Dəkkən yaylası Haqqında Məlumat - Axtarış

Dəkkən yaylası Haqqında Məlumat - Axtarış


Dəkkən_yaylası üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Dəkkən yaylası sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Dəkkən yaylası sözünə uyğun gələn mahnı axtar və yüklə


Dəkkən yaylası sözünə uyğun gələn lazımlı linklərə bax


Dəkkən yaylası sözünə uyğun gələn şəkillərə bax və yüklə


Dəkkən yaylası sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaDəkkən yaylası sözünə uyğun gələn məqaləni oxu


Dəkkən yaylası sözünə uyğun gələn xəbər axtar və oxu


Dəkkən yaylası sözünə uyğun gələn kinoya bax və yüklə


Dəkkən yaylası sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Dəkkən yaylası sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Dəkkən yaylası tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Dəkkən yaylası

Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2 .

Dekan
Ümumi məlumatlar
Mütləq hündürlüyü 600 m[1]
Sahəsi
  • təq. 1.000.000 km²[2]
Yerləşməsi
15° şm. e. 77° ş. u.
Ölkə  Hindistan
Dekan xəritədə
Dekan
Dekan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat redaktə

Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür. Yaylanın şimal -qərb hissəsini Üst Təbaşir– Paleosenin qalın (1500–1800 m) plato bazaltları (trapplar) tutur. Bazalt örtüyünün sahəsi 520 min km2 dən çoxdur. Faydalı qazıntıları: dəmir, mis, manqan, xrom, qızıl filizləri, nadir və radioaktiv elementlər, daş kömür və s. İqlimi subekvatorial mussondur. Orta tempreratur yanvarda 21–24 °C, mayda (ən isti ayda) 29–32 °C-dir. İllik yağıntı mərkəzi hissədə 500–700 mm, dağların küləktutan yamaclarında 2500–3000 mm-dir. Mühüm çayları: Narmada, Tapti, Qodavari, Krişna, Kaveri. Çay dərələri mərkəzi hissədə enli, yuxarılarda dar və dik yamaclıdır. Әksər çayların orta axınında iri suvarma sistemləri yaradılmışdır. Suvarma və su təchizatın da istifadə edilən 150- dən çox su anbarı var.

Qırmızı ferralit, bazalt örtüyü üzərində isə qara tropik torpaqlar (requrlar) yayılmış dır. Dağların küləktutan yamacları musson xəzan meşələri, yaylanın mərkəzi hissəsi seyrək meşə və quru savannalar, səhralaşmış savannalarla örtülüdür. Endemik meşələr (hind palıdı, terminaliya, sal ağacı, dəmirağac, bambuk) yayla ərazisinin 10%dən az bir hissəsində (dağ və təpələrin yamaclarında) qalmışdır. Әrazinin 65%dən çoxu şumlanmışdır; qalan hissəsindəki seyrək meşə və kolluqlar isə otlaq kimi istifadə nəticəsində məhv olmuşdur. Dəkkən yaylasının faunası, nəsli kəsilməkdə olan növlər (hind fili, benqal pələngi, dırnaqlıların, quş və sürünənlərin bir neçə növü) daxil olmaqla, qoruqlar və milli parklar şəbəkəsində qorunur.

Həmçinin bax redaktə

Mənbə redaktə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

İstinadlar redaktə

  1. https://www.britannica.com/place/Deccan.
  2. https://old.bigenc.ru/geography/text/1944943.

Saytda 174 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024