Azərbaycan Mədəniyyət Nazirliyi Haqqında Məlumat - Axtarış

Azərbaycan Mədəniyyət Nazirliyi Haqqında Məlumat - Axtarış


Azərbaycan_Mədəniyyət_Nazirliyi üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Azərbaycan Mədəniyyət Nazirliyi sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Azərbaycan Mədəniyyət Nazirliyi sözünə uyğun gələn mahnı axtar və yüklə


Azərbaycan Mədəniyyət Nazirliyi sözünə uyğun gələn lazımlı linklərə bax


Azərbaycan Mədəniyyət Nazirliyi sözünə uyğun gələn şəkillərə bax və yüklə


Azərbaycan Mədəniyyət Nazirliyi sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaAzərbaycan Mədəniyyət Nazirliyi sözünə uyğun gələn məqaləni oxu


Azərbaycan Mədəniyyət Nazirliyi sözünə uyğun gələn xəbər axtar və oxu


Azərbaycan Mədəniyyət Nazirliyi sözünə uyğun gələn kinoya bax və yüklə


Azərbaycan Mədəniyyət Nazirliyi sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Azərbaycan Mədəniyyət Nazirliyi sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Azərbaycan Mədəniyyət Nazirliyi tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Mədəniyyət Nazirliyi (Azərbaycan)

(Azərbaycan Mədəniyyət Nazirliyi səhifəsindən istiqamətləndirilmişdir)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyimədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyatkinematoqrafiya sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.[1] [2]

Mədəniyyət Nazirliyi
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 18 aprel 1953
20 aprel 2018
Əvvəlki qurum Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Tabelik Azərbaycan Respublikası Nazirlər Kabineti
Ünvan Hökumət Evi, Ü. Hacıbəyli küçəsi 84, Bakı, Azərbaycan. AZ 1000
Rəhbərlik
Nazir Adil Kərimli
Müavin Murad Hüseynov
Səadət Yusifova
Fərid Cəfərov

Rəsmi saytı culture.gov.az

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[3]

Haqqında redaktə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli, 359 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli 393 nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında əsasnamə təsdiq edilmişdir. 20 aprel 2018-ci ildə Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradılmışdır.[4][5]

Tabeliyindəki qurumlar redaktə

  • Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti
  • 28 teatr
  • 6308 tarix və mədəniyyət abidəsi
  • 1 sirk
  • 12 konsert müəssisəsi
  • 3985 kitabxana
  • 2708 klub
  • 189 dövlət muzeyi (filiallarla birlikdə)
  • 234 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi
  • 33 rəsm qalereyası və sərgi salonu
  • 21 dövlət qoruğu
  • 60 mədəniyyət və istirahət parkı
  • 1 zoopark
  • Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz
  • 4 asudə vaxt Mərkəzi
  • 6 təsərrüfat təşkilatı,
  • "Azərbaycanfilm" də daxil olmaqla 7 film istehsalı studiya
  • 134 şəhər və rayon kinoteatrı
  • Dövlət Film Fondu (Naxçıvan filialı ilə birlikdə)
  • Respublika Kitabxana Kollektoru
  • bir qəzet ("Mədəniyyət")
  • iki jurnal ("Mədəni-maarif" və "Pəncərə") redaksiyası
  • Bakı Xoreoqrafiya Məktəbi
  • Mədəniyyət İşçilərinin İxtisasartırma Mərkəzi
  • Milli Kulinariya Mərkəzi
  • 62 şəhər və rayon mədəniyyət və turizm şöbəsi
  • Naxçıvan MR Mədəniyyət Nazirliyi
  • Şəki Atçılıq Mərkəzi
  • Lənkəran Uşaq düşərgəsi .[6]
  • Azərbaycan Film Komissiyası[7]

Fəaliyyəti redaktə

  • müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
  • müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;
  • müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək;
  • strukturuna daxil olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vasitəsilə mədəni irsin qorunmasına, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına, texniki təchizat vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa işlərinin layihələndirilməsinə dövlət nəzarətini həyata keçirmək;
  • müvafiq sahənin inkişafı üçün tədbirlər görmək.

Beynəlxalq əlaqələri redaktə

Nazirliyin dövlətlərarası müqavilələrə uyğun olaraq Avropa, Asiya və İslam ölkələri, ABŞ və Latın Amerikası ilə beynəlxalq mədəniyyət proqramlarını həyata keçirir.

Nazirlik çoxtərəfli əməkdaşlıq çərçivəsində BMT, MDB, GUAM, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, YUNESKO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESKO və digər beynəlxalq qurumlar vasitəsi ilə Azərbaycan mədəniyyətini dünyada təbliğ edir, eyni zamanda dünya mədəni sərvətlərinin Azərbaycanda tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir.[8]

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. mct.gov.az". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
  2. "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. kataloq.gomap.az". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
  3. "Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı". Azərtac. 2022-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  4. President.az. "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 20.04.2018. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.
  5. "Mədəniyyət Nazirliyinin strukturu təsdiq edilib. nuhcixan.az". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
  6. "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. azertag.az". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
  7. "Bakıda "Netflix"in böyük büdcəli filminin çəkilişləri olub". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-17.
  8. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-18.

Saytda 217 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024