Cavid Tağıyev (boksçu) Haqqında Məlumat - Axtarış

Cavid Tağıyev (boksçu) Haqqında Məlumat - Axtarış


Cavid_Tağıyev_(boksçu) üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Cavid Tağıyev (boksçu) sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Cavid Tağıyev (boksçu) sözünə uyğun gələn mahnı axtar və yüklə


Cavid Tağıyev (boksçu) sözünə uyğun gələn lazımlı linklərə bax


Cavid Tağıyev (boksçu) sözünə uyğun gələn şəkillərə bax və yüklə


Cavid Tağıyev (boksçu) sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaCavid Tağıyev (boksçu) sözünə uyğun gələn məqaləni oxu


Cavid Tağıyev (boksçu) sözünə uyğun gələn xəbər axtar və oxu


Cavid Tağıyev (boksçu) sözünə uyğun gələn kinoya bax və yüklə


Cavid Tağıyev (boksçu) sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Cavid Tağıyev (boksçu) sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Cavid Tağıyev (boksçu) tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Cavid Tağıyev (boksçu)

Cavid Tağıyev (6 oktyabr 1981, Lənkəran) — Azərbaycanı təmsil edən boksçu və məşqçi.[1]

Cavid Tağıyev
Şəxsi məlumatlar
Tam adı Cavid Tağıyev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (42 yaş)
Doğum yeri Lənkəran, Azərbaycan SSR
Boyu 182 sm. (5 ft 6 in)
İdman növü Boks

Karyerası redaktə

Cavid Tağıyev 2001-ci ilin iyununda Şimali İrlandiyanın Belfast şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[2] Cavid Tağıyev turnirin təsnifat mərhələsində Çexiya nümayəndəsi Mixal Bilaya 4:18 hesabı ilə məğlub oldu və debüt Dünya Çempionatlarında mübarizəsini uğursuz başa vurdu.[2]

2002-ci ilin iyulunda isə Cavid Tağıyev Rusiyanın Perm şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[3] Cavid Tağıyev turnirin təsnifat mərhələsində İspaniya nümayəndəsi Xaviyer Veqa üzərində qələbə qazansa da, 1/8 final mərhələsində Almaniya nümayəndəsi Luhas Vilaşeha 8:22 hesabı ilə məğlub oldu və Avropa Çempionatında mübarizəsini dayandırdı.[3]

Daha sonra Cavid Tağıyevin 2003-cü ilin iyulunda Tailandda baş tutan Dünya Çempionatında mübarizə apardı.[4] Cavid Tağıyev turnirin təsnifat mərhələsində Macarıstan nümayəndəsi Karoli Balzsaya 20:14 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Özbəkistan nümayəndəsi Utqirbəy Heydərova 14:25 hesabı ilə məğlub oldu və növbəti dəfə Dünya Çempionatında mübarizəsini uğursuz başa vurdu.[4]

Karyerası ərzində Cavid Tağıyev birinci uğuruna 2004-cü ilin fevralında Xorvatiyanın Pula şəhərində baş tutan Avropa Çempionatında imza atdı.[5] Cavid Tağıyev turnirin 1/8 final mərhələsində Latviya nümayəndəsi Alesandrs Sotnis üzərində qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[5] Bu mərhələdə Niderland nümayəndəsi Dimitri Serdyoya 30:8 hesabı ilə qalib gələn Cavid Tağıyev Avropa Çempionatının yarım-final mərhələsinə adladı.[5] Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Heydərbəy Heydərbəyov oldu.[5] Həmin görüşdə Cavid Tağlyev rəqibinə məğlub oldu və Avropa Çempionatının bürünc medalına sahib oldu.[5]

Cavid Tağıyev Azərbaycanı 2004-cü ilin avqustunda Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi.[6] -75 Kq. turnirində çıxış edən Cavid Tağıyevin olimpiadanın 1/16 final mərhələsində rəqibi Yunanıstan nümayəndəsi Georgios Qazis oldu.[6] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavid Tağıyev rəqibinə 33:32 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[6] Bu mərhələdə isə onun rəqibi Tailand nümayəndəsi Suriya Prasatinfimai oldu.[6] Bu görüş də gərgin idman mübarizəsi şəraitində baş tutdu.[6] Nəticədə görüş 20:20 hesabı ilə başa çatdı və əlavə göstəricilərə əsasən rəqib qalib gəldi.[6] Cavid Tağıyev isə Afina Olimpiadasını doqquzuncu pillədə başa vurdu.[6]

Olimpiadadan sonra Cavid Tağıyevin birinci turniri 2005-ci ilin noyabrında Çində baş tutan Dünya Çempionatı oldu.[7] Cavid Tağıyev turnirin 1/16 final mərhələsində Rumıniya nümayəndəsi Ronald Qavrila (25:14), 1/8 final mərhələsində isə Qətər nümayəndəsi Nabah Hzama (38:15) qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[7] Bu mərhələdə Cavid Tağıyev Misir nümayəndəsi Mohamed Hihala 20:34 hesabı ilə məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu.[7]

2006-cı ildə Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında da Cavid Tağıyev turniri beşinci pillədə başa vurdu.[8] Cavid Tağıyevin son beynəlxalq turniri 2007-ci ildə Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatı oldu.[9] Həmin turnirdə Cavid Tağıyev birinci görüşdəcə məğlub olaraq Dünya Çempionatında mübarizəsini uğursuz başa vurdu.[9]

Karyerasını başa vurandan sonra Cavid Tağıyev məşqçi olaraq çalışdı. 2019-cu ildən gənclərdən ibarət İraq yığmasının məşqçisidir.

Nəticələri redaktə

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2001
Dünya Çempionatı Şimali İrlandiya  Şimali İrlandiya
PAT
2
2002
Avropa Çempionatı Rusiya  Rusiya
PAT
3
2003
Dünya Çempionatı Tailand  Tailand
PAT
4
2004
Avropa Çempionatı Xorvatiya  Xorvatiya
3.
5
Olimpiya Oyunları Yunanıstan  Yunanıstan
PAT
6
2005
Dünya Çempionatı Çin  Çin
5.
7
2006
Avropa Çempionatı Bolqarıstan  Bolqarıstan
5.
8
2007
Dünya Çempionatı ABŞ  ABŞ
PAT

İstinadlar redaktə

  1. Olympedia.org. "Cavid TAĞIYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2001 World Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  3. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2002 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2003 World Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  5. 1 2 3 4 5 Amateur-boxing.strefa.pl idman portalı. "2004 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  6. 1 2 3 4 5 6 7 Olympedia.org. "2004 Summer Olympics / Boxing / Middleweight (75 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  7. 1 2 3 Amateur-boxing.strefa.pl idman portalı. "2005 World Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  8. Amateur-boxing.strefa.pl idman portalı. "2006 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  9. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2007 World Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024