Animasiya Haqqında Məlumat - Axtarış

Animasiya Haqqında Məlumat - Axtarış


Animasiya üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Animasiya sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Animasiya sözünə uyğun gələn mahnı axtar və yüklə


Animasiya sözünə uyğun gələn lazımlı linklərə bax


Animasiya sözünə uyğun gələn şəkillərə bax və yüklə


Animasiya sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaAnimasiya sözünə uyğun gələn məqaləni oxu


Animasiya sözünə uyğun gələn xəbər axtar və oxu


Animasiya sözünə uyğun gələn kinoya bax və yüklə


Animasiya sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Animasiya sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Animasiya tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Cizgi filmi

(Animasiya səhifəsindən istiqamətləndirilmişdir)

Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmiincəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır.

Azyaşlı balaca azərbaycanlı uşaq cizgi filmi seyr edərkən

Haqqında redaktə

Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur.

Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir. Bu cür filmlər hazırda çox geniş yayılmışdır və sürətlə inkişaf etməkdədir. Animasiya rejissorları son zamanlar cəsarətlə öz filmlərinə bədii və sənədli kadr daxil edir, kinonun müxtəlif növlərinin imkanlarından bəhrələnir və bir növ "hibrid" formaları yaradırlar.

Tarixi redaktə

Animasiyanın yaranma tarixi Emil Reyno ilə bağlıdır. Fransız Emil Reyno ilk və əsl animator hesab olunur. O ilk dəfə baraban, güzgü sistemi və fənərdən ibarət optik cihaz yaradır. Bu optik cihazın adı "praksinoskop" adlanır. 1892-ci ildə isə o, özünəməxsus attraksiya olan "optik teatr" yaradır. Burada o, tamaşaçılara 15-20 dəqiqəyədək davam edən komik süjetlər təqdim edirdi. Bu hadisə Parisli Lümyer qardaşların premyerasından əvvəl baş verdiyi üçün, fransızlar animasiya ilə kinofilmdən daha əvvəl tanış olmuşlar.

İlk animasiyalar əl ilə çəkilib rənglənmiş, 15 dəqiqəyədək davam edən pandomimlər idi. Reyno rəsmlərlə yanaşı, fotoşəkillərdən istifadə edərək də animasiya filmləri çəkirdi.

İlk animasiya filmi 1906-cı ildə amerikalı karikaturaçı və animator Uinzor Makkey tərəfindən yaradılıb. O bir çox komik zolağının (A Tale of the Jungle Imps by Felix Fiddle, Sister's Little Sister's Beau, Phurious Phinish of Phoolish Philipe's Phunny Phrolics və s.) və səssiz cizgi filmlərinin (Gertie the Dinosaur, Gertie on Tour The Pet, The Flying House və s.) yaradıcısıdır. Digər tərəfdən isə animasiya sahəsində ilk çevriliş amerikalı rejissor, prodüser və animator Uolt Disneyə məxsusdur. O ilk dəfə animasiya layihələrində səs və rəngdən istifadə etdi. Onun yaratdığı və ən çox tanınan personajlarindan biri də Mikki Maus-dur. Bu personaj rol aldığı bütün animasiya filmlərində kiçikdən böyüyə - bütün auditoriyanın qəlblərini fəth etmişdir. Disney studiyası bu layihəsinə görə 12 "Oskar" mükafatına layiq görülüb.

Müasir həyatımızda inkişaf edən texnika ilə animasiya yaratmaq daha da asan bir hala çevrildi. Belə ki, animasiya artıq kompüterdə müxtəlif proqramlar ilə hazırlanır və 2D, 3D, stop-motion və cut-out kimi növləri vardır.

Növləri redaktə

Qrafik animasiya
Animasiyanın klassik növüdür. Şəkillər əllə çəkilir, adətən kompüterə köçürülür.
Həcmli animasiya
Müxtəlif materialların istifadəsi ilə yaradılır.
Kompüter animasiyası
Kompüter texnikası ilə yaradılan animasiyalar. 3D və 2D kimi növləri var.

Maraqlı faktlar redaktə

Feliks pişik — səssiz kino dövründə meydana çıxmış cizgi filmi personajıdır. Qara bədəni, iri ağ gözləri və süjetə görə düşdüyü vəziyyətlər Feliksi animasiya tarixində ən çox tanınan personajlardan biri etdi. Bu məşhurluğu ilə o, iştirak etdiyi ən sadə filmlərdə belə tamaşaçının diqqətini özünə cəlb edirdi.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024