Ayaqqabı Haqqında Məlumat - Axtarış

Ayaqqabı Haqqında Məlumat - Axtarış


Ayaqqabı üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Ayaqqabı sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Ayaqqabı sözünə uyğun gələn mahnı axtar və yüklə


Ayaqqabı sözünə uyğun gələn lazımlı linklərə bax


Ayaqqabı sözünə uyğun gələn şəkillərə bax və yüklə


Ayaqqabı sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaAyaqqabı sözünə uyğun gələn məqaləni oxu


Ayaqqabı sözünə uyğun gələn xəbər axtar və oxu


Ayaqqabı sözünə uyğun gələn kinoya bax və yüklə


Ayaqqabı sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Ayaqqabı sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Ayaqqabı tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Ayaqqabı və ya başmaq — ayağı fiziki zədələnmələrdən və soyuqdan qorumaq üçün nəzərdə tutulan geyim növüdür.[1]

Oksford üslubunda ayaqqabı
XII əsrə aid səndəllər
İdman üslubunda ayaqqabı
Mokasin tipli ayaqqabı
Çəkmələr

Tarixi redaktə

Ayaqqabının 7 min illik tarixi var. Ayağı zərərli xarici təsirlərdən qoruyan geyim növüdür. İnsan ən erkən inkişaf mərhələsində ayaqqabıya oxşar əşyalardan istifadə etmişlər. Paleolit dövründə ehtimal ki, ayaqabı əvəzinə ayağa xam dəri, yaxud gön dolamışlar. Dağlıq Altayda təqribən e.ə. 5-ci əsrdə dəri və keçədən hazırlanmış ayaqqabı geymişlər. Ayaqqabının növləri təbii coğrafi şəraitdən, başlıcası isə insanların təsərrüfat məşğuliyyətlərindən asılı olmuşdur. Azərbaycanda da ayaqqabıdan ən qədim zamanlardan istifadə etmişlər. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən e.ə. 8–11-ci əsrlərə aid Qafqaz uzunboğaz çəkmələrinə oxşar, gildən hazırlanmış qablar tapılmışdır. Ayaqqabı formasında olan belə qablar Qızılvəngdə, Xanlarda (Azərb. SSR), Gürcüstanda və Şimali Qafqazda da aşkar edilmişdir.

Ayaqqabıdan istifadə yerinə (məişət, istehsalat, idman, ortopediya), formasına (uzunboğaz çəkmə, çəkmə, tufli, səndəl), materialına (dəri, rezin və keçə, kombinə edilmiş material, toxunma və süni materialdan hazırlanan) və altlığın üzlüyə bərkidilməsi üsuluna (köbəli, yapışdırılmış, mıxlanmış, isti vulkanlaşdırılmış, ikisaplı və s.) görə müxtəlif qruplara ayrılır. Ayaqqabının rahatlığı onun nömrə və formasının ayağının ölçüsünə uyğunluğu ilə, ayaqqabının ölçüsü və ya nömrəsi isə qəlibin uzunluğu ilə müəyyən edilir. Bu, ştixmas (qəlibin və ayağın altını ölçən lent) sistemində ştix (1 ştix 2/3 sm), metrik sistemdə sm ilə göstərilir. SSRİ-də ayaqqabıların nömrələnməsində əvvəllər ştrixmas sistemi işlədilirdi. 1967-ci ildən metrik sistemə keçilmişdir. Bu sistemdə yanaşı nömrəli ayaqqabılar bir-birindən 0,5 sm fərqlənir.

Ayaqqabılar əsasən üzlük və altlıqdan ibarətdir. Altlıq — gön, rezin, süni dəri, taxta və plastik kütlə, üzlük isə yumşaq dəri, meşin, tumac, şevro, xrom, toxuma və süni materiallardan (kirza, şarqolin, süni zamşa) olur. Süni material ayaqqabının hazırlanma prosesini sadələşdirir, çeşidini artırır, keyfiyyətini yüksəldir. Məsələn: altlıq üçün işlədilən rezin 3–4 dəfə göndən yüngül, həm də 1,5–2 dəfə davamlı olur. Ayaqqabı istehsalı prosesi — materialın biçilməsi, hissələrin hazırlanma, quraşdırılma, bitişdirilmə və qəliblənməsi, üzlüyə bərkidilməsi, habelə hazır ayaqqabıya bəzək vurulmasından ibarətdir. İsti vulkanlaşdırılma üsulu ilə xam rezin qarışığından altlıq və dabanın qəliblənməsi, üzlüyə bərkidilməsi əməliyyatları eyni vaxtda aparılır. Bu üsul ayaqqabı istehsalını yüksək dərəcədə mexanikləşdirməyə və avtomatlaşdırmağa imkan verir. Ancaq son illər ayaqqabıdan ayaqları qorumaq üçün yox, gözəl və ya hündürboylu görünmək üçün istifadə edirlər.[2]

XIX–XX əsrin əvvəlində Azərbaycanda kişi və qadın ayaqqabılarının bir neçə növü mövcud idi. Azərbaycanlılar, xüsusən kəndlilər arasında ən çox yayılmış ayaqqabı növü – çarıqlar idi ki, onlar ya iribuynuzlu qaramalın xam, kəndlilərin özlərinin emal etdiyi dərisindən (gönündən), ya da daha mükəmməl üsulla emal olunmuş dəridən – aşılanmış göndən tikilirdi.

Növləri redaktə

 
 
  • Oksford
  • Derbi
  • Loufer
  • Brogi
  • Top-sayder
  • Dezert
  • Ked
  • Slipon
  • Mokasin
  • Espadril

Pinəçilik redaktə

Pinəçi — Ayaqqabı təmir etməklə məşğul olan adamdır. Pinəçilik çox qədim sənət hesab olunur. Pinəçilik müasir dövrdə azalsa da, hələ də varlığını qoruyur.

İstinadlar redaktə

  1. "Zəncirlər və toqqa ilə ayaqqabı xüsusiyyətləri". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-23.
  2. Hündür dabanlı ayaqqabıların insan səhhətinə təsiri [ölü keçid]

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024