Antropomorfizm Haqqında Məlumat - Axtarış

Antropomorfizm Haqqında Məlumat - Axtarış


Antropomorfizm üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Antropomorfizm sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Antropomorfizm sözünə uyğun gələn mahnı axtar və yüklə


Antropomorfizm sözünə uyğun gələn lazımlı linklərə bax


Antropomorfizm sözünə uyğun gələn şəkillərə bax və yüklə


Antropomorfizm sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaAntropomorfizm sözünə uyğun gələn məqaləni oxu


Antropomorfizm sözünə uyğun gələn xəbər axtar və oxu


Antropomorfizm sözünə uyğun gələn kinoya bax və yüklə


Antropomorfizm sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Antropomorfizm sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Antropomorfizm tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Antropomorfizm (yun. ανθρωπος insan, μορφή forma) — insana xas olan xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə və başqa varlıqlara aid edilməsi.

Hələ Ksenofan antropomorfizmdə dinin xüsusiyyətini görmüşdür. Dində antropomorfizmin əhəmiyyətini Feyerbax daha dərin və daha dolğun göstərmişdir. Antropomorfizm animizm, totemizmlə bağlıdır və müasir dinlərin əksəriyyətinə məxsusdur.

Antropomorfizm iudaizmdə redaktə

Başda Tanax olmaqla yəhudi yazılarında antropomorfizmlərə tez-tez rast gəlinir. Lakin iudaizmin təməl inancı Allahı maddi bir formada təsəvvür etməyin imkansızlığı əsasında qurulmuşdur. Odur ki, iudaizmdə antropomorfizmlərə münasibət onların necə qəbul edilməyindən asılıdır: sadəcə olaraq Allahın insanlaşdırılması kimi antropomorfizm yolverilməzdir; ruhani varlığın obrazlar vasitəsilə estetik qavranılması üçün istifadə olunan antropomorfizm isə məqbul sayılmaqdadır.

Tanaxda Allahın maddi bir obrazla təsvir edildiyinə dair heç bir şəhadət yoxdur. Ümumiyyətlə, "Allahın üzü", "Allahın əlləri", "Allah gördü" kimi antropomirfizmlər sadəcə olaraq ədəbi üsullar kimi qəbul edilir.

Antropomorfizm xristianlıqda redaktə

Xristianlıqda antropomorfizmlər ələlxüsus İsa Məsihin məsəllərində işlənmişdir. Bibliya əzəldən var Olanın hədsiz, təsvirolunmaz və dərkedilməz təbiətini birmənalı şəkildə öyrədir. Təsvirolunmaz gerçəklikləri izah etmək üçün müxtəlif məcazlardan, o cümlədən antropomorfizmlərdən də geniş istifadə olunur. Antropomorfizmlərin məqsədi, insanları yaradan və yaşadan Allahın şəxsiyyətsiz, uzaq, soyuq bir mütləq Varlıq deyil, insanın həyatı ilə maraqlanan "yaşayan Allah" olduğunu göstərməkdir. Bibliyanın insanın "Allahın surətində" yarandığını[1] öyrətməsi peyğəmbər, həvari və digər müqəddəs müəlliflərin Allah-Taaladan bəhs edərkən antropomorfizmlərdən istifadə etmələrinə əsas verir.

Allaha "səmavi Atamız" və İsaya "Allahın Oğlu" deyərək, xristianlar sözlə ifadə edilməyən gerçəklikləri antropomorfik obrazlarla ifadə edirlər.

Antropomorfizm islamda redaktə

Müsəlmanlar ənənəvi olaraq Allahın vizual şəkildə təsəvvür edilə bilməyəcəyinə etiqad edirlər. Qurani Kərimdə "Allahın üzü", "Allahın gözləri" kimi bir sıra antropomorfizmlərə rast gəlinir.[2] Bütün bunlar müsəlmanların əksəriyyəti tərəfindən məcazi mənada obrazlı ifadələr kimi qəbul olunur.

Allahı insan keyfiyyətləri ilə təsəvvür edən yeganə müsəlman məzhəbi müşəbbihilər olmuşdur. Müşəbbihilər müsəlmanların ənənəvi dünyagörüşündən fərqli olaraq, Allahı Onun yaratdıqlarına aid sifətlərlə təsəvvür edirdilər. Ortodoksal müsəlmanlar müşəbbihiliyi tənqid edib və Allahın diri, qüdrətli, bilikli və s. olması kimi İlahi sifətlər haqqında danışılanda, bunların heç də insandakı kimi təsəvvür edilə bilməyəcəyini təsdiq ediblər. Bu kimi antropomorfizmlər İlahi kitabda yalnız insanın düşüncəsi səviyyəsində təqdim olunmuşdur. Bunların həqiqi mahiyyəti isə dərkedilməzdir. Başqa sözlə, İslam ənənəçilərinə görə, Allahın diriliyi, biliyi, yaxud qüdrəti insanın analoji keyfiyyətləri ilə eyni deyildir.

İstinadlar redaktə

  1. Bax: Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009. Yaradılış Kitabı 1:27
  2. Bax: Qurani Kərim 2:115; 11:37; 20:39; 23:27; 28:88; 55:26–27 və s.

Mənbə redaktə

Xarici keçidlər redaktə

Vikipediyada "Müşəbbihilər" məqaləsi


Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024