Dünya Azərbaycanlılarının Qurultayı Haqqında Məlumat - Axtarış

Dünya Azərbaycanlılarının Qurultayı Haqqında Məlumat - Axtarış


Dünya_Azərbaycanlılarının_Qurultayı üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Dünya Azərbaycanlılarının Qurultayı sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Dünya Azərbaycanlılarının Qurultayı sözünə uyğun gələn mahnı axtar və yüklə


Dünya Azərbaycanlılarının Qurultayı sözünə uyğun gələn lazımlı linklərə bax


Dünya Azərbaycanlılarının Qurultayı sözünə uyğun gələn şəkillərə bax və yüklə


Dünya Azərbaycanlılarının Qurultayı sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaDünya Azərbaycanlılarının Qurultayı sözünə uyğun gələn məqaləni oxu


Dünya Azərbaycanlılarının Qurultayı sözünə uyğun gələn xəbər axtar və oxu


Dünya Azərbaycanlılarının Qurultayı sözünə uyğun gələn kinoya bax və yüklə


Dünya Azərbaycanlılarının Qurultayı sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Dünya Azərbaycanlılarının Qurultayı sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Dünya Azərbaycanlılarının Qurultayı tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Dünya Azərbaycanlılarının Qurultayı

Dünya Azərbaycanlılarının Qurultayı — Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir.

Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay 2016-cı il, V qurultay isə 2022-ci ilin aprelində keçirilib.[1]

Tarixi redaktə

İlk təşəbbüs redaktə

Dünya Azərbaycanlılarının Qurultayının çağırılması ilə bağlı ilk təşəbbüs 1992-ci ildə olmuşdur. "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" Azərbaycan Respublikasının o zamankı Prezidentinin 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli Sərəncamına əsasən Bakıda dünya azərbaycanlılarının qurultayının çağırılması qərara alınmışdır. Həmin Sərəncamla Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün ö dövrkü, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır. "Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün yaradılmış təşkilat komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli Sərəncamına əsasən Təşkilat Komitəsinin tərkibinə əlavələr edilmişdir. Lakin qurultay baş tutmamışdır. Ulu Öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 725 nömrəli Sərəncamına əsasən "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli və "Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün yaradılmış Təşkilat Komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilmişdir.

Bütün qurultaylar redaktə

Sıra Tarix Yer Dünya Azərbaycanlıları
Əlaqələndirmə Şurasının sədri
İştirakçılar
ölkə təşkilat nümayəndə qonaq
I 9-10 noyabr 2001 Azərbaycan  Bakı, Respublika Sarayı Heydər Əliyev 36 200-dən çox 403 63[2]
II 16 mart 2006 Azərbaycan  Bakı, Heydər Əliyev Sarayı İlham Əliyev 49 593 388
III 5-6 iyul 2011 Azərbaycan  Bakı, Heydər Əliyev Sarayı İlham Əliyev 36 1272 211
IV 3-4 iyun 2016 Azərbaycan  Bakı, Heydər Əliyev Sarayı İlham Əliyev 49 500
V 22-23 aprel 2022 Azərbaycan  Qarabağ, Şuşa İlham Əliyev 65 400

I Qurultay redaktə

Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci ilin noyabrında Bakı şəhərində keçirilmişdir.[3]

"Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir.

Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir.[4]

Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin - quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir.[3]

Dünya Azərbaycanlılarının II Qurultayına ümumilikdə 1231 nümayəndə seçilmişdir. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdir. Qurultayda Azərbaycan Respublikasının 27 dövlət və hökumət qurumlarından,ictimai təşkilatlardan,elm,təhsil,mədəniyyət müəssisələri və yaradıcı təşkilatlardan,siyasi partiyalardan 638 nümayəndə və 625 qonaq ilə təmsil olunmuşdur.[4].

Qurultay başlamazdan əvvəl yüzdən çox nümayəndə heyəti Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət edirlər.[5]

Daha sonra Qurultay nümayəndələri Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman Vətən oğullarının əziz xatirəsini böyük ehtiramla yad edirlər. Qurultay nümayəndələri həmçinin şəhid türk əsgərlərinin xatirə abidəsini də ziyarət edib, əklil qoyublar.[5]

II Qurultay redaktə

Dünya Azərbaycanlılarının ikinci Qurultayı "Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilmişdir.[6]

Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir[4].

2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II qurultayı diaspor quruculuğu prosesində irəliyə doğru növbəti addım olmuşdur. Qurultayda qəbul olunmuş sənədlər - Dünya Azərbaycanlılarının II qurultayının qətnaməsi, qurultayın Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, qurultayın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına (YUNESKO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciətləri xaricdə yaşayan azərbaycanlıların qurultaydan sonrakı müddətdə konkret fəaliyyət proqramıdır.[3] Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir.[4]

III Qurultay redaktə

Dünya Azərbaycanlılarının üçüncü Qurultayı isə "Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli, 1293 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində keçirilmişdir.[3][7]

Dünya Azərbaycanlılarının III Qurultayının yekununda bir sıra qərarlar qəbul edilib. Qəbul edilən sənədlər arasında qurultayın ümumi müraciəti, qurultayın dünya azərbaycanlılarına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkə parlamentlərinə müraciətləri də var.

Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak etmişdir. Azərbaycan Respublikasının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq qurultayda iştirak etmişdir. Qurultaya ümumilikdə 13 ölkənin parlamentindən 37 deputat qatılmışdır. Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan bu qurultayın işini 21 xarici ölkədən 37 nəfər, eyni zamanda, respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin 163 nümayəndəsi işıqlandırmışdır. Bu mötəbər tədbirdə xarici ölkələrdən nümayəndə və qonaq qismində 102 nəfər gənc iştirak etmişdi.[8]

Həmçinin Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Qurultay Şuranın fəaliyyətini davam etdirmək barədə qərar qəbul edib. Şuranın tərkibində Rəyasət Heyəti ləğv olunaraq, İcra Katibliyi yaradılıb. Azərbaycan prezidenti İlham Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə icra katibi seçilib. Əlaqələndirmə Şurası üzvlərinin sayı 107-dən 115-ə çatdırılıb[9].

IV Qurultay redaktə

Dünya Azərbaycanlılarının IV Qurultayı 2016-cı il 3–4 iyun tarixində Bakı şəhərində keçirilmişdir. Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmişdir. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olmuşdur.  Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayın açılış mərasimində iştirak etmiş və nitq söyləmişdir.[10] Daha sonra qurultay gənclər ,informasiya müharibəsi və sairə mövzularda panel müzakirəsi ilə davam etdirilmişdir.  "Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri", "Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya", "Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində", "Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak" mövzularında da panel iclasları keçirilmişdir.

İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından prezident İlham Əliyevə müraciəti, dünya azərbaycanlılarına ünvanlanan müraciəti, qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə müraciəti, qurultayın Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciətini yekdilliklə qəbul etmişlər.[11]

Daha sonra Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunmuşdur. Qurultay iştirakçıları növbəti dəfə prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçmişlər. Qurultayda Əlaqələndirmə Şurasının tərkibi 109 nəfər olmaqla təsdiqlənmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Şuranın icra katibi vəzifəsinə seçilmişdir. Yekun iclasda, həmçinin fəallığı ilə seçilən diaspor təşkilatlarının rəhbərlərinə Diasporla İş üzrə Dövlət Komitəsinin plaketləri təqdim olunmuşdur. 

V Qurultay redaktə

Dünya Azərbaycanlılarının V Qurultayı 22-23 aprel tarixlərində 2022-ci ildə Şuşa şəhərində keçirilmişdir.

Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib.[12] Əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edən qurultay iştirakçıları , daha sonra Şuşa şəhərinə yola düşüblər.[1]

Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, Şuşa şəhərinə yola düşüblər.

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzuları müzakirə olunub. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan Azərbaycan diasporunun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi.[1] Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır.[13]

Həmçinin bax redaktə

Mənbə redaktə

İstinadlar redaktə

  1. 1 2 3 "Dünya Azərbaycanlılarının V Qurultayı (ZƏFƏR QURULTAYI)" (PDF) (az.). https://files.preslib.az. Archived from the original on 2023-02-24. İstifadə tarixi: 24 fev 2023.
  2. "Azərbaycan diasporu: Tammətnli elektron materiallar məcmuəsi". Bakı, 2005, səh. 95. preslib.az Arxivləşdirilib 2021-04-20 at the Wayback Machine  (az.)
  3. 1 2 3 4 "Qurultaylar" (az.). https://www.azerbaijans.com. Archived from the original on 2023-02-22. İstifadə tarixi: 22 fev 2023.
  4. 1 2 3 4 "DÜNYA AZƏRBAYCANLILARININ III QURULTAYINDA 1272 QONAQ İŞTİRAK EDƏCƏK". 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-06.
  5. 1 2 "https://azertag.az/xeber/DUNYA_AZARBAYCANLILARININ_II_QURULTAYI-339625" (az.). https://azertag.az. Archived from the original on 2023-07-07. İstifadə tarixi: 1 mart 2023.
  6. "https://files.preslib.az/projects/diaspora/c2.pdf" (PDF) (az.). https://files.preslib.az. Archived from the original on 2022-12-10. İstifadə tarixi: 1 mart 2023.
  7. "İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayında iştirak etmişdir" (az.). https://president.az. Archived from the original on 2023-03-01.
  8. "Dünya Azərbaycanlılarının III Qurultayı" (PDF) (az.). https://files.preslib.az. Archived from the original on 2022-12-07. İstifadə tarixi: 3 mart 2023.
  9. "PREZİDENT İLHAM ƏLİYEV YENİDƏN DÜNYA AZƏRBAYCANLILARI ƏLAQƏLƏNDİRMƏ ŞURASININ SƏDRİ SEÇİLİB". 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-08.
  10. Nazim İbrahimov. "DÜNYA AZƏRBAYCANLILARININ IV QURULTAYI DİASPOR HƏRƏKATINDA YENİ İNKİŞAF MƏRHƏLƏSİDİR" (PDF) (az.). https://www.elibrary.az. Archived from the original on 2023-03-06. İstifadə tarixi: 6 mart 2023.
  11. "İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində iştirak edib" (az.). https://president.az. Archived from the original on 2023-03-06. İstifadə tarixi: 6 mart 2023.
  12. "Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayıb" (az.). https://www.trt.net.tr. Archived from the original on 2023-02-24. İstifadə tarixi: 24 fev 2023.
  13. "Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb" (az.). http://www.shusha-ih.gov.az. Archived from the original on 2023-02-24. İstifadə tarixi: 24 fev 2023.

Xarici keçidlər redaktə


Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023