Dress-kod
Dress-kod (ing. dress code) — müəyyən bir təşkilatda, müəssisədə işləyərkən və ya tədbirdə iştirak edərkən tələb olunan vahid geyim forması.
Tarixçə
redaktə"Dres-kod" termini ilk dəfə Böyük Britaniyada işlənib. Bu termin tez bir zamanda bütün dünyaya yayıldı. Şəxsin müəyyən bir peşə qrupuna aid olduğunu göstərmək üçün istifadə edilir.
Kodlar
redaktə- Court dress — müvafiq saray tərəfindən diktə edilən saray geyimi.
- Formal (Full formal, Full dress, Formal attire) — qadınlar üçün bal paltarı, kişilər üçün ggündüz Morning dress açıq frak və yaxud kostyumla açıq jilet və qalstuk, axşam isə White tie - qara frak və ağ kəpənək.
- Semi-formal (Smoking, Le Smoking) — qadınlar üçün koktey geyimləri (gündüz) və gecə paltarları (axşam), kişilər üçün isə tünd kəpənəklə smokinq.
- Informal (Cocktail (old-shttp://az.wikipedia.org/w/index.php?title=Dress-kod&action=edittyle) or Business attire) — rəsmi geyim.
- Smart casual (Business casual (old-style), Cocktail (new style), Executive Casual, Corporate Casual) — qadınlar üçün cins, bluza ilə yubka, tərzdən asılı olaraq kəmər, pencək, gödəkçə və sviter. Kişilər üçün isə şalvar (cins) və köynək, mokasin tipli tufli və kəmər.
- Business casual (Dressy, Resort Casual, Country Club, Casual chic, Semi-casual, Neat casual) — qadınlar üçün kapri, uzun şort və ya polo ilə parça şalvar, kişilər üçün isə köynək və ya polo kəmər və tufli ilə pambıq parçadan şalvar.