Amsterdam müqaviləsi Haqqında Məlumat - Axtarış

Amsterdam müqaviləsi Haqqında Məlumat - Axtarış


Amsterdam_müqaviləsi üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Amsterdam müqaviləsi sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Amsterdam müqaviləsi sözünə uyğun gələn mahnı axtar və yüklə


Amsterdam müqaviləsi sözünə uyğun gələn lazımlı linklərə bax


Amsterdam müqaviləsi sözünə uyğun gələn şəkillərə bax və yüklə


Amsterdam müqaviləsi sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaAmsterdam müqaviləsi sözünə uyğun gələn məqaləni oxu


Amsterdam müqaviləsi sözünə uyğun gələn xəbər axtar və oxu


Amsterdam müqaviləsi sözünə uyğun gələn kinoya bax və yüklə


Amsterdam müqaviləsi sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Amsterdam müqaviləsi sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Amsterdam müqaviləsi tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Amsterdam müqaviləsi

Amsterdam müqaviləsi — 1997-ci il 2 oktyabr tarixində Avropa Parlamentinin sədri Xose Mariya Gil-Roblesin iştirakı ilə Niderland Krallığının Amsterdam şəhərində imzalanıb. Müqavilə 1999-cu ildə bütün üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə minib.

Amsterdam müqaviləsi
İmzalanma tarixi 2 oktyabr 1997
İmzalanma yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1999-cu ilin may ayında qüvvəyə minməsi ilə Avropa İttifaqının qərar qəbulu proseduru sadələşdirilmiş və əhatə dairəsi genişləndirilmişdir. Amsterdam müqaviləsi Maastrix müqaviləsinin maddələrini şərh etməklə yanaşı, müqavilədəki əsaslı dəyişikliklər həm də Aİ-ni gələcək genişlənmə prosesinə hazırlamaq məqsədi daşıyırdı.

Müqavilədən qazanclı çıxan əsas Avropa İttifaqı orqanı Parlament oldu. Belə ki, artıq Avropa Parlamenti Avropa Komissiyasının prezidentinin təyin etmək hüququ var idi. Maastrix müqaviləsi ilə yaradılmış "3 sütün sistemi"nin (eng: three pillars system) 3-cü sütunundakı bir çox məsələlərə düzəlişlər edilmişdi. Həmçinin Avropa İttifaqı vətəndaşlığı da əsas müzakirə mövzularından biri idi.

Amsterdam müqaviləsinin gətirdiyi əsas yenilik isə Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə[1] (eng: High Representative for CFSP) vəzifəsinin yaradılması oldu. İlk Ali Nümayəndə Xovier Solama idi.

Aİ hökumətləri 5 il ərzində aşağıdakı tədbirləri görməlidir:[2]

  • Avropa İttifaqına daxil olmayan vətəndaşların hüquqlarını qoruyarkən cinayətin qarşısını almaq və mübarizə aparmaq;
  • məhkəmə və inzibati əməkdaşlığı gücləndirmək;
  • Aİ-nin xarici sərhədlərində yoxlamalar üçün standartlar və prosedurlar;
  • vizaların verilməsi qaydalarını müəyyən etmək;
  • sığınacaq müraciətlərinə baxılması üçün meyarları və mexanizmləri müəyyən etmək.

Müqavilə Avropa İttifaqı qarşısında aşağıdakı öhdəlikləri qoyurdu:[3]

  • İqtisadi və sosial tərəqqiyə, yüksək məşğulluq səviyyəsinə və balanslaşdırılmış və davamlı inkişafa kömək etmək;
  • Beynəlxalq səhnədə Aİ-nin kimliyini təsdiq etmək;
  • Aİ vətəndaşlarının hüquq və maraqlarını gücləndirmək;
  • Aİ-ni azadlıq, təhlükəsizlik və ədalət sahəsi kimi saxlamaq və inkişaf etdirmək;
  • Aİ hüququ korpusunu qorumaq və inkişaf etdirmək.

İstinadlar redaktə

  1. "ÜXTS üzrə Ali Nümayəndə". https://www.eeas.europa.eu/ (ingilis). 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-13.
  2. "Aİ üzv dövlətlərin öhdəlikləri". https://eur-lex.europa.eu/ (ingilis). 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-13.
  3. "Aİ-nin öhdəlikləri". https://eur-lex.europa.eu/ (ingilis). 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-13.

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024