Con Neş Haqqında Məlumat - Axtarış

Con Neş Haqqında Məlumat - Axtarış


Con_Neş üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Con Neş sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Con Neş sözünə uyğun gələn mahnı axtar və yüklə


Con Neş sözünə uyğun gələn lazımlı linklərə bax


Con Neş sözünə uyğun gələn şəkillərə bax və yüklə


Con Neş sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaCon Neş sözünə uyğun gələn məqaləni oxu


Con Neş sözünə uyğun gələn xəbər axtar və oxu


Con Neş sözünə uyğun gələn kinoya bax və yüklə


Con Neş sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Con Neş sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Con Neş tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Con Neş (ing. John Forbes Nash; 13 iyun 1928[1][2][…], Blufayld[d], Qərbi Virciniya23 may 2015[3][1][…], Monroe qəsəbəsi[d], Nyu Cersi[9]) — amerikalı riyaziyyatçı və iqtisadçı. Oyunlar nəzəriyyəsindəki tədqiqatlarına görə 1994-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını Reynhard ZeltenCon Xarsani ilə bölüşmüşdür. Eyni zamanda diferensial həndəsə və qismi diferensial tənliklər sahələrindəki tədqiqatları ilə də tanınır. Nəzəriyyələri bazar iqtisadiyyatı, hesablama, təkamül biologiyası, süni intellekt, mühasibat, siyasət və hərbi nəzəriyyələrdə istifadə olunur.

Con Neş
ing. John Forbes Nash
Doğum tarixi 13 iyun 1928(1928-06-13)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 may 2015(2015-05-23)[3][1][…] (86 yaşında)
Vəfat yeri
Vəfat səbəbi avtomobil qəzası[d][10]
Həyat yoldaşları
  • Alisia Naş[d] (20012015),
  • Alisia Naş[d] (19571963)
Elm sahələri Oyunlar Nəzəriyyəsi, differensial həndəsə[d], riyaziyyat, iqtisadiyyat
Elmi dərəcələri
İş yerləri
Təhsili
Tanınır Oyunlar nəzəriyyəsi
Üzvlüyü
Mükafatları Nobel mükafatı 1994 İqtisadiyyat üzrə Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Con Neş bakalavr və magistr təhsilini Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) tamamladıqdan sonra doktorluq dərəcəsinə yüksəlmək üçün Prinston Universitetinə getdi. 21 yaşında hazırladığı doktorluq dissertasiyası olan Oyunlar nəzəriyyəsi uzun illər sonra, 1994-cü ildə ona İqtisadiyyat üzrə Nobel mükafatını qazandırmışdı. Con Neş Con fon Neymanın kəşfi olan Oyunlar nəzəriyyəsindəki problemləri həll edib, onu istifadəyə yararlı hala gətirdi. Con Neş 30 yaşına qədər parlaq düşüncələri və gözə gəlimli şəxsiyyətinə görə sürətlə yüksələrək riyaziyyat toplumunun qabaqcıl şəxslərindən biri oldu. Massaçusets Texnologiya İnstitutunda professor olaraq işləməyə başlayarkən Alisa Lerdi ilə tanış oldu. Lerdi həmin vaxt hələ fizika tələbəsi idi. Con Neşin şizofreniya problemləri başlamazdan əvvəl cütlüyün bir oğlu oldu. Con Neş həmçinin Soyuq müharibə dövründə ABŞ ordusunda gizli şifrələrin açılmasında iştirak etmişdi.

Xəstəliyinin ilk göstəriciləri 1958-ci ildə özünü büruzə verməyə başladı. Otaq yoldaşı olmamasına baxmayaraq ətrafındakılara otaq yoldaşı haqqında danışaraq onları qorxutmuş və otaq yoldaşı ilə xəyali söhbətləri onun şizofreniyadan əziyyət çəkdiyini ortaya çıxartmışdı.[11][12][13] Daha sonra səy göstərərək bu xəstəliyin öhdəsindən gəlmişdi.

Alisa Lerdi və Con Neş cütlüyü 1963-cü ildə boşandı və 1970-ci ildə yenidən barışdılar. Tez-tez araları dəyib yenidən barışan cütlük özləri haqqında "bir dam altındakı iki yad" bənzətməsini etmişdi. Con Neş 1994-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldükdən cütlük yenidən barışdı və 1 iyun 2001-ci ildə yenidən evləndilər.

Con Neş 1945–1996-cı illərdə 23 elmi tədqiqat nəşr etdirdi, həmçinin "Oyunlar haqqında esselər" (1996) və "Con Neşin əsas özəlliyi" adlı kitablar yazdı. Bundan əlavə "Hex" və "So Long Sucker" adlı iki məşhur oyunun müəlliflərindən biridir. Con Neş Prinstonda riyaziyyatla bağlı tədqiqatlar aparırdı.

Onun həyatı haqqında "Ağıl oyunları" (ing. A Beautiful Mind) filmi çəkilmişdir.

Con Neşin 23 rəqəmi ilə bağlı inancı vardı. Belə ki, o, cəmi 23 məqalə nəşr etdirmişdi.

Con Neş 21 avqust 2009-cu ildə ürək tutması keçirdi. Dörd gün xəstəxanada yatdıqdan sonra özünə gəldi və evinə qayıtdı.

23 may 2015-ci ildə öz həyat yoldaşı ilə avtomobil qəzasının nəticəsində vəfat etmişdir.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə


Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024