Cunko Tabey Haqqında Məlumat - Axtarış

Cunko Tabey Haqqında Məlumat - Axtarış


Cunko_Tabey üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Cunko Tabey sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Cunko Tabey sözünə uyğun gələn mahnı axtar və yüklə


Cunko Tabey sözünə uyğun gələn lazımlı linklərə bax


Cunko Tabey sözünə uyğun gələn şəkillərə bax və yüklə


Cunko Tabey sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaCunko Tabey sözünə uyğun gələn məqaləni oxu


Cunko Tabey sözünə uyğun gələn xəbər axtar və oxu


Cunko Tabey sözünə uyğun gələn kinoya bax və yüklə


Cunko Tabey sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Cunko Tabey sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Cunko Tabey tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Cunko Tabey (田部井 淳子, Tabey Cunko?, 22 sentyabr 1939, Miharu[d], Fukuşima prefekturası20 oktyabr 2016, Kavaqoe[d], Saytama prefekturası)Yaponiya alpinisti. 1975-ci ildə Everest dağının zirvəsini fəth edən ilk qadın, 1992-ci ildə isə Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur.[1]

Cunko Tabey
yap. 田部井 淳子
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədə xərçəngi
Uşağı 2
Təhsili
Fəaliyyəti tədqiqatçı-səyyah[d], alpinist
junko-tabei.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Cunko Tabey 22 sentyabr 1939-cu ildə Yaponiyanın Miharu şəhərində doğulmuşdur.[1] Dördüncü sinifdə oxuyanda Nasu dağlarına edilən məktəb ekskursiyası nəticəsində ilk dəfə alpinizmlə tanış olmuşdur.[2] Edmun Hillari onun ən böyük ilham mənbəyi olmuşdur.[3]

1992-ci ildə Şova Qadınlar Universitetindən ingilis və amerikan ədəbiyyatı üzrə dərəcə əldə etmişdir.[1] O, bir neçə alpinizm klubuna qatılmış, 1969-cu ildə isə Yaponiyada ilk dəfə qadınlar üçün alpinizm klubu yaratmışdır.[1]

Tabey 1970-ci ildə Annapurna III zirvəsini fəth edən ilk qadın və yapon olmuşdur.[2] 16 may 1975-ci ildə isə Everest dağının zirvəsini fəth etmiş və bunu bacaran ilk qadın olmuşdur.[1] O, zirvəyə dırmaşarkən qar uçqunu ilə üzləmiş, lakin qrupunda heç kim yaralanmamışdır.[1] Tabey bundan sonra Yeddi zirvənin fəthini tamamlamağa qərar vermişdir. O, 1980-ci ildə Kilimancaro, 1987-ci ildə Akonkaqua, 1988-ci ildə Denali, 1989-cu ildə Elbrus, 1991-ci ildə Vinson, 1992-ci ildə isə Caya zirvəsini etmiş, beləcə, Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur.[1]

Bunlardan əlavə, Tabey hər ölkənin ən hündür zirvəsini də fəth etməyə çalışmışdır və bu kateqoriya üzrə hədəflədiyi 196 zirvədən 60-nı fəth etmişdir.[3] Daha sonra ətraf mühitin müdafiəsinə yönəlmiş və Kyuşu Universitetindən məzun olaraq alpinistlər tərəfindən atılan tullantıların təsirini öyrənmişdir.[1]

Tabey 1996–2008-ci illərdə yeddi kitabın müəllif olmuşdur.[2] Həyatının son dörd ilini xərçəng xəstəliyinə qarşı mübarizə aparmaqla keçirsə də, dırmaşmağa davam etmişdir.[2] Son dırmanışını ölümündən 3 ay öncə məktəb ekskursiyası çərçivəsində Fuci dağına etmişdir.[2]

Ailəsi redaktə

Cunko Masanobu Tabey ilə evlənmişdir.[2] Onun Noriko adlı qızı və Şinya adlı oğlu olmuşdur.[2] Cunko Everest dağını fəth edən zaman Norikonun 3 yaşı var idi.[2] Şinya da alpinist olmuş və Tokioda alpinizm salonu açmışdır.[2]

Xatirəsi redaktə

1987-ci ildə kəşf edilmiş 6897 Tabey asteroidi onun adını daşıyır.[4] Pluton planetində yerləşən bir dağ silsiləsinə 19 noyabr 2019-cu ildə onun şərəfində Tabey adı verilmişdir.[5]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 Bauer, Patricia. "Junko Tabei". Britannica (ingiliscə). 16 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2022.
  2. 1 2 3 4 5 6 7 8 9 Franz, Derek. "Junko Tabei, first woman to summit Everest, dies at 77". Alpinist (ingiliscə). 17 noyabr 2016. 21 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2022.
  3. 1 2 "Junko Tabei : The first woman atop the world". The Japan Times (ingiliscə). 27 may 2012. 29 may 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2022.
  4. "Obituary: Junko Tabei, the First Woman to Summit Everest (1939-2016)". Outside Online (ingiliscə). 2 noyabr 2016. 2022-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. "Gazetteer of Planetary Nomenclature" (ingiliscə). 18 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2022.

Saytda 158 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024