Aleksandr Mişon Haqqında Məlumat - Axtarış

Aleksandr Mişon Haqqında Məlumat - Axtarış


Aleksandr_Mişon üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Aleksandr Mişon sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Aleksandr Mişon sözünə uyğun gələn mahnı axtar və yüklə


Aleksandr Mişon sözünə uyğun gələn lazımlı linklərə bax


Aleksandr Mişon sözünə uyğun gələn şəkillərə bax və yüklə


Aleksandr Mişon sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaAleksandr Mişon sözünə uyğun gələn məqaləni oxu


Aleksandr Mişon sözünə uyğun gələn xəbər axtar və oxu


Aleksandr Mişon sözünə uyğun gələn kinoya bax və yüklə


Aleksandr Mişon sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Aleksandr Mişon sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Aleksandr Mişon tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Aleksandr Mixayloviç Mişon (1858, Xarkov5 iyul 1921, Samara) — fotoqraf, rejissor, ssenarist, operator, redaktor, naşir, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, Paris milli akademiyasının fotoqraf üzvü.

Aleksandr Mişon
rus. Александр Михайлович Мишон
Doğum tarixi
Doğum yeri Xarkov, Rusiya imperiyası
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Samara, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti fotoqraf
rejissor
ssenarist
operator
naşir
IMDb ID3467289
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Fotoşəklin əks tərəfi - Aleksandr Mişon (1891)

Həyatı redaktə

Aleksandr Mişon Xarkov şəhərində anadan olub. Karyerasını 1883-cü ildə doğma şəhərində, Moskovskaya küçəsində və Slesarnıy dalanında yerləşən əsasını qoyduğu fotostudiyadan başlayıb. 1884-cü ildə Bakıya gələrək fotoqrafiya işləri ilə məşğul olmaq üçün razılıq almasını gözləyir. 28 iyun 1887-ci ildə Bakı Quberniyası Tarqovoy küçəsində yerləşən fotoemalatxananın açılışına icazə verir. Növbəti ilin mart ayında emalatxana "İmperial" mehmanxanasına köçürülür.

Fotoincəsənətin öyrənilməsi, elmə, arxeologiyaya, etnoqrafik materiallarda tətbiqi məqsədilə ilk dəfə olaraq, foto həvəskarlarının Bakı dərnəyinin yaradılmasının təşəbbüskarıdır.[1] Ustava görə, orta və aşağı sinif təhsil ocaqlarında təhsil alanlar, hərbi xidmətdə olanlardan başqa hər iki cinsin nümayəndəsi fotodərnəyin üzvü ola bilərdi.

Aleksandr Mişon 1893-cü ildə çıxan Bakının illik hesabat materiallarının müəllifi, redaktoru, fotoqrafı, naşiri olub. Elə bu ildə Mişon Tarqovoyda yerləşən nəşriyyatında oxu zalının açılmasına icazə alır.

1890-cı ildə Paris Milli Akademiyasının fotoqraf-üzvü seçilən peşəkar fotoqraf Parisə səfərlərinin birində aldığı kinokamera ilə 1898-ci ildə ilk dəfə Azərbaycanda kinosüjetlər çəkməyə başladı və Azərbaycan kinematoqrafının əsasını qoydu. 1898-ci ildə Aleksandr Mişon yerli mövzuda "Bibiheybətdə neft fontanı yanğını", "İlişdin", "Qafqaz rəqsi", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" kimi bir-neçə sənədli film çəkir. Həmin il 2 avqustda xüsusi təşkil olunmuş kinoseansda tamaşaçılara bu filmlər göstərilir. Azərbaycan Respublikasının prezidentinin 2000-ci ildə verdiyi fərmana əsasən 2 avqust milli kinematoqrafiyanın yarandığı gün və "Milli kino günü" kimi qeyd edilir.

1908-ci ildə Slavyansk şəhərinə köçdükdən sonra əvəllər anasına məxsus olan fotoidarədə çalışmağa başlayır. Üç ildən sonra "Şimali Donetsk Əyaləti" qəzetini çıxarmağa icasə alır. 1912-ci ilin iyulunda bu qəzetin nəşri dayanır. 1913-cü ildən Xarkovda fotoqrafiya və sinkoqrafiya ilə məşğul olmağa başlayır və ömrünün sonunadək öz sevimli işi fotoqaflıqla məşğul olmağa davam edir. 1918-1921-ci illərdə Voronejdə işləyən və yaşayan Mişon 1921-ci il iyulun 5-i burada dünyasını dəyişir. Bu barədə o vaxtlar "Voronej Kommunası" qəzeti "Cənab Mişonun ölümü" başlığı altında məlumat dərc etmişdir.

Fotoşəkilləri redaktə

Filmoqrafiya redaktə

 
Bibiheybətdə neft fontanı yanğını (film, 1898)-filmindən kadr. Rejissor-operator: Aleksandr Mişon
  1. 1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
  2. Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları (film, 1898) — rejissor, operator
  3. Bazar küçəsi sübh çağı (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
  4. Bibiheybətdə neft fontanı yanğını (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
  5. Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
  6. İlişdin (film, 1898) (qısametrajlı bədii film) — rejossor, ssenarist, operator
  7. Qafqaz rəqsi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, ssenarist, operator
  8. "Qafqaz və Merkuri" Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
  9. Qatarın dəmiryol stansiyasına daxil olması (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
  10. Şəhər bağında xalq gəzintisi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
 
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı-filmindən kadr. Rejissor-operator: Aleksandr Mişon

İstinadlar redaktə

  1. İctimai TV. "Azərbaycan kinosu tarixinə səyahət" (az.). Youtube.com. 03.08.2016. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.

Mənbə redaktə

  • Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 11-12.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
  • Aydın Kazımzadə. "A.M.Mişon kimdir?". "Bu belə olub". [Azərbaycan kinosu - 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
  • Aleksandr Mişon haqqında. 02.08.2016

Xarici keçidlər redaktə


Saytda 223 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024