Ahmet Ümit Haqqında Məlumat - Axtarış

Ahmet Ümit Haqqında Məlumat - Axtarış


Ahmet_Ümit üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Ahmet Ümit sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Ahmet Ümit sözünə uyğun gələn mahnı axtar və yüklə


Ahmet Ümit sözünə uyğun gələn lazımlı linklərə bax


Ahmet Ümit sözünə uyğun gələn şəkillərə bax və yüklə


Ahmet Ümit sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaAhmet Ümit sözünə uyğun gələn məqaləni oxu


Ahmet Ümit sözünə uyğun gələn xəbər axtar və oxu


Ahmet Ümit sözünə uyğun gələn kinoya bax və yüklə


Ahmet Ümit sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Ahmet Ümit sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Ahmet Ümit tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Ahmet Ümit (30 sentyabr 1960[1][2][…], Qaziantep) — Türkiyə şairi və yazıçısı. Daha çox kriminal janrında olan romanları ilə tanınmışdır.

Ahmet Ümit
türk. Ahmet Ümit
Təxəllüsü K. Yalçın
Doğum tarixi 30 sentyabr 1960(1960-09-30)[1][2][…] (63 yaş)
Doğum yeri
Milliyyəti türk
Həyat yoldaşı Vildan Ümit
Təhsili
Fəaliyyəti ssenarist, yazıçı
İstiqamət kriminal
Janr roman
İlk əsəri Sokağın zulası
Mükafatları Ferit Oğuz Bayır Fikir və İncəsənət Mükafatı
www.ahmetumit.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Kommunist dövr redaktə

Ahmet Ümit 1960-cı ildə Türkiyənin Qaziantep şəhərində 7 uşaqlı ailənin ən kiçiyi kimi anadan oldu. Atası xalça satıcısı, anası dərzi idi[3]. İbtidai təhsilindən sonra Qaziantep Atatürk Liseyinə girdi. 14 yaşında siyasi baxışına görə 24 dostu ilə birlikdə Qaziantepin xaricinə sürgün edilmiş və təhsilini Diyarbəkirin Erqani ilçəsində tamamlamışdır.[4]

1979-cu ildə Mərmərə Universitetinə daxil oldu. Tələbəlik illərində tanış olduğu Vildan xanım ilə evliliyindən Gül adında bir qızı oldu (1981). 1980-ci il çevrilişindən sonra Ahmet Ümit kommunist dərnəklərdə işləməyə başladı.[5] 1982-ci ildə "Ana Yasaya yox" kampaniyasına qatıldı. Divarlarda afişa yapıştırarkən həbs olunan dostları üçün hekayə şəklində yazdığı əsər təxəllüsü "K. Yalçın" imzası ilə əvvəlcə "Atılım" jurnalında, daha sonra Praqada 40 dildə nəşr olunan "Sülh və Sosializm Problemləri" jurnalında çap olundu. Yazıçılığa məhz bu hekayəsi ilə başladı. 1983-cü ildə universitet təhsilini tamamladı.

Üzvü olduğu Türkiyə Kommunist Partiyası (TKP) tərəfindən 1985-ci ildə Moskvaya göndərildi. 1985–1986-cl illərdə Moskva Sosial Elmlər Akademiyasında təhsil aldı. TKP tərəfindən Moskvaya kommunist təhsili alması üçün göndərdiyi 6 gəncin başına gələn hadisələrdən bəhs edən "Qar qoxusu" (1998) adlı romanı bu illərə aid izlər daşıyır.[6] Moskvada ikən şeir yazmağa başladı. 1989-cu ildə siyasətdən ayrılmağa qərar verdi və "Küçənin zulası" adlı şeirini çap etdirdi. Dostu Ali Tayqun ilə birlikdə bir reklam agentliyini işlətməyə başladı.[7]

Əsas yaradıcılıq illəri redaktə

1990-cı ildə bir neçə ədəbiyyat həvəskarı ilə "Yenə sus" adlı jurnalı fəaliyyətə başladı. Şeir və hekayələrini "Adam Sənəti", "Yenə sus", "Öküz", "Respublika kitabı" jurnallarında və "Yeni Əsr" qəzetində çap olundu.

1992-ci ildə ilk hekayələr kitabı olan "Çıplaq ayaqlı idi gecə" kitabına görə həmin il Ferit Oğuz Bayır Fikir və İncəsənət Mükafatına layiq görüldü. Bu kitabdan sonra Ahmet Ümit Türkiyədə tanınmağa başlamışdır.

Ahmet Ümit 1993-cü ildə ATV-də yayınlanan "Çaqqalların izində" kriminal serialı üçün senari və hekayələr yazdı. Bunun ardınca 1995-ci ildə müxtəlif qəzet və jurnallarda Frans Kafka, Dostoyevski, Patrisiya Haysmit, Edqar Allan Po haqqında tanıtma yazıları yazdı.

"Bir səs bölər gecəyi"(1994) adlı uzun hekayəsindən sonra "Nağıl nağıl içində" (1995) hekayəsi çap olundu. Anasından eşitdiyi nağıllara yer verilən kitab ibtidai məktəblərdə və özəl liseylərdə dərslik kimi istifadə olundu, hətta Koreya dilinə tərcümə olundu.[8][9] Daha sonra "Duman və Gecə" romanı nəşr olundu. "Duman və Gecə" romanı böyük mübahisələrə yol açdı. Bu roman Yunanıstanda nəşr olunan ilk türk kriminal əsəri oldu.

Bu romanından sonra "Qar qoxusu" (1998) adlı romanı, "Aqatanın Açarı" (1999) adlı kriminal hekayələr kitabı çapdan çıxdı. 2000-ci ildən etibarən "Patasana" (2000), "Kukla" (2002), "Şeytan detallarda gizlidir" (2002), "Bəyoğlu Rapsodisi" (2003), "Eşq köpəklikdir" (2004), "Ninattanın qolbağı" (2006), "Qəbilə" (2006) adlı kitabları satışa buraxıldı. İstanbul haqqında məlumatlar verən "İstanbul xatirəsi" adlı kriminal roman 2010-cu ilin iyununda oxuculara təqdim olundu. Yazıçının həm də "Komissar Nevzat, Çiçəkçinin Ölümü" (2005) adlı komiksi də vardır.

Hekayələrinin əsasında Uğur Yücel tərəfindən "Qaranlıqda qaçanlar" və Cevdet Mercan tərəfindən "Şeytan detallardada gizlidir" serialları ekranlara çıxmış, "Duman və Gecə" adlı romanı əsasında 2007-ci ildə Turqut Yasalar tərəfindən film çəkilmişdir.

Əsərləri redaktə

  • "Küçənin zulası" (1989)
  • "Çıplaq ayaqlı idi gecə" (1992)
  • "Bir səs bölər gecəni" (1994)
  • "Nağıl nağıl içində" (1995)
  • "Duman və Gecə" (1996)
  • "Aqatanın açarı" (1999)
  • "Qar qoxusu" (1998)
  • "Patasana" (2000)
  • "Şeytan detallarda gizlidir" (2002)
  • "Kukla" (2002)
  • "Bəyoğlu Rapsodisi" (2003)
  • "Eşq köpəklikdir" (2004)
  • "Komissar Nevzat: Çiçəkçinin ölümü" (2005)
  • "Qəbilə (2006)
  • "Ninattanın qolbağı" (2006)
  • "İnsan ruhunun xəritəsi" (2007)
  • "Olmayan ölkə" (2008)
  • "Bab-ı Əsrar" (2008)
  • "İstanbul xatirəsi" (2010)
  • "Komissar Nevzat: Barabançı Davudu kim öldürdü?" (2011)
  • "Sultanı öldürmək" (2012)
  • "Bəyoğlunun ən gözəl qardaşı" (2013)

İstinadlar redaktə

  1. 1 2 Ahmet Ümit // Korean Authority File (kor.).
  2. 1 2 Ahmet Ümit // MAK (pol.).
  3. "Arxivlənmiş surət". 2010-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-09.
  4. "Arxivlənmiş surət". 2010-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-09.
  5. "Arxivlənmiş surət". 2015-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-09.
  6. "Arxivlənmiş surət" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-11-09.
  7. "Arxivlənmiş surət". 2015-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-09.
  8. "Arxivlənmiş surət". 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-09.
  9. "Arxivlənmiş surət". 2009-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-09.

Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024