Cavid Qurbanov Haqqında Məlumat - Axtarış

Cavid Qurbanov Haqqında Məlumat - Axtarış


Cavid_Qurbanov üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Cavid Qurbanov sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Cavid Qurbanov sözünə uyğun gələn mahnı axtar və yüklə


Cavid Qurbanov sözünə uyğun gələn lazımlı linklərə bax


Cavid Qurbanov sözünə uyğun gələn şəkillərə bax və yüklə


Cavid Qurbanov sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaCavid Qurbanov sözünə uyğun gələn məqaləni oxu


Cavid Qurbanov sözünə uyğun gələn xəbər axtar və oxu


Cavid Qurbanov sözünə uyğun gələn kinoya bax və yüklə


Cavid Qurbanov sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Cavid Qurbanov sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Cavid Qurbanov tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Qurbanov Cavid Qənbər oğlu (19 sentyabr 1958, Ağdaban, Kəlbəcər rayonu) — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri. Milli Məclisinin III, IVV çağırışlarin deputatı. Texniki elmləri namizədidir.

Cavid Qurbanov
Vəzifədədir
24 may 2022-ci ildən
NazirRəşad Nəbiyev
9 fevral 2015 – 24 may 2022
ƏvvəlkiArif Əsgərov
SonrakıRövşən Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi 19 sentyabr 1958(1958-09-19) (65 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Qənbər Şəmşiroğlu

Təltifləri "Şöhrət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Cavid Qurbanov 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur[1]. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra 1975–1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışmışdır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1977–1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlamışdır. 1980–1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982–1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1987–1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992–1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor vəzifəsində çalışmışdır.

Ailəsi redaktə

İki övladı var. İlk həyat yoldaşı ağır xəstəlikdən vaxtsız vəfat etmişdir.[2].

Aşıq Qurban Ağdabanlının nəticəsi, Aşıq Şəmşirin nəvəsi, Qənbər Şəmşiroğlunun oğludur.

İctimai-siyasi fəaliyyəti redaktə

1993–1994-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətində Prezident vəzifəsində işləmişdir. 1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor, 1996–1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997–2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis kimi çalışmışdır. 2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olmuşdur. 2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədri vəzifəsini tutmuşdur. Texniki elmləri namizədidir.

123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

9 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmuşdur. O, 24 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilmiş,[3] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilmişdir.[4]

12 oktyabr 2016-cı il tarixindən Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib.

Azərbaycan Atletika Federasiyasının prezidenti (1 aprel 2023-cü il tarixindən)[5].

Mükafatları redaktə

18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.[6]

İstinadlar redaktə

  1. "Qurbanov Cavid Qənbər oğlu". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  2. "Cavid Qurbanov ailə qurub". 2013-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-16.
  3. "Arxivlənmiş surət". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  4. "Arxivlənmiş surət". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  5. "Избран новый президент Федерации атлетики Азербайджана - ФОТО". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  6. "C.Q.Qurbanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.

Xarici keçidlər redaktə


Saytda 167 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024