (1920) sonra bir müddət Bibiheybət rayonu neft mədənlərinin müdiri işləmiş, 1920-ci il iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfındən həbs edilmiş və güllələnmişdir.[3]

Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Abuzər bəy Rzayevi Azərbaycanın istiqlal şəhidi adlandırıb[4].

İstinadlar redaktə

  1. "Gəncənin ilk ixtisaslı memar-mühəndisi - Abuzər bəy Rzayev". azertag.az.
  2. 1 2 3 "Gəncəli memarın həyat hekayəti". medeniyyet.az. 2022-05-01 tarixində arxivləşdirilib.
  3. 1 2 "Ali təhsil tariximizdən". www.muallim.edu.az. 2018-06-15 tarixində arxivləşdirilib.
  4. Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1990. 79. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-11-07.

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024