Dauqavpils Haqqında Məlumat - Axtarış

Dauqavpils Haqqında Məlumat - Axtarış


Dauqavpils üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Dauqavpils sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Dauqavpils sözünə uyğun gələn mahnı axtar və yüklə


Dauqavpils sözünə uyğun gələn lazımlı linklərə bax


Dauqavpils sözünə uyğun gələn şəkillərə bax və yüklə


Dauqavpils sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaDauqavpils sözünə uyğun gələn məqaləni oxu


Dauqavpils sözünə uyğun gələn xəbər axtar və oxu


Dauqavpils sözünə uyğun gələn kinoya bax və yüklə


Dauqavpils sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Dauqavpils sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Dauqavpils tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Dauqavpils (latış. Daugavpils‎) — Latviyanın əhaliyə görə ikinci şəhəri, əhalisi - 101 min nəfərdir (2012). Tarixdə ilk dəfə 1275-ci ildə qeyd olunmuşdur.

Dauqavpils
Daugavpils
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
55°52′17″ şm. e. 26°30′58″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1275
Sahəsi
  • 63,38 km² (1 yanvar 2023)[1]
  • 72,37 km² (1 yanvar 2023)[2]
Mərkəzin hündürlüyü 105 m
Saat qurşağı
Əhalisi
Əhalisi 95 467 nəfər (2016)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 5401–5465
Digər
daugavpils.lv
Xəritəni göstər/gizlə
Dauqavpils xəritədə
Dauqavpils
Dauqavpils
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Əsası 1275-ci ildə Livoniya ordeni tərəfindən Dinaburq qalası kimi qoyulmuşdur. 1277, 1313, 1396, 1403-cü illərdə qala Litva knyazları, 1481-ci ildə isə Moskva knyazı III İvan tərəfindən dağıdılmış, lakin yenidən bərpa edilmişdir. 1577-ci ildə, Livoniya müharibəsi (1558–83) zamanı rus qoşunları tərəfindən xarabalığa çevrilmiş, IV İvan Qroznının əmri ilə Dauqava çayı sahilində, 19-cu km aralıda yenidən ikilmişdir. Dinaburq qalası uğrunda Rus dövləti, Reç Pospolitaİsveç mübarizə aparırdılar. Pospolitanın tərkibinə qatılmış və şəhər statusunu almış, 1600-cü ildə İsveçin hakimiyyəti altına keçmiş, 1656-cı ildə Rus torpaqlarına qatıldıqdan sonra Borisoqlebov adlandırılmışdır. Andrusovo barışığına (1667) görə yenidən Reç Pospolitanın tərkibinə daxil olmuş, əvvəlki adı bərpa edilmişdir. Reç Pospolitanın birinci bölüşdürülməsindən (1772) sonra Rusiya ərazisinə qatılmışdır. 1772–76-cl illərdə Pskov quberniyasının, 1776–96-cı illərdə Polotsk quberniyasının, 17961802-ci illərdə Belorusiya quberniyasının, 18021920-ci illərdə Vitebsk quberniyasının qəza şəhəri olmuşdur.

18-ci əsrin son rübü – 19-cu əsrdə Rusiyanın qərbində mühüm qala (1810-cu ildən yenidən tikilmişdir) və ticarət mərkəzi idi. 19-cu əsrin ortalarında iri dəmiryol qovşağına çevrilmişdi.

18931920-ci illərdə Dvinsk adlanırdı. Birinci dünya müharibəsi illərində cəbhə xətti Dvinskdən keçirdi. 1917-ci ilin noyabrında Dvinskdə sovet hakimiyyəti qurulmuş, 1918-ci ilin fevraldekabr aylarında isə şəhər alman qoşunları tərəfindən tutulmuşdu. 1918-ci ilin dekabrından 1920-ci ilin yanvarınadək Latviya SSR tərkibində olmuş, 1920-ci ilin yanvarında Polşa qoşunları tərəfindən işğal edilmişdi. Riqa sülh müqaviləsinə (1920) görə Latviyanın tərkibinə qatılmışdır. 1920-ci ildən indiki adını daşıyır. Böyük Vətən müharibəsi (1941–45) zamanı alman qoşunlarının nəzarətində (1941–44) olmuşdur. Sovet Ordusunun Rejitsa-Dvinsk və Şaulyay əməliyyatları zamanı almanlardan azad edilmişdir.   Şəhərin mərkəzi hissəsi və küçələri 19-cu əsrin əvvəllərində formalaşmışdır; qırmızı kərpicdən inşa edilmiş və latqal barok kosu adlanan evlər seçilir. İnşasına 1810-cu ildən başlanılan klassisizm üslubunda qala ansamblı, inzibati binalar ansamblı (182830), katolik kilsəsi (1848–49), Birlik Evi mədəni mərkəzinin binası (1937) saxlanılmışdır. 19-cu əsrin sonları – 20-ci əsrin əvvəllərində təpə üzərində bir sıra kilsə tikilmişdir.

Coğrafiyası redaktə

Dauqavpils rayonunun inzibati mərkəzidir. Litva (25 km) və Belarus (35 km) ilə sərhədin yaxınlığındadır. Dauqava çayı sahilində gəmi dayanacağı və mühüm avtomobil və dəmiryolları qovşağıdır.

Memarlıq redaktə

Dauqava çayı boyunca damba (1841; uz. təqr. 6 km.) şəhərin görməli yerlərindəndir. Müasir binalar: Buz sarayı (1999), Aleksandr Nevski sovməəsi

(2004) və s. Şəhərdə M. Rotko (Dauqavpilsdə doğulmuşdur) adlı beynəlxalq plenerlər (rəssamların sessiyaları) keçirilir. Pedaqoji Universiteti (1923; indiki statusu ilə 1993-cü ildən), Riqa texniki unievrsitetinin filialı və s. fəaliyyət göstərir. Diyarşünaslıqrəssamlıq muzeyi (1938), teatr (1850-ci illərin ortalarında ilk rus truppası əsasında yaradılmış, 1963-cü ildə bağlanmış, 1987-ci ildə yenidən işə başlamışdır; dram və musiqili tamaşalar latış və rus dillərində qoyulur), Y. Raynisin ev-muzeyi (Berkeneldə), açıq səma altında etnoqrafiya muzeyi (Slutişki kəndində), Platter-Ziberq qraflarının Bebren qəsri (19-cu əsrin sonları, memar Y.L. Mar koni), Çervonka malikanəsi (1870-ci illər) Dauqavpils yaxınlığında yerləşir.

Sənaye mərkəzi redaktə

Dauqavpils ölkənin sənaye mərkəzlərindən biridir. Süni lif, elektrik alətləri, tikinti materialları, corab məmulatları və s. istehsal olunur. İntiqal qayışı zavodu, yeyinti sənayesi müəssisələri fəaliyyət göstərir. Teplovoz və vaqonlar təmir edilir.  

Həmçinin bax redaktə

Mənbə redaktə

İstinadlar redaktə


Saytda 195 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024