Afaq Məsud Haqqında Məlumat - Axtarış

Afaq Məsud Haqqında Məlumat - Axtarış


Afaq_Məsud üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Afaq Məsud sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Afaq Məsud sözünə uyğun gələn mahnı axtar və yüklə


Afaq Məsud sözünə uyğun gələn lazımlı linklərə bax


Afaq Məsud sözünə uyğun gələn şəkillərə bax və yüklə


Afaq Məsud sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaAfaq Məsud sözünə uyğun gələn məqaləni oxu


Afaq Məsud sözünə uyğun gələn xəbər axtar və oxu


Afaq Məsud sözünə uyğun gələn kinoya bax və yüklə


Afaq Məsud sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Afaq Məsud sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Afaq Məsud tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Afaq Məsud

Azərbaycan Respublikasının xalq yazıçısı

Məsud Afaq Məsud qızı (3 iyun 1957, Bakı) — Xalq yazıçısı,[1] dramaturq, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru.[2]

Afaq Məsud
Məsud Afaq Məsud qızı
Doğum tarixi 3 iyun 1957(1957-06-03) (66 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Məsud Əlioğlu
Təhsili
Fəaliyyəti yazıçı
Əsərlərinin dili azərbaycanca
Üzvlüyü
Mükafatları

"Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2005 "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 2019

"Şöhrət" ordeni — 2017 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Humay" mükafatı — 1998
afaqmesud.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti redaktə

Afaq Məsud qızı Vəliyeva 3 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1979–1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986–1988-ci illərdə "Azərbaycantelefilm"in direktoru, 1989–2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 501 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 may tarixli 110 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Roman, pyes, essehekayələr müəllifidir.

Əsərləri, müsahibə və məqalələri bir çox ölkələrin nəşriiyyatlarında, KİV-də nəşr olunub, mədəniyyət, ədəbiyyat portallarında yayınlanıb. "Can üstə", "O məni sevir", "Yol üstə", "Qatarın altına atılan qadın", "Kərbəla", "Mənsur Həllac" pyeslərinin müəllifidir.[2]  Dövlət "Yuğ" Teatrında "Can üstə", "O məni sevir" (rejissor – Vaqif İbrahimoğlu), Akademik Milli Dram Teatrının səhnəsində "Qatarın altına atılan qadın" tamaşaya qoyulub (rejissor – Mehriban Ələkbərzadə). Onun əsərləri əsasında "Sərçələr" (rejissor – Eyvaz Vəliyev), "Qonaqlıq" (pejissor — Tariyel Vəliyev) televiziya tamaşaları, "Gecə" (rejissor – Teymur Quliyev), "Cəza" (rejissor – Mehriban Ələkbərzadə), "Dovşanın ölümü" (rejissor – L. Nəcəfzadə) filmləri çəkilib.

Q. Q. Markesin "Patriarxın payızı", T. Vulfun "Dünyanın hörümçək toru" romanlarının, Məhəmməd Nəsəfi, Əbu Həmid əl-Qəzali, İbn Ərəbi, Cəlaləddin Ruminin təzkirələrinin Azərbaycan dilinə tərcümə müəllifidir.

1994-cü ildə Berlin Ədəbiyyat Evində "İzdiham" əsərinin alman dilində qiraəti və müzakirəsi keçirilib, 2000-ci ildə Vyana Universitetində yaradıcılığı əsasında doktorluq dissertasiyası müdafiə olunub. (Sena Doğan "Avropa şərqşünaslığında qadın yazarlar") 2004-cü ildə Vyana radiosunda "Sərçələr" hekayəsinin motivləri əsasında hazırlanmış "Die Sperlinge" ("Sərçələr") radio-pyesinin yayını təşkil edilib.[2]

Ailəsi redaktə

Azərbaycanın Xalq yazıçısı Əli Vəliyevin nəvəsi, ədəbiyyatşünas alim Məsud Əlioğlunun qızıdır.

Əsərləri redaktə

Romanları
  • “Qarğış”
  • “Keçid”
  • “Fatma”
  • “Dəfn”
  • “Üzü işığa”
  •  “Suiti”
  • “İzdiham”
  • “Azadlıq”
  • “II İohan”
Hekayələri
  • Şənbə Gecəsi
  • Çovğun
  • Müdir
  • Yataqxana
  • Uydurma
  • Bekar
  • Mədəd
  • Tutuquşu
  • Öldürdülər
  • Sərçələr
  • Tək
  • Qəza
  • Qu quşu
  • Dovşanın ölümü
  • Prezident
  • O
  • Gecə
  •  Generalın ölümü
  • S.V.A.C.O.
  • Alman kilsəsi
  • Dahi
  • Müvəkkil Vaysman
  • Can üstə
  • Aysun
Pyesləri
  • Can üstə
  • Aktrisa
  • O məni sevir...
  • Qatarın altına atılan qadın
  • Kərbəla
  •  Mənsur Həllac
Tərcümələri
  • Tomas Vulf “Dünyanın hörümçək toru”
  • Qabriel Qarsia Markes - “Patriarxın payızı”
  • Xilas yolunun yolçuları
  • Ziqmund Freyd - "Biz və ölüm"
  • Əl Qəzali "Səadət iksiri"
  • İbn Ərəbi "Allahı axtaranlara məsləhət"
  • Əl Qəzali "Hədis ül-qüds"
  • Nəsəfi "Zübdət-əl-hakayik"
  • Əl Qəzali "Oğluma məktub"
  • Anton Çexov: “Qara rahib”
Filmlər, teletamaşalar
  • “Qonaqlıq”
  • “Sərçələr”
  • “Cəza”  
  • “Gecə”
  • “Dovşanın ölümü”
Teatr tamaşaları
  • O, məni sevir...
  • Can üstə
  • Qatarın altına atılan qadın
Kitabları
  • "Üçüncü mərtəbədə", Bakı, Gənclik, 1971
  • "Şənbə gecəsi", Bakı, Yazıçı, 1984
  • "Субботний вечер", Москва, 1984 ("Şənbə gecəsi", Moskva, 1984)
  • "Keçid" (povest və hekayələr), Bakı, Yazıçı, 1988
  • "Tək", Bakı, Gənclik, 1992
  • "İzdiham", Bakı, Azərbaycan Tərcümə Mərkəzi
  • "Azadlıq" (roman, esse, hekayə), Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1997
  • "Roman, esse, hekayə", Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1999
  • "Yazı", Bakı, Qanun, 2004
  • "II İohan" (hekayə-roman), Bakı, Mütərcim, 2009
  • "Suiti", Tehran, 2011, Pinar
  • "Seçilmiş əsərləri" 1-ci cild, Bakı, Elm və təhsil, 2012
  • "Seçilmiş əsərləri" 2-ci cild, Bakı, Elm və təhsil, 2012
  • "Роман-рассказ", Баку, Евразиа Пресс, 2012
  • "Kalabalık" ("İzdiham"), Ankara, Bengü, 2015
  • "Üzü işığa", Tehran, Nohbəgan, 2015
  • "İzdiham", Tehran, Şurafərin, 2016
  • "İzdiham", Tehran, Fərsar, 2016
  • "Избранное", Москва, Художественная литература, 2017 ("Seçilmiş əsərləri", Moskva: Xudojestvennaya literatura, 2017)
  • "Azadlıq", Kiyev, Druqe dixaniya, 2017
  • “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” Bakı, 2018
  • "Azadlık" İstanbul, Zengin Yayıncılık,2018
  • "Şənbə gecəsi və digər hekayələr", Qahirə 2018
  • "Azadlıq" Merani, Gürcüstan, 2019
  • “Azadlıq”, (“Szabadulas”) Macarıstan, 2020
  • “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Bakı, 2020
  • “II İohan”,  Parlaq qələm (İran), 2022
  • “Qarabağın incisi Şuşa” – Bakı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi – 2022)
  • “Dovşanın ölümü” - Bakı (“Təhsil” nəşriyyatı – 2023)
  • “Duyğular imperiyası” - Bakı (“Təhsil” nəşriyyatı – 2024)

Təltif və mükafatları redaktə

  • "Humay" mükafatı "Humay" mükafatı — 1998 
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar İncəsənət xadimi" fəxri adına layiq görülüb "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2005 
  • TÜRKSOYUN Mahmutkulu Firaki adına medalı
  • Türkiyə "Beynəlxalq Səhnə Əsərləri Müsabiqəsi"nin qalibi
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.[3] "Şöhrət" ordeni — 2017 
  • Haldun Taner medalı laureatı[4]
  • "Gürcüstanın Mədəniyyət Elçisi" Fəxri diplomu
  • "Azərbaycan Xalq Cümhuriyyəti" medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı 
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Xalq yazıçısı" fəxri adına layiq görülüb.[1] "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 2019 
  • Gürcüstan Yazıçılar Birliyinin "Akakiya Tsereteli" mükafatı
  • Gürcüstan və Acara Yazıçılar Evinin Fəxri diplomu
  • "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanına layiq görülüb.[5]  
  • Gürcüstan Yazıçılar Birliyinin "İvane Maçabeli" mükafatı[6]
  • Rustaveli Ziyalılar Cəmiyyəti – Gürcüstanın "Əməkdar mədəniyyət xadimi"
  • Gürcüstan Yazıçılar Birliyinin "Mixeil Cavaxişvili" mükafatı[6]
  • Gürcüstan – "Georgi Leonidze adına Qızıl medal"
  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 [7]

İstinadlar redaktə

  1. 1 2 "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 25 may 2019. 13 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2020.
  2. 1 2 3 "Haqqında". afaqmesud.az. 13 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2020.
  3. "A.M.Vəliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 1 iyun 2017. 6 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2020.
  4. "Afaq Məsuda "Haldun Taner" medalı verilib" (az.). https://senet.az. Archived from the original on 17 May 2023. İstifadə tarixi: 15 may 2023.
  5. ""Kaspi"nin əməkdaşına mükafat verilib" (az.). www.kaspi.az. 2021-12-28. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
  6. 1 2 "Afaq Məsud "İvane Maçabeli" və "Mixeil Cavaxişvili" mükafatlarına layiq görülüb" (az.). https://525.az. Archived from the original on 13 May 2023. İstifadə tarixi: 1 may 2023.
  7. "Haqqında" (az.). https://afaqmesud.az. 13 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may 2024.

Xarici keçidlər redaktə


Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024