Bismillah (film, 1925) Haqqında Məlumat - Axtarış

Bismillah (film, 1925) Haqqında Məlumat - Axtarış


Bismillah_(film,_1925) üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Bismillah (film, 1925) sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Bismillah (film, 1925) sözünə uyğun gələn mahnı axtar və yüklə


Bismillah (film, 1925) sözünə uyğun gələn lazımlı linklərə bax


Bismillah (film, 1925) sözünə uyğun gələn şəkillərə bax və yüklə


Bismillah (film, 1925) sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaBismillah (film, 1925) sözünə uyğun gələn məqaləni oxu


Bismillah (film, 1925) sözünə uyğun gələn xəbər axtar və oxu


Bismillah (film, 1925) sözünə uyğun gələn kinoya bax və yüklə


Bismillah (film, 1925) sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Bismillah (film, 1925) sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Bismillah (film, 1925) tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Bismillah (film, 1925)

Bismillah — rejissor Abbas Mirzə Şərifzadə[1] tərəfindən 1925-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azdövlətkinosənaye"də istehsal edilmişdir. Dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən bəhs edir. Əsas rolları Mirzəağa Əliyev, K.Vyaznova, Mustafa Mərdanov, T.Vişnevskaya və İbrahim Azəri ifa edirlər.

Bismillah
Fayl:Bismillah (film, 1925).jpg
Janr dram
Rejissor Abbas Mirzə Şərifzadə
Ssenari müəllifi Pavel Blyaxin
Baş rollarda Mirzəağa Əliyev
K.Vyaznova
Mustafa Mərdanov
T.Vişnevskaya
İbrahim Azəri
Operator Arkadi Yalovoy
Rəssamlar K.Yevseyev
A.Plaksin
İstehsalçı Azdövlətkinosənaye
İlk baxış tarixi 17 noyabr 1925, Bakı
24 aprel 1926, Moskva, Rusiya
Filmin növü tammetrajlı bədii film
Müddət 57 dəq.
Ölkələr SSRİ SSRİ
Dillər səssiz (titrlər rus və Azərbaycan dillərindədir)
Texniki məlumatlar 6 hissə
1593 metr
Rəng ağ-qara
Çəkiliş yeri Bakı
IMDb ID0499440

Məzmun redaktə

Dini fanatizm əleyhinə təşviqat-təbliğat[2] məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən, dilsiz və yoxsul kəndlilərin başına gətirilən oyunlardan, öz xeyri üçün fırıldaqçı mollalara tərəfdar çıxan yerli bəylərin əməllərindən bəhs edir.Burada Azərbaycan qadınının köhnə adət-ənənələrə qarşı fəal etirazı da öz əksini tapmışdır.[3]

Film haqqında redaktə

Film Azərbaycanın ilk milli kinorejissoru Abbas Mirzə Şərifzadənin rejissor kimi bədii kinoda ilk işidir.[3]

Filmin rejissoru Abbas Mirzə Şərifzadə "xalq düşməni" elan olunduqdan sonra onun adı lentdən vəhşicəsinə cırılıb götürülmşdür.

Filmdə məhərrəmlik görüntüləri xronikal kadrlardır, yəni Aşura günündə Bakıda çəkilib. Aktyor Mustafa Mərdanov isə özlərini döyənlərin arasına qatılmış və kinonun o səhnəsi beləcə quraşdırılmışdır.

Baş Kinolaşdırma İdarəsi (Moskva) filmi yüksək qiymətləndirərək sovetlər ekranına layiq görüb.

Filmin heyəti redaktə

Film üzərində işləyənlər redaktə

Rejissor: Abbas Mirzə Şərifzadə
Ssenari müəllifi: Pavel Blyaxin
Operator: Arkadi Yalovoy
Rəssam: K.Yevseyev, A.Plaksik

Rollarda redaktə

Mirzəağa Əliyev — molla Mirzə Əbdürrəhim
K.Vyaznova — Zeynəb
Mustafa Mərdanov — muzdur Qulu
T.Vişnevskaya — Hökümə
İbrahim Azəri — Cəfər
Mirseyfəddin Kirmanşahlı — bəy
Kazım Ziya — molla Rövzəxan
Möhsün Sənani — qoçu

İstinadlar redaktə

  1. Kazımzadə, A. "Bismillah" filminin 85 yaşı tamam olur: [Görkəmli teatr aktyoru, rejissor Abbas Mirzə Şəfizadənin eyni adlı filmi haqqında] //Mədəniyyət.- 2010.- 25 avqust.- S. 10.
  2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 66.
  3. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 24

Mənbə redaktə

  • Yenici. “Bismillah” şəkili. [Eyniadlı Azərbaycan kinofilmi haqqında] //Yeni yol.- 1925.- 2 dekabr.
  • Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 17.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20-22.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.

Həmçinin bax redaktə


Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024