Cahangirbəyli Haqqında Məlumat - Axtarış

Cahangirbəyli Haqqında Məlumat - Axtarış


Cahangirbəyli üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Cahangirbəyli sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Cahangirbəyli sözünə uyğun gələn mahnı axtar və yüklə


Cahangirbəyli sözünə uyğun gələn lazımlı linklərə bax


Cahangirbəyli sözünə uyğun gələn şəkillərə bax və yüklə


Cahangirbəyli sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaCahangirbəyli sözünə uyğun gələn məqaləni oxu


Cahangirbəyli sözünə uyğun gələn xəbər axtar və oxu


Cahangirbəyli sözünə uyğun gələn kinoya bax və yüklə


Cahangirbəyli sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Cahangirbəyli sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Cahangirbəyli tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

CahangirliAzərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd.[1]

Cahangirbəyli
39°03′09″ şm. e. 46°44′20″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 334 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Cahangirbəyli xəritədə
Cahangirbəyli
Cahangirbəyli

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Tarixi redaktə

Bu antropotoponimdə əksini tapmış şəxs ilə (Cahangirbəy) həmin kənd əhalisinin heç bir qohumluq əlaqəsi yoxdur. Antroponimə əlavə edilən –li şəkilçisi heç də kənd əhalisinin mənşəcə həmin şəxsin törəməsi olduğunu deyil, onların sözügedən şəxsdən asılılığını, ona inzibati mənsubluğunu bildirir.

Güman edilir ki, Cahangirbəy buraya gələnə qədər də həmin ərazidə əhali yaşayırmış. Belə ki, kəndin kiçik bir hissəsinin Cavadbəyli adlanması, Şahnisə yeri, Şirinbəy arxı kimi mikroobyektlərin mövcudluğu bu fikri söyləməyə əsas verir.

Kəndin yaşlı sakinlərinin söylədiklərinə görə yaşayış məntəqəsinə aid qəbiristanlıqda qoç formalı bir abidə, yanında isə üzərində naməlum yazılar olan daş lövhə mövcud olmuş, sonralar həmin abidələr rayon muzeyinə köçürülmüşdür. Bu qoç formalı abidəyə əsasən kəndin qədim yaşayış məntəqəsi olması fikrini irəli sürmək olar. Belə ki, heyvan formalı abidələr islamdan qabaqkı inancları əks etdirir. Deməli, ən azından kəndin tarixi VII əsrdən əvvələ gedir.

Mədəniyyəti redaktə

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər kənddə mədəniyyət evi, klub, kitabxana, feldşer məntəqəsi, uşaq bağçası, on bir illik tam orta məktəb və hamam fəaliyyət göstərmişdir.

Coğrafiyası və iqlimi redaktə

Oxçu çayının sahilində yerləşir. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə verilən məlumata görə “yaşayış məntəqəsi XIX əsrdə Tərəkəmə (indiki Məmmədbəyli) kəndindən köçüb gəlmiş Cahangirbəy adlı şəxs tərərfindən salındığı üçün belə adlanmışdır. Oykonim “Cahangirbəyə məxsus kənd” deməkdir” (Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, I cild, Bakı, 2007, səh. 117).

Cahangirbəyli kəndi rayonun aran hissəsində, Bakı-Mincivan magistral yolunun üzərində yerləşir. Yaşayış məntəqəsi üçün əsasən qışda soyuq, küləkli, yayda isə isti hava şəraiti üstünlük təşkil edir. Kənd quru və çılpaq dərələrlə, məskunlaşma nəticəsində sonradan salınmış meyvə bağları ilə əhatə olunmuşdur. Suvarma üçün əsas mənbə Oxçuçaydan ayrılmış Şirinbəy və Qıraq arxlardır.

Əhalisi redaktə

Kəndin əhalisi azərbaycanlılardan ibarət olmuşdurdir. Son statistik məlumata görə sözügedən oykonimdə qeydiyyatda olan əhalinin sayı 1000 nəfərə yaxınlaşıb.

İqtisadiyyatı redaktə

Kənddə üzümçülük və heyvandarlıq xeyli, taxılçılıq isə qismən inkişaf etmişdi. 1977-ci ilə qədər Cahangirbəyli kəndində pambıq sahələri də mövcud olmuş, həmin ildən sonra ləğv edilərək üzüm sahələri salınmışdır. Kənddə heyvandarlığın inkişafı üçün geniş otlaq sahələri var. Kənd əhalisi baramaçılıqla da məşğul olmuş və bunun üçün yaşayış məntəqəsinin ətrafında tut bağları salınmışdı.

Kənddə şərab zavodu fəaliyyət göstərmişdir.

İstinadlar redaktə

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Prezident Mincivanın işğaldan azad olunduğunu açıqladı". qafqazinfo.az (az.). 21 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2020.

Saytda 188 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024