Azərbaycanda pivə Haqqında Məlumat - Axtarış

Azərbaycanda pivə Haqqında Məlumat - Axtarış


Azərbaycanda_pivə üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Azərbaycanda pivə sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Azərbaycanda pivə sözünə uyğun gələn mahnı axtar və yüklə


Azərbaycanda pivə sözünə uyğun gələn lazımlı linklərə bax


Azərbaycanda pivə sözünə uyğun gələn şəkillərə bax və yüklə


Azərbaycanda pivə sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaAzərbaycanda pivə sözünə uyğun gələn məqaləni oxu


Azərbaycanda pivə sözünə uyğun gələn xəbər axtar və oxu


Azərbaycanda pivə sözünə uyğun gələn kinoya bax və yüklə


Azərbaycanda pivə sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Azərbaycanda pivə sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Azərbaycanda pivə tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Azərbaycanda pivə

Azərbaycanda pivə populyar alkoqollu içkilərdən biridir. Pivəni Azərbaycanda "narıncı qızıl" da adlandırırlar.[1][2] Carlsberg Azərbaycan ölkədəki ən böyük pivə istehsalçısıdır.[3] 2014-cü ilin məlumatına əsasən Azərbaycan pivə istehlakına görə müsəlman ölkələri arasında dördüncü yerdədir.[4] 2020-ci ildə Azərbaycanda 54,7 milyon litr pivə istehsal olunub[5] və Azərbaycandakı arpa ehtiyatlarının cəmi 0,96 %-i (13.203 ton) pivə istehsalına sərf olunub.[6]

Xırdalan pivəsi.

Tarixi redaktə

1868–1960 redaktə

Azərbaycanda pivə istehsalının əsası XX əsrdə Yelenendorfda yaşayan almanlar tərəfindən qoyulub.[2] Yelenendorfdakı alman icmasına mənsub olan Forer qardaşları 1868-ci ildə pivə zavodu tikdiriblər.[2] Zavodun illik pivə istehsal əvvəlcə cəmi 12 min litr idi.[2] Vaxt keçdikcə Azərbaycanda pivəyə olan təlabat artmış və 1911-ci ildə zavodda 21.900 vedrə pivə istehsal olunmuşdur.[2] Bu zavod gücünə görə XX əsrin əvvəllərində Zığda yerləşən Bakı pivə zavodundan sonra ikinci yeri tuturdu.[2] Forer qardaşlarının Bakıda da mağazaları vardı, Kolyubakinskiy və Mariinskiy küçələrinin kəsişməsində, Nağıyevin evində yerləşirdi.[2]

Sovet hakimiyyətindən sonra zavod bağlanıb.[2] 1949-cu ildə Yelenendorfdakı pivə zavodu Kirovabad pivə zavodu adı ilə fəaliyətini bərpa etsə də, 2006-cı ildə fəaliyyətini dayandırmışdır.[2]

Azərbaycanda ikinci pivə zavodu Zığda inşa edilib.[2] Bu zavodda Jiqulevskoe pivəsi istehsal olunurdu.[2] Zavodun əsası avstriyalı tacir və zadəgan Alfred Yozef Mariya fon Vakano tərəfindən qoyulmuşdu.[2] O, 1889-cu ildə Bakıda (indiki İsrafil Məmmədov küçəsində) pivə anbarı da tikdirmişdir.[2]

1960–hazırda redaktə

1960–1970-ci illərində Azərbaycanın pivə təlabatı dayanmadan artdığı üçün bu dövrdə Azərbaycan ərazisində yeni-yeni pivə zavodları açılmağa başlayıb.[1] Bu cür zavodlardan biri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yeganə olan Əsgəran alkoqolsuz pivə zavodu idi.[1] Salyanda (1965), Yevlaxda (1967), Xaçmazda (1969), Mingəçevirdə (1975), Sumqayıtda (1975) və Zaqatalada (1979) pivə zavodları açılmışdır.[2] 1969-cu ildə Azərbaycan SSR-də ən böyük pivə zavodu olan Xırdalan zavodu istifadəyə verilib.[1] Bu zavod Bakıdan 10 kilometr aralıda, Xırdalan qəsəbəsində yerləşirdi.[1] Həmin dövrdə zavod Bakı-Pivə istehsal birliyinə məxsus idi və SSRİ-dəki ən böyük altı pivə zavodundan biri idi.[1]

1997-ci ildə zavod Fransanın "Group Castel" tabeçiliyinə keçmiş və 1998-ci ildə zavodda yenidənqurma işləri aparılmışdır.[1] İllik istehsal gücü 6 milyon dekalitr olan "Bakı Kastel" zavodunun açılışı 2000-ci ildə baş tutmuşdur.[1] Rəsmi açılışda Azərbaycan prezidenti Heydər Əliyev də iştirak etmişdi.[1] Bu müəssisədə Xırdalan pivəsinin istehsalına başlanmış,[1] "Xırdalan Qara", "Xırdalan 7/7", "33 Export", "Bizim pivə", "Əfsanə" pivə markaları ortaya çıxmışdır.[2] 2008-ci ilə qədər bu şirkətin məhsulları Azərbaycan pivə bazarının 70 faizdən çoxunu əhatə edirdi.[1]

18 may 2021-ci il Azərbaycan İqtisadiyyat Nazirliyi və Carlsberg Azərbaycan arasındakı müqaviləyə əsasən şirkət 2021–2025-ci illər ərzində pivə istehsalının inkişafına 25 milyon manatdan çox qoyacaq.[1] 2021-ci ildə Carlsberg Azərbaycan tərəfindən ilk dəfə yerli arpadan pivə istehsal olunub.[3]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Pivəbişirmənin çiçəklənməsi və ya Azərbaycanda ən müasir pivə zavodunun yaranması haqqında". Azertag (az.). 6 avqust 2021. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2021.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "Neft bumu və almanlar: Azərbaycanda "narıncı qızıl" necə meydana gəldi – FOTO". 1news (az.). 9 iyul 2021. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2021.
  3. 1 2 "Yerli arpadan hazırlanmış pivə istehsalına başlanılıb". Azertag (az.). 16 sentyabr 2021. 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2021.
  4. "Azərbaycan pivə istehlakına görə müsəlman ölkələri arasında "dördüncüdür"". BBC Azərbaycan. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2021.
  5. "Sənaye məhsullarının ən mühüm növlərinin natura ifadəsində istehsalı". Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (az.). İstifadə tarixi: 22 oktyabr 2021.[ölü keçid]
  6. "Arpa ehtiyatları və istifadəsi". Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (az.). İstifadə tarixi: 22 oktyabr 2021.[ölü keçid]

Xarici keçidlər redaktə


Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024