Bakı Biznes və Kooperasiya Kolleci Haqqında Məlumat - Axtarış

Bakı Biznes və Kooperasiya Kolleci Haqqında Məlumat - Axtarış


Bakı_Biznes_və_Kooperasiya_Kolleci üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Bakı Biznes və Kooperasiya Kolleci sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Bakı Biznes və Kooperasiya Kolleci sözünə uyğun gələn mahnı axtar və yüklə


Bakı Biznes və Kooperasiya Kolleci sözünə uyğun gələn lazımlı linklərə bax


Bakı Biznes və Kooperasiya Kolleci sözünə uyğun gələn şəkillərə bax və yüklə


Bakı Biznes və Kooperasiya Kolleci sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaBakı Biznes və Kooperasiya Kolleci sözünə uyğun gələn məqaləni oxu


Bakı Biznes və Kooperasiya Kolleci sözünə uyğun gələn xəbər axtar və oxu


Bakı Biznes və Kooperasiya Kolleci sözünə uyğun gələn kinoya bax və yüklə


Bakı Biznes və Kooperasiya Kolleci sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Bakı Biznes və Kooperasiya Kolleci sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Bakı Biznes və Kooperasiya Kolleci tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Bakı Biznes və Kooperasiya Kolleci

Bakı Biznes və Kooperasiya Kolleci

Bakı Biznes və Kooperasiya Kolleci
Əsası qoyulub 1939
Ölkə

Haqqında redaktə

80 illik tarixə malik indiki Bakı Biznes və Kooperasiya Kolleci 1939-cu ildən Bakı Kooperativ Texnikumu kimi fəaliyyətə başlamışdır. Ümummilli lider H. Əliyevin 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanına uyğun olaraq 2001-ci ildə Bakı Kooperativ Texnikumu daha geniş profilli orta ixtisas təhsilli kadrlar hazırlayan Bakı Biznes və Kooperasiya Kollecinə çevrilmişdir. Kollec geniş maddi texniki bazaya malikdir. Kollecdə ən müasir avadanlıqlarla təchiz olunmuş interaktiv elektron lövhə otaqları, sürətli internetlə təmin olunmuş kompüter laboratoriyaları, çox saylı kitab fonduna malik kitabxana, oxu zalı, yüksək ixtisaslı mütəxəssis yetişdirmək məqsədilə təcrübə keçmək üçün laboratoriya otaqları, idman zalı, yeməkxana, tibb məntəqəsi və akt zalı fəaliyyət göstərir. Hal-hazırda kollecdə 2100-ə yaxın tələbə təhsil alır. Onların keyfiyyətli mütəxəssis kimi hazırlanmasında 120 nəfər yüksək ixtisası və elmi dərəcəsi olan müəllimlər çalışır.[1]

Təhsil müəssisəsində böyük oxu zalı, zəngin kitabxana, akt zalı, günün tələblərinə cavab verən idman zalı, geniş və işıqlı fənn kabinetləri, elektron lövhə və kompüterlərlə təchiz edilmiş auditoriyalar tələbələrin ixtiyarındadır. Təbii ki, təhsil üçün yaradılmış şərait, müasir tələblərə cavab verən maddi-texniki baza tədrisin yüksək keyfiyyətinə etibarlı bir zəmanətdir.

Tədris korpusunda laboratoriyalar, kompüter otaqları, 600 yerlik akt və örtülü idman zalı vardır.[2]

Tarixi redaktə

Yaranma tarixi redaktə

XX-ci əsrin Azərbaycan Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı İdarə Heyətinin qərarı ilə 1922-ci ildə Bakının Balaxanı kəndində qısa müddətli tədris kursları kimi fəaliyyətə başlayıb. 1939-cu ilin mart ayında kurslarının bazasında Bakı Kooperativ Texnikumu yaradıldı.

1939–64-cü illərdə Bakı Kooperativ Texnikumu Bakı Şəhərindəki Səməd Vurğun küçəsi 108 saylı ünvanda olan 3 mərtəbəli tədris binasında fəaliyyət göstərmişdir.

Təsis olunması redaktə

Azərbaycan Respublikasının Prezidenti, Ümummilli lider Heydər Əliyevin 2000-ci il 30 avqust tarixli, 391 nömrəli qərarı ilə Bakı Kooperativ Texnikumunun bazasında Bakı Biznes və Kooperasiya Kolleci Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.[3]

BBKK-nın fəaliyyəti Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq ARNK-nın 1992-ci il 9 yanvar tarixli 08 nömrəli və Azərbaycan Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı (Azərittifaq) İdarə Heyətinin (İH) 1993-cü il 19 mart tarixli 31 nömrəli qərarlarına əsasən "Bakı Biznes və Kooperasiya Kolleci" (BBKK) kimi 1993-cü ildə, "Azərittifaq" tərəfindən təsis edilmişdir.

Kollecin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunu, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, ARNK-nin qərarlarına və ARTN-nin əmr və göstərişlərinə əsaslanır.

"Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli, 349 nömrəli "Fərmanı"na dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti, Ümummilli lider, cənab H. Əliyevin 2000-ci il 30 avqust tarixli, 391 nömrəli "Fərmanı"nın icrası ilə əlaqədar olaraq ARNK-nın 27 aprel 2001-ci il tarixli, 17/17635–11 nömrəli və TN-nin 12 dekabr 2000-ci il tarixli, 40–11-365/14 saylı razılıq məktublarına əsasən Azərittifaqın İdarə Heyyətinin 03 may 2001-ci il tarixli, 60 nömrəli qərarı ilə Bakı Biznes və Kooperasiya Kolleci Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevirilmiş və "Nizamnamə"si Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (ARƏN) tərəfindən 08 may 2002-ci il tarixdə Dövlət qeydiyyatına alınaraq 46 nömrəli şəhadətnamə verilmişdir. "Azərittifaq"ın İH-nin 21.09.2011-ci il tarixli qərarı ilə yeni qəbul olunmuş "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu nəzərə alınaraq BBKK-nın təşkilati-hüquqi forması dəyişdirilərək "Nizamnamə" də bəzi əlavə və dəyişikliklər edilmiş və AR ƏN-i tərəfindən 07.12.2011-ci il tarixdə yeni "Nizamnamə"si Dövlət qeydiyyatına alınmışdır.

"Nizamnamə"yə əsasən BBKK təşkilat-hüquqi forması, özəl orta ixtisas təhsil müəssisəsi, mülkiyyət növü –xüsusi, fəaliyyət predmeti və məqsədi –orta ixtisas mütəxəssislərin hazırlanmasıdır.

BBKK-nın Nizamnaməsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və "Orta ixtisas müəssisəsnin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq hüquqi şəxs kimi Ədliyyə və Vergi orqanlarında qeydiyyatdan keçmişdir. ARTN-nin müvafiq qərarı əsasında məzunlara vahid sənədi diplom verilir:

Rəhbərlik redaktə

  • Direktor
  • Direktorun 1-ci müavini
  • Direktorun Tədris İşləri üzrə müavini
  • Tədris şöbəsinin müdiri
  • İnsan resusrları şöbəsinin rəhbəri
  • Arxiv müdiri
  • Təsərrüfat şöbəsinin müdiri
  • Mühasibatlıq
  • Daxili Nəzarət və Monitorqin şöbəsinin rəhbəri

Direktorları redaktə

  • Məcid Məmmədov (1939–1940-cı illərdə rəhbərlik etmişdir)
  • Nəbi Xəlilov (1941–1946-cı illərdə rəhbərlik etmişdir)
  • Cəfər Bağırov (1947–1956-cı illərdə rəhbərlik etmişdir)
  • Murad Tabasaranski (1957–1964-cü illərdə rəhbərlik etmişdir)
  • Şamil Dadaşov (1965–1967-ci illərdə rəhbərlik etmişdir)
  • Yəhya Ağayev (1968–1970-ci illərdə rəhbərlik etmişdir)
  • Elmira Sadıqova (1972–1975-ci illərdə rəhbərlik etmişdir)
  • Əli Əliyev (1976–1977-ci illərdə rəhbərlik etmişdir)
  • Bahadur Babayev (1978–1981-ci illərdə rəhbərlik etmişdir)
  • Natiq Quliyev (1982–1992-ci illərdə rəhbərlik etmişdir)
  • Ramiz Paşayev (1992–2010-cu illərdə rəhbərlik etmişdir)
  • Fatimə Quliyeva (2011-rəhbərlik davam edir)

Təsisçilər Şurası redaktə

Kollecin mülkiyyət, təsərrüfat, strukturlaşma, rəhbər kadrların təyin olunması məsələlərində ali idarəetmə orqanı Təsisçilər Şurasıdır. Kollecin idarə olunmasında "Təsisçilər Şurası" mühüm rol oynayır. Şura əsasən maliyyənin cəlb edilməsi, kollecin büdcəsinin idarə edilməsi kimi məsələlərin həllində kollecə yardım edir.

Tərkibi redaktə

Şöbələr redaktə

  • Qiyabi şöbə
  • Mühasibat uçotu və Maliyyə işi
  • Vergi və bank işi
  • Turizm və İnfromasiya Texnologiyaları
  • Biznes və İdarəetmə

Pedaqoji şura redaktə

Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir. Direktor həm də Pedaqoji Şuranın sədridir. İdarəetmədə demokratiya, şəffaflığı, ictimai özünü idarəni gücləndirmək məqsədi ilə kollecdə aşağldakı şuralar fəaliyyət göstərir.

  • Metodiki Şura
  • Tələbə Gənclər Təşkilatı,
  • Həmkarlar komitəsi,
  • Appelyasiya komissiyası

Kollecin idarə edilməsi aşağıdakı struktur bölmələri aşağıdakı şöbələr ilə təsərrüfat şöbəsinin əlaqəli fəaliyyəti ilə aparılır.

  • Daxili nəzarət və monitorinq şöbəsi
  • Mühasibatlıq
  • Kadrlar şöbəsi
  • 4 əyani şöbə
  • 1 qiyabi
  • Tədris şöbəsi
  • 7 Kafedra

Həmkərlar Təşkilatı Komitəsi redaktə

135 nəfər üzvü olan Hİ təşkilatı işçilərin sosial hüquqlarını müdafiə edən bir qrumdur. HT öz tərkibində müəllimləri və işçiləri birləşdirir. HT müəllim və işçilərin yubileylərini, Milli və Döxlət bayram günlərinin yüksək səviyyədə keçirilməsini təşkil edir.

Fakültələr redaktə

Bakı Biznes və Kooperasiya Kolleci bir çox ixtisas üzrə kadr hazırlığı aparır. Aparılan islahatların sayəsində bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq kollecdə hal hazırda tam və orta təhsil bazasından göstərilən ixtisaslar üzrə kadr hazırlığı aparılması mümkün olmuşdur.

  • Mühasibat uçotu
  • Maliyyə işi
  • Vergi və vergitutma
  • Bank işi
  • Sığorta işi
  • Menecment
  • Gömrük işi
  • Marketinq
  • Bələdiyyə təsərrüfatlarının təşkili
  • Kommersiya
  • Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti
  • İnformasiya texnologiyası sistemləri
  • Turizm və onun təşkili
  • Mehmanxana-turizm və sanatoriya-kurort komplekslərində iaşə və servis
  • İnformatika müəllimliyi ümumi tam orta təhsil bazası
  • Turizm və onun təşkili kimi ixtisaslar üzrə mütəxəssislər

Kitabxana redaktə

Kollecdə 26 min 500 kitab fondu və sürətli İnternetə qoşulan 15 müasir kompüterlə təchiz olunmuş kitabxana da fəaliyyət göstərir. Oxu zalını — müasir kompüterlər, dərsliklər, jurnal, qəzetlər təşkil edir.

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. "tehsil-press.az". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  2. "Arxivlənmiş surət". 2019-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
  3. "BBKK haqqında". 2019-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.

Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024